Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

 

20 


©

 IFRS Foundation 

4.23 

Ticari, sənaye və kommersiya fəaliyyətləri fərdi sahibkarlıqlar, ortaqlıqlar, trastlar və müxtəlif növ hökumət 



binzes  təşkilatları  kimi  qurumlar  tərəfindən  həyata  keçirilir.  Belə  qurumlar  üçün  hüquqi  və  tənzimləyici 

çərçivə korporativ qurumlara tətbiq edilənlərdən çox zaman fərqli olur. Məsələn, mülkiyyətçilər və ya digər 

benefisarlar arasında kapitaldakı məbləğlərin bölüşdürülməsi üzrə az sayda məhdudiyyətlər, əgər varsa, ola 

bilər.  Buna  baxmayaraq,  kapital  anlayışı  və  kapitalla  bağlı  Konseptual  Əsasların  digər  aspektləri  belə 

qurumlar üç

ün uyğundur. 



Fəaliyyətin nəticələri

 

4.24 


Mənfəət çox zaman qurumun fəaliyyətinin nəticələrinin ölçüsü kimi və ya investisiyanın rentabelliyi və ya 

hər səhm üzrə mənfəət kimi digər ölçülər üçün əsas kimi istifadə edilir.  Mənfəətin ölçülməsinə birbaşa aid 

o

lan elementlər gəlir və xərclərdir. Gəlir və xərclərin və beləliklə mənfəətin tanınması və ölşülməsi, qismən, 



qurum tərəfindən maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən kapital və kapitalın  saxlanılması 

konsepsiyalarından asılıdır. Bu konsepsiyalar 4.57-4.65-ci maddələrdə müzakirə edilir. 

4.25 

Gəlir və xərclər elementləri aşağıdakı kimi müəyyən olunur: 



(a) 

Gəlir – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən 

və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya  öhdəliklərin azalması şəklində 

iqtisadi səmərənin artımıdır. 

(b) 

Xərclər  –  mülkiyyətçilər  аrаsında  kapitalın  bölüşdürülməsi  ilə  əlaqəli  оlmаyаn,  lakin  kapitalın 



аzаlmаsı  ilə  nəticələnən,  hesabat  dövrü  ərzində  aktivlərin  kənara  ахını  və  yа  аzаlmаsı  və  ya 

öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. 

4.26 

Gəlir  və  xərclərin  anlayışı  onların  əsas  xüsusiyyətlərini  müəyyən  edir,  lakin  mənfəət  və  zərər  haqqında 



hesabatda tanınmazdan əvvəl uyğun gəlməli olduqları meyarları müəyyən etməyə çalışmır. Gəlir və xərclərin 

tanınması üçün meyarlar 4.37-4.53-cü maddələrdə müzakirə edilir. 

4.27 

İqtisadi qərarların qəbulu üçün əhəmiyyətli informasiya təmin etmək məqsədilə gəlir və xərclər mənfəət və 



zərər haqqında hesabatda müxtəlif şəkildə təqdim edilə bilərlər. Məsələn, qurumun adi fəaliyyəti nəticəsində 

yaranan gəlir və xərclər maddələri ilə onunla əlaqədar olmayanları fərqləndirmək üçün ümumi qəbul edilmiş 

praktika  mövcuddur.  Belə  bölgü  qurumun  gələcəkdə  pul  vəsaitləri  və  onların  ekvivalentlərini  yarada 

bilməsinin qiymətləndirilməsi zamanı müvafiq maddənin mənbəyinin əhəmiyyətli olması əsasında aparılır; 

məsələn, uzunmüddətli investisiyanın satışı kimi təsadüfi fəaliyyətlər çətin ki, müntəzəm olaraq baş versin. 

Bu 


yolla maddələr arasında fərq qoyarkən qurumun və onun fəaliyyətlərinin xarakteri nəzərə alınmalıdır. Bir 

qurumun adi fəaliyyəti nəticəsində yaranan maddələr digər quruma münasibətdə qeyri-adi ola bilər. 

4.28 

Gəlir  və  xərc  maddələrinin  fərqləndirilməsi  və    onların  müxtəlif  üsullarla  birləşdirilməsi  də  qurumun 



fəaliyyətinin nəticələrinin ölçülməsinin bir neçə variantının təqdim edilməsinə imkan verir. Onlar fərqli əhatə 

dərəcələrinə malikdirlər. Məsələn, mənfəət və zərər haqqında hesabat ümumi mənfəəti, vergitutmadan əvvəl 

adi fəaliyyətlərdən mənfəət və ya zərəri, vergitutmadan sonra adi fəaliyyətlərdən mənfəət və ya zərəri və xalis 

mənfəət və ya zərəri göstərə bilər. 



Gəlir

 

4.29 


Gəlir  anlayışı  adi  gəlirləri  və  qeyri-əməliyyat  gəlirlərini  əhatə  edir.  Adi  gəlirlər  qurumun  adi  fəaliyyəti 

nəticəsində əmələ gəlir və satışlar, mükafatlar, faizlər, dividendlər, royaltilər və icarə haqları kimi müxtəlif 

adlarda adlandırılır. 

4.30 


Qeyri-

əməliyyat gəlirləri gəlir anlayışına cavab verən digər maddələri təmsil edir və qurumun adi fəaliyyəti 

nəticəsində yarana və ya yaranmaya bilər. Qeyri-əməliyyat gəlirləri iqtisadi səmərədəki artımları göstərir və 

öz xarakterinə görə adi gəlirlərdən fərqlənmir. Buna görə də, onlara bu Konseptual Əsaslarda ayrıca element 

kimi baxılmır. 

4.31 


Qeyri-

əməliyyat  gəlirlərinə,  məsələn,  uzunmüddətli  aktivlərin    xaricolmasından  yaranan  gəlirlər  daxildir. 

Gəlir  anlayışına  həmçinin  reallaşdırılmamış  qeyri-əməliyyat  gəlirləri  daxildir;  məsələn,  bazar  qiymətli 

kağızlarının  yenidən  qiymətləndirilməsi  və  uzunmüddətli  aktivlərin  balans dəyərində  artımlar  nəticəsində 

yarananlar gəlirlər. Mənfəət və zərər haqqında hesabatda qeyri-əməliyyat gəlirləri onlar barəsində məlumat 

iqtisadi qərarların qəbulu məqsədilə faydalı olduğuna görə adətən ayrıca göstərilir. Qeyri-əməliyyat gəlirləri 

çox vaxt onlarla əlaqədar xərclər çıxılmaqla əks olunur. 

4.32 


Aktivlərin müxtəlif növləri gəlirlər vasitəsilə əldə edilə və ya artırıla bilər; buna nümunə olaraq pul vəsaitləri, 

debitor borcları və təchiz edilmiş mal və xidmətlərin əvəzində əldə edilmiş mal və  xidmətlər çıxış edə bilər. 

Gəlir həmçinin öhdəliklərin ödənməsi nəticəsində də  yarana  bilər. Məsələn, qurum ödənilməmiş kreditor 

borcunun qarşılanması üçün icarə verənə mal və xidmətlər təqdim edə bilər. 




 

 

 



©

 IFRS Foundation 

21

 

Xərclər



 

4.33 


Xərclər anlayışı itkiləri, həmçinin qurumun adi fəaliyyəti nəticəsində yaranan xərcləri əhatə edir. Qurumun 

adi  fəaliyyəti  nəticəsində  yaranan  xərclərə,  məsələn,  satılmış  məhsulun  maya  dəyəri,  əmək  haqları  və 

amortizasiya  daxildir.  Onlar  adətən  pul  vəsaitləri  və  onların  ekvivalentləri,  ehtiyatlar,  torpaq,  tikili  və 

avadanlıqlar kimi aktivlərin axını və ya azalması formasını  alır. 

4.34 

İtkilər xərclər anlayışına cavab verən digər maddələri göstərir və qurumun adi fəaliyəti nəticəsində yarana və 



ya  yaranmaya bilər.  Itkilər iqtisadi səmərədəki azalmanı  göstərir  və öz xarakterinə görə digər xərclərdən 

fərqlənmir. Buna görə də, bu Konseptual Əsaslarda onlara ayrıca elmenet kimi baxılmır. 

4.35 

İtkilərə,  məsələn,  yanğın  və  sel  kimi  fəlakətlərdən  yaranan,  həmçinin  uzunmüddətli  aktivlərin 



xaricolmasından yaranan zərərlər daxildir. Xərclər anlayışına, həmçinin reallaşdırılmamış itkilər, məsələn  

qurumun  borc  vəsaitlərinin  olduğu  valyutaya  münasibətdə  xarici  valyutanın  mübadilə  məzənnəsinin 

artmasının  təsirindən  yaranan  itkilər  daxildir.  İtkilər  onlar  barəsində  məlumat  iqtisadi  qərarların  qəbulu 

məqsədilə faydalı olduğuna görə mənfəət və zərər haqqında hesabatda adətən ayrıca təqdim edilir. İtkilər çox 

zaman onlarla əlaqədar gəlirlər çıxılmaqla göstərilirlər. 

Kapitalın saxlanılmasını təmin edən düzəlişlər

 

4.36 


Aktivlərin və öhdəliklərin yenidən qiymətləndirilməsi və ya yenidən təqdim edilməsi kapitalda artıma və ya 

azalmaya səbəb olur. Bu artımın və ya azalmanın gəlir və xərc anlayışlarına uyğun gəlməsinə baxmayaraq, 

kapitalın  saxlanılmasının  müəyyən  konsepsiyalarına  müvafiq  olaraq  onlar  mənfəət  və  zərər  haqqında 

hesabatda daxil edilmir. Bunun əvəzində bu maddələr kapitalın saxlanılması üzrə düzəlişlər və ya yenidən 

qiymətləndirmə  üzrə  ehtiyat  fondları  kimi  kapitalda  göstərilir.  Kapitalın  saxlanılması  üzrə  sözügedən 

konsepsiyaları bu Konseptual Əsasların 4.57-4.65-ci maddələrində müzakirə edilir. 



Maliyyə hesabatları elementlərinin tanınması

 

4.37 


Tanınma - element anlayışına cavab verən və 4.38-ci maddədə müəyyən edilmiş tanınma meyarlarına uyğun 

gələn maddənin mühasibat balansına və ya mənfəət və ya zərər haqqında hesabata daxil edilməsi prosesidir. 

Tanınma,  maddənin  sözlə  təsviri  və  onun  pul  məbləği  şəklində  əks  olunmasından  və  həmin  məbləğin 

mühasibat balansına və  ya mənfəət və ya zərər haqqında hesabata daxil edilməsindən ibarətdir. Tanınma 

meyarlarına  cavab  verən  maddə  muhasibat  balansında  və  ya  mənfəət  və  ya  zərər  haqqında  hesabatda 

tanınmalıdır.  Belə  maddələrin  tanınmaması  nə  istifadə  edilən  uçotu  siyasətlərinin  açıqlanması  ilə,  nə  də 

qeydlər və ya izahedici materiallarla düzəldilə bilər. 

4.38 


Element anlayışına cavab verən maddə aşağıdakı hallarda tanınmalıdır: 

(a) 


bu maddə ilə əlaqədar gələcək iqtisadi səmərənin quruma daxil olması və ya ondan xaric olması 

ehtimalı varsa; və 

(b) 

maddənin etibarlı şəkildə



4

 

qiymətləndirilə bilən əldə etmə məsrəfləri və ya dəyəri varsa. 



 

4.39 


Maddənin bu meyarlara uyğun gəlib-gəlməməsini və beləliklə də maliyyə hesabatında tanınma şərtlərinə 

cavab verib-

verməməsi qiymətləndirilərkən, Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiyyətləri adlı 3-cü 

Mövzuda 


müzakirə edilən əhəmiyyətlilik  mülahizələr nəzərə  alınmalıdır. Elelmentlər arasındakı qarşılıqlı 

əlaqə o deməkdir ki, konkret element üçün anlayış və tanınma meyarlarına cavab verən maddə, məsələn aktiv, 

avtomatik olaraq digər elementin, məsələn gəlir və ya öhdəliyin, tanınmasını tələb edir. 

Gələcək iqtisadi səmərənin mümkünlüyü

 

4.40 


Mümkünlük anlayışı maddə ilə əlaqədar gələcək iqtisadi səmərənin quruma daxil olması və ya ondan xaric 

olmasının  qeyri-müəyyənlik  dərəcəsini  göstərmək  üçün  tanınma  meyarlarında  istifadə  edilir.  Bu  anlayış 

qurumun  fəaliyyət  göstərdiyi  mühiti  xarakterizə  edən  qeyri-müəyyənliyə  uyğun  gəlir.  Gələcək  iqtisadi 

səmərəyə  aid  olan  qeyri-müəyyənlik  dərəcəsinin  qiymətləndirilməsi  maliyyə  hesabatlarıının  hazırlanması 

zamanı mövcud olan dəlillər əsasında edilir. Məsələn, quruma olan debitor borcunun ödənilməsi mümkün 

olduğu  zaman,  buna  əks  olan  sübutların  olmadığı  halda,  həmin  debitor  borcunun  aktiv  kimi  tanınması 

                                                 

 

4



 

Məlumat, tamam, neytral və təhrifsiz olduqda etibarlı hesab edilir.

 



Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə