Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

Antik dövrdə maşınqayırma 
47
 
Böyük  müəssisələrdə  antik  dövr  üçün  həm  texnoloji  cəhətdən,  həm 
də  kəmiyyətcə  böyük  tələblər  qoyan  döyüş  ləvazimatı,  o  cümlədən 
müharibə  maşınları    hazırlanırdı.  Yunanlar  artıq  antik  dövrdə  kütləvi 
şəkildə  xəncər,  dəbilqə,  zireh  və  nizələri  istehsal  edirdilər.  Romalılar 
yunanlardan  döyüş  texnikasını  götürərək  onları  mühasirə  və  uzaq 
məsafəyə daşımaq üçün daha da təkmilləşdirmişdilər.    
Qədim  Romada  emal  üsulları,  alət  və  dəzgahlar  ümumi  şəkildə 
yunanlarda  olduğundan  çox  fərqlənməsə  də,  onlar  müəyyən  qədər 
təkmilləşdirilmişdilər.  Roma  ərazisində  tapılmış  bürünc  əşyaların 
üzərindəki  izlər  əsasında  mütəxəssislər  bu  nəticəyə  gəlmişlər  ki,  metal 
emalı  üçün  məlum  olan  əl  alətləri  ilə  bərabər,  çəkic,  kəlbətin,  iskənə, 
bülöv,  biz  və  ya  burğu,  eləcə  də  pardaq  daşları  və  fasiləsiz  fırlanma 
hərəkətinə malik olan ip torna dəzgahı da tətbiq olunurdu [1.35]. 
Antik  dövrə  məxsus  bürüncdən  hazırlanmış  su  qabının  torna 
dəzgahında  hazırlanmasına  onun  üstündəki  izlər  dəlalət  edir.  Bu  izlərin 
bərabərformalı olması göstərir 
ki,  o  yalnız  torna  dəzgahında 
hazırlana  bilərdi.  Fasiləsiz 
fırlanma  hərəkətinin  pəstaha 
necə 
verilməsi 
hələ 
də 
qaranlıq  olaraq  qalmaqdadır. 
Mütəxəssislər 
bu 
haqqda 
müxtəlif  fikirlər  söyləyirlər. 
Şəkil  1.19-də  təsvir  olunmuş 
dəzgah da belə bir mülahizəyə 
əsaslanaraq 
rekonstruksiya 
edilmişdir [1.19].  
Amma bu o dövrün texniki 
səviyyəsinə heç də tam uyğun 
gəlmir,  çünki  antik  dövrdə 
qayış  ötürməsi  hələ  məlum 
deyildi.  
 
 
Şəkil 1.19. Romada tətbiq olunan torna 
dəzgahının  rekonstruksiyası. 


Antik dövrdə maşınqayırma 
48 
 
Antik  dövrün  istehsalı  ümumi  şəkildə  maşınların  yaradılması  və 
tətbiqi  ilə  xarakterizə  olunmur.  Maşınlar  yalnız  adam  çatışmayan  
yerlərdə,  ağır  yüklərin  daşınmasında,  suvarmada  və  ya  hərbi  texnikada 
tətbiq  olunurdu.  Bu  dövrdə  maşınlara  münasibət  süni  vasitə  olaraq 
insanların  tələblərini  ödəmək  üçün  tətbiq  olunmaqdan  ibarət  idi. 
Aristotelə  görə,  texniki  mexanika  insanların  məqsədini  yerinə  yetirən 
zaman ortaya çıxan təbii maneələrə qarşı tətbiq olunmalıdır. 
B.e.ə. 
ΙΙΙ
  əsrdən  sonra  edilən  ixtiralar  və  kəşflər  əsasən  yunanların 
nəzarət etdikləri ərazilərdə baş verirdi. Bu yeniliklər yalnız nəzəri olaraq 
və  ya  oyunçaq  məqsədilə  tətbiq  edilirdi.  Bunlara  misal  olaraq  yunanlı 
mexaniklərdən  Ktesibiosun  su  nasosu  və  orqanını,  Heronun  buxar 
maşınını göstərmək olar.  
Antik  dövrdə  istər  Yunanıstanda,  istərsə  də  Romada  fəaliyyət 
göstərən  mexaniklər  bəşəriyyətin  yaranmasından  bəri  mühəndislik  elmi 
ilə  sistematik  məşğul  olan  ilk  insanlar  olmuşlar.  Onlar  ilk  dəfə  olaraq 
təbiətdə  baş  verən  hadisələrə  dindarlardan  fərqli  olaraq  başqa  tərəfdən 
yanaşmış,  onları  yaradan  qüvvə  və  səbəblərini  araşdırmağa  cəhd 
göstərmişlər.  Əlbəttə,  o  dövrdə  hələ  fundamental  elmlər  o  səviyyədə 
olmamışdır  ki,  ona  əsaslanaraq  təbiət  qanunlarını  izah  etmək  mümkün 
olsun.  Ona  görə  də,  antik  dövrün  mühəndisləri  texniki  problemlərin 
praktiki  həlli  ilə  məşğul  olmuş  və  onları  sistemləişdirməyə  çalışmışlar 
[1.36, 1.37].  
Antik  dövrdə  mexanika,  maşınların  hazırlanması  ilə  məşğul  olmuş 
mühəndislər öz əsərlərini o dövrün stilinə uyğun olaraq kitablar şəklində 
yazmışlar.  Bu  kitablardan  bir  çoxu  bizə  qədər  gəlib  çatmış,  müxtəlif 
vaxtlarda  mühəndislərin  maraqlarına  səbəb  olduğundan  bir  neçə  dilə 
tərcümə  olunmuşlar.  Qeyd  olunan  əsərlərin  maşınqayırma  elminin  bu 
günki  səviyyəyə  gəlib  çatmasında  rolunu  aydın  təsəvvür  etmək  üçün 
onları  ayrılıqda  araşdırmaq  məqsədəuyğundur.  Növbəti  bölümdə  antik 
dövrün bir neçə məşhur mühəndisinin işləri təhlil olunmuşdur.     
 
 


Antik dövrdə maşınqayırma 
49
 
Arximed ( b.e.ə. 287 – 212 ci illər) 
 
A
ntik  dövrün  məşhur  yunan  alimi 
Arximed  (yun.  Archimedes,  şəkil  1.20
Siciliya 
adasında 
yerləşən 
Sirakusi 
şəhərində  riyaziyyatçı  ailəsində  anadan 
olmuşdur.  Onun  atası  Fidia  (yun.  Phidias), 
Siciliyanın 
şahı  II  Heronun  dostu, 
riyaziyyatçı  və astronom  olub, oğluna yaxşı 
təhsil  vermişdir.
 
  Arximed  bir  müddət 
İsgəndəriyyənin  Musey  məktəbində  təhsil 
aldıqdan  sonra  Sirakusiyaya  qayıdır  və 
ömrünün  sonuna  kimi  orada  yaşayır. 
İsgəndəriyyədə olduğu vaxtda o riyaziyyatçı 
və  astronom  Eratosfenlə  görüşür  və  ondan 
dərs alır. Arximed geriyə qayıtdıqdan sonra uzun müddət onunla yazışır. 
Museyin  kitabxanasında  məşğul  olan  Arximed  Demokrit,  Evdokis, 
Evklid  və  başqa  məşhur  alimlərin  işləri  ilə  yaxından  tanış  olur  [1.38]. 
Arximedin  anadan  olduğu  il,  bizanslı  tarixçi  Johan  Çeçesin  (alm. 
Johannnes Tzetzes) əlyazmalarında Arximedin 75 il yaşamasını yazması 
əsasında hesablanır [1.39]. Bir  çox tarixi qaynaqlarda b.e.ə. 212-ci ildə 
romalıların hücumu zamanı Sirakusi şəhərində qətlə yetirilən Arximedin  
75  il  yaşadığı  güman  edilərək  b.e.ə.  287-ci  ildə  anadan  olduğu  deyilir. 
Arximedin  ölümünü  təsvir  edən  müxtəlif  tarixi  əlyazmalar  bizə  gəlib 
çatmışdır. Bu salnamələr bir-birindən yalnız xırda detallarla fərqlənirlər, 
onların  hamısında  Arximedin  öz  həndəsi  məsələsinin  həlli  üzərində 
düşünən zaman romalı əsgər tərəfindən qətlə yetirildiyi bildirilir. Plutarx 
(yun. Plutarch) yazır ki, Arximed  vəfatından qabaq onun qəbri üstündə 
içərisində  kürə olan silindri  və  onun üzərində bu  həndəsi fiqurların bir-
birinə  olan  münasibətini,  yəni  2:3  həkk  edilməsini  vəsiyyət  edibmiş. 
B.e.ə.  75-ci  ildə  Plutarx  Siciliyaya  səyahət  edən  zaman  həmin  silindri 
Arximedin qəbri üstündə aşkar edir. 
 
 
Şəkil 1.20. Arximed. 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə