Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   22   23   24   25   26   27   28   29   30

Antik dövrdə maşınqayırma 
90 
 
yunanlardan öyrənmişlər.    
V
ΙΙΙ
  kitabında  Vitruvi  içməli  suyun  tapılması  və  su  kəmərinin 
şəhərlərə  çəkilməsindən  bəhs  etsə  də,  bizə  onun  V  fəsildə  təsvir  ediyi 
nivelir cihazı haqqında informasiya maraqlıdır. O yazır: “Mən indi Sizə 
su kəmərlərinin şəhər və evlərə necə çəkilməsindən bəhs edəcəyəm. İlkin 
iş  nivelirləmədir.  Nivelirləmə  Diopter,  su  tərəzisi  və  ya  da  Korobatla 
(Chorobat)  aparılır.  Bunlardan  ən  dəqiqi  Korobatdır,  çünki,  o  biriləri  
qeyri dəqiq işləyirlər”. Sonra kitabda Korobatın quruluşu təsvir olunur. 
6  m  uzunluğunda  olan  tarazlayıcı  ağac  əsas  lövhə  ştativ  üzərində  
yerləşdirilir (şəkil 1.54). 
 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.54. Korobatın Valter Ruffa əsasən təsviri (1548).  
 
Bu  lövhənin  hər  ucunda  perpendikulyar  olaraq  bir  qol  yerləşdirilir  və 
əlavə  çubuqların  köməyi  ilə  əsas  lövhəyə  sərt  bərkidilir.  Şaquli 
vəziyyətdə  olan  qolların  üzərinə  yan  tərəfdən  əsas  lövhəyə 
perpendikulyar  olan  xətlər  çəkilir.  Bu  xətlər  uzrə  əsas  lövhədən,  iplər 
vasitəsilə hər iki  tərəfdən qurğuşun  yüklər asılır. Yüklərin  ipləri  çəkil- 


Antik dövrdə maşınqayırma 
91
 
miş xətlərlə üst–üstə düşən halda əsas lövhə taraz vəziyyətə gətirilir. Bu 
nivelirin  küləkli  havada  tətbiqi  üçün,  qurğunun  yüklərinin  külək 
tərəfindən  tərpənməsi  zamanı  xətaların  yaranmasını  nəzərə  alaraq, 
Vitruvi  əlavə  olaraq  əsas  lövhənin  ortasında  su  tökmək  üçün  uzunluğu 
1750 mm, eni 18,5 mm və dərinliyi 28 mm olan dördkünc yuva nəzərdə 
tutur. Bu yuvaya su tökdükdən sonra, suyun səviyyəsi əsasında lövhəni 
tarazlamaq olur.    
Vitruvinin  X  kitabında  sözü  gedən  “Maşınqayırmaya”  keçməzdən 
əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  o  dövrdə  “maşınların  hazırlanması” 
bizə  hal-hazırda  məlum  olan  maşınqayırma  qədər  məhdud  olmamış  və 
ağacdan  hazırlanmış  maşınlarla bərabər, ağac karkaslar və başqa gövdə 
konstruksiyalarının hazırlanmasını özündə cəmləşdirən sahələri də əhatə 
etmişdir.     
Kitabın  girişində  Vitruvi  tikinti  haqqında  muqavilə  bağlanması  və 
onun  uğurla  həyata  keçirilməsi  üçün  təlimatlar  haqqında  yazır  və 
sonuncu  abzasda  maşınların  bu  müqavilələrin  həyata  keçirilməsində 
rolunu  qeyd  edir  [1.42]:  “  Bu  təkcə  şəxsi  evlərin  tikilməsində  yox,  həm 
də məmurlar tərəfindən təşkil edilmiş, gecikmə hallarına yol verilməyən 
və  hər  şeyin  tələsik  şəkildə  aparıldığı  bayram  oyunlarında,  haradakı, 
qladiatorların forumda çixişları və ya teatrda xalq üçün çixişlar zamanı 
oturacaqları  və  çətirləri  çəkmək  üçün  qurğuların  düzəldilməsi  və 
ümumiyyətlə  səhnədə  maşınların  köməyi  ilə  xalqa  təqdim  olunan 
dekorativ  qurğuların  düzəldilməsi  zamanı  da  belə  olmalıdır.    Bu  işləri 
görmək  üçün  dərin  düşüncəyə  və  savada  malik  bir  şəxsə  ehtiyac  var, 
maşınların  tətbiqi  haqqında  məlumatlara  və  xususi  biliklərə  malik 
olmadan  bunların  hazırlanması  mümkün  deyil...Və  nə  qanun,  nə  də 
vərdiş  göstərişləri  bunu  məcbur  edə  bilər.  Hər  il  Petarlar  və  Aedilen 
oyunları (döyüş səhnələri) maşınlarla düzəldilmiş qurğuların köməyi ilə 
hazırlandığından,  mənə  elə  gəlir  ki,  nəhayət  mən  əvvəlki  kitablarda 
binalar  haqqında  bəhs  etdiyimdən,  bu  kitabda  ümumi  əsərin  yekunu 
olaraq maşınqayırmanın əsaslarını uyğun ardıcıllıqda göstərişlərlə izah 
edim”.  


Antik dövrdə maşınqayırma 
92 
 
Vitruvi  kitabın  I  fəslində  o  dövr  üçün  tipik  olan,  yalnız  ağacdan 
hazırlanmış  maşınlara  tərif  verməklə  başlayır:”Maşın  bir-biri  ilə 
əlaqədar  olan,  ağacdan  düzəldilmiş  və  yüklərin  qaldırılmasında  böyük 
üstünlüyə  malik  olan    yığımdır.  O,  yunanların  Kikle  Kinesis 
adlandırdığı  çevrə  formalı  süni  fırlanma  hərəkətinə  gətirilir.  Qaldırıcı 
maşınların  ilkin  forması  yunanca  “Akrobatikon”  adlandırılır,  ikinci 
növü 
yunanca 
“Pnevmatikon” 
adlanan 
hava 
ilə 
hərəkətə 
gətirilənlərdilər,  üçüncü  növ  isə  yunanca  “Barilkon”adlanan    yuk 
qaldıran maşınlardır”. 
Maşınların  qısa  tərifindən  sonra  bu  fəsildə  daha  yeni  bir  tərifə,  
“alət”in  tərifinə  rast  gəlinir.  Burada  maşınların  daha  mürəkkəb  olması 
və  bir  neçə  mexaniki  hərəkəti  yerinə  yetirə  bilməsi  və  bunun  üçün  bir 
neçə  işçi  qüvvəsinin  tətbiq  olunması  qeyd  olunur,  məsələn,  ballistlər, 
preslər  və  s.  Alətlər  isə  mütəxəssislər  tərəfindən  yalnız  bir  işçi 
qüvvəsinin  təsiri  ilə  məqsədli  tətbiq  edilir.  Alətlərin  tətbiqi  kimi,  torna 
dəzgahında çarxın tətbiqi, kotan, araba və gəmi misal gətirilir.  
ΙΙ
  fəsil  qaldırıcı  maşınların  təsviri  ilə  başlayır.  Öncə  o,  qaldırıcı 
maşınların  düzəldilməsi  ardıcıllığını  izah  edir.  “Qaldırılan  yükə  uyğun 
olaraq yuxarıya iki ağac tir qaldırılır, bunların yuxarı ucları bir-biri ilə 
birləşdirilir.  Tirlərin  aşağı  ucları  bir-birindən  müəyyən  qədər 
aralanaraq, ayaq üstə qoyulur və kəndirlərin köməyi ilə yuxarı ucundan 
bağlanaraq  dörd  istiqamətdə  yerlə  bərkidilir  (şəkil  1.55).  Yuxarıdan 
dördkünc  çərçivənin  içərisində  oxda  hərəkətli  yerləşən  diyircəklər 
(polipast)  asılır.  Kəndir  ortadakı  diyircəyə  dolanaraq  aşağıdakı 
diyircəyə keçirilir. Sonra kəndir yuxarıdakı diyircəyə dolanaraq sərbəst 
ucu tirlər arasından aşağıya dartılır. O biri ucu isə yükü bərkitmək üçün 
nəzərdə  tutulan  üzüyə  bağlanır.  Dördkünclü  tirlərin  arxa  tərəfində 
ayaqların  bir-birindən  çox  aralı  olan  yerində  sağanaq  bərkidilir  və  bu 
sağanaqda val oturdulur. Valda kəndiri keçirmək üçün iki deşik nəzərdə 
tutulur.  Kəndirin  digər  ucuna  ikibaşlı  metallik  çəngəl,  onun  dişləri  isə 
öz  növbəsində  qaldırılacaq  daşın  üzərindəki  deşiklərə  keçirilir.  Əgər 
kəndirin o biri ucu vala sərt bağlanaraq val əl ilə fırladılırsa, onda kən- 


Antik dövrdə maşınqayırma 
93
 
Şəkil 1.55. Qaldırıcı kran.
 
 
 
dir vala dolanaraq gərilir və yükü yuxarıya lazım olan yerə qaldırır. Bu 
növ,  3  diyircəklə  işləyən  qaldırıcı  maşınlar  Trispastos  (üç  pilləli) 
adlanır.  Əgər  aşağı  tərəfdə  iki  diyircək  və  yuxarıda  üç  diyircək 
bərkidilərsə,  onda belə maşınlara “Pentaspastos” (beş pilləli) deyilir.”  
Sonra Vitruvi iri 
həcmli 
yükləri 
asanlıqla qaldırmaq 
üçün 
işlədilən 
maşınların 
saz- 
lanması  metodunu 
təsvir  edir.  Bunun 
üçün 
 
yuxarıda 
təsvir 
olunmuş 
krandan 
fərqli 
olaraq ucundan yük 
asılmış kəndir əl ilə 
fırladılan  vala  yox, 
onun 
uzərindəki 
çarxa  bağlanır  (şəkil  1.56).  Yunanlar  bunu  Ampirion  adlandırırlar.  Bu 
çarx öz növbəsində kəndirin köməyi ilə iri qolu olan vala bağlanır. 
Birincidən  fərqli  olaraq  Vitruvi  burada  qoşa  diyircəklərdən  istifadə 
olunmasını təsvir edir. Kəndiri 3 cərgədə yerləşmiş qoşa diyircəklərdən 
müəyyən ardıcıllıqla keçirdikdən sonra, ağır yükün qaldırılmasına tətbiq 
edilən  işçi  qüvvəsini  bir  neçə  dəfə  azaltmaq  mümkün  olur  (şəkil  1.56). 
Daha  bir  variant  yüklə  bağlanmış  kəndirlə  əlaqədə  olan  valı  fırlatmaq 
üçün  bu  vala  iri  diametrli  barabanın  bərkidilməsindən  ibarətdir.  
Barabanın  içərisindəki  adam  irəliyə  hərəkət  etdikdə,  onun  ağırlığının 
təsirindən  baraban  fırlanır  və  nəticədə    kəndir    vala    dolanaraq  
diyircəklərin  köməyi    ilə    ağır    yükü  asanlıqla  qaldırmağa  imkan  verir 
(şəkil  1.56).  Bundan  əlavə  Vitruvi    konstruksiyaca  sadə  olan  qaldırıcı 
qurğunun təsvirini  verir. Burada bir tirdən  və 4  ötürməli  diyircəklərdən 
istifadə edilərək nisbətən kiçik həcmli yükləri qaldırmaq olur. 


Antik dövrdə maşınqayırma 
94 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.57. Dönən kranlar. 
Bu  maşınların  tətbiqinə  gəlincə  Vitruvi  yazır:”  Yuxarıda  təsvir  edilən 
maşınlar  yalnız  qeyd  olunan  formada  yox,  həm  də  bəzən  şaguli,  bəzən 
isə  üfiqi  vəziyyətdə  kran  döndərən  lövhənin  üzərinə  bərkidilərək 
gəmilərin  yüklənib-  boşaldılmasında  istifadə  olunur.  Göstərilmiş 
mexanizmin köməyi ilə gəmilərin quruya çıxarılması da əhəmiyyət kəsb 
edir”. 
Buradan  göründüyü  kimi  o  dövrdə  kranlar  yalnız  tərpənməz  şəkildə 
yox,  həm də dönən lövhə üzərində bərkidilərək, onların çevikliyi artırıl-  
          
 
 
Şəkil 1.56. Ağır yüklərin qaldırılması üçün kranlar. 
 


Antik dövrdə maşınqayırma 
95
 
Şəkil 1.58. Yüklərin daşınması. 
 
mışdır.  Müxtəlif  mənbələrin  verdiyi  cizgilərə  əsasən  bu  lövhələr  şəkil 
1.57-dəki  kimi  4  yastıqda  yerləşdirilir.  Üfiqi  vəziyyətdə  yerləşmiş 
kranın  sxematik  təsviri  şəkil  1.57,  a-da  verilmişdir.  Gövdə  tərpənməz 
olaraq gəmilərdə və ya divarlar üzərində bərkidilir. Kran başlığı isə üfiqi 
müstəvi 
üzrə 
dönmək 
imkanına  malikdir.  Vitruvi 
fəslin  sonunda  iri  diametrli 
diyircəklərin  yüklərin  daşın- 
masında  tətbiqindən  bəhs 
edir. Döyüş meydanlarındakı 
kələ-kötürlüklərin  hamarlan-
masında    tətbiq  edilən  diyir- 
cəklərə istinad edərək, o ağır 
yüklərin  nəqlində  tətbiq  olunan  diyircəklərin  təsvirini  verir.  Məsələn, 
böyük daşları daşımaq üçün  onun  hər iki tərəfinə çarxlar birləşdirilərək 
xüsusi  çərçivəyə  keçirilir  (şəkil  1.58).  Çərçivənin  önündəki  çəngəllərə 
öküzlər  qoşularaq  çəkilir.  Beləliklə,  öz  oxu  ətrafında  fırlanan  daş 
asanlıqla  bir  nöqtədən  başqa  nöqtəyə  nəql  edilir.  Vitruvinin  işlərindən 
həm  də  məlum  olur  ki,  o  dövrdə  küçələrin  diyircəklərlə  hamarlanması 
geniş yayılıbmış.  
ΙΙΙ
  fəsildə  Vitruvi  Aristotelin  “Mexaniki  problemlər”  əsərinin  bir 
hissəsini  “Bütün  hərəkətlərin  elmindən,  düz  xətt  və  çevrə”  adı  altında 
yenidən  araşdırdıqdan  sonra  IV  fəsildə  su  nəql  edən  maşınlardan  bəhs 
edir.  O  yazır:  “  Mən  indi  su  nəql  etmək  üçün  ixtira  edilmiş  maşınları 
təsvir  etmək  istəyirəm.  Öncə  su  götürən  maşın  haqqında  danışmaq 
istəyirəm.  Bu  maşın  suyu  yuxarı  qaldırmasa  da,  suyu  tez  və  böyük  
miqdarda  götürür.  Ağac  val  torna  dəzgahında  yonulur  və  hər  iki 
tərəfinə  dəmir  ox  keçirilir.  Bu  valda,  üzərinə  bir-birinə  taxılmış 
hücrələrdən  ibarət  olan  baraban  oturdulur  (şəkil  1.59).  Ağac  val 
dirəklərin  üzərinə  qoyulur  və  dəmirlə  örtülür.  Barabanın  içərisinə, 
valdan  barabanın  doğuranına  qədər  uzanan  arakəsmələr  keçirilərək 
onu 8 bərabər hissəyə bölürlər. 


Antik dövrdə maşınqayırma 
96 
 
Şəkil 1.59. Su götürən çarx. 
 
Barabanın  silindrik  doğu- 
ranını 
əmələ 
gətirən 
hücrələrin  dibi  yarım  ayaq 
ölçüsündə  açıq  olur  ki, 
buradan  barabanın  içəri- 
sinə  su  keçə  bilsin.  Sonra 
mərkəzi  oxun  ətrafında, 
barabanın  daxilindəki  ara- 
kəsmələrə  uyğun  olaraq  8 
deşik  açılır.  Barabanlar 
gəmilərdə 
olduğu 
kimi, 
insanların  ayaqları  ilə  fır- 
ladılır  və  silindrin  xarici 
səthindən  daxilə  dolan  su 
ox  ətrafındakı  deşiklərdən  çıxaraq  lazım  olan  yerə  axır.  Beləliklə, 
bağların suvarılması üçün böyük miqdarda su verilir.  
Əgər suyu hündür yerə qaldırmaq lazımdırsa, 
onda həmin üsul aşağıdakı kimi dəyişikliyə məruz 
qalır. 
Aparıcı 
valın 
ətrafına  lazım  olan 
hündürlüyə  uyğun  olaraq  baraban  bərkidilir  və 
onun  yan  tərəfində  ağzı  aşağıya  yönələn,  mumla 
kipləşdirilmiş  kub  formalı  qutular  bərkidilir. 
Çarx ayaqla fırladılan zaman su ilə dolu qutular 
yuxarıya qaldırılır və su tökülür, qutular yenidən 
aşağıya hərəkət edərək su çənindən suyu götürür. 
Əgər suyu  daha hündür yerə qaldırmaq lazım 
gələrsə onda vala iki cüt dəmir zəncir bağlanır və  
aşağıya, suya qədər sallanır (şəkil 1.60). 
Bu  zəncirdən  bürüncdən,  hər  birinin  həcmi 
3,28  l  olan  vedrələr  asılır.  Val  fırlandıqda 
zəncirdə  bağlanmış  vedrələr  suya  bataraq  dolur  və  yuxarıya  qaldırılır. 
Bu vedrələr  valın  üzərindən  keçdikdə  aşmağa  məcbur  edilir və onun  
 
 
Şəkil 1.60. Zəncirli  
su maşını. 
 


Antik dövrdə maşınqayırma 
97
  
içərisində olan su yuxarıda yerləşdirilmiş çənə tökülür.” 
V  fəsildə  su  çarxı  belə  təsvir  olunur:  ”Çaylarda,  yuxarıda  təsvir 
olunmuş üsulla su götürən çarxlar qurulur. Bu çarxların xarici səthində 
axar  su  tərəfindən  hərəkətə  gətirilərək  çarxı  fırlanmağa  məcbur  edən  
pərlər  bərkidilir.  Beləliklə,  onlar  qutularla  suyu  götürərək,  işçilər 
tərəfindən  hərəkətə  gətirilməsi  lazım  olmadan  yuxarıya  qaldıraraq 
lazım olan miqdarda suyu verir (şəkil 1.61).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.61. Mörendorf (AFR)  yaxınlığında rekonstruksiya olunmuş   
             
qədim su götürən maşın.  
 
Bu  üsulla,  həmçinin  su  dəyirmanları  hazırlanır,  haradakı  hər  şey 
yuxarıda  olduğu  kimi  qalır,  yalnız  valın  bir  ucuna  dişli  çarx  keçirilir 
(şəkil  1.62).  Sonra  bu  dişli  çarxa  ikinci,  üfiqi  yerləşdirilmiş  çarx 
ilişdirilir.  Beləliklə,  su  ilə  fırlanan  vala  keçirilmiş  çarx  üfiqi  yerləşmiş 
çarxın  dişlərini  hərəkətə  gətirməklə  dəyirmanın    daşlarını  fırladır.  Bu 
maşınlarda  taxıl  yuxarıda  asılmış  ağızlıq  vasitəsilə  daşların  altına 
verilir və onun fırlanması nəticəsində üyüdülür”.   
 Vitruvinin təsvir etdiyi bu dəyirmanlarda yenilik ondan ibarətdir ki, 
o dövrdə artıq məlum olan  heyvanlar və ya  qullar qoşulmaqla fırladılan 


Antik dövrdə maşınqayırma 
98 
 
dəyirman  daşlarından  fərqli 
olaraq,  burada  axar  suyun 
enerjisindən  istifadə  olun-
muşdur.  
V
Ι
 fəsildə Vitruvi su nəql 
emək  üçün  istifadə  edilən 
“su  vinti”  və  ya  Arximed 
vinti  (bax  s.  54)  adlanan 
qurğunun  hazırlanmasından 
bəhs 
edir. 
O, 
vintlərin 
ağacdan  kəsilməsini  ətraflı 
izah  edəndən  sonra,  fəslin 
sonunda  düzbucaqlı  üçbu-
cağın  tapılmasında  Pifaqora 
istinad  etdiyni  qeyd  edir: 
Pifaqor  bizə  göstərir  ki, 
düzbucağı hər hansı bir ustanın əl işinə ehtiyac olmadan tapmaq olar və 
ustaların  bucağın  qiymətini  dəqiq  təyin  edə  bilmədikləri  halda, 
düzbucaq,  əgər  verilən  göstərişə  uyğun  hesablanarsa    asanlıqla  və 
xətasız  təyin  edilə  bilər.  Bunun  üçün  birinin  uzunluğu  təxm.  90  sm,  o 
birininki  120  sm  və  üçüncününkü  150  sm  olan  3  xəttkeş  götürülür.  Bu 
xəttkeşlər  bir-biri  ilə  üçbucaq  formasında  birləşdirildikdən  sonra  tam 
xətasız düzbucaq əmələ gələcək.” 
Sonra  Vitruvi  V
ΙΙ
  və  V
ΙΙΙ
  fəsillərdə  Ktesibiosa  məxsus  olan, 
Heronun işlərindən məlum olan su nasosunun və orqanın quruluşunu və  
işləmə  prinsipini  verir.  Bu  konstruksiyalar  haqqında  məlumatlar 
Heronun 
işlərində 
verildiyindən 
burada 
bir 
daha 
baxılması 
məqsədəuyğun deyil. 
Ι
X fəsildə  Vitruvi  məsafəni ölçmək üçün istifadə  edilən bir qurğunu 
təsvir edir. Bu qurğu Taksameter (yun. Taxameter) adlanır (şəkil 1.63). 
Onun  Heronun  Odometrindən  fərqi  ondan  ibarətdir  ki,  bu  qurğunun 
köməyi  ilə  gedilən  məsafəni  həm  quruda, həm də suda ölçmək müm- 
 
Şəkil 1.62. Su dəyirmanının sxemi. 
 


Antik dövrdə maşınqayırma 
99
 
Şəkil 1.63. Taksameterin quruluşu. 
 
 
kündür.  
Bu  haqqda  Vitruvi  yazır:  “  Əgər  söhbət  arabadan  gedirsə  onda 
təkərin diametri 1,2 m olmalıdır, belə ki, bir dövrdə təkər 3,5 m yol qət 
edir. Təkərin oxuna içəri tərəfdən bir dişi olan və oxla birlikdə fırlanan 
çarx 
tərpənməz 
keçirilir. 
Bundan 
əlavə 
arabanın 
üzərinə 
qutu 
qoyulur. 
Qutunun  yan  tərəfinə  öz  oxu 
ətrafında  fırlana  bilən  400 
dişi olan çarx yerləşdirilir. Bu 
dişli  çarx  arabanın  oxuna 
keçirilmiş 
dişli 
çarxla 
birləşdirilir.  400  dişdən  əlavə 
bu  çarxa  yan  tərəfdən  bir  diş 
bərkidilir. 
Qutunun 
üst 
tərəfində 
üfiqi 
vəziyyətdə 
üçüncü 
bir 
dişli 
çarx 
yerləşdirilir və o yan tərəfdəki çarxın tək dişinə ilişdirilir. Üst tərəfdəki 
çarxda  hər  dişin  arxasında  bir  deşik  açılır  və  bu  deşiklərin  içərisinə  
kiçik  daşlar  qoyulur.  Qutunun  üst  tərəfində  bir  deşik açılır  və  buradan 
boru  keçirilir.  Bu  boru  çarxın  deşiyi  ilə  üst-üstə  düşdükdə  çarxa 
qoyulmuş  daş  bu  deşikdən  keçərək  qutunun  içərisindəki  bürünc  qaba 
düşür....Oxdakı kiçik dişli çarx 400 dəfə döndükdə üst tərəfdəki çarx bir 
dəfə  dönür,  beləliklə  1  Mil  (1  Mil  =1,48  km)  yol  qət  edilmiş  olur. 
Arabanın  içinə  düşən  hər  daşdan  hər  qət  edilmiş  Mil  bilinir.  Qutuya 
tökülmüş  daşların  ümumi  sayına  əsasən  bir  gündə  qət  edilmiş  yolu 
hesablamaq olur. 
 Gəmilərdə    də  gedilən  yolun  tapılması  bu  üsula  kiçik  bir  dəyişiklik 
etməklə  həyata  keçirilir.  Bunun  üçün  ağac  valın  ücüna  üzərində  pərlər 
olan  çarx  keçiriulir.  Bu  çarx  suya  bataraq  hərəkət  zamanı  fırladılır”. 
Bu  çarxla  isə  yuxarıda,  quruda  məsafəni  ölçmək  üçün  təsvir  olunmuş 
aparat birləşdirilir.   


DAVAMI
 

Document Outline

  • Qabaq uz
  • hisse 01
  • hisse 02
  • hisse 03
  • hisse 04
  • hisse 05
  • hisse 06
  • hisse 07
  • hisse 08

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə