Ixtisarlar
III
İxtisarlar
Mətndə təkrar olunan sözlər ixtisar olunmuş şəkildə verilmişdir. Burada aşağıdakı
göstərişlər nəzərə alınmalıdır:
alm.
almanca
dəq
dəqiqə
ərəb.
ərəbcə
fran.
fransızca
ingl.
ingiliscə
ital.
italyan
kq
kiloqram
km
kilometr
lat.
latınca
m
metr
mm
millimetr
sm
santimetr
t
ton
yun.
yunanca
Redaktordan ön söz
İnsan fəaliyyətinin inkişaf tarixi onun ətraf mühitlə fəal qarşılıqlı
əlaqəsi vasitələrinin yaradılması cəhdləri təkamülünü özündə əks etdirir.
Bu vasitələrdən biri və ən əhəmiyyətlisi texnikadır. Müasir insanın
fəaliyyətinin elə sahəsi yoxdur ki, orada texnikadan istifadə edilməsin.
Texnikanın vasitəsi ilə insan öz tələbatını ödəmək istiqamətində
imkanlarını xeyli genişləndirmiş, əqli və fiziki əməyinin böyük bir
hissəsini maşınlara həvalə edə bilmişdir. Maşınqayırmanın tarixi insan
fəaliyyətinin inkişaf tarixi ilə vəhdətdə olub, onun bütün sahələrində,
mədəniyyət, siyasət, sosial və iqtisadi münasibətlərdə təzahür edir. Bu
cəhətdən ilk dəfə olaraq azərbaycan dilində maşınqayırmanın tarixinə
dair təqdim edilmiş kitab, respublikamızın mədəni həyatında
əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.
Maşınqayırmanın tarixi kifayət dərəcədə əhatəli, məzmunlu şərh
edilmiş və insan cəmiyyətinin inkişafında maşınqayırmanın rolu zəngin
materiallarla izah edilmişdir. Ən qiymətlisi odur ki, maşınqayırmanın,
texnikanın təkamülü insan cəmiyyətinin durmadan artan tələbatının
ödənilməsi əsasında hərəkət alması sadə və aydın şəkildə oxucuya
dəfələrlə çatdırlır.
Maşınqayırmanın inkişafında ABŞ, Rusiya, Avropa ölkələrinin
qabaqcıl təcrübəsi ilə bərabər ilk dəfə olaraq azərbaycan oxucusuna
Şərq mədəniyyətinin, müsəlman aləminin maşınqayırmanın, texnikanın,
texniki elmlərin inkişafında töhfəsi şərh edilmişdir. Bu töhfənin
köklərində
qədim
Şərq
mədəniyyətinin
olması
dürüst
qiymətləndirilmişdir.
Təqdim olunan kitabın ən əhəmiyyətli cəhəti, onun texnika sahəsinə,
xüsusi ilə maşınqayırma sənayesi sahəsinə maraq formalaşması, həm də
onu qismən ödəməsidir. İstənilən sahə üzrə təhsil alan və ya fəaliyyət
göstərən hər bir mütəxəssisin ixtisas səviyyəsi, həm də bu sahə də,
görülən işlər və bu sahənin inkişaf tarixi haqqında məlumatı ilə səciyyə-
lənir. Bu cəhətdən təqdim olunan kitab mütəxəssislər üçün əhəmiyyət
daşıyır.
Hazırda respublikamızda texniki təhsilin ən böyük problemi uşaq
yaşlarından, orta və ali təhsildə texnikaya olan marağın yaradılması,
texniki yaradıcılıq mədəniyyətinin formalaşdırılmasıdır. Maşınqayır-
manın tarixinə dair zəngin məlumatla təchiz olunmuş kitab bu marağın
ödənilməsi istiqamətində ən önəmli və əhəmiyyətli tədbir hesab edilə
bilər.
Təqdim olunan kitabın maraqlı cəhəti ondadır ki, onun müəllifi Rezo
Əliyev Avropa təhsil məkanında ixtisas dərəcəsini təkmilləşdirilmiş
yeni nəsl azərbaycanlı ziyalılarının nümayəndəsidir. Rezo Əliyev 1992-
ci
ildə
Azərbaycan
Texniki
Universitetində
“Maşınqayırma
texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmiş, 1995-
ci ilə qədər həmin universitetdə elmi-tədqiqat işləri ilə məşğul olmuş və
1995-ci ildə Almaniyanın Frayberq Dağ Akademiyasında Alman
Akademik Mübadilə Xidmətinin təqaüdü ilə bir illik elmi staj keçmişdir.
Yüksək
bilik
və
qabiliyyət
nümayiş
etdirən
Rezo
Əliyev
“Konstruksiyaetmə və maşınqayırma texnologiyası” kafedrasında
saxlanmış və o, 05.01.2001-ci ildə yüksək sürətli frezləmə sahəsində
doktorluq dissertasiyası müdafiə etmişdir.
Hal-hazırda Rezo Əliyev Frayberq şəhərində ACTech GmbH
firmasında aparıcı mütəxəssisdir. Rezo Əliyev kəsmə prosesinin
optimallaşdırılması, yüksək sürətli emal üçün alətlər, CAD/CAM
texnologiyaları, sürətli hazırlama texnologiyası sahəsində fəaliyyət
göstərir. 2005-ci ildə onun “Sürətli hazırlama texnologiyasının
mütərəqqi üsulları” adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda
maşınqayırma texnologiyasında ən müasir və mütərəqqi üsullar
haqqında məlumat oxuculara çatdırılır.
Oxuculara təqdim olunan “Maşınqayırmanın tarixinə dair” kitabda
çoxlu miqdarda nadir şəkillərdən istifadə olunmuşdur və bu şəkillər
onun oxunmasını asanlaşdırır və əyaniləşdirir.
Kitab sadə, aydın azərbaycan dilində yazılmışdır. Hesab edirəm ki,
kitab geniş oxucu kütləsinin marağına səbəb olacaq və texnika
sahəsində təhsil alan oxucular üçün dərs vəsaiti kimi istifadə oluna bilər.
Azərbaycan Texniki Universitetinin
“Maşınqayırma texnologiyası”
kafedrasının müdiri, t.e.d., prof.
V.Z.Mövla-zadə
Azərbaycan gənclərinə ithaf edirəm
Dostları ilə paylaş: |