Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

İlk texniki alətlər 
15
 
randığı və tətbiq olunduğu vaxtdan həyat amilinə çevrilərək insan olmaq 
prosesinin əsas sütununu təşkil edib. Buna görə də, insanların inkişafını 
onların çatdıqları səviyyədə əldə etdikləri texniki üsulların keyfiyyəti ilə 
xarakterizə  etmək  olar.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  texniki 
vasitələrin inkişafı həm ardıcıl, həm  də parallel olaraq bir-birindən asılı 
olmayaraq baş vermişdir.  
Alət  kimi  istifadə  edilən  ilkin  təbii  əşyaların  tarixi  təxminən  2 
milyon ildən qabaqkı vaxta təsadüf edir [1.5

1.15]. Burada sohbət təbii 
daşlardan kəsmək, deşmək, qaşovlamaq və əzmək üçün hazırlanmış çox 
sadə formalı alətlərdən gedir. Bu alətlər qədim daş dövründə yaşamış ilk 
insan  əcdadı  Homo  habilis  (azərb.  Qabil  insan)  tərəfindən 
hazırlanmışdır.  Bu  pitekantrop  öz  əcdadlarına  nisbətən  qabağa  gedərək 
daha  da  inkişaf  etmiş  əl  qabiliyyətinə  malik  idi.  Onun  yaşadığı  ərazilər 
Afrikanın Tanzaniya, Keniya və Həbəşistan regionlarında yerləşirdi. Bu 
insanların  inkişafı  onlara  heyvanlardan  fərqli  olaraq  müxtəlif  alətləri,  o 
cümlədən  daş  alətlərini  hazırlamaq  vərdişlərinə  yiyələnməyə  gətirib 
çıxarmışdr.  Onlar  bu  alətlərin  düzəldilməsi  üçün  materialların  bərklik, 
möhkəmlik,  kövrəklik,  əzilmək  və  kəsilmək  kimi  mexaniki  xassələrinə 
bələd idilər. Bu xassələrdən istifadə edərək insanlar öz məqsədləri üçün 
lazım  olan  alətləri  hazırlayırdılar.  Həm  alətləri  hazırlama  prosesi,  həm 
də  onların  tətbiqi  müəyyən  intellektual  idarəni  və  nəzarəti  tələb  edirdi. 
Homo habilis bu qabiliyyətə malik olaraq, onlardan öz həyat səviyyəsini 
yaxşılaşdırmaq üçün məqsədyönlü və fərdi istifadə etmişdir [1.8].  
Homo  erectusun  malik  olduğu  ilk  alət  çaxmaq  daşı  idi.  Bu  daşdan 
olan  pəstahlar  böyük  daşlara  vurmaqla  parçalanırdı  və  beləliklə  ona 
ilkin  forma  verilirdi.  Sonra  daş  parçaların  konturu  emal  edilərək  çoxlu 
tillər  yaradılırdı.  Bu  üsulla  döymək,  deşmək,  kəsmək  və  mişarlamaq 
üçün xüsusi alətlər əldə edilirdi [1.9].  
Qədim  insanların  bir  neçə  100  minilliklər  istifadə  etdikəri  daş  alət, 
yumrug  formasında  olan  sivri  daş  olmuşdur  [1.13].  Bu  daş  alət  böyük 
daşın  ikitərəfli  emalı  ilə  hazırlanırdı  (şəkil  1.1).  Daş  alətlərin  emalı  ilə 
əldə olunan böyük təcrübə əsasında ibtidai insanlar ikitərəfli emal olun- 


İlk texniki alətlər 
16 
 
muş  sivri  daşı  düzəltməyə  nail 
olmuşlar.  Öz  iti  ucu  və  tilləri  ilə 
sivri  daş  insanların  hazırladığı  ilk 
universal  alət  idi  (şəkil  1.2).  Bu 
alətin 
hazırlanması 
aşağıdakı 
ardıcıllıqlardan  ibarətdir:  Daşın  bir 
tərəfi  əldə  tutularaq  o  biri  ucu 
ardıcıl  olaraq iki tərəfdən döyülərək 
yonulurdu.  Beləliklə, 
daşın  uc 
hissəsi  itilənirdi.  Daşın  başqa  tərəfi 
isə  emal  edilməmiş  saxlanırdı  ki, 
onu  əldə  tutmaq  rahat  olsun.  Bu 
üsulla  paza  oxşayan,  çıxıntılı  tilləri 
olan  alət,  sivri  daş  əldə  edilirdi. 
Sivri daşların çəkisi 0,5 kq-dan 1 kq 
arasında, uzunluğu isə 10 cm-dən 20 
cm  arasında  dəyişirdi  [1.13].  İllər 
ötdükcə 
daş 
alətlər 
daha 
da 
təkmilləşdirilərək  başqa  formalarda 
da  hazırlanırdı.  Qazıntılar  zamanı 
badam,  oval  və  üçbucaq  formalı 
alətlərə  də  rast  gəlinir.  Bundan 
əlavə  emal  prosesi  də  inkişafdan 
geri qalmırdı. İlkin primitiv daşların 
hazırlanmasında  bir  əməliyyatdan 
istifadə  olunduğu  halda,  sonralar 
nazik  formalı  kəskilərin  düzəldil- 
məsində  üç  emal  ardıcıllığından 
istifadə  edilmişdir:  pəstahı  bölmək, 
döyəcləmək və incə emal etmək.   
Sivri  daş  çəkicin,  pazın,  iskənənin,  baltanın,  bıçağın,  mişarın, 
burğunun və kəskinin əcdadı hesab edilir. Bu alətlərlə bərabər 300- 400 
 
Şəkil 1.1. Daş alətin hazırlanması. 
Şəkil 1.2. Sivri daş.
 


İlk texniki alətlər 
17
 
min il vaxt müddətində ağac qurğu, sümük bıçaq kimi əşyalar insanların 
gündəlik  həyatında  böyük  rol  oynasa  da  sivri  daş  arxeoloji    olaraq  daş 
dövrünə  aid  edilir.  Sivri  daşın  tapılması  insanların  bir  ərazidən  başqa 
ərazilərə  köçmələrinə  şərait  yaradır.  Buzlaşma  dövründə  baş  verən 
güclü  iqlim  dəyişikləri  insanlar  yaşayan  ərazilərdə  kəskin  iqlim  fərqinə 
səbəb  olmuşdur.  Şimalda  hökm  sürən  soyuq  iqlim  istiliyə  öyrəşmiş 
heyvanların ya cənub istiqamətlərə köçməsinə, ya da soyuqdan ölməsinə 
gətirib  çıxarmışdır.  Dəyişən  yaşayış  tərzi  insanların  həyatını 
çətinləşdirirdi.  Buna  baxmayaraq,  qədim  insanlar  cənuba  köçməkdən 
imtina  etmişlər.  Onlar  bunun  əksinə  olaraq  şimal  istiqamətində 
yayılmağa başlamışlar. Bu, insanların alovun süni yolla əldə edilməsinə 
yiyələnmələri  sayəsində  mümkün  olmuşdur.  İnsanların  oda  sahib 
olmaları  sonrakı  inkişafı  ərəfəsində  onların  texniki  və  mədəni 
tərəqqisində  böyük  rol  oynamışdır.  Oddan  istifadə  etmək  soyuqdan 
qorunmaq,  işıq  əldə  etmək  və  yeməyin  hazırlanmasını  asanlaşdırmaq 
kimi  üstün  cəhətlərə  malik  idi.  Bundan  əlavə  oddan  ağac  alətlərin 
möhkəmləndirilməsində,  daşların  parçalanmasında  və  ovçuluqda 
istifadə edilirdi [1.8, 1.9].   
Tapılan daş alətlər təkcə onların eyni formaya malik olması ilə deyil, 
həm  də  onların  hazırlanması  üçün  tətbiq  olunan  emal  üsullarının  oxşar 
olması ilə xarakterizə olunurdu. Bu onu  göstərir ki, insanlar daş alətləri 
hazırlamaq  üçün  əlverişli  materialın  –  daşın  tapılması,  ona  lazım  olan 
formanın  verilməsi  və  emal  ardıcıllığına  riayət  olunması  kimi  bütün 
hazırlama  zəncirini  özündə  əks  etdirən  düşünmə  qabiliyyətinə  malik 
olmuşlar.  İnsanların  təkamülü  dövründə  (200000  il  bundan  əvvəl)  daş 
alətlər  üstünlük  təşkil  edirdilər.  Daşları  parçalamaqla  əldə  edilən 
alətlərin  hazırlanması  texnologiyası  o  dərəcədə  inkişaf  etmişdir  ki,  bu 
emal üsulu ilə dəqiq alətlər hazırlamaq mümkün idi.  
Hazırlama texnologiyasının inkişafı kiçik ölçülü alətlərin və bununla 
da  yığma  alətlərin  hazırlanmasına  şərait  yaratmışdır.    Yığma  alətlərin 
tapılması  ilə  texniki  inqilab  baş  verir.  Bundan  sonra  texnikanı  yalnız 
metalların tətbiqi ilə inkişaf etdirmək mümkün idi. Yığma alətlərin qlup- 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə