Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

 

18 


©

 IFRS Foundation 

verilməlidir.  Beləliklə,  məsələn,  maliyyə  icarəsi  halında,  mahiyyət  və  iqtisadi  reallıq  ondan  ibarətdir  ki, 

icarəyə götürən əldə etdiyi hüquq üçün aktivin ədalətli dəyərinə təqribən bərabər olan məbləği və onunla 

əlaqəli maliyyə xərclərini ödəmək öhdəliyinə daxil olması əvəzində icarəyə götürülmüş aktivdən onun faydalı 

istifadə müddətinin əksər hissəsi ərzində iqtisadi səmərə əldə edir. Nəticə etibarı ilə maliyyə icarəsi aktiv və 

öhdəlik anlayışlarına uyğun gələn və icarəyə götürənin mühasibat balansında eyni şəkildə tanınan maddələr 

əmələ gətirir. 

4.7 

Mövcud MHBS-



larına uyğun olaraq tərtib edilmiş mühasibat balanslarında aktiv və ya öhdəlik anlayışlarını 

təmin etməyən və  kapitalın bir hissəsi kimi göstərilməyən  maddələr göstərilə bilər. Bununla belə, 4.4-cü 

maddədə  verilmiş  anlayışlar  mövcud  MHBS-larının  gələcəkdə  nəzərdən  keçirilməsi  və  yeni  standartların 

formalaşdırılması zamanı əsas təşkil edəcək. 



Aktivlər

 

4.8 


Aktivdə  təccəssüm  olunan  gələcək  iqtisadi  səmərə  birbaşa  və  ya  dolayı  yolla  pul  vəsaitləri  və  onların 

ekvivalentlərinin quruma daxil olmasını təmin edən bir imkandır. Qurumun əsas fəaliyətinin bir hissəsi təşkil 

etməklə bu imkan məhsuldar ola bilər. Bu həmçinin pul vəsaitləri və ya onun ekvivalentlərinə çevrilə bilmə 

və  ya  alternativ  istehsal  prosesinin  tətbiqinin  istehsal  dəyərini  aşağı  salması  halında  olduğu  kimi  pul 

xaricolmalarını azalda bilmə formasını ala bilər. 

4.9 


Qurum adətən öz aktivlərindən, alıcıların istək və ehtiyaclarını təmin etmək gücündə olan mal və xidmətlər 

istehsal etmək üçün istifadə edir; mallar və xidmətlər bu istək və ehtiyacları təmin edə bildiyi üçün alıcılar 

onların qarşılığında ödəniş etməyə və nəticə etibarı ilə qurumun pul vəsaitlərinin artmasını təmin etməyə 

hazırdırlar. Pul vəsaitlərinin özləri qurumun digər resurslarına münasibətdə əhəmiyyətləri səbəbiylə quruma 

xidmət edir. 

4.10 


Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə quruma müxtəlif üsullarla daxil ola bilər. Məsələn, aktiv: 

(a) 


qurum tərəfindən satılan mal və xidmətlərin istehsalında tək və ya digər aktivlərlə birlikdə istifadə 

edilə bilər; 

(b) 

digər aktivlərlə mübadilə edilə bilər; 



(c)  

öhdəlikləri ödəmək üçün istifadə bilər; və ya 

(d) 

qurumun mülkiyyətçiləri arasında bölüşdürülə bilər. 



4.11 

Bir 


çox  aktivlər,  məsələn,  torpaq,  tikili  və  avadanlıq  fiziki  formaya  malikdir.  Lakin  fiziki  forma  aktivin 

mövcudluğu baxımından əsas deyil; belə ki, məsələn, patentlər və müəllif hüquqları onlardan gələcək iqtisadi 

səmərənin  quruma  daxil  olması  gözlənildiyi  halda  və  onlara  qurum  tərəfindən  nəzarət  edildiyi  halda 

aktivdirlər. 

4.12 

Bir  çox  aktivlər  məsələn,  debitor  borcları  və  tikili,  mülkiyyət  hüququ  daxil  olmaqla  qanuni  hüquqlarla 



əlaqədardırlar.  Aktivin  mövcudluğunun  müəyyən  edilməsi  baxımından  mülkiyyət  hüququ  əsas  deyil; 

beləliklə, məsələn, icarəyə götürülmüş əmlak o halda aktiv sayılır ki, qurum ondan daxil olması gözlənilən 

səmərəyə nəzarət edir. Baxmayaraq ki, qurumun həmin səmərələrə nəzarət edə bilməsi adətən onun qanuni 

hüquqların nəticəsidir, bununla yanaşı maddə, hüquqi nəzarətin olmadığı halda belə aktiv anlayışına uyğun 

gəlir. Məsələn, tədqiqat fəaliyyətindən əldə edilmiş “nou-hau”, onun gizli saxlanılması ilə ondan daxil olması 

gözlənilən səmərələrə qurumun nəzarət etməsi halında aktiv anlayışına uyğun gələ bilər. 

4.13 

Qurumun aktivləri keçmiş əməliyyatlar və ya digər keçmiş hadisələr nəticəsində əmələ gəlir. Qurumlar adətən 



aktivləri satın almaqla və ya istehsal etməklə əldə edirlər, lakin digər əməliyyatlar və ya hadisələr də aktivlər 

yarada bilər; bunlara müəyyən bir ərazidə iqtisadi inkişafın gücləndirilməsi proqramı çərçivəsində və kəşf 

edilmiş faydalı qazıntı yataqlarının kəşf edilməsi ilə qurumun  dövlətdən aldığı mülkiyyəti göstərmək olar. 

Gələcəkdə baş verməsi gözlənilən əməliyyatlar və ya hadisələr özü-özlüyündə aktiv əmələ gətirmir; belə ki, 

məsələn, ehtiyat almaq niyyəti özlüyündə aktiv anlayışına uyğun gəlmir. 

4.14 


Baş verən xərclərlə  yaranan aktivlər arasında çox  yaxın əlaqə vardır, lakin ikisinin də eyni  zamanda baş 

verməsi  vacib  deyil.  Deməli,  qurumun  xərc  çəkməsi  onun  gələcəkdə  iqtisadi  səmərənin  əldə  edilməsi 

məqsədinin güdüldüyünə sübut ola bilər, lakin bu aktiv anlayışına uyğun gələn maddənin əldə edilməsi üçün 

əsaslı  sübut  deyil.  Eynilə  müvafiq  xərclərin  olmaması  maddənin  aktiv  anlayışına  uyğun  gəlməsinə  və 

beləliklə mühasibat balansında tanınmaq üçün namizədliyinə mane olmur; məsələn, quruma bağışlanılmış 

maddələr aktiv anlayışına uyğun gələ bilər. 



Öhdəliklər

 

4.15 


Öhdəliyin  əsas  xüsusiyyəti  qurumun  cari  borc  öhdəliyinin  olmasıdır.  Borc  öhdəliyi  müəyyən  bir  şəkildə 

hərəkət etmək və ya icra etmək barədə borc və ya vəzifədir. Borc öhdəlikləri icbari müqavilədən və ya qanuni 

tələbdən irəli gələrək hüquqi baxımdan icrası məcburi ola bilər. Buna sadə misal olaraq əldə edilən mallara 



 

 

 



©

 IFRS Foundation 

19

 

və  göstərilən  xidmətlərə  görə  ödənilməli  olan  məbləğləri  göstərmək  olar.  Borc  öhdəlikləri  həmçinin  adi 



işgüzar  təcrübədən,  ənənədən  və  yaxşı  işgüzar  münasibətləri  saxlamaq  istəyindən  və  ya  ədalətli 

davranmaqdan  yarana  bilər.  Məsələn,  zəmanətli  istifadə  müddətinin  keçməsindən  sonra  belə  aşkar 

olunmasına baxmayaraq qurum məhsulda olan qüsurları düzəltmək üçün öz siyasəti üzrə qərar qəbul edərsə, 

satılmış mallar baxımından çəkilməsi gözlənilən xərclərin məbləğləri öhdəliklərdir. 

4.16 

Cari borc öhdəliyi ilə gələcək öhdəlik arasında fərq qoyulmalıdır. Qurum rəhbərliyinin gələcəkdə aktivlərin 



əldə edilməsi ilə bağlı qəbul etdiyi qərar özlüyündə cari borc öhdəliyinin yaranmasına səbəb olmur. Borc 

öhdəliyi  adətən  aktivin  təqdim  edilməsi  və  ya  qurumun  aktivi  əldə  etməsi  ilə  bağlı  ləğv  edilə  bilməyən 

müqaviləyə  daxil  olması  zamanı  yaranır.  Sonuncu  halda,  müqavilənin  ləğvediləbilməzlik  xüsusiyyəti  o 

deməkdir ki, öhdəliyin icra edilməməsinin iqtisadi nəticələri, məsələn, böyük həcmdə cərimənin mövcud 

olmasına görə, quruma resursların digər tərəfə getməsinin qarşısını almaq üçün çox az seçim hüququ verir. 

4.17 


Digər tərəflərin tələblərini təmin etmək üçün cari öhdəliklərin icrası adətən qurumun iqtisadi səmərəni özündə 

təccəssüm etdirən resurslardan imtinası ilə nəticələnir. Cari öhdəliyin icrası müxtəlif üsullarla təmin edilə 

bilər, məsələn: 

(a) 


pul vəsaitləri ilə ödəmə ilə; 

(b) 


digər aktivlərin köçürülməsi ilə;  

(c)  


xidmətlərin təqdim edilməsi ilə; 

(d) 


bir öhdəliyin digəri ilə əvəz edilməsi ilə; və ya 

(e) 


öhdəliyin kapitala çevrilməsi ilə. 

 

Öhdəlik kreditorun tələbindən imtina etməsi və ya bu hüququnu itirməsi kimi digər vasitələrlə də ləğv edilə 



bilər. 

4.18 


Öhdəliklər keçmiş əməliyyatlar və ya digər hadisələr nəticəsində yaranır. Beləliklə, məsələn, malların əldə 

edilməsi  və  xidmətlərdən  istifadə  ticari  kreditor  borclarını  yaradır  (avans  olaraq  və  ya  çatdırılma  anında 

ödəniş  edilməyibsə)  və  bank  kreditinin  götürülməsi  həmin  krediti  banka  geri  ödəmək  öhdəliyini  yaradır. 

Qurum  sifarişçilərin  illik  alışlarına  əsaslanmaqla  gələcək  güzəştləri  öhdəlik  kimi  tanıya  bilər;  bu  halda 

malların keçmişdə satılması öhdəliyin yaranmasına səbəb olan əməliyyat sayılır. 

4.19 


Bəzi öhdəliklər ancaq kifayət qədər uçot təxmini əsasında ölçülə bilər. Bəzi qurumlar bu öhdəlikləri ehtiyat 

fondları kimi göstərir. Bəzi ölkələrdə belə ehtiyat fondlarına öhdəlik kimi baxılmır, çünki öhdəlik anlayışı 

dar  mənada  elə  müəyyən  edilir  ki,  o  yalnız  təqribi  qiymətləndirməyə  ehtiyac  olmadan  müəyyən  bilən 

məbləğləri  özündə  əks  etdirir.  4.4-cü  maddədəki  öhdəlik  anlayışı  daha  geniş  yanaşmanı  nəzərdə  tutur. 

Beləliklə,  ehtiyat  fondu  cari  öhdəlik  ilə  əlaqəlidirsə  və  öhdəlik  anlayışının  digər  müddəalarına  da  uyğun 

gəlirsə, məbləğ təqribi qiymətləndirilməli olsa belə bu öhdəlik sayılır. Bu ehtiyat fondlarına nümunə olaraq 

mövcud  zəmanətlərin  ödənilməsi  üzrə  ehtiyat  fondları  və  pensiya  öhdəliklərini  icra  etmək  üçün  ehtiyat 

fondlarını göstərmək olar. 



Kapital 

4.20 


Baxmayaraq ki, 4.4-

cü  maddədə  kapital  qalıq  məbləğ  kimi  müəyyən  edilir,  mühasibat  balansında o alt 

hesablar  üzrə  təsnifləşdirilə  bilər.  Məsələn,  korporativ  qurumda  səhmdarlar  tərəfindən qoyulmuş  fondlar, 

bölüşdürülməmiş  mənfəət,  bölüşdürülməmiş  mənfəətin  ayrılmasını  göstərən  ehtiyat  fondları  və  kapitalın 

saxlanılması  üzrə  düzəlişləri  təmin  edən  ehtiyat  fondları  ayrı-ayrılıqda  göstərilə  bilər.  Belə  təsnifatlar 

qurumun  kapitalı  bölüşdürmək  və  ya  digər  şəkildə  istifadə  etmək  imkanları  üzərində  hüquqi  və  ya  digər 

məhdudiyyətlər  göstərdiyi  zaman,  maliyyə  hesabatları  istifadəçiləri  üçün  iqtisadi  qərarlar  qəbul  etmək 

ehtiyacı  baxımından  əhəmiyyətli  ola  bilər.  Onlar  həmçinin  qurumda  iştirak  payı  olan  səhmdarların 

dividendlərin əldə  edilməsi və ya kapital qoyuluşunun geri ödənməsi baxımından fərqli hüquqlara malik 

olduqlarını əks etdirə bilər. 

4.21 

Quruma 


və  onun  kreditorlarına  itkilərin  təsirinə  qarşı  əlavə  müdafiə  vasitəsi  vermək  məqsədilə  bəzən 

nizamnamə və ya digər qanunla ehtiyat fondlarının yaradılması tələb edilir. Milli vergi qanunvericiliyi ilə 

belə  ehtiyat  fondlarına  köçürmələr  edildiyi  halda  vergi  tutulan  öhdəliklərin  vergidən  azad  olması  və  ya 

azaldılması nəzərdə tutularsa, digər ehtiyat fondları da yaradıla bilər. Belə hüquqi, məcburi və vergi ehtiyat 

fondlarının mövcudluğu və həcmi istifadəçilər tərəfindən iqtisadi qərar qəbulu üçün əhəmiyyətli informasiya 

sayılır. Belə ehtiyat fondlarına köçürmələr xərclər yox, bölüşdürülməmiş mənfəətin istifadəsidir. 

4.22 

Mühasibat balansında göstərilən kapitalın məbləği aktiv və öhdəliklərin ölçülməsindən asılıdır. Bir qayda 



olaraq, kapitalın ümumi məbləği yalnız təsadüfi halda qurumun səhmlərinin ümumi bazar dəyərinə və ya xalis 

aktivlərin hissə-hissə ya da fəaliyyətin fasiləsizliyi prinsipi əsasında qurumun bütövlükdə satılmasından əldə 

edilə bilən məbləğə uyğun gəlir. 



Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə