UDK 621.7
Rəyçilər:
Prof., t.e.d. V.Z. Mövla-zadə
Dos., t.e.n. A.S.
Məmmədov
Əliyev, R. Maşınqayırmanın tarixinə dair –Bakı «Təhsil» NPM,
2008- 542 s.
Kitabda inkişaf etmiş cəmiyyətlərin formalaşmasında elm, texnika və
sənaye ilə qarşılıqlı təsirdə yaranmış, uzun ənənəyə malik, müasir
sənayenin əsas sütunlarından sayılan maşınqayırmanın tarixi ümumi
şəkildə təsvir olunur. Verimiş materialda tarix boyu böyük əhəmiyyət
daşımış texniki yeniliklərlə bərabər, maşınqayırmanın ayrı-ayrı
sahələrinin inkişaf etdirilməsində vacib rol oynamış şəxslərin tərcümeyi
halı və bu sahədə əldə etdikləri texniki nailiyyətlər də özünə yer
almışdır.
Kitab maşınqayırma ixtisasları üzrə təhsil alan tələbələr və həmçinin
bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
©
«Təhsil» NPM, 2008