Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

Antik dövrdə maşınqayırma 
41
 
ziyyatda    şahlar  üçün  xüsusi  yollar  yoxdur.”  Evklidin  şagirdi  Perqe  öz 
müəlliminin  işlərini  davam  etdirərək  ellips,  parabola  və  hiperbolanın 
xassələrini vermişdir.  
Musey  məktəbinin  yaranması  hərbi  texnikadakı  inqilabla  bir  dövrə  
təsadüf  edir.  Katapultların,  ballistlərin  yaranması  müharibə  aparmaq 
taktikasını  dəyişməyə  imkan  vermişdir.  Döyüş  gəmilərində  taran 
əvəzinə  ballistlər  yerləşdirilirdi.  Bu  gəmilər  “Penter”  adlanırdı. 
Ptolemey  bu  yeni  texnikanın  köməyi  ilə  Aralıq  dənizi  hövzəsində 
hökmranlığı  ələ  almağa  nail  olmuşdur.  İsgəndəriyyə  Afinanı  keçərək 
Aralıq  dənizi  hövzəsində  əsas  ticarət  mərkəzinə  çevrilmişdir. 
İsgəndəriyyədən  kanal  vasitəsilə  Qırmızı  dənizə  keçmək  olurdu.  Bu 
şəhərin əzəmət simvolu kimi II Ptolemey 130 m hündürlüyə malik olan 
Faros mayakını tikdirmişdir [1.30].  
Elmin  belə  sürətli  inkişafı,  əlbəttə  texnikanın,  o  cümlədən  o  dövrdə 
istifadə  olunan  maşınların  yaranması  və  inkişaf  etdirilməsindən  yan 
keçməmişdir.  Yunan  elmi  məktəbində  hər  tərəfli  elmlə  məşğul  olan 
filosofların  meydana  gəlməsi  və  onların  məşğul  olduqları  fəlsəfə  elmi 
müəyyən dərəcədə nəzəri olduğundan, qapalı bir şəraitdə baş verirdi. Bu 
filosofların  yeni  riyazi  asılılıqları  tapması  və  fəlsəfi  istiqamətlərin 
yaranması  bir  növ  əqli  əməyin  nəticəsi  idi.  Texnikanın  inkişafı  isə  bir 
başa  o  dövrdə  yaşayan  insanların  gündəlik  həyat  səviyyəsi  ilə  ölçülən 
istehsal  şəraiti  ilə  müəyyən  olunurdu.  Antik  dövrdəki  istehsal  şəraitinə 
nəzər saldıqda öncə burada tətbiq olunan  materialların çeşidi və onların 
xassələri  müəyyən  rol  oynayır.  Bu  dövrdə  material  kimi  dəmirin 
yayılmasına  baxmayaraq  ağac  əsas  material  olaraq  qalırdı.  Ağac  kənd 
təsərrüfatı  üçün  maşınların  düzəldilməsi,  alətlərin  hazırlanması, 
gəmiqayırmada,  həmçinin  müharibə  maşınlarında,  su  dəyirmanlarında, 
pardaq, torna və burğu dəzgahlarında da istifadə edilirdi. 
Antik dövrdə bürünc metallurgiyası üçün xammal az tapıldığı halda, 
yunan tayfalarının məskunlaşdığı ərazilərdə kifayət qədər dəmir filizləri 
var  idi.  B.e.ə.  birinci  minillikdə  bu  filiz  yataqları  işlənərək,  oradan 
dəmir çıxarılmağa başlamışdır. B.e.ə. 
Ι
X əsrdə dəmir istehsalının sürətlə 


Antik dövrdə maşınqayırma 
42 
 
inkişafı  bürüncü  sıxışdırmağa  başladı.  Dəmirdən  öncə  bəzək-düzək 
əşyaları,  sonra  silah,  daha  sonra  isə  (b.e.ə. 
Ι
V  əsr  )  kənd  təsərrüfatı 
maşınları  düzəldilməyə  başlamışdır.  Dəmirin  rolunun  artmasına 
baxmayaraq 
antik 
dövrdə 
metallurgiya 
döymə 
üçün 
dəmir 
yarımxammalını hazırlamaqdan başqa heç bir irəliləyiş edə bilməmişdir. 
Dəmirin  tökülməsi  yüksək  temperatur  tələb  etdiyindən  antik  dövrdə 
yunanların 
mənsub 
olduğu 
texnikanın 
köməyi 
ilə 
tökmə 
texnologiyasındakı problemləri aradan qaldırmaq mümkün deyildi.  
Yalnız  b.e.ə.  V
ΙΙ
  əsrdə  yunanlar  ilk  dəfə  olaraq  dəmirin  müəyyən 
formada  tam  tökülməsinə  nail  olurlar.  Bunun  üçün  töküləcək  hissənin 
daxili  formasına  uyğun  mumdan  hazırlanan  model,  formanın  xarici 
səthini  əmələ  gətirən  gildə  batırılır  və  qurudulurdu.  Sonra  tökmə  üçün 
nəzərdə  tutulan  deşikdən  formaya  maye  metal  tökülürdü.  Mum 
əriyəndən  sonra  gil  formanın  daxilində  lazım  olan  formada  tökük 
alınırdı.  Bu  üsul  Antik 
dövrdə  geniş  yayılmışdır 
[1.31].  
Antik 
dövrdə, 
Yunanıstanda  dəmirçi  usta 
öz  emalatxanasında bir neçə 
şagirdin köməyi ilə fəaliyyət 
göstərirdi.  Bu  emalatxanada 
ustaya 
işləmək 
üçün 
sobadan  əlavə  hava  üfürən 
qurğu,  çəkic,  kəlbətin  və 
zindanlar  lazım  idi  (şəkil 
1.16). 
Döyülən 
metal 
hissələr sonradan bülöv, pardaq daşları, burğu alətləri və qədim Şərqdən 
qalmış  iplə  işləyən  torna  dəzgahının  köməyi  ilə  çatdırma  əməliyyatına 
uğradılırdı.  Sobadan  çıxarılan  dəmiri  isti-isti  döymək  üçün  zindan 
birbaşa  sobanın  yaxınlığında  yerləşdirilirdi.    İstifadə  olunan  çəkiclərin 
başı xüsusi, möhkəmləndirilmiş dəmirdən, sapı isə ağacdan hazırlanırdı. 
 
Şəkil 1.16.Yunanıstanda dəmirçilik 
emalatxanasını təsvir edən rəsm             
(b.e.ə. V
Ι
 əsr). 


Antik dövrdə maşınqayırma 
43
 
Kəlbətinlər  də  tətbiqindən  asılı  olaraq  müxtəlif  formalara  malik  idilər. 
Antik  dövrdə  dəmirçilikdə  istifadə  olunan  alətlər,  keçmişdə  istifadə 
olunanlara  nisbətən  o  qədər  də  inkişaf  etmədiyi  halda,  pardaqlama, 
deşmə  və  yonma dəzgahlarında ilk dəfə  olaraq maşının tətbiq  olunması 
haqqında məlumatlara rast gəlinir.  
Burğulama  qurğuları  Yunanıstanda  müxtəlif  sənət  adamlarının  işçi 
yerlərində  alət  təchizatının  tərkib  hissəsinə  daxil  idilər  (şəkil  1.17). 
Məsələn:  zərgərlikdə  saf  daşları  emal  etmək  üçün  uc  hissəsinə  almaz 
qırıntıları  bərkidilmiş  küt  dəmir  parçasından  istifadə  edilirdi.  Burğu 
alətinə  fırlanma  hərəkəti  çarxa  bərkidilmiş  pedal  vasitəsilə  verilirdi. 
Prosesin  gedişini  yüngülləşdirmək  üçün  alət  qabaqcadan  suya  və  sonra 
almaz tozuna batırılaraq istifadə edilirdi [1.31, 1.32].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.17. Yunanıstanda tətbiq olunan burğu alətlərinin sxematik təsviri,   
b.e.ə. I əsr. 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə