Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

Antik dövrdə maşınqayırma 
44 
 
Dəmir  dövründə  tətbiq  olunan  burğu  alətlərindən  dülğərlər  də  ağac 
emalında istifadə edirdilər. Burada tətbiq olunan alət dördkünc və konus 
formaya  malik  olaraq  heç  bir  iti  uca  malik  olmamışlar.  Deşmə  zamanı 
bu  alətlər  materialı  ovaraq  emal  edirdilər  və  bu  zaman  yonqar  əvəzinə 
ovuntu əmələ gəlirdi. Hazırlanması çətin olan və bir fırlanma istiqaməti 
olan vintli burğuya  nisbətən o dövrdə iki lövhədən ibarət tili olan burğu 
aləti  texniki  cəhətdən  irəliyə  atılmış  mütərəqqi  bir  addım  sayılırdı 
[1.33].  
Qədim  Şərqdə  ixtira  olunan  ipli  torna  dəzgahı  Yunanıstanda 
hazırlanan  hissələrə  uyğun  olaraq  təkmilləşdirilmişdir.  Antik  dövrdə 
material  kimi  ağac,  alabaster  və  bürünc  tətbiq  olunurdu.  İşçi  alət  torna 
dəzgahlarında  ağac,  sümük  və  ya  metaldan  hazırlanmış  sağanağa 
yerləşdirilirdi.  Böyük  hissələr  (məsələn:  sütunlar)  üçün  xüsusi 
dəzgahlardan istifadə olunurdu. 
Antik  dövrdə  metal  emalı  zamanı  ən  geniş  yayılmış  üsullardan  biri 
də  döyməklə  forma  vermək  olmuşdur.  Bəzək-düzək  əşyalarının 
hazırlanmasında  metal  zindan  üzərində  təkcə  döyülüb  ona  kontur 
vermək  yox,  həm  də  ona  dekorasiya  üçün  müəyyən  çixintılar  vermək 
geniş yayılmışdır.  
Metal  əşyaların  geniş  tətbiqi  yunanları  birləşdirici  üsullara  da 
müraciət etməyə vadar edib. Bu üsullardan pərçimləmə, yumşaq və bərk 
lehimləmə və qaynaq geniş tətbiq olunurdu. Sökülməyən birləşmələri, o 
cümlədən  döyüş  dəbilqələləri  və  zirehləri  hazırlamaq  üçün  pərçimləmə 
metal  məftillərin köməyi ilə aparılırdı. Bundan əlavə gündəlik  məişətdə 
istifadə  olunan  əşyaların,  məsələn:  qulpların  bərkidilməsi,  metaldan 
hazırlanan böyük ölçülü sənət əsərlərinin bir-birinə birləşdirilməsi üçün 
də  bu  üsul  tətbiq  olunub.  O  vaxtdan  iki  min  il  keçməsinə  baxmayaraq, 
pərçimləmə  üsulunun  tətbiqində  indiyə  qədər  elə  ciddi  dəyişiklik  baş 
verməmişdir.  
B.e.ə. birinci  minilliyin sonuna yaxın artıq Yunanıstanda sənətkarlıq 
yeni 
materialların 
tətbiqi, 
ixtisaslaşmış 
emal 
üsulları 
və 
təkmilləşdirilmiş alətlərin  tətbiqi  nəticəsində  Şərqdən məlum olan tex-  


Antik dövrdə maşınqayırma 
45
 
nologiyanı  dəfələrlə  ötüb  keçmişdir.  Bundan  əlavə,  Yunanıstanda 
təkmilləşmiş  kənd  təsərrüfatı  ilə  bərabər    inkişaf  etmiş  şəhər 
mədəniyyəti mövcud idi. 
  B.e.ə. 
ΙΙΙ
  əsrdən  romalılarin  dövrü  başlayır.  Romanın  inkişafı 
legionların  yaranması  ilə  bağlı  olan  hərbi  ixtira  nəticəsində  baş 
vermişdir. Romalılar bu silahların köməyi ilə yeni-yeni əraziləri tutmağa 
və yeni mədəni dairələri yaratmağa nail olmuşlar. Yunanıstanı və Misiri 
zəbt  edən  romalılar  yunan  mədəniyyəti  ilə  bərabər  Museyin  elmi 
nailiyyətlərini də qəbul etmişdilər.  
Romalıların  əldə  etdikləri  əsas  irəliləyiş  sementin  və  betonun 
hazırlanması  idi.  Onlar  betondan  istifadə  etməklə  qəsrlərin  tikilməsi  ilə 
məşğul  idilər.  Tikintilərdə  köməkçi  material  kimi  çıngıl  (daş  qırıntısı) 
istifadə  olunaraq  yeni  yollar  salınmış  və  körpülər  tikilmişdir.  
Romalıların  Dunay  çayı  üzərində  tikdikləri  körpü  o  dövrün  möcüzəsi 
adlanırdı.  Konstantinopol  (indiki  İstanbul)  şəhərindəki  “Aya  Sofiya” 
məcsidi  də  o  dövrdə  romalıların    gözəl  arxitektura  əsərlərinin 
nümunələrindəndir. 
Romanın  həm  elmi,  həm  də  iqtisadi  inkişafının  əvvəlində, 
ümumiyyətlə  yunan  kökləri  dururdu.  Əsas  istehsal  istiqaməti 
sənətkarlığa böyük tələbat yaradan kənd təsərrüfatı idi. Burada da metal 
emalında  dəmirçilik  daimi  döyüş  maşınlarının  hazırlanması  ilə  məşğul 
olan  başqa  sənətkarçılıqla  birlikdə  aparıcı  rol  oynayırdı  (şəkil  1.18). 
İlkin  məskunlaşma  dövründə  heç  bir  dəmir  filizi  yataqlarına  malik 
olmamasına  və  uzun  müddət  metalı  mədaxil  etməsinə  baxmayaraq  
Roma artıq b.e.ə. V əsrdə güclü metal sənətkarlığını özündə cəmləşdirən 
istehsal  istiqamətinə  malik  idi.  Metal  emalı  uzun  müddət  əsas  istehsal 
sahəsi olaraq qalmışdır. B.e.ə. I əsrdə Roma Elba adasında böyük dəmir 
filizi  yataqlarına  malik  idi.  Populonid  şəhərində  dəmir  əridilib  və  bir 
hissəsi döyüldükdən sonra onun əsas hissəsi Puteolik şəhərinə aparılırdı. 
Buna  baxmayaraq  kifayət  qədər  yüksək  keyfiyyətli  dəmir  əldə  etmək 
problem yaradırdı. Ona görə də, b.e.ə. I əsrə qədər bürünc əsas material 
kimi öz yerini hələ də qoruyub saxlaya bilmişdir. 


Antik dövrdə maşınqayırma 
46 
 
Romada  metal  çıxarılması  və  emal  üsulları  Yunanıstanda  olduğu 
kimi qalırdı. Əsas fərq ondan ibarət idi ki, Roma ümumiyyətlə işin təşkil 
olunmasında və tikintidə özünəməxsus metodlardan istifadə edirdi. Belə 
ki,  artıq  b.e.ə. 
Ι
V  əsrdə  romalılar  mədənçi,  daşkəsən,  bənna,  dülgər, 
ölçən  və  daşıyıcılardan  ibarət  bir  qrup  adamın  çalışdığı,  illərlə 
planlaşdırılması  və  rəhbərlik 
edilməsi  tələb  olunan  suvarma 
təsərrüfatına  malik  idilər.  Kənd  təsərrüfatında  və  sənətkarlıq 
emalatxanalarında 
romalıların 
etdikləri 
yenilik, 
fəhlələrin 
ixtisaslaşmasına  əsaslanaraq  işin  planlaşdırılması  və  onun  sərt  nəzarətə 
əsaslanan rasional idarə metodlarından ibarət idi [1.34].   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.18. Qədim Romada dəmirçi emalatxanası , I əsr  
(Aquileia muzeyində saxlanan daş lövhə, İtaliya). 
 
Təşkilatçılığa əsaslanaraq istehsal həcminin artırılması qismən böyük 
müəssisələrin  yaradılmasına  gətirib  çıxarmışdır.  Antik  dövrdə  bu 
müəssisələr  dağ-mədən  işlərindən  kənara  çıxa  bilməmişdir.  Bu 
müəssisələrdə ən çoxu 100 işçi çalışırdı.   


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə