Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

İlk texniki alətlər 
22 
 
insanların  həyatında  alətlərin  hazırlanması  üsulları  da  eyni  dərəcədə 
böyük əhəmiyyət kəsb etməyə başlayır.  
Yetişmiş insanların ilkin mədəni inkişaf mərhələsində, buz dövrünün 
sonundan  (8000  il  əvvəl)  yeni  daş  dövrünə  kimi  bir  vaxtda,  malik 
olduqları  iqtisadi  imkan  yalnız  ovçuluq  və  bitkilərin  yığılmasından 
ibarət  idi.  Əkinçiliyin  yaranması  qədim  daş  dövrünə  təsadüf  edir. 
Coğrafi  və  texnoloji  cəhətdən  inkişaf  etmiş  ilkin  insan  cəmiyyətləri 
mərkəzi  Avropada  yerləşmişdir. Sonuncu  buz  dövründə  bu  cəmiyyətlər 
cənub şərqə sıxışdırılır. Bununla bərabər Amerika, Afrika və Asiyada da 
yaşayış  məntəqələrinin  izlərinə  rast  gəlinir.  Avropa  ərazisində  yayılmış 
nazik tilli daş alətlərin hazırlanması texnikası daha da yaxşılaşdırılaraq, 
nazik daşlardan pəstah seçimi sistemləşdirilmişdir.  
Daşların deşilməsi və yonulması üçün əldə olunan qurğuların inkişafı 
sayəsində  alətlərin  hazırlanması  özünün  ən  yüksək  nöqtəsinə  çatır. 
Neolit dövrü daşların yonulmasında tətbiq olunan pardaqlama, deşmə və 
mişarlama kimi bir çox yeni  emal üsulları ilə xarakterizə olunur [1.10].  
Bu metodlar insanlara yeni, daha bərk daşlardan, məsələn: nefrit, jadeit, 
bazalt  və  dioritdən    istifadə  etməklə  baltalar,  iskənələr,  pazlar  və 
çəngəllərin hazırlanmasına şərait yaratmışdır.  
Yeni  alət  üçün  lazım  olan  daş  pəstaha  forma  verilməsi  adi  üsullarla 
bərabər  mişarlamanın  köməyi  ilə  də  aparılırdı.  Səthlərin  təmiz  emalı 
quru  və  ya  yaş  pardaqlamanın  köməyi  ilə  yerinə  yetirilirdi. 
Arxeoloqların  hesablamalarına  görə,  bir  pardaqlanmış  baltanın  daş 
qırıntısından  hazırlanması  üçün  2,5

3  saat,  pepritdən  isə  20

25  saat 
vaxt tələb olunurdu. İlk pardaqlanmış baltalar mezolit dövründən məlum 
olsa da, onlar ancaq neolit dövründə geniş yayıla bilmişlər. Kiçik ölçülü 
alətləri  daş  ucluqdan  və  ağac  qulpdan  yığmaq  mümkün  olsa  da,  böyük 
alətlərdə  bu  konstruksiya  yaramırdı.  Buna  görə  də,  yeni  üsul  –  daşların 
deşilməsi  ixtira  edilir.  Daşda  açılmış  deşiklərin  köməyi  ilə  onları  iri 
ağac  sapaqlara  bərkitmək    mümkün  idi.  İlk  vaxtlarda  qədim  insanlara 
deşmə  əməliyyatının  mexanizmi  ilə  bağlı  olaraq  yalnız  konik  deşikləri 
açmaq nəsib olurdu. Bu isə daşların sapaqda bərk oturtması üçün yetərli 


İlk texniki alətlər 
23
 
deyildi.  Bunun  üçün  nisbətən  daha  dəqiq  olan  silindrik  deşiklərin 
açılmasına  ehtiyac  var  idi.  Deşmə  texnologiyasının  təkmilləşdirilməsi 
ilə  insanlar  neolit  dövründə  sümük  burğuların  köməyi  ilə  dəqiq 
deşiklərin açılmasına nail olurlar.  
Arxeoloji  axtarışlar  zamanı  tapılmış  ən  qədim  burğulama  qurğusu 
qədim daş dövrünə aiddir. Ağac çubuğu fırlatmaqla, od əldə edilməsi ilə 
oxşarlığı  olan  burğu  qurğusu  təxminən  40000  il  əvvəl  ixtira  edilmişdir 
[1.13].  Bu  burğulama  qurğusunda  alət  əl  ilə  fırladılır  (şəkil  1.7). 
Sonralar  tapılmış,  bu  qurğunun  təkmilləşmiş  forması  olan  iplə  işləyən 
burğulama qurğusu yeni daş dövrünə aiddir (təxminən 6000 il əvvəl).   
Rekonstruksiya 
edilmiş 
burğulama 
qurğusu  şəkil  1.8-də  göstərilmişidir. 
Şəkildən  göründüyü  kimi  sağ  və  sol 
tərəfdə 
yerləşdirilmiş 
dayaqların 
arasında  bir  ağac  tir  qoyulur.  Bu  tirin 
bir  ucu  soldakı  dayaqlar  arasında 
yerləşdirilərək    iplə  oynaqlı  bağlanır. 
Sağ  ucu  isə  sərbəst  olaraq  sağdakı 
dayaqların  arasına  keçirilir  və  buradan 
yük asılır. Yükün məqsədi emal zamanı 
veriş  yaratmaqdır.  Burğu  aləti,  bir  ucu 
bu 
tirin 
ortasindakı 
oymaqda 
yerləşdirilmiş  şpindelə  iplə  bağlanır. 
Pəstah  burğu  alətinin  altında  yerdə 
bərkidilir.  Şpindelə  fırlanma  hərəkəti  
kamana  bağlanmış  ipin  köməyi  ilə 
verilir. 
Kaman 
irəli-geri 
hərəkət 
etdikcə,  şpindel  gah  bir  istiqamətdə, 
gah  da  başqa  istiqamətdə  fırlanır.  Beləliklə,  əl  ilə  fırlanması  çətinlik 
yaradan  burğunun  hərəkəti  kamanın  irəli-geri  hərəkəti  ilə  əvəz  olunur. 
Buna  baxmayaraq  insanlar  bu  dövrdə  alətin  fasiləsiz  hərəkətini  ala 
bilməmişdilər. Mişarlama,   deşmə, eləcə də  pardaqlama  əməliyyatları- 
 
Şəkil 1.7. Daşların əl ilə 
deşilməsi. 


İlk texniki alətlər 
24 
 
nın inkişafı alətlərin işçi səthlərinin hamarlığını artırmağa kömək edərək 
onlarda  iş  zamanı  yaranan  müqavimətin  azalmasına  və  bununla  da 
məhsuldarlığın artmasına kömək etmişdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tili kobud balta ilə ağacın emalı mümkün deyildi, çünki bu baltaları 
ağaca  vurduqda  onlar  səthi  kəsmək  əvəzinə  əzirdilər.  Tili  hamarlanmış 
baltalarla,  bunun  əksinə  olaraq,  ağacları  yonmaqla  istənilən  formaya 
salmaq  olurdu.  Beləliklə,  qayıqları  və  evlərin  düzəldilməsi  üçün  ağac 
hissələri hazırlamaq mümkün olmuşdur. 
Texnikanın inkişafı bu günə kimi bir neçə mərhələdən  keçmişdir. İlk 
dövrlərdə  alətlərin  tətbiqi  zamanı  qüvvə  yaratmaq  üçün  əl  əməyindən 
istifadə  edilirdi.  Sonralar  pəstahları  sıxmaq  üçün  köməkçi  elementlər 
tətbiq  edilməyə  başlayır.  Bunun  ardınca,  tədricən  aləti  və  pəstahı 
bərkitmək  üçün  gövdə,  yönəldici  və  ötürmə  sistemləri  inkişaf 
etdirilmişdir.  Yeni  daş  dövrünün  alət  və  qurğuları  təkçə  yüksək 
səviyyəyə  deyil,  həm  də  inkişaf  etmiş  müxtəlif  növlərə  malik  idilər. 
Arxeoloji tədqiqatlar göstərir ki, o dövrdə 20-yə qədər alət növü məlum 
idi.  Buraya  sümükləri,  ağacları  emal  etmək  üçün  alətlər,  burğular, 
müxtəlif  ucluqlar,  dəriləri  qaşımaq  üçün  qaşovlar, bıçaqlar və s.  aid 
 
Şəkil 1. 8. Neolit dövrünə aid deşmə qurğusunun modeli. 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə