Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

Conceptual Framework 

14 


©

 IFRS Foundation 



Keyfiyyət xüsusiyyətlərinin artırılması

 

QC19 


Müqayisəlilik, təsdiq edilə bilən, vaxtında təqdimat və anlaşıqlıq, uyğun və düzgün təqdim edilən məlumatın 

faydalılığını artıran keyfiyyət xüsusiyyətləridir. Keyfiyyət xüsusiyyətlərinin artırılması həmçinin, hər ikisi 

eyni dərəcədə uyğun və düzgün təqdim edildikdə, hadisəni təsvir etmək üçün iki yoldan hansının istifadə 

edilməli olduğunu müəyyən etməyə kömək edə bilər. 



Müqayisəlilik 

 

QC20 


İstifadəçilərin  qərarlarına  alternativlərdən  birini  seçmək  aiddir.  Məsələn,  investisiyanın  satılması  və  ya 

saxlanması və ya bir və ya digər hesabat verən müəssisəyə investisiya yatırmaq. Nəticə etibarilə, əgər hesabat 

verən müəssisə barədə məlumat, digər müəssisələrin oxşar məlumatları və eyni müəssisə haqqında digər dövr 

və ya tarix üzrə oxşar məlumatı ilə müqayisə edilə bilərsə, daha faydalıdır. 

QC21 

Müqayisəlilik,  maddələr  arasında  oxşarlıqları  və  fərqləri  müəyyən  etməkdə  və  anlamaqda  istifadəçilərə 



kömək  edən  keyfiyyət  xüsusiyyətidir.  Digər  keyfiyyət  xüsusiyyətlərindən  fərqli  olaraq,  müqayisəlilik  bir 

maddəyə aid edilmir. Müqayisə üçün ən azı iki maddə tələb olunur. 

QC22 

Ardıcıllıq, müqayisəliliklə əlaqəli olsa da eyni deyildir. Ardıcıllıq, ya hesabat verən müəssisə daxilində bir 



dövrdən  başqa  dövrə  ya  da  bir  dövr  üzrə  müəssisələr  üzrə,  eyni  maddələr  üzrə  eyni  metodların  istifadə 

edilməsinə aiddir. Müqayisəlilik məqsəddir, ardıcıllıq isə bu məqsədə nail olmağa kömək edir. 

QC23 

Müqayisəlilik birtiplilik deyildir. Məlumatın müqayisəli olması üçün, oxşar maddələr oxşar, fərqli maddələr 



isə fərqli görünməlidir. Məlumatın müqayisəliliyi, fərqli maddələri oxşar göstərməklə, oxşar maddələri isə 

fərqli göstərməklə artmır. 

QC24 

Fundamental keyfiyyət göstəricilərinə cavab verməklə müəyyən dərəcədə müqayisəliliyə nail olunur. Uyğun 



iqtisadi 

hadisənin düzgün təqdimatı təbiətcə digər hesabat verən müəssisənin oxşar uyğun iqtisadi hadisənin 

düzgün təqdimatı ilə müəyyən dərəcədə müqayisəlilik xüsusiyyətinə malik olur. 

QC25 


Bir iqtisadi had

isənin bir  neçə  cür  düzgün  təqdim  edilə  bilməsinə  baxmayaraq,  eyni  iqtisadi  hadisə  üzrə 

a

lternativ uçot metodlarına yol verilməsi müqayisəliliyi azaldır. 



T

əsdiqlənmə imkanı

 

QC26 


Təsdiqlənmə imkanı istifadəçiləri əmin edir ki, məlumat, təqdim etmək üçün nəzərdə tutduğu iqtisadi hadisəni 

düzgün təqdim edir. Təsdiqlənmə imkanı müxtəlif məlumatlı və müstəqil müşahidəçilərin, tamamilə razılıq 

olmamasına baxmayaraq, müəyyən bir təsvirin düzgün təqdimat olmasına dair razılığa gələ biləcəyi anlamına 

gəlir. Kəmiyyət baxımından məlumat təsdiq edilə bilən olması üçün vahid qiymətləndirmə nöqtəsinin olması 

vacib deyil. Bir çox mümkün məbləğlər və əlaqəli ehtimallar da təsdiq oluna bilər.   

QC27 


Təsdiq etmə birbaşa və ya dolayı ola bilər. Birbaşa təsdiq etmə, məbləği və ya digər veriləni birbaşa müşahidə 

vasitəsilə,  məsələn,  nağd  pulu  saymaqla  təsdiq  etməkdir.  Dolayı  təsdiqetmə  isə  hər  hansı  bir  modelə, 

formulaya və ya digər texniki vasitəyə daxil olanların yoxlanması və eyni metodologiyadan istifadə etməklə 

nəticələrin yenidən hesablanmasıdır. Buna misal olaraq, mal-materialın balans məbləğinin ona daxil olanları 

(kəmiyyət  və  ilkin  dəyər)  yoxlamaqla  və  yekun  mal-material  qalığının,  ilkin  dəyərin  hərəkəti  üzrə  eyni 

metoddan  (məsələn,  ilk  mədaxil  –  ilk  məxaric  metodundan  istifadə  etmək)  istifadə  etməklə  yenidən 

hesablanmasını göstərmək olar. 

QC28 


Bəzi izahların və tamamilə gələcəyə yönəlik maliyyə məlumatının gələcək dövrə qədər təsdiqi mümükün 

olmaya bilər. İstifadəçilərə bu məlumatı istifadə etmək istədiklərinə dair qərar verməyə kömək etmək üçün, 

adətən əsas ehtimalları, məlumatın tərtib edilmə metodunu və məlumatı təsdiq edən digər faktorlar və halları 

açıqlamaq vacibdir.  



Vaxtında təqdimat 

 

QC29 


Vaxtında  təqdimat,  məlumatın,  qərar  qəbul  edənlərin  qərarlarına  təsir  edə  bilmək  üçün  vaxında  onlara 

çatdırılması  deməkdir.  Adətən,  məlumat  nə  qədər  köhnə  olarsa,  o  qədər  də  faydasız  olar.  Lakin,  bəzi 

məlumatlar, hesabat dövrünün sonundan xeyli müddət sonra da faydalı ola bilərlər, çünki, bəzi istifadəçilərin 

meylləri müəyyən etməyə və qiymətləndirməyə ehtiyacı ola bilər. 



Anlaşıqlıq 

 

QC30 


Məlumatı təsnifləşdirmək, xüsusiyyətləndirmək və aydın və dəqiq təqdim etmək onu anlaşıqlı edir. 

QC31 


Bəzi iqtisadi hadisələr kompleks xarakterə malikdir və anlaşılması üçün asanlaşdırılması mümkün deyil. Bu 

hadisələr  barədə  məlumatların  maliyyə  hesabatlarından  xaric  edilməsi  bu  maliyyə  hesabatlarındakı 




 

Conceptual Framework 

 

©

 IFRS Foundation 



15

 

məlumatları başa düşməyi asanlaşdırır. Lakin, bu hesabatlar yarımçıq olmuş olardı və ona görə də potensial 



olaraq səhv olardı. 

QC32 


Maliyyə hesabatları, biznes və iqtisadi fəaliyyətlər barədə yaxşı anlayışı olan və məlumatı səylə nəzərdən 

keçirən və təhlil edən istifadəçilər üçün hazırlanır. Bəzən, hətta yaxşı məlumatlı və çalışqan istifadəçilərin 

belə, çətin iqtisadi hadisələr barədə məlumatı anlamaq üçün məsləhətçinin köməyinə ehtiyacı ola bilər. 

Keyfiyyət xüsusiyyətlərin artırılmasının tətbiqi

 

QC33 


Keyfiyyət  xüsusiyyətlərinin  artırılması  mümkün  qədər  maksimumlaşdırılmalıdır.  Halbuki,  əgər  məlumat 

uyğun və ya düzgün təqdim olunmazsa, fərdi və ya qrup şəklində, keyfiyyət xüsusiyyətlərinin artırılması, 

məlumatı faydalı edə bilməz.  

QC34 


Keyfiyyət xüsusiyyətlərinin artırılmasının tətbiq edilməsi əvvəlcədən müəyyən edilmiş qaydaya tabe olmayan 

dövrü  prosesdir.  Bəzən,  bir  keyfiyyət  xüsusiyyətinin  artırılmasının,  digər  keyfiyyət  xüsusiyyətinin 

maksimumlaşdırılması üçün azaldıla bilər. Məsələn, yeni maliyyə hesabatı standartının prospektiv qaydada 

tətbiq  edilməsi  nəticəsində  müqayisəliliyin  müvəqqəti  azalması,  uyğun  və  ya  düzgün  təqdimatın  uzun 

müddətli  dövrdə  təkmilləşdirilməsi  üçün  məqbul  sayıla  bilər.  Düzgün  açıqlamalar  qeyri-müqayisəliliyi 

qismən kompensasiya edə bilər. 



Faydalı Maliyyə Hesabatı Verilməsi Üzrə Xərc Məhdudiyyəti

 

QC35 


Xərc, maliyyə hesabatı vasitəsilə verilə biləcək məlumatlar üzrə geniş  yayılmış məhdudiyyətdir. Maliyyə 

məlumatını təqdim etmək bir sıra xərcləri tələb edir və bu məlumatları təqdim etməyin faydası hesabına həmin 

xərclərin özünü doğruldacağı vacibdir. Xərclərin və əldə ediləcək faydanın bir çox nəzərə alınmalı növləri 

mövcuddur. 

QC36 

Maliyyə  məlumatlarını  təqdim  edənlər  daha  çox  maliyyə  məlumatını  toplamaqda,  işlənilməsində,  təsdiq 



edilməsində  və  yayılmasında  xərc  çəkirlər,  lakin,  yekun  olaraq  bu  xərclərə,  azalmış  gəlirlər  formasında 

istifadəçilər məruz qalırlar. Maliyyə məlumatlarının istifadəçiləri də təqdim edilmiş məlumatın təhlili və şərh 

edilməsi üzrə xərclərə məruz qala bilərlər. Əgər lazım olan məlumat təqdim olunmadıqda, istifadəçilər bu 

məlumatı haradansa əldə etmək və ya onu təxmin etmək üçün əlavə xərclərə məruz qalırlar. 

QC37 

Uyğun olan və nəzərdə tutduğunu düzgün təqdim edən maliyyə məlumatını təqdim etmək istifadəçilərə daha 



əminliklə  qərar  qəbul  etməyə  kömək  edir.  Bu  kapital  bazarının  daha  səmərəli  fəaliyyəti  və  bütövlükdə 

iqtisadiyyat üzrə kapitalın dəyərinin daha aşağı olması ilə nəticələnir. Fərdi investor, borc verən və ya kreditor 

da, daha 

məlumatlı qərar qəbul etməklə fayda əldə edir. Lakin, ümumi məqsədli maliyyə hesabatlarında hər 

bir istifadəçinin uyğun hesab etdiyi məlumatı təmin etmək mümkün deyil. 

QC38 


Xərc məhdudiyyətini tətbiq edərkən, Şura, müəyyən bir məlumatı təmin etmək və istifadə etmək üçün çəkilən 

xərclərin  həmin  məlumatı  təqdim  etməyin  faydası  hesabına  özünü  doğruldacağını  qiymətləndirir.  Təklif 

edilmiş  maliyyə  hesabatı  standartını  yaradılmasında  xərc  məhdudiyyətini  tətbiq  edərkən,  Şura,  maliyyə 

məlumatını təmin edənlərdən, istifadəçilərdən, auditorlardan, akademiklərdən və başqalarından bu standartın 

məsrəfləri və faydalarının gözlənilən xarakter və kəmiyyəti haqqında məlumat əldə etməyə çalışır. Bir çox 

hallarda, qiymətləndirmələr kəmiyyət və keyfiyyət üzrə məlumatların birləşməsinə əsaslanır. 

QC39 

Təbiətcə subyektivliyə  malik olduğuna görə, maliyyə  məlumatı üzrə müəyyən  maddələri təqdim etməyin 



məsrəfləri və faydaları barədə müxtəlif şəxslərin qiymətləndirmələri fərqli olur. Buna görə də, Şura, maliyyə 

hesabatı ilə bağlı məsrəfləri və faydaları, hesabat verən fərdi müəssisələr üzrə deyil ümumi olaraq nəzərə 

almağa çalışır. Bu, məsrəflər və faydaların qiymətləndirmələrinin həmişə bütün müəssisələr üzrə eyni hesabat 

vermə  tələblərinə  əsaslanması  demək  deyil.  Müəssisəllərin  müxtəlif  ölçülü  olmaları,  kapitalın  müxtəlif 

yollarla əldə edilməsi (dövlət və ya özəl), müxtəlif istifadəçilərin ehtiyacları və digər faktorlar səbəbindən, 

müvafiq fərqli yanaşmalar ola bilər. 




Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə