Maşınqayırmanın tarixinə dair



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix15.07.2018
ölçüsü3,03 Mb.
#55964
1   2   3   4   5   6   7   8   9   10   ...   30

Maşınqayırmanın yaranması 
12 
 
olunan  texniki  vasitələrin  (məs.  alətlərin)  hazırlanmasında  geniş  tətbiq 
olunur. İlk dəfə olaraq texnologiya anlayışı alman alimi Yohan Bekman 
(alm.  Johann  Bekmann)  tərəfindən  tətbiq  olunaraq,  1777-  ci  ildə    çap 
olunmuş “Texnologiyaya giriş” əsərində ona tərif verilmişdir. O “ işləri, 
onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən” yeni bir 
elmi istiqamətin başlanğıcını qoymuşdur. “Maşınqayırma texnologiyası” 
XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm 
bir mühəndislik elminə çevrilmişdir.  
Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki 
olaraq  iştirak  edir.  Əsasən  maşınlar,  onların  işçi  vəzifələrinə  uyğun 
olaraq  texniki  məmullar,  avtomobillər,  elektrik  cihazlar,  alətlər  və  s. 
istehsalında  geniş  tətbiq  olunur.  Həmçinin  ərzaq  mallarının  istehsalı, 
əzcazlıq  sənayesi  və  tibbi  texnikada  da  maşınlarsız  keçinmək  mümkün 
deyil.  Maşınqayırma  çox  vaxt  müxtəlif  texnoloji  sahələri  inteqrasiya 
etdirərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetgin məhsullar 
meydana çıxarır.  
Maşınların tətbiqi insanlara təbii qüvvələri üstələyən, mədəni aləmin 
inkişafına  şərait  yaradan  daha  effektiv  əmək  vasitələrini  yaratmağa 
imkan  vermışdır.  Digər  tərəfdən  maşınların  daim  inkişaf  etməsi  və 
onların  hesablama  texnikası  ilə  inteqrasiyası  nəticəsində  yaranan 
kompleks  texnoloji  sistemlər  bu  sahədə  çalışan  işçilərin  ixtisaslaşma 
dərəcəsi və səviyyəsinin artmasını tələb edir.  
Bu gün maşınqayırma mühəndislərinin məşğul olduğu sahələr qurğu, 
maşın,  və  cihazların  layihələndirilməsi  və  hesablanmasından,  material 
seçimi  və  yenilərinin  işlənməsi,  mexaniki  qurğuların  rasional 
hazırlanma  texnologiyasını  nəzərə  almaqla  konstruksiya  edilməsi  və 
istehsal avadanlıqlarının layihələndirilməsi kimi vacib sənaye sahələrini 
əhatə  edir.  Mikrosistematika,  mexatronika  və  mikroelektronika  kimi 
yeni  sahələrin  meydana  gəlməsi  yuxarıda  qeyd  olunan  sahələri  daha  da  
genişləndirmişdir.  Son  vaxtlar  bu  mütərəqqi  fəaliyyət  sahələrinə 
maşınların  hazırlanmasında  sırf  texniki  məsələlərdən  kənara  çıxan 
ekologiya və ictimai təsirlərin nəzərə alınması da əlavə olunmuşdur. 


Maşınqayırmanın yaranması 
13
  
Maşınqayırma sənayesinin inkişafı ilə əlaqədar olaraq burada çalışan 
insanların  sayı  getdikcə  artır.  Bu  da  texniki  təhsilə  olan  ehtiyacı  artırır. 
Maşınlarla  sənaye  cəmiyyəti  arasında  olan  mədəni  asılılığın  təhlili 
göstərir  ki,  insanlar  onların  işlərinin  maşınlar  tərəfindən  getdikcə  artan 
dərəcədə  təyin  olunması  kimi  psixoloji  təsiri  adi  hal  kimi  qəbul 
etməkdədirlər.   
Maşınqayırmanın tarixinin təhlili maşınların sənayedə tətbiqindən bu 
günə  kimi  hökm  sürməkdə  olan,  ancaq  getdikcə  zəifləyən  tənqidlərə 
aydınlıq  gətirməklə  bərabər,  bizim  texniki  mədəniyyətimizin  inkişaf 
şərtləri və imkanları ilə yaxından tanış olmaq üçün şərait yaradir.      
 
 
 


İlk texniki alətlər 
14 
 
II.  İnsan sivilizasiyasının əvvəlində texniki  vasitələr   
 
O
n dörd  milyon il bundan əvvəl ilk  dəfə olaraq ayaq üstə durmaqla 
yeni  bir  sivilizasiyanın  təməlini  qoyan  canlılar  Afrikada  yayılmağa 
başlayır. İnsanların əcdadları sayılan bu canlı vücudların hansı səbəbdən 
oz  həyat  tərzini  dəyişmələri  haqqında  müxtəlif  fərziyyələr  olsa  da, 
onların  qida  əldə  etmək  baxımından  birləşdirən  bir  ümumi  xüsusiyyət 
nəzərə  çarpır.  İki  milyon  il  bundan  əvvəl  insanların  əmələ  gəlməsi  və 
formalaşması  prosesi  başlayır.  Bu  uzun  çəkən  proses  insanların 
heyvanlardan  ayrılmasını  təsvir  edir.  İlk  insanlar  qida  əldə  etmək  üçün 
öz  orqanlarını:  əllərini,  ayaqlarını  və  qollarını  hərəkətə  gətirərək  təbii 
məhsullardan  öz  həyatı  üçün  lazım  olan  formada  istifadə  edirdi. 
Bununla  təməli  qoyulan  istehsal  prosesi  insanların  heyvanlardan 
ayrılması üçün tarixi addım idi.     
Mədəni  inkişafın  əvvəlində  insanlar
 
qida  əldə  etmək  üçün  müəyyən 
sənətçiliyə  malik  olmuşlar.  Gündəlik  həyatın  təşkil  edilməsi  və 
müəyyən  səviyyədə  saxlanılması  üçün  onların,  təbiətin  tələblərinə 
uyğunlaşaraq  müraciət  etdikləri  ilk  texniki  vasitə  alət  idi.  İnsanlar 
tərəfindən  bu  vasitələrin  qida  məhsullarını  çiy  haldan  hazır  hala 
gətirmək  üçün  tətbiqi,  müxtəlif  emal  üsullarının  meydana  gəlməsinə 
şərait yaratmışdır. Texniki vasitələrin yaradılması və tətbiqi ilə insanlar 
başqa  canlılara  nisbətən  daha  yüksək  yaradıcılıq  qabiliyyətinə  malik 
idilər.  Bu  qabiliyyət  onlara  ətraf  mühiti  öz  tələblərinə  uyğun  olan 
formaya  salmalarına  imkan  yaradırdı.  İnsanların  təkamülündə  texniki 
vasitələrin  inkişafını,  təbiətə  təsir  göstərmək  imkanı  verən  bir  reform 
kimi  anlamaq  lazımdır.  Bu  hal  insan  sivilizasiyasının  yaranmasının 
əvvəlinə  təsadüf  edən,  insanların  alətlərlə  davranmasında  özünü  aydın 
büruzə verir.  
Təbii  əşyaların  təsadüfi  və  ya  məqsədyönlü  alət  kimi  istifadə 
olunması  hətta  bəzi  heyvanlarda  da  rast  gəlinir.  Ancaq  alətlərin 
məqsədyönlü  hazırlanması  və  təkmilləşdirilməsi  üçün  uyğun  emal 
üsullarının inkişaf etdirilməsi yalnız insanlara məxsusdur. Bu alətlər  ya- 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə