Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

 

Conceptual Framework 

 

©

 IFRS Foundation 



13

 

Əhəmiyyətlilik 



 

QC11 


İformasiyanın buraxılması və ya təhrif edilmiş təqdimatı istifadəçilər tərəfindən maliyyə məlumatı əsasında 

qəbul edilmiş qərarlara təsir edə bilərsə, o əhəmiyyətli sayılır. Başqa sözlə, əhəmiyyətlilik fərdi müəssisənin 

maliyyə hesabatı kontekstində məlumatın aid olduğu maddələrin xarakteri və ya böyüklüyü və ya hər ikisi 

əsasında  münasibliyin    müəssisə  üzrə  spesifik  aspektidir.  Bu  səbəbdən,  Şura  əhəmiyyətlilik  üçün  vahid 

kəmiyyət həddi müəyyən edə və ya müəyyən bir hal üçün nəyin əhəmiyyətli olacağını əvvəcədən göstərə 

bilməz.  



Düzgün təqdimat

  

QC12 


Maliyyə hesabatları sözlər və rəqəmlərlə iqtisadi hadisələri təqdim edir. Maliyyə məlumatının faydalı olması 

üçün o yalnız uyğun hadisələr deyil, həm də təqdim etmək üçün nəzərdə tutduğunu düzgün şəkildə təqdim 

etməlidir.  Təsvir  edilənlərin  tam  düzgün  təqdimatı  üçün  onun  üç  xüsusiyyəti  olmalıdır.  Bunlar,  tamlıq, 

neytrallıq  və  təhrifsizlik  xüsusiyyətləridir.  Əlbəttə  ki,  mükəmməlliyə  nadir  hallarda  nail  olunur.  Şuranın 

məqsədi bu keyfiyyətləri mümkün olduğu qədər maksimum həddə çatdırmaqdır. 

QC13 


Təsvirin tamlığına təsvir edilən hadisənin istifadəçi tərəfindən başa düşülməsi üçün, bütün zəruri açıqlamalar 

və izahlar daxil olmaqla, lazım olan bütün məlumatlar daxildir. Məsələn, hər hansı aktivlər qrupu üzrə təsvirin 

tamlığına, ən azından qrupdakı aktivlərin xarakterinin açıqlaması, qrupdakı bütün aktivlərin rəqəmlərlə təsviri 

və  rəqəmlərlə  təsvir  edilənlərin  nə  təqdim  etməsi  barədə  açıqlama  daxildir  (məsələn,  həqiqi  ilkin  dəyər, 

düzəliş  edilmiş  ilkin  dəyər  və  ya  ədalətli  dəyər).  Bəzi  maddələr  üzrə  təsvirin  tamlığına  həm  də,  həmin 

maddələrin keyfiyyəti və xarakteri barədə, onların keyfiyyəti və xarakterinə təsir edə biləcək amillər və hallar 

barədə və rəqəmli təsvirləri müəyyən etmək üçün istifadə edilən proses barədə əhəmiyyətli faktların izahları 

dax


il ola bilər. 

QC14 


Neytral təsvir maliyyə məlumatının seçilməsində və təqdimatında qərəzsiz olmaqdır. Maliyyə məlumatının 

istifadəçi tərəfindən səmərəli və ya səmərəsiz qəbul edilməsi ehtimalının artırılması üçün neytral təsvir heç 

bir tərəfə meyl etmir, ölçülmür, vurğulanmır, əhəmiyyəti azalmır və ya başqa cür manipulyasiyaya məruz 

qalmır. Neytral məlumat məqsədi olmayan məlumat və ya atılacaq addıma təsir etməyən məlumat demək 

deyildir. Əksinə, uyğun maliyyə məlumatı, tərifə görə, istifadəçinin qərarlarında dəyişiklik etməyə qadirdir.   

QC15 


Düzgün  təqdimat  bütün  hallarda  dəqiq  olmaq  demək  deyil.  Təhrif  olunmayan  o  dəməkdir  ki,  hadisənin 

təsvirində heç bir təhrif və ya buraxılmış məlumat  yoxdur və hesabat verilən məlumatı hasil etmək üçün 

istifadə edilən proses bu prosesdə heç bir təhrif olunmadan seçilmiş və tətbiq edilmişdir. Bu kontekstdə, təhrif 

olunmayan bütün hallarda tam dəqiq olmaq demək deyil. Məsələn, müşahidə edilə bilinməyən qiymət və ya 

dəyərin  qiymətləndirilməsinin  dəqiq  və  ya  qeyri-dəqiq  olması  müəyyən  edilə  bilməz.  Halbuki, bu 

qiymətləndirmənin təqdimatı o zaman düzgün olar ki, məbləğin qiymətləndirmə olması aydın və dəqiq təsvir 

edilsin, qiymətləndirmə prosesinin xarakteri və məhdudiyyətləri izah edilsin və qiymətləndirməni müəyyən 

etmək üçün müvafiq prosesin seçilməsində və tətbiqində heç bir təhrif edilməsin.  

QC16 

Düzgün təqdimat özü-özlüyündə mütləq faydalı məlumatla nəticələnmir. Məsələn, hesabat verən müəssisə 



torpaq, tikili və avadanlığı dövlət tərəfindən verilmiş qrant vasitəsilə ala bilər. Aydındır ki, müəssisənin aktivi 

heç  bir  xərc  çəkmədən  alması  kimi  göstərmək  onun dəyərini  düzgün  təqdim  edir,  lakin  çox gümanki bu 

məlumat çox faydalı olmayacaq. Bir az daha incə misal aktivin dəyərinin dəyərsizləşməsini göstərmək üçün 

onun balans dəyərinə düzəliş edilməli olan məbləğin qiymətləndirilməsidir. Əgər hesabat verən müəssisə 

müvafiq prosesi düzgün olaraq tətbiq etmişdirsə, qiymətləndirməni düzgün təsvir etmiş və qiymətləndirməyə 

əhəmiyyətli təsiri olan hər hansı qeyri-müəyyənliyi izah etmişdirsə, qiymətləndirmə düzgün təqdimat ola 

bilər.  Lakin,  əgər  belə  qiymətləndirmədə  qeyri-müəyyənlik  kifayət  qədər  böyük  olduqda,  bu 

qiymətləndirmənin  xüsusi  bir  faydası  olmur.  Başqa  sözlə,  dügün  təqdim  edilən  aktivin  uyğunluğu  sual 

doğurur. Əgər daha düzgün olan alternativ təqdimat mövcud deyilsə, bu qiymətləndirmə əldə edilmiş ən yaxşı 

məlumatı təqdim edə bilər. 



Fundamental keyfiyyət xüsusiyyətlərinin tətbiq edilməsi

 

QC17 


Faydalı məlumat həm uyğun həm də düzgün təqdim edilməlidir. Uyğun olmayan hadisənin düzgün təqdimatı 

və ya uyğun olan hadisənin düzgün olmayan təqdimatı istifadəçiyə yaxşı qərarlar qəbul etməyə kömək etmir. 

QC18 

Fundamental keyfiyyət xüsusiyyətlərini tətbiq etməyin ən effektiv və səmərəli yolu adətən belə olmalıdır (bu 



misalda  nəzərə  alınmayan  xüsusiyyətlərin  və  xərc  məhdudiyyətinin  artırılmasının  təsirləri  aid  olmaqla): 

Birincisi,  hesabat  verən  müəssisənin  maliyyə  məlumatının  istifadəçilərinə  faydalı  olma  potensialı  olan 

iqtisadi 

hadisəni aydınlaşdırmaq. İkincisi, əgər mövcud olarsa və düzgün təqdim edilə bilərsə, bu iqtisadi 

hadisə haqqında ən çox uyğun  olan məlumat növünü müəyyən etmək. Üçüncüsü, bu məlumatın mövcud 

olmasını  və  düzgün  təqdim  edilə  biləcəyini  müəyyənləşdirmək.  Belə  olan  halda,  fundamental  keyfiyyət 

xüsusiyyətlərinə cavab vermək üçün proses bu nöqtədə bitir. Bələ olmazsa, proses növbəti ən uyğun məlumat 

növü ilə təkrarlanır.   




Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə