Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

Conceptual Framework 

10 


©

 IFRS Foundation 

 

  MÖVZU 2: HE

SABAT VERƏN MÜƏSSİSƏ

  

   

 

[

əlavə ediləcək

] 

   

 



 

Conceptual Framework 

 

©

 IFRS Foundation 



11

 

 



M

ÜNDƏRİCAT

 

maddələr

  

 

 

MÖVZU 3: 

FAYDALI MALİYYƏ MƏLUMATININ KEYFİYYƏT 

XÜSUSİYYƏTLƏRİ

 

   

 

GİRİŞ

 

QC1   

 

FAYDALI MALİYYƏ MƏLUMATININ KEYFİYYƏT XÜSUSİYYƏTLƏRİ

 

QC4   

 

Fundamental 

keyfiyyət xüsusiyyətləri

 

QC5   

 

 



Uyğunluq

 

QC6   



 

 

Düzgün təqdimat



 

QC12   


 

 

Fundamental keyfiyyət xüsusiyyətlərinin tətbiq edilməsi



 

QC17   


 

Keyfiyyət xüsusiyyətləri

nin 

artırılması 

 

QC19   

 

 



Müqayisəlilik

 

QC20   



 

 

Təsdiqlənmə imkanı



 

QC26   


 

 

Vaxtında təqdimat



 

QC29   


 

 

Anlaşıqlıq



 

QC30   


 

 

Xüsusiyyətlərin artırılmasının tətbiqi



 

QC33   


 

FAYDALI MALİYYƏ HESABATI VERİLMƏSİ ÜZRƏ XƏRC MƏHDUDİYYƏTİ

 

QC35   

 



Conceptual Framework 

12 


©

 IFRS Foundation 



Mövzu 3: 

Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiyyətləri

 

Giriş 

 

QC1 


Faydalı  maliyyə  məlumatının  bu  mövzuda  bəhs  edilən  keyfiyyət  xüsusiyyətləri,  hesabat  verən  müəssisə 

haqqında onun maliyyə hesabatındakı (maliyyə məlumatındakı) məlumat əsasında qərar qəbul etmək üçün 

mövcud investorlara, borc verənlərə və digər kreditorlara ən çox faydalı olan məlumat növünü müəyyən edir.  

QC2 


Maliyyə hesabatları hesabat verən müəssisənin iqtisadi resursları və ona qarşı olan iddialar barədə və bu 

resursları və iddiaları dəyişən əməliyyatların və digər hadisələr və halların təsiri barədə də məlumat verir. (Bu 

məlumata  Konseptual  Əsaslarda  iqtisadi  hadisə  haqqında  məlumat  kimi  istinad  edilir.)  Bəzi  maliyyə 

hesabatlarına  həmçinin  hesabat  verən  müəssisə  üçün  rəhbərliyin  gözləntiləri  və  strategiyası  haqqında 

izahedici material və digər uzaqgörən məlumat növləri daxildir. 

QC3 


Faydalı  maliyyə  məlumatlarının

3

 



keyfiyyət  xüsusiyyətləri  maliyyə  hesabatlarında  təqim  edilən  maliyyə 

məlumatlarına  həmçinin  digər  üsulla  təqdim  edilən  məlumatlara  tətbiq  edilir.  Hesabat  verən  müəssisənin 

faydalı maliyyə məlumatlarını təqdim etmə qabiliyyəti üzrə geniş yayılmış məhdudiyyət olan xərc də eyni 

qaydada tətbiq edilir. Halbuki, keyfiyyət xüsusiyyətlərinin tətbiqi ilə bağlı məsrəflər və xərc məhdudiyyəti 

müxtəlif  növ  məlumatlar  üçün müxtəlif  ola bilər.  Məsələn,  onları  uzaqgörən  məlumat  üzrə  tətbiq  etmək, 

həmin  keyfiyyət  xüsusiyyətlərini  mövcud  resurslar  və  iddialar  və  bu  resurslar  və  iddialarda  dəyişikliklər 

barədə məlumata tətbiq etməkdən fərqli ola bilər.  

Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiyyətləri

 

QC4 


Maliyyə məlumatının faydalı olması üçün o, müvafiq olmalıdır və təqdim etmək üçün nəzərdə tutduğunu 

düzgün 


şəkildə təqdim etməlidir. Maliyyə məlumatının faydalılığı o zaman artır ki, o, müqayisəli, təsdiqlənə 

bilən, vaxtında təqdim edilən və anlaşıqlı olsun. 



Fundamental keyfiyyət xüsusiyyətləri

 

QC5 


Fundamental keyfiyyət xüsusiyyətləri uyğunluq və düzgün təqdimatdır.  

Uyğunluq

  

QC6 


Münasib  maliyyə  məlumatı  istifadəçilər  tərəfindən  qəbul  olunan  qərarlarda  dəyişiklik  etməyə  qadirdir. 

Məlumat, hətta istifadəçinin bu üstünlükdən istifadə etmədiyi halda və ya bu barədə digər mənbələr vasitəsilə 

məlumatlı olduqda belə, qərarda dəyişiklik etməyə qadir ola bilər.  

QC7 


Maliyyə məlumatı proqnozverici, təsdiqedici və ya hər iki dəyərə malik olarsa qərarlarda dəyişiklik etməyə 

qadirdir. 

QC8 

Maliyyə məlumatı, gələcək nəticələri proqnozlaşdırmaq üçün istifadəçilər tərəfindən aparılan proseslərə giriş 



kimi  istifadə  edilə  bilərsə  proqnozverici  dəyərə  malikdir.  Proqnozverici  dəyərinin  olması  üçün  maliyyə 

məlumatının  proqnoz  formasında  olmasına  gərək  yoxdur.  Proqnozverici  dəyərə  malik  maliyyə  məlumatı 

istifadəçilər tərəfindən öz proqnozlarını vermək üçün istifadə olunur. 

QC9 


Əgər  maliyyə  məlumatı əvvəlki qiymətləndirmələr barədə əlaqə (təsdiq edirsə və dəyişirsə)  yaradarsa, o, 

təsdiqedici dəyərə malikdir. 

QC10 

Maliyyə məlumatının proqnozverici və təsdiqedici dəyəri qarşılıqlı əlaqəlidir. Proqnozverici dəyərə malik 



məlumat adətən həm də təsdiqedici dəyərə malikdir. Məsələn, gələcək illərin gəlirini proqnozlaşdırmaq üçün 

əsas kimi istifadə oluna bilən cari ilin gəliri barədə məlumat, həm də, keçmiş illərdə cari ilin gəliri üçün 

edilmiş proqnozlarla müqayisə edilə bilər. Bu müqayisələrin nəticələri istifadəçiyə həmin əvvəlki proqnozları 

etmək üçün istifadə etdiyi prosesləri düzəltməyə və təkmilləşdirməyə kömək edə bilər.  

                                                 

 

3



 

Bu Kons



eptual Əsaslardakeyfiyyət xüsusiyyətləri və məhdudiyyət terminləri, faydalı maliyyə məlumatı üzrə keyfiyyət 

xüsusiyyətləri və məhdudiyyətə aid edilir.

 



Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə