Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Antik dövrdə maşınqayırma 
60 
 
arxaya  dartılaraq  bürünc  lövhələrə  sıxılırdılar  və  beləliklə,  gərilmə 
qollarda  yox,  yaylarda  yaranırdı.  Ktesibios  özünün  pnevmatika 
haqqında  əldə  etdiyi  biliklərini  sıxılmış  hava  ilə  işləyən  katapultlarda 
sınaqdan  keçirir.  Burada  da  katapultların  qolları  yuxarıda  qeyd  olunan 
üsulla hazırlanır, yəni onlar sərbəst qabağa və geriyə dönə bilirdilər. Bu 
maşınlarda Ktesibios yay əvəzinə kip silindrik kolbalardan istifadə edir. 
Qollar arxaya çəkilən zaman onlar kolbanın oxuna söykənərək kolbanın 
içərisindəki havanı sıxır. Sərbəst buraxıldıqda isə onlar sıxılmış havanın 
təsirindən qabağa atılırdı (şəkil 1.27).  
Ktesibiosun 
modelləri 
üzrə 
hazırlanan 
kata- 
pultların 
praktiki 
tətbiqini  tapa  bil-
məməsi, 
onların 
konstruksiyası  ilə 
bağlı  olmayıb,  o 
dövrdə  emal  tex- 
nologiyasının aşağı 
səviyyədə  olması 
ilə bağlıdır.  Döyüş maşınlarının etibarlı işləməsi üçün kolba ilə silindri 
yüksək dəqiqlikdə hazırlamaq lazım idi. Bunu isə antik dövrün mexaniki 
emal  üsulları  ilə  əldə  etmək  çox  çətin  idi.  Hətta  bu  hadisədən  2000  il 
sonra,  yəni  XV
ΙΙΙ
  əsrdə  ingilis  mühəndisi  Mafyu  Bulton  (ingl.  Mattev 
Boulton)  tərəfindən  buxar  maşını  üçün  hazırlanmış  silindrin  qeyri-
dəqiqliyinin  bir  şillinq  qalınlığında  olması  böyük  uğur  idi.  Beləliklə, 
antik  dövrdə  kəsmə  ilə  emal  texnologiyasının  hansı  səviyyədə  olması 
haqqında təsəvvür yaratmaq çətin deyil.  
  Ktesibiosun əsas ixtiralarından olan su saatı haqqında Vitruvi yazır 
ki,    su  orqanı  sivilizasiyanın  tarixində  əsas  ixtira  olsa  da,  su  saatı  bir 
günün  içərisində  məşhurlaşmışdır.  Ktesibiosdan  əvvəl  vaxtı  ölçmək 
üçün günəş saatından  istifadə olunurdu.  Günəşin  mövsümdən asılı ola-  
 
Şəkil 1.27. Pnevmatik katapult. 


Antik dövrdə maşınqayırma 
61
 
raq  müxtəlif  trayektoriyalara  malik  olması  nəticəsində  çubuqların 
kölgəsi müxtəlif olurdu. Bundan əlavə günəş saatları ilə ölçmə aparmaq 
üçün  günəşin  saçması  lazım  idi.  Movsümdən,  gündüz  və  gecədən 
asılılıqdan  qurtarmaq  üçün  qədim  Misirdə  ilk  dəfə  olaraq su  ilə  işləyən 
Klepsidra  (yun.  Klepsydra  –  həm  gecə  və  həm  də  qışda  işləyən 
deməkdir)  adlanan  saat  ixtira  edilir.  Bu  su  saatları  ilkin  vaxtlarda 
dibində  deşik  olan  qabdan  ibarət  idi.  Qaba  müəyyən  miqdarda  su 
tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi.  
 Afinada  Klepsidra  saatlarından  məhkəmədə  çixiş  edənlərin  vaxtına 
nəzarət  etmək  üçün  istifadə  edilirdi.  Əgər  məhkəmədə  proses  həyat  və 
ya  ölümdən  gedirdisə  onda  qaba  çox  su  doldurulurdu.  Çıxış  yarımçıq 
qaldıqda  qabdakı  deşik  tıxanaraq  saxlanırdı  və  çıxış  davam  ediləndə 
yenidən  açılırdı.  Bu  saatlara  antik  dövrdə  böyük  əhəmiyyət  verilirdi. 
Deyilənə  görə  Platon,  hər  səhər  ona  dərsin  başlanmasını  göstərən 
Klepsidra  quraşdırıbmış.  Bu  saatların  çatışmayan  cəhəti,  onlarda  suyun 
sürətinin  sabit  olmaması  səbəbindən  qeyri  dəqiq  olması  idi.  Qabda 
suyun  həcmi  dəyişdikcə  qabın  dibindəki  təzyiq  də  dəyişirdi  ki,  bu  da 
suyun  axma  sürətinə  birbaşa  təsir  edirdi.  Digər  tərəfdən  deşiyin 
çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı.  
 Ktesibios  bu  problemləri  aradan  qaldırmaq  üçün  yeni  konstruksiya 
təklif  edir.  Qabdakı  deşiyin  dəqiqliyini  artırmaq  üçün  o  deşiyi  qızıldan 
və ya da  xüsusi daşlardan hazırlayır. Bu materialların tətbiqi deşiklərin 
çirklənməsinin qarşısını alaraq onun təmizlənməsini yüngülləşdirir.  
Su axınını sabit saxlamaq üçün Ktesibios bir qabdan ibarət sistemdən 
imtina  edərək,  bunun  əvəzinə  üç  qab  götürür.  Birinci  qabdan  su 
ikinciyə, ikincidən isə üçüncüyə axır. Birinci  qab həmişə  dolu saxlanir. 
İkinci  qabda  iki  deşik  nəzərdə  tutulur.  Birinci  deşik  bu  qabın  dibində, 
ikincisi isə yuxarı tərəfdə açılır. İkinci qabda su yalnız yuxarıdakı deşiyə 
qədər  dola  bildiyindən,  burada  suyun  səviyyəsi  həmişə  sabit  olur.  Nə 
birinci,  nə  də  ikinci  qab  boş  olmamalı  idi.  Üçüncü  qabda  suda    üzən 
ağac lövhə  yerləşdirilir. Qaba su dolduqca ağac  lövhə yuxarı qalxaraq 
dişli çarxın  köməyi  ilə  əlaqədə  olduğu  valı  döndərir.  Müəyyən  vaxt  


Antik dövrdə maşınqayırma 
62 
 
keçdikdən sonra bu valın köməyi ilə hər hansı bir fiqur hərəkət etdirilir 
və  ya  düdəklərdən  səslər  çıxarılır  və  i.a.  O  dövrdə  geniş  yayılmış 
mexanizm hər saatdan bir quşun hərəkət edərək oxuması idi.  
Ktesibios 
dəqiqliyi 
yüksək 
olan 
başqa 
bir 
saat 
da 
düzəltmişdir.  Bu  saatda  da  üç 
qabdan  istifadə  edilmişdir.  Qabda 
üzən  ağac  lövhənin  üzərinə  bir 
fiqur  bərkidilir.  Bu  fiqur  yuxarıya 
hərəkət 
etdikcə 
onun 
əlində 
bərkidilimiş 
çubuq 
yaxınlıqda 
yerləşmiş 
silindrin 
üzərindəki 
bölgüdə saatı göstərir (şəkil 1.28).  
Bu 
saatın 
düzəldilməsində 
Ktesibios 
müəyyən 
çətinliklə 
üzləşir.  O  dövrdə  saat  günəşin 
çıxması və batması ilə bağlı olaraq 
günün 
1/12 
hissəsi 
kimi 
hesablanırdı. 
Saatı 
müxtəlif 
uzunluqda 
olan 
vaxtlara 
uyğunlaşdırmaq  üçün    o,  suyun 
axmasını 
konik 
ventillə 
tənzimləyir.  İkinci  variantda  aralıq  qabın  deşiyi  böyüdülərək  orada 
yuxarı-aşağı  hərəkət  edə  bilən  üzük  yerləşdirilir.  Üzüyü  hərəkət 
etdirməklə suyun sürətini tənzimləmək  mümkün olurdu. Üçüncü üsulda  
üzərində  vaxt  qeyd  olunmuş  silindr  dönən  formada  hazırlanır  və  onun 
üzərindəki  bölgü  dönmə  bucağından  asılı  olaraq  müxtəlif  vaxtları 
göstərirdi.  Bununla  da  Ktesibiosa  antik  dövrdə  işləyən  saatların 
dəqiqliyini artırmaq nəsib olur.   
Ktesibios  apardığı  tədqiqatlarını  kitablar  şəklində  yazmışdır.  Çox 
təəssüflər olsun ki, onun məşhur əsərləri “Mexanikanın protokolu” (yun. 
"Memorandum on mechanics"), “Döyüş maşınları”(yun. "Belopoeica"), 
 
Şəkil 1.28. Su saatı. 
 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə