Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   2   3   4   5   6   7   8   9   ...   30

Maşınqayırmanın yaranması 
9
 
olduqları fitri istedad hesabına həyata keçirməyə cəhd edirdilər. İlk dəfə 
qədim  Yunanıstanda  Arximed  və  onun  həmkarlarının  düzəltdikləri 
qurğular  cəmiyyət  tərəfindən  yalnız  bir  oyuncaq  kimi  qəbul  edilmişdir. 
Texniki  vasitələrə  olan  belə  münasibət  bu  yaradıcılıq  işlərinin 
sistemləşdirilməsinə  və  onların  yazılı  şəkildə  formalaşmasına  mənfi 
təsir göstərmişdir. Bü səbəbdən Arximed və bir çox başqa qədim yunan 
alimləri,  apardıqları  sınaqlar,  düzəltdikləri  qurğular  haqqında  yazılı 
mənbə  qoymamışlar.  Digər  tərəfdən  insanlar  mexanikanın  qanunlarını 
bilmədiklərindən  əldə  etdikləri  nəticələr  əsasında  heç  bir  ümumi  qayda 
çıxara  bilmirdilər.  Bu  çatışmamazlıqlar  antik  dövrdə  öz  işlərinin 
nəticələrini  kitab  şəklində  yazmağa  cəhd  edən  mühəndislərin  işlərində 
də nəzərə çarpır. Roma imperiyası dövründə yaşamış Vitruvinin yazdığı 
“Memarlıq haqqında on kitab”da döyüş maşınlarının işləmə prinsipi və 
onların quruluşu təsvir olunmuşdur. Ancaq bu kitab o qədər qeyri aydın 
yazılmışdır  ki,  onun  əsasında  katapult,  skorpion  və  ballast  düzəltmək 
çətinlik  yaratmışdır.  XVII  əsrdə  alman  alimi  Leypoldun  8  cildlik 
Theatrum  Maschinarium”  əsərində  bir  çox  maşınların  cizgiləri  verilsə 
də,  onlar  ümumi  halda  olduğundan  təsvir  olunmuş  maşınların 
konstruksiyalarını  tam əhatə edə bilməmişdir.  
Maşınqayırmada  empirik  vəziyyətdən  çıxaraq  nəzəri  biliklərə 
əsaslanan  elmi-metodoloji  araşdırmalar  XVIII  əsrdən  başlayaraq 
aparılmışdır.  Qədimdə  maşınlar  yalnız  böyük  insan  kütləsinin  görə 
bilmədiyi  işləri,  məsələn:  böyük  həcmdə  yüklərin  qaldırılması,  suyun 
nəql edilməsi və s. yerinə yetirmək üçün lazım  olurdu. Cünki, o dövrdə 
əl  əməyinə  olan  münasibət  quldarlıq  cəmiyyətinin  qaydalarına  uyğun 
aparılırdı  və  əl  əməyinin  yüngülləşdirilməsi  barədə  heç  kim 
fikirləşmirdi. Bu düşüncə tərzi uzun müddət hökm sürmüşdür.  
 Texnikanın  beşiyi  sayılan  antik  Yunanıstanda  o  dövrdə  fəlsəfəyə 
maraq  daha  güclü  olduğundan  mexanikaya, alimlik  tədqiqatlarına  layiq 
olmayan  bir  sənət  kimi  baxırdılar.  Dinin  yeni  istiqamətlərinin  (məs. 
xristianlıq)  yaranması  ilə  ümumiyyətlə  texnikaya  münasibət  daha  da 
pisləşmişdir. Dindarlar elmi bütünlükdə inkar edirdilər.
   


Maşınqayırmanın yaranması 
10 
 
İstər  xristianlıqda,  istərsə  də  müsəlmançılıqda  dindarlar  ilahi 
kitabların  olduqları  yerdə  başqa  kitablara  ehtiyac  olmadığını  təsdiq 
etməyə  çalışırdılar.  Məsələn,  xristian  kilsəsini  ilkin  yaradanlardan  biri 
olan  Tretullian  deyirdi  ki,  Yevangeliyadan  sonra  heç  bir  elmə  ehtiyac 
yoxdur.  Ərəblərin  İsgəndəriyyəni  tutduqdan  sonra  orada  yerləşən 
məşhur  kitabxananı  yandırmaları  da  o  dövrdə  elmə  olan  münasibətdən 
irəli gəlirdi.    
Bu  munasibət  yeni  tarixin  başlanğıcına  qədər  davam  etmişdir.  XVI 
əsrdə yeni elm sahələrinin yaranması çağında inkvizisiya Qalileyi təqib 
etməyə  və  Cordano  Brunonun  yandırılmasına  gətirib  çıxarmışdır.  Orta 
əsrlərdə  yeni texniki vasitələrin yaranması ilə məşğul olan mühəndislər 
də  təqibə  məruz  qalmışlar.  Məsələn,  1579-cu  ildə  Dançikdə  ipəyirən 
maşını  ixtira  edən  mühəndis  edam  edilmişdir.  1598-ci  ildə  toxucu 
dəzgahını  ixtira  edən  Vilyam  Lii  (ingl.  William  Lee)  İngiltərədən 
qaçmağa məcbur olmuşdur. Buna səbəb əhalinin bu ixtiralar nəticəsində 
çoxlu  sayda  adamın  işsiz  qalmasından  qorxması  olmuşdur.  Texniki 
elmin  rolu  yalnız  maariflənmə  dövründə  başa  düşülməyə  başlayır.  XIV 
Lüdovikin  naziri  Jan  Battistin  ilk  akademiyanı  yaratması  ilə  elmə  olan 
münasibət  dəyişir.  Bundan  sonra  texniki  tərəqqi  vüsət  alır.  Bunun 
nəticəsi  kimi  İngiltərədə  XVIII  əsrin  ortalarında  sənaye  inqilabı  baş 
verir.    Öncə  sənaye  cəmiyyəti,  sonra  postsənaye  cəmiyyəti  daha  sonra 
isə  texnotron  cəmiyyət  yaranır.  Beləliklə,  insan  cəmiyyətinini 
formalaşmasını    iki  mərhələyə  bölürlər.  Birincisi  inqilaba  qədərki 
“ənənəvi  cəmiyyət”,  digəri  isə  inqilabdan  sonrakı  “sənaye  cəmiyyəti” 
adlanır 
[1.1

1.4]
.   
Göründüyü  kimi  insanların  təbiətlə  münasibətində  texnikanın  və 
bununla  maşınların  tarix  boyu  müxtəlif  tapşırıqların  yerinə  yetirilməsi 
üçün  tətbiqi  ictimai-siyasi  şəraitlə  bağlı  olmuşdur.  Qədim  Şərqdə  ilk 
insan  sivilizasiyasının  yarandığı  dövrdən  bəri,  insan  təfəkkürünün  və 
idrakının  təkamülü  ilə  sıx  bağlı  olan  texnikanın  inkişaf  səviyyəsi  bu 
dövrdə  yaşayan  xalqların  malik  olduqları  mədəniyyətin  mütərəqqilik 
göstərici kimi qiymətləndirilir. Müasir dövrdə olduğu kimi  qədimdə  də 


Maşınqayırmanın yaranması 
11
 
hökmranlar  öz  hərbi  məqsədlərini  həyata  keçirmək  üçün  döyüş 
maşınlarının tətbiqinə böyük üstünlük vermişlər.  
Buna  görə  də,  maşınların  bu  məqsədlə  tətbiqi  tarix  boyu  müxtəlif 
mühəndislər  tərəfindən  araşdırılaraq  daha  mütərəqqi  hərbi  texnikanın 
ixtira edilməsinə səy göstərilmişdir. Bu təmayül sənaye inqilabına qədər 
üstünlük  təşkil  etmişdir.  İnsanların  rifahını  yaxşılaşdırmaq  üçün 
maşınların  tətbiqi  sənaye  inqilabından  sonra  baş  vermiş  və  getdikcə 
inkişaf edərək bu günkü səviyyəyə çatmışdır.  
Maşınlar,  ümumiyyətlə  sənaye  cəmiyyətlərində  istehlak  mallarının 
hazırlanması üçün əsas vasitəyə çevrilmişdir. Onların tətbiqi qədimdə əl 
əməyinə  əsaslanan  sənətçiliyi  üstələyərək,  insanları  fiziki  və  psixoloji 
yüklərdən azad etməklə istehsal olunan məhsulları kiçik maya dəyəri ilə 
böyük miqdarda hazırlamağa şərait yaratmışdır.     
Maşınların  layihələndirilməsi,  təkmilləşdirilməsi  və  hazırlanması  ilə 
məşğul  olan  maşınqayırma  elmi  sənaye  inqilabından  sonra,  XIX  əsrin 
ortalarından elmi metodların köməyi ilə sistemli olaraq tədqiq edilməyə 
başlanır.  Maşınqayırma  fundamental  tədqiqatlar  və  elmi  metodların 
kombinasiyasını  özündə  əks  etdirən  tipik  texniki  elmdir.  O, 
mexanikadan 
və 
termodinamikadan 
məlum 
olan 
fiziki 
qanunauyğunluqları  texniki  avadanlıqların  konstruksiya  edilməsində  və 
simulyasiya olunmasında tətbiq edir.  
Bu gün maşınların avtomatlaşdırılma dərəcəsinin getdikcə artırılması 
onların  kompleks  ölçü,  idarəetmə  və  tənzimləmə  sistemləri  ilə  təchiz 
olunmasını tələb edir ki, bu da maşınqayırmada yeni tədqiqat sahələrinin 
yaranmasına şərait yaratmışdır. 
Maşınqayırmanın 
əsas  sahəsi  “maşınqayırma  texnologiyası” 
(texnologiya  –  yunanca  τεχνη  (technē)  -  sənət,  λόγος  (lógos)  -  elm 
sözlərindən  ibarət olub, sənət, texnika haqqında elm  deməkdir)
  
sayılır. 
Maşınqayırmada  tətbiq  olunan  texnoloji  proses,  verilən  hissənin 
pəstahdan  hazır  hala  keçməsini  təmin  edən  emal  ardıcıllığından  ibarət 
olub, təkcə maşınların yox, həm də sənayenin  başqa  sahələrində  tətbiq  
 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə