Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

Qədim Şərqdə sənətçilik 
28 
 
sənətçilərin  fəaliyyəti  üçün  şəhərlərin  divarları  arxasında  daha  əlverişli 
şərait  yaradılırdı.  Bu  sənətçilər  hazırladıqları  məhsulları  öz  gündəlik 
tələbatlarını ödəmək üçün lazım olan əşyalara dəyişirdilər. 
Şəhərlərin yaranması və inkişafı tikinti üslubunda kərpiç,  daş, tikinti 
ağacları  və  şəffaf  relyeflər  kimi  elementləri  özündə  cəmləşdirən  tikinti 
texnikasının  da  yaranmasına  təkan  vermişdir.  Tikinti  materialı  kimi 
geniş  tətbiq  olunan  daşların  çıxarıldığı  yerlərdən  şəhərlərə  daşınması 
üçün çaylarda gəmilərdən, quruda isə sadə araba və xizəklərdən istifadə 
edilirdi.  Tikintidə  alət  kimi  ağac  konstruksiyalar,  nərdivanlar  və 
çəngəllər tətbiq olunurdu.  
O  dövrdə  əsas  tikinti  sahəsi  kimi  gəmiqayırma  inkişaf  etməkdə  idi. 
Çay  və  dəniz  üçün  nəzərdə  tutulan  gəmilər  baltaların  köməyi  ilə 
ağacdan  düzəldilirdi.  Ağacda  deşikləri  açmaq  üçün  burğulardan, 
hamarlamaq  üçün  isə  qumla  doldurulmuş  kisələrdən  istifadə  edilirdi. 
Gəmilər  ağacdan  yığıldıqdan  sonra  onların  gövdəsi  bitum  ilə 
kipləşdirilirdi. Gəmilər yelkənlər və avarlardan istifadə etməklə hərəkət 
etdirilirdi. 
B.e.ə.  V  minillikdən  başlayaraq  qədim  Şərqdə  bir  çox  təbii,  ictimai 
və  siyasi  amillərin  təsiri  ilə  müşaiyət  olunan  mədəniyyətin  sürətli 
inkişafı  riyaziyyat  elminin  yaranmasına  şərait  yaradır.  Misir  və 
Mesopotamiya  ərazilərində  insanların  böyük  şəhərlərdə  cəmləşməsi 
sinifləşmənin  güclənməsinə  gətirib  çıxarır.  Müxtəlif  siniflərə  aid  olan 
mülkiyyətlər  cəmiyyətdə  insan  münasibətlərində  vacib  rol  oynamağa 
başlayır. Eyni zamanda Misirdə və Mesopotamiyada əkinçiliyin yüksək 
inkişafı  torpaqların  çoxlu  sayda  insan  arasında  bölünməsini  və  idarə 
edilməsini  tələb  edirdi.  Bundan  əlavə  hər  il  Nil,  Fərad  və  Dəclə 
çaylarının daşması nəticəsində əkin sahələri yararsız hala düşürdü və bu 
sahələrin  hər  dəfə  yenidən  bölünməsi  zəruriyyəti  yaranırdı.  Bu  dövrdə 
dövlətçilik  vergi  sisteminə  əsaslanırdı.  Çoxlu  insan  əməyinə  ehtiyac 
olan  böyük  tikintilərin  planlaşdırılması  və  həyata  keçirilməsi  müəyyən 
hesabatlarla bağlı idi. Bütün bu şərtlər qədim Şərqdə, əsasən Misirdə və 
Babildə b.e.ə. V minilliyin sonundan başlayaraq riyaziyyatın yaranması 


Qədim Şərqdə sənətçilik 
29
 
və  inkişaf  etdirilməsinə  təkan  vermişdir.  Misirdən  bizə  gəlib  çatan 
papiruslar  və  dərilər  üzərində  yazılmış  riyazi  işarələrdən  orada 
riyaziyyatın əmək haqqlarının hesablanması, çörək bişirmək üçün lazım 
olan  taxılın  miqdarını  və  ya  sahələrin  hesablanması  kimi  praktiki 
məsələlərin  həllində  tətbiq  olunduğu  məlum  olur.  Misirlilər  qədimdə 
dörd hesablama əməliyyatlarının kəsrlərin köməyi ilə aparılmasını və bir 
məchuldan ibarət sadə tənliklərin həllini bilirdilər. Həndəsədə isə onlara 
üçbucaq, düzbucaqlı və trapesiyanın sahəsinin hesablanması, 
π
 ədədinin 
tapılması  və  oturacağı  düzbucaqlı  olan  kəsik  piramidanın  həcminin 
hesablanması  üçün  empirik  düstur  məlum  idi.  Bunlara  baxmayaraq,  o 
dövrdə  Misirdə  sözün  əsl  mənasında  riyazi  sübutlara  əsaslanan 
riyaziyyat elmi mövcüd deyildi [1.21

1.23].  
Babildə  isə  seksagesimal  adlanan  60-lıq  say  sistemi  tətbiq  edilirdi. 
Bu  say  sitemindən  sonralar  qədim  yunan  riyaziyyatçıları  da  geniş 
istifadə etmişlər. Vaxtın ölçülməsində saatın 60 dəqiqədən və dəqiqənin 
60  saniyədən  ibarət  olması  da  bu  say  sistemindən  qalmışdır.  Babillilər 
toplama,  çixma  və  vurma  əməliyyatlarını  bu  gün  məlum  olan  qaydada 
hesablayırdılar.  Bölmə  əməliyyatı  verilən  ədədin    tərsinə  vurmaqla 
aparılırdı.  Tapıntılar  göstərirlər  ki,  babillilər  riyaziyyatda  köklərin 
hesablanması  üçün  alqoritmə  malik  olmuşlar  və  müəyyən  ədədlər  üçün 
bunu cədvəl şəklində vermişlər. 
π
 –nin təqribi  hesablanması üçün onlar 
3+1/8 götürürdülər. Burada da riyaziyyatın bir elm kimi inkişafını sübut 
edən  dəlillər  olmasa  da,  babillilərin    misirlilərə  nisbətən  üstün  riyazi 
biliyə malik olduqları bəllidir [1.21]. 
Mədəniyyətin  tərkib  hissəsi  olan  yazı  texnikasına  tarixdə  ilk  dəfə 
olaraq  Mesopotamiyada  yaşayan  xalqlar  mənsub  olmuşlar.  İlk  yazı 
üslubu  olan  paz  formalı  şriftlər  yaradılaraq  inkişaf  etdirilmişdir.  B.e.ə. 
III minilliyə təsadüf edən bu yazı üslubu qədim Şərq mədəniyyətinə aid 
olan  Şumerlər,  Arkadlar,  Babillər  və  Assurlar  tərərfindən  b.e.ə.  400-cü 
ilə  qədər  üstünlük  verilən  yazı  forması  idi.  Öncə  saraylarda  dövlətin 
idarə edilməsində və  vergi sisteminə nəzarət etmək üçün istifadə  edilən 
bu yazı formalarının başqa sahələrə  tətbiq edilməsi xeyli vaxtdan  sonra 


Qədim Şərqdə sənətçilik 
30 
 
baş  verib.  Şriftlərin  dini  və  siyasi  məqsədlər  üçün  geniş  tətbiqindən 
sonra onlar alış-veriş işlərində və ədəbiyyatda tətbiq olunmağa başlayır. 
Bu yazı formaları Şərqdə olan başqa xalqlar arasında yayıldıqdan sonra 
dövlətlər  arasında  məktub  yazışmaları  meydana  gəlir.  Yazı  işləri  onun 
texnikasını  bilən  mirzələr  tərəfindən  aparılırdı.  Mirzələr  böyük 
əhəmiyyətli  informasiyaları  gil  lövhələrə  köçürdükləri  üçün  böyük 
səlahiyyətlərə  malik  idilər.  Yazı  texnikasının  inkişafı  Mesopotamiyada 
(Şumer  vaxtında  )  tarixdə  ilk  dəfə  olaraq  kitabxananın  yaradılmasına 
şərait  yaratmışdır.  Bu  kitabxanalarda  üzərində  sarayda  yığılan  vergilər, 
xərclər, idarəçilik  məsələləri  haqqında  məlumatlar yazılmış gil  lövhələr 
saxlanırdı.  Bizə  gəlib  çatan  o  dövrün    yazıları  əsasında    qədim  Şərqin 
mədəni, elmi və texniki inkişafı haqqında fikir yürüdülür. 
B.e.ə.  III  minillikdən  başlayaraq  bu  ərazilərdə  riyaziyyat  və  yazı 
texnikası  ilə  bərabər  metal  emalı  inkişaf  etməyə  başlayır.  Əlvan 
metallurgiyanın  yaranması texniki inkişafa güclü təkan  verir. Bürüncün 
ilk  dəfə  olaraq  nə  vaxt  və  necə  tətbiq  edilməsi  haqqında  dəqiq  tarixi 
məlumat  yoxdur.  Ehtimal  olunur  ki,  insanlar  ilk  dəfə  daşa  oxşar  olan 
mis filizlərini  daş kimi istifadə  etmişlər. Onlar sonralar bu filizlərin  isti 
dəydikdə  əriyərək  maye  hala  çevrilməsini  və  soyuduqda  bərkiyərək 
formasını saxlamasını görüb, bu külçələrin xassələrini anlayandan sonra 
misin tökməklə emalına başlamışlar [1.19].      
Metalların  tətbiqi  insaniyyətin  inkişafında  mütərəqqi  addım  idi. 
Metaldan  hazırlanmış  hissələrə    forma  vermək  üçün  mexaniki  emal 
üsulları  tətbiq  edilirdi.  Misin  emalı  hələ  də  çətinlik  yaradaraq  qalırdı. 
Misin  ərimə  temperaturu  nisbətən  yüksək  olduğundan  onun  əldə 
edilməsi  o  dövrdə  məlum  olan  texnika  üçün  problem  yaradırdı.  Yalnız 
antraçitin  və  hava  üfürən  qurğuların  ixtirasından  sonra  sobalarda  mis 
əritmək  üçün  lazım  olan  temperaturu  almaq  mümkün  olmuşdur.  Mis 
məhsulları  öz  aşağı  mexaniki  xassələri  ilə  xarakterizə  olunduğundan, 
yəni nisbətən  yumşaq  olduğundan  onların  alət  kimi  tətbiq  olunması 
çətin  idi.  Çəkiclə  döyülərək    möhkəmləndirilən    mis,  xassələrini  
dəyişərək kövrək olurdu. Ona görə də, bu üsulla düzəldilmiş əşyalar yal-  


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə