Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Qədim Şərqdə sənətçilik 
31
 
nız bəzək üçün yarayırdı. 
Bu  istiqamətdə  əsas  irəliləyiş  mis  legirlərinin  tapılmasından  sonra 
əldə  edilmişdir.  Arsenin  ərintiyə  əlavə  edilməsi  ərimə  temperaturunu 
aşağı  salaraq  töküyün  döyülməsini  asanlaşdırırdı.  Sonralar  arsen  sinklə 
əvəz olunmağa başladı. Sinkin nisbətinin variasiya edilməsi nəticəsində 
alət  və  silahlar  üçün  əlverişli  olan  material  əldə  edilirdi.  Metalların 
mexaniki  emalı  daşlara  istinad  etsə  də,  tökmə  və  döymə  yeni  emal 
üsulları kimi sənətçilikdə özünə yer tapmışdır.     
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.9. Misirli bürünc tökənlər, b.e.ə. XV əsr. 
 
Yeni  material  -  bürünc Şərqdə  III  minilliyin  əvvəlində  əsas  material 
kimi  yayılmağa  başlamışdı  (şəkil  1.9).  O, alət, silah  və  kənd  təsərrüfatı 
texnikasının  hazırlanmasında  tətbiq  olunurdu.  Bürüncün  emalını  təsdiq 
edən  tarixi  dəlillər  göstərir  ki,  bu  işlər  xüsusi  ustalar  tərəfindən 
aparılırdı.  Tapılan  bürünc  əşyalar  arasında  alət,  nizə  və  ox  başlıqları, 
balta,  xəncər,    dəbilqə,  iskənə,  çəkic  və  müxtəlif  qablar  vardır  (şəkil 
1.10). 
B.e.ə.  V  əsrdə  başqa  əlvan  metallar,  qızıl  və  gümüş  tapılır  [1.27]. 
Metallurgiyada  bürüncün  emalı  ilə  bərabər  qızıl  emalı  ilə  məşğul  olan 
xüsusi sənətçilər yaranmağa başlayır. Şərq üçün  qızıl  mənbəyi Misirdə, 
Nubia və Qırmızı dəniz ətrafındakı dağlarda yerləşirdi. 
Mesopotamiyaya qızıl həm də Hindistandan gətirilirdi.  Qızıldan  bə-  


Qədim Şərqdə sənətçilik 
32 
 
zək  əşyaları,  qablar  düzəldilirdi  (şəkil  1.11).  Bürüncün  geniş  yayıldığı 
dövrdə  həm  Misirdə,  həm  də  Şərqdə  dəmir tapıldı.  Belə ki, b.e.ə. II 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.10. Qədim Misirdə ağac emalı üçün alətlər, b.e.ə. XII əsr.  
 
minillikdə  dəmirdən  tez-tez  istifadə  edilirdi.  Dəmirin  iqtisadi  vacibliyi 
məlum  olduqdan  sonra,  o  tədricən  qədim  Şərq  mədəniyyətinin  əsas 
materialı  olan  bürüncü  sıxışdırmağa  başladı.  O  dövrdə,  Şərqdə 
metalların  emal  üsulu  kimi  bürünc,  gümüş,  qızıl  və  misin  tökülməsi 
məlum  idi.  Lazım  olan  ərimə  temperaturunu  əldə  etmək  üçün  ağac 
kömürdən istifadə edilirdi. Hava üfürülməsi öncə düdəklərin köməyi ilə 
aparılırdı.  Sonralar  tətbiq  olunan  güclü  üfürcəklərin  tətbiqi  ilə  tökmə 
texnologiyasının effektivliyini yüksək  dərəcədə artırmaq mümkün oldu. 
Tökmə  prosesinin  tərkib  hissəsini  ərıdici  qazanlar  və  tökmə  formaları 
təşkil  edirdi.  Tökükləri  fırlatmaq  və  götürmək  hələ  o  dövrdə  kəlbətin 
məlum olmadığından bürünc nəqqaşların köməyi ilə aparılırdı. 
Tapılan metal filizlərini şəhərlərə daşımaq üçün  öncə onlar  tapıldığı 


Qədim Şərqdə sənətçilik 
33
 
yerdəcə 
əridilərək  külçə 
şəklinə salınır və sonra lazım 
olan  yerlərə  daşınırdı.  Orada 
metal 
qazana 
atılaraq 
sobanın  üstündə  əridilirdi. 
Sonra  ərimiş  metal  qaşıqla 
ağacdan, 
daşdan 
və 
ya 
qumdan  hazırlanmış  forma- 
lara  tökülürdü  (şəkil  1.12). 
Tökmədə 
əvvəllər 
açıq, 
sonralar  isə  örtülü  forma- 
lardan istifadə olunurdu.     
Metal  töküklərə  forma 
vermək  əsasən  döymə  ilə 
həyata keçirildiyindən bu işlə 
məşğul 
olanlar, 
yəni 
dəmirçilər  cəmiyyətdə  xüsu- 
su  yer  tuturdular.  O,  dövrdə 
ümumiyyətlə  metal  emalı 
təsərrüfatında 
çoxlu 
qul 
məşğul 
olduğundan, 
bu 
sahənin  işçiləri  cəmiyyətdə 
aşağı 
təbəqəyə 
aid 
olunurdular. 
Metal 
emalı 
üçün xammalın əldə edilməsi 
çətin 
olduğundan 
onların 
hazırlanmasına yalnız keşişlər və hökmdarlar nəzarət edirdilər. Dəmirin 
çıxarılması və tətbiqi bəşəriyyətin  
əldə etdiyi ən vacib nailiyyətlərdən sayılır. Dəmir də mis kimi insanlara 
hələ çox qədim zamanlardan məlum idi.  
B.e.ə.  IV  minillikdə  tapılmış  dəmirdən  olan  bəzək  əşyaları arxeoloq 
lar tərəfindən yoxlanıldıqda onların  tərkibində 7,5% nikelin  olması  aş- 
 
Şəkil 1.11. Şah Urun qəbrindən tapılmış 
qızıl xəncər,   b.e.ə. II minilliyin 
sonu. 
 
Şəkil 1.12.  Daşdan hazırlanmış qəlib, 
b.e.ə. II minillik.
 
 


Qədim Şərqdə sənətçilik 
34 
 
kar  edilmişdir.  Bu,  o  dövrdə  istifadə  olunan  dəmir  filizlərin  meteroit 
mənşəli  olmasına  dəlalət  edir.  Arxeoloqların  Misir  ərazisindən 
tapdıqları,  hələ  fironlar  dövründən  də  əvvəl  hazırlanmış,  döyülmüş 
dəmir  lövhələrdən  ibarət  bilərzik,  o  dövrdə  dəmir  istehsalının  olmasını 
sübut  edir.  Tarixi  mənbələrin  məlumatına  görə,  ilk  dəfə  dəmir  filizi 
b.e.ə.  III  minillikdə  Qafqaz  dağlarının  ətəyində  yaşayan  insanlar 
tərəfindən  tapılaraq  ondan  dəmirin  alınması  aşkar  edilmişdir  [1.19]. 
Dəmir  tapıldığı  ilk  dövrlərdə  onun  əridilməsi  üçün  yüksək  ərimə 
temperaturu  (1539  °C)  tələb  olunduğundan  mümkün  deyildi.  B.e.ə.  III 
minilliyin əvvəlindən dəmirin emalı üçün karbonlama  texnoloji prosesi 
aşkar  edilir    və  II  -  I  minilliklərdə  daha  da  inkişaf  etdirilərək  XIV  əsrə 
qədər  dəmir  emalı  üçün  yeganə  üsul  olaraq  qalır.    Üsulun  mahiyyəti 
ondan  ibarət  idi  ki,  dəmir  filizi  ərimə  temperaturundan  aşağı 
temperaturda  (800

900°C)  bir  neçə  dəfə  qızdırılırdı.  Bu  zaman  onun 
tərkibində  olan  oksigen  birləşməsi  (Fe
2
O
3
)  tədricən  komürün 
yanmasından  alınan  karbonla  birləşərək  dəmirdən  ayrılsın.  Bu  üsulla 
dəmir  istehsal  etmək  üçün  xüsusi  sobalardan  istifadə  edilirdi  (şəkil 
1.13).  
Kiçik  hissələrə  bölünmüş  dəmir  filizi  öncə  aşağı  temperaturda 
qızdırılaraq,  yəni  “qızartma”  əməliyyatına  uğradılaraq,  tərkibində  olan 
torpaq  və  başqa  qalıqlardan  təmizlənir.  Sonra  hündürlüyü  təxminən  1,5 
m  olan,  gildən  tikilmiş  soba  aşağıdan  saman  çöpləri  ilə  doldurulur  və 
bunun üstünə filiz ilə ağac kömürün qarışığı qatbaqat  yığılır. Sobaya od 
vurulan  anda  aşağı  hissə  nisbətən  bağlı  olur  ki,  sobanın  daxilində 
kömürlə  filiz  qarışığı  alovlansın.  Sobanın  daxilində  temperatur  700-
1000°C  çatdıqda  artıq  dəmir  filizində  olan  oksigen  karbonla  birləşərək 
ayrılır  və  sobada  şlakla  əhatə  olunmuş  dəmir  qalır.  Bu  birləşmədən 
dəmiri  ayırmaq  üçün  sobanın  aşağı  hissəsində  əlavə  deşiklər  açılır  və 
buradan  süni  hava  verməklə  sobanın  daxilində  temperatur  1200°-  yə 
çatdırılır.  Sobaya  yenidən  verilən  oksigenin  bir  hissəsi  ilə  reaksiyaya 
girərək əmələ gələn FeO ərimiş qumla  birləşərək  şlak şəklində sobadan 
xaric edilir.  Proses  başa çatdıqdan sonra soba dağıdılaraq oradan dəmir  


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə