Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

İlk texniki alətlər 
25
 
idilər. 
İbtidai  insanlar  ovçu  və  ehtiyat  yığmaq  mədəniyyətinə  uyğunlaşmış 
olsalar  da,  o  dövr  üçün  nisbətən  inkişaf  etmiş  əmək  bölgüsü  mövcud 
olmuşdur. Əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq, evdarlıq və hətta 
ictimai  təşkilatçılıq  işləri  o  dövrdə  yaşayan  ayrı-ayrı  insanların  və 
qrupların məşğuliyyət formasına çevrilmişdir.  
İstehsal  vasitələrinin  inkişafı  və  əmək  bölgüsü  işin  məhsuldarlığını 
artırmağa və bununla da insanların qida və başqa mallara olan ehtiyacını  
ödəyərək bol  məhsul əldə  etmələri üçün zəmin  yaratmışdır. Şərqin yeni 
daş  dövründəki  cəmiyyəti  o  dövrün  inkişaf  xəttini  özündə  əks  etdirirdi. 
Şərqdə  təsərrüfatçılıq  inkişaf  etdiyi  halda,  dünyanın  başqa  yerlərində 
aqrar  istehsala  keçid,  insanların  malik  olduqları  aşağı  səviyyəli  texniki 
vasitələr  və  mədəniyyətlə  xarakterizə  olunan,  hətta  bəzən  ovçuluq 
dövrünə uyğun səviyyədən  də aşağı bir  müstəvidə baş verirdi. Aparılan 
araşdırmalar  göstərir  ki,  o  dövrdə  alət  və  qurğuların  ən  təkmilləşmiş 
formaları məhz Şərqdə cəmləşmişdir.  
Ilkin  Şərq  mədəniyyətinin  inkişafının  sonrakı  mərhələsi  neolitin 
sonuna  təsadüf  edir.  Bu  inkişaf  texniki  cəhətdən  rəngli  saxsının 
tapılması,  misin  əldə  edilməsi  və  emalı,  saxsı  qabların  hazırlanmasında 
tətbiq  olunan  ilkin  sənətçilik  ilə  xarakterizə  olunur.  Rəngli  saxsının 
hazırlanmsı  ilə  demək  olar  ki,  ilk  sənətçilik  ənənəvi  peşəkarlıqdan 
kənara  çixaraq  sərbəst  fəaliyyət  göstərməyə  başlamışdır.  Dulusçuluq 
emalatxanaları  artıq  yaşayış  evlərindən  kənarda  yerləşərək  yarımkürə 
formalı  sobalarla  əhatə  olunurdular.  Bu  işlə  məşğul  olan  sənətkarlar 
kəndin  başqa  sakinləri  tərəfindən  ərzaqla  təmin  olunurdular,  qablar 
ərzağa dəyişilirdi.  
Altıncı  minilliyin  sonunda  ilk  dəfə  olaraq  bəzək  və  məişət  əşyaları 
tökülmüş misdən hazırlanmağa başlayır. Mis ilk vaxtlarda soyuq halda  
döyülərək  emal  edilirdi.  Sonralar  insanlar  mis  filizlərini  kömürün 
üstündə  əritməyə  nail  olurlar.  Mis  töküyünü  almaq  yalnız  b.e.ə.  VI


minilliklərdə  xüsusi  sobaların  ixtirasından  sonra  mümkün  olmuşdur. 
Dulusçuluqda olduğu kimi, metal istehsalı da kəndçi  icmalarında  əmək  


İlk texniki alətlər 
26 
 
bölgüsünü daha da dərinləşdirərək yeni sənətçiliyin yaranmasına gətirib 
çixarmışdır.  Kotanın  ixtirası  nəticəsində  sürətlənən  kənd  təsərrüfatının 
inkişafı  ilə  müşaiyət  olunan  bu  sənətçilik  sahələrinin  meydana  gəlməsi 
ayrı-ayrı  qəsəbələr  arasında  etibarlı  alver  əlaqələrinin  yaradılmasını 
tələb  edirdi.  Bu  baxımdan  V  minilliyə  təsadüf  edən  çarxın  ixtirası  da 
nəqliyyat  vasitələrinin  istifadəsində,  öncə  dulusçuluqda  fırlanan  lövhə 
kimi istifadə olunmağa başlamışdır [1.13].  
Tezliklə,  Qara  dənizdən  Mərkəzi  Avropaya  və  Misirdən  Şimali 
Afrikaya,  Fransa  və  İspaniyaya  qədər  böyük  bir  ərazini  əhatə  edən,  bu 
texniki sənətçiliyin inkişafının dinamikası sonrakı IV minillikdə neolitik 
cəmiyyətin yenidən formalaşması üçün şərait yaratmışdır.  
 
 
 
 
 


Qədim Şərqdə sənətçilik 
27 
 
1.3. Qədim Şərqdə mədəniyyət və texniki sənətçilik   
 
Y
axın  Şərqdə  neolit  mədəniyyətinin  texniki,  sənətçilik  və  sosial 
inkişafı  əhalinin  sürətlə  artımına  gətirib  çıxarmışdır.  B.e.ə.  V  və  III 
minilliklər  ərzində  baş  verən  iqlim  dəyişiklikləri  Mesopotamiya 
ərazisində  əkinçilik üçün əlverişli şərait yaratdığından, özlərinə başqa, 
daha  əlverişli  yaşayış  yerləri  axtaran  insanların  cənub,  Fərad  və  Dəclə 
çayları vadiləri istiqamətində axışmasına səbəb olmuşdur [1.16

1.27]. 
Öz  təkmilləşmiş  suvarma  sistemi  ilə  təchiz  olunmuş  əkinçilik 
təsərrüfatı  ilə  səciyyələnən  qədim  Şərq  mədəniyyəti    Mesopatamiya 
ərazisində inkişaf etməyə başladı. Eyni vaxtda iqlim dəyişikliyi ilə bağlı 
olaraq  Misirdə,  Nil  çayı  ətrafında  və  Çində,  Sarı  çay  ətrafında  oxşar 
dəyişikliklər baş verirdi. Bu ölkələrin mədəniyyətləri iki min ildən artıq 
insanların və texnikanın tarixi inkişafını müəyyənləşdirmişdir. 
Yeni  məskunlaşmış  insanlar  inkişaf  etmiş  suvarma  sisteminin 
köməyi  ilə  münbit  torpaqlarda  bol  məhsul  əldə  edirdilər.  Məhsul 
çoxluğu  insanlar  arasındakı  münasibətə  təsir  göstərməyə  başlayır.  Belə 
ki,  əvvəllər  əsir  tutulmuş  adamları  ərzaqla  təmin  etmək  mümkün 
olmadığından  onları  öldürürdülər.  Məhsul  artımı  bu  insanlara  yemək 
verməklə,  onlardan işçi qüvvəsi kimi istifadə etməyə şərait yaratmışdır. 
Bununla quldarlığın əsası qoyuldu. Qullarla bərabər bu dövlətlərdə azad 
yaşayan  insanlar  da  mövcud  idi.  Azad  insanlar  əsasən  evdarlıq  və 
sənətçiliklə  məşğul  idilər.  Qullara  sahib  olmaq  və  onları  idarə  etmək 
yeni  istehsal  münasibətlərinin  əsasını  müəyyən  edirdi.  Bu  dövrdə 
istehsal üsullarının səviyyəsi qədim cəmiyyətlərdə olduğu kimi qalırdı.  
Bu  ərazilərdə  kənd  təsərrüfatının  inkişafı  insan  artımına  təkan  verir. 
Tarixi  qaynaqlara  görə  b.e.ə.  III  minilliyin  əvvəlində  Mesopotamiyada 
yarım  milyon  əhali  yaşayırdı  [1.19,  1.20].  Əhalinin  sonrakı  artımı 
iqtisadiyyata 
olan 
tələbatı, 
əsasən  isə  suvarma  sisteminin 
genişlənməsinə  tələb  olunan  əlavə  işçi  qüvvəsinə  ehtiyacı  artırmışdır. 
İqtisadiyyatın  inkişafı  üçün  təkan  verici  rolunu  oynayan şəhərlərdə 
də   əhalinin   artımı  zərurətə  çevrilmişdir. Əvvəllər   kəndlərdə  çalışan 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə