Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

 

22 


©

 IFRS Foundation 

qəbulediləndir.  Bununla  belə, əksər  debitor  borclarının  müəyyən  hissəsinin  ödənməməsi  adətən  mümkün 

sayılır; beləliklə, iqtisadi səmərədə gözlənilən azalmanı göstərən xərclər tanınır. 



Ölçülmənin ehtibarlılığı

 

4.41 


Maddənin tanınmasının ikinci meyarı, onun etibarlı ölçülə bilən əldə etmə məsrəflərinə və ya dəyərə malik 

olmasıdır.  Bir  çox  hallarda  əldə  etmə  məsrəfləri  və  ya  dəyər  təqribi  qiymətləndirilməlidir;  əsaslı  təqribi 

qiymətləndirmələrin istifadəsi maliyyə hesabatlarının hazırlanmasının əsas hissəsini təşkil edir və onların 

etibarlılığına  xələl  gətirmir.  Bununla  belə,  əsaslı  qiymətləndirmə  edilə  bilmədikdə  maddə  mühasibat 

balansında və ya mənfəət və ya zərər haqqında hesabatda tanınmır. Məsələn, məhkəmə iddiasından gözlənilən 

daxilolmalar həm aktiv, həm də gəlir anlayışına, həmçinin tanınma üçün mümkünlük meyarına uyğun gələ 

bilər;  bununla  belə,  iddianın  dəyərinin  etibarlı  ölçülməsi  mümkün  deyilsə,  o,  aktiv  və  ya  gəlir  kimi 

tanınmamalıdır; lakin iddianın özünün mövcudluğu qeydlərdə, izahedici materiallarda və ya əlavə cədvəllərdə 

açıqlana bilər. 

4.42 


Konkret vaxtda 4.38-ci 

maddədəki tanınma meyarlarına cavab verməyən maddə daha sonrakı tarixdə sonrakı 

vəziyyətlərin və hadisələrin nəticəsi olaraq  tanınma şərtlərinə cavab verə bilər. 

4.43 


Elementin mühüm xüsusiyyətlərinə malik olan, lakin tanınma meyarlarına cavab verməyən maddənin, buna 

baxmayaraq, qeydlərdə, izahedici materiallarda və ya əlavə cədvəllərdə açıqlanması yol veriləndir. Maliyyə 

hesabatlarının istifadəçiləri tərəfindən qurumun  maliyyə vəziyyətinin, fəaliyyətinin nəticələrinin və maliyyə 

vəziyyətindəki dəyişikliklərin qiymətləndirilməsi üçün maddə barədə informasiyanın münasib hesab edilməsi 

zamanı bu məqsədəuyğundur. 

Aktivlərin tanınması

 

4.44 


Aktiv  yalnız  quruma  gələcək  iqtisadi  səmərənin  daxil  olmasının  ehtimal  olunduğu  və  onun  dəyəri  və  ya 

qiyməti etibarlı səviyyədə qiymətləndirilə bildiyi halda mühasibat balansında tanınır. 

4.45 

Cari hesabat dövrünün xaricində quruma iqtisadi səmərənin daxil olmasını qeyri-mümkün edən xərclər baş 



verdiyi zaman, aktiv mühasi

bat  balansında  tanınmır.  Əvəzində  belə  əməliyyatlar  mənfəət  və  ya  zərər 

haqqında hesabatda xərclərin tanınması ilə nəticələnir. Belə əksetdirmə nə rəhbərliyin xərclər çəkilən zaman 

qurum  üçün  iqtisadi  səmərə  əldə  etməkdən  başqa  digər  bir  niyyətinin  olduğuna,  nə  də  rəhbərliyin  səhv 

istiqamətləndirildiyinə işarə edir. Cari hesabat  dövrünün xaricində iqtisadi səmərənin quruma daxil olması 

müəyyənliyi ilə bağlı yalnız ehtimalın olması aktivin tanınması baxımından kifayət deyil. 



Öhdəliklərin tanınması

 

4.46 


Öhdəlik cari borcun ödənilməsi nəticəsində gələcək iqtisadi səmərəni təcəssüm etdirən resursların qurumdan 

xaric olmasının ehtimal olunduğu və  ödəniləcək borc məbləğinin etibarlı səviyyədə qiymətləndirilə bildiyi 

hallarda mühasibat balansında tanınır. Təcrübədə bərabər nisbətdə icra edilməyən müqavilə üzrə öhdəliklər 

(məsələn,  sifariş  verilmiş  ancaq  qəbul  edilməmiş  ehtiyat  üzrə  öhdəliklər)    bir  qayda  olaraq  maliyyə 

hesabatlarında  öhdəlik  kimi  tanınmır.  Bununla  belə,  bu  kimi  borclar,  konkret  vəziyyətlərdə  tanınma 

kriteriyasına cavab vermək şərtilə, öhdəlik anlayışına uyğun gələ və tanıma şərtlərinə cavab verə bilər. Belə 

vəziyyətlərdə öhdəliyin tanınması müvafiq aktivlərin və ya xərclərin tanınmasına da səbəb olur. 

Gəlirin tanınması

 

4.47 


Gəlir aktivlərin artması və ya öhdəliklərin azalması ilə əlaqəli gələcək iqtisadi səmərədə etibarlı şəkildə ölçülə 

bilən artım baş verdiyi halda mənfəət və ya zərər haqqında hesabatda tanınır. Əslində bu o deməkdir ki, gəlirin 

tanınması aktivlərdəki artım və ya öhdəliklərdəki azalmanın tanınması ilə üst-üstə düşür (məsələn, mal və 

xidmətlərin  satışı  və  ya  ödənilməli  olan  borclardan  imtina  edilməsilə  öhdəliklərin  azalması  nəticəsində 

aktivlərdə xalis artım). 

4.48 


Gəlirin  tanınması  üçün  bir qayda  olaraq  təcrübədə  qəbul  edilmiş  prosedurlar,  məsələn  gəlirin  qazanılmış 

olması tələbi, bu Konseptual Əsaslarda tanınma meyarlarının tələbləridir. Belə prosedurlar əsasən etibarlı 

ölçülə bilən və kifayət qədər müəyyənlik dərəcəsi olan maddələrin gəlir kimi tanınmasını məhdudlaşdırmağa 

yönəlib. 



Xərclərin tanınması

 

4.49 


Xərclər aktivlərin azalması və ya öhdəliklərin artması ilə əlaqəli gələcək iqtisadi səmərədə etibarlı ölçülə 

bilən azalma baş verdiyi halda mənfəət və ya zərər haqqında hesabatda tanınır. Əslində bu o deməkdir ki, 




 

 

 



©

 IFRS Foundation 

23

 

xərclərin tanınması öhdəliklərdəki artımın və ya aktivlərdəki azalmanın tanınması ilə üst-üstə düşür (məsələn, 



əmək haqqının ödənilməsi üzrə borclar və ya avadanlığın köhnəlməsi). 

4.50 


Xərclər mənfəət və ya zərər haqqında hesabatda çəkilmiş xərclər ilə xüsusi gəlir maddələrinin qazanılması 

arasında birbaşa əlaqə əsasında tanınır. Əsasən xərclərlə gəlirin uyğun gəlməsi kimi qəbul edilən bu proses 

birbaşa və birgə şəkildə eyni əməliyyatlar və ya digər hadisələr nəticəsində yaranan gəlirlər və xərclərin eyni 

vaxtda  və  birləşmiş  halda  tanınmasını  ehtiva  edir;  məsələn,  satılmış  malların  maya  dəyərini  təşkil  edən 

xərclərin müxtəlif tərkib hissələri malların satışından əldə edilmiş gəlirlə eyni zamanda tanınır. Bununla belə, 

bu 


Konseptual Əsaslara əsasən gəlir və xərclərin uyğun gəlməsi konsepsiyasının tətbiqi mühasibat balansında 

aktiv və ya öhdəliklər anlayışına uyğun gəlməyən elementlərin tanınmasını qəbul etmir. 

4.51 

İqtisadi səmərənin bir neçə hesabat dövrü üçün artması gözlənilirsə və gəlir ilə əlaqə yalnız geniş şəkildə və 



ya dolayı yolla müəyyən edilirsə, xərclər mənfəət və ya zərər haqqında hesabatda sistemli və əsaslandırılmış 

bölüşdürmə əsasında tanınır. Bu çox vaxt torpaq, tikili, avadanlıqlar, qudvil, patentlər və ticarət nişanları kimi 

aktivlərin istifadəsi ilə əlaqəli xərclərin tanınması baxımından zəruri olur; belə hallarda xərcə köhnəlmə və 

ya amortizasiya kimi baxılır. Bu bölüşdürmə prosedurları həmin maddələrlə bağlı iqtisadi səmərələrin istehlak 

edildiyi və ya sona çatdığı əlaqəli hesabat dövründə xərclərin tanınmasını nəzərdə tutur. 

4.52 


Xərclər gələcək iqtisadi səmərə yaratmırsa və ya gələcək iqtisadi səmərə mühasibat balansında aktiv kimi 

tanınma şərtlərinə cavab vermədiyi və ya belə tanınması dayandırıldığı məbləğdə və halda, mənfəət və zərər 

haqqında hesabatda dərhal xərc kimi tanınır. 

4.53 


Xərc həmçinin aktiv tanınmadan öhdəliyin yarandığı hallarda da, məhsul üzrə zəmanət öhdəliyinin əmələ 

gəlməsindəki kimi, mənfəət və ya zərə haqqında hesabatda tanınır. 



Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi

 

4.54 


Qiymətləndirmə maliyyə hesabatları elementlərinin mühasibat balansında və mənfəət və ya zərər haqqında 

hesabatda tanınmalı və uçota alınmalı olduğu monetar məbləğlərinin müəyyən edilməsi prosesidir. Bu prosesə 

konkret ölçülmə kriteriyasının seçimi daxildir. 

4.55 


Maliyyə hesabatlarında müxtəlif səviyyələrdə və dəyişən kombinasiyalarda bir çox qiymətləndirmə metodları 

istifadə olunur. Onlara aşağıdakılar daxildir: 

(a) 

İlkin dəyər. Aktivlər pul vəsaitləri və ya onların ekvivalentləri ilə ödənilmiş məbləğdə və ya əldə 

etmə tarixində onların əldə edilməsi üzrə verilmiş kompensasiyanın ədalətli dəyərində əks olunur. 

Öhdəliklər  öhdəliyin  əvəzi  olaraq  əldə  edilmiş  gəlir  məbləğində  və  ya  bəzi  hallarda  (məsələn, 

mənfəət vergisi) işin adi gedişində öhdəliyi təmin etmək üçün ödənilməsi gözlənilən pul vəsaitləri 

və ya onların ekvivalentlərində əks olunur. 

(b) 


Cari dəyər.  Eyni  və  ya  ekvivalent  aktiv  cari  dövrdə  əldə  edilibsə,  aktivlər  ödənilməli  olan pul 

vəsaitləri  və  ya  onların  ekvivalentlərinin  məbləğində  uçota  alınırlar.  Öhdəliklər  cari  borcun 

ödənilməsi üçün tələb ediləcək pul vəsaitləri və ya onların ekvivalentlərinin diskontlaşdırılmamış 

məbləğində uçota alınırlar. 

(c) 

Mümkün satış (hesablaşma) dəyəri. Aktivlər onların müəyyən edilmiş qaydada satılması hesabına 

cari dövrdə əldə edilə bilən pul vəsaitləri və onların ekvivalentlərinin məbləğində uçot alınırlar.  

Öhdəliklər onların ödənilmə dəyəri üzrə əks olunur; yəni iş fəaliyyətinin adi gedişində öhdəliyi 

təmin  etmək  üçün  ödənilməsi  gözlənilən  pul  vəsaitləri  və  ya  onların  ekvivalentlərinin 

diskontlaşdırılmamış məbləği üzrə əks olunur. 

(d) 


Diskontlaşdırılmış  dəyər.  Aktivlər  maddənin  iş  fəaliyyətinin  adi  gedişində  əmələ  gətirməsi 

gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyərində əks olunur. 

Öhdəliklər iş fəaliyyətinin adi gedişində onları təmin etmək üçün tələb edilməsi gözlənilən gələcək 

xalis pul vəsaiti xaricolmalarının cari diskontlaşdırılmış dəyərində əks olunur. 

4.56 

Qurumlar tərəfindən maliyyə hesabatlarının hazırlanmasında qəbul edilmiş əsas qiymətləndirmə metodu ilkin 



dəyərdir. Bu adətən digər qiymətləndirmə metodları ilə birgə istifadə edilir. Məsələn, ehtiyatlar adətən aşağı 

qiymətlə və xalis mümkün satış dəyəri ilə əks etdirilir, bazar qiymətli kağızları onların bazar dəyəri ilə  və 

pensiya öhdəlikləri isə onların  diskontlaşdırılmış dəyəri üzrə əks etdirilə bilər. Bundan başqa, bəzi qurumlar 

mühasibat uçotunun ilkin dəyər modelinin qeyri-monetar aktivlərin qiymətlərindəki dəyişiklərin təsirlərinin 

öhd

əsindən gələ bilməməsinə cavab olaraq cari dəyər metodundan istifadə edirlər. 




 

24 


©

 IFRS Foundation 



Kapital və kapitalın saxlanılması konsepsiyaları

 

Kapital konsepsiyaları

 

4.57 


Əksər  qurumlar  tərəfindən  maliyyə  hesabatlarının  hazırlanmasında  maliyyə  kapitalı  konsepsiyası  qəbul 

edilmişdir.  Investisiyaya  qoyulmuş  pul  və  ya  alıcılıq  qabiliyyətinə  investisiya  kimi  maliyyə  kapitalı 

konsepsiyasına  əsasən  kapital  qurumun  xalis  aktivləri  və  ya  xüsusi  kapitalı  ilə  sinonimdir.  Əməliyyat 

imkanları  kimi  fiziki  kapital  konsepsiyasına  əsasən  kapitala  qurumun,  məsələn,  hər  gün  üçün  məhsul 

buraxılışına əsaslanan, istehsal gücü kimi baxılır. 

4.58 


Qurum  tərəfindən  münasib  kapital  konsepsiyasının  seçilməsi  maliyyə  hesabatları  istifadəçilərinin 

ehtiyaclarına əsaslanmalıdır. Beləliklə, kapitalın maliyyə konsepsiyası o halda qəbul edilməlidir ki, maliyyə 

hesabatlarının  istifadəçiləri  ilk  növbədə  nominal  investisiya  kapitalının  saxlanılmasında  və  ya  investisiya 

kapitalının alıcılıq qabiliyyətində maraqlıdırlar. Bununla belə, istifadəçilərin əsas marağı qurumun əməliyyat 

imkanları  ilə  bağlıdırsa,  onda  fiziki  kapital  konsepsiyası  istifadə  edilməlidir.  Seçilmiş  konsepsiya  gəlirin 

müəyyən  edilməsindəki  məqsədi  göstərir,  baxmayaraq  ki,  konsepsiyanın  tətbiqi  zamanı  bəzi  ölçülmə 

çətinlikləri ola bilər. 

Kapi

talın saxlanılması və mənfəətin müəyyən edilməsi üzrə 

konsepsiyalar 

4.59 


4.57-

ci maddədəki kapital konsepsiyaları aşağıdakı kapitalın saxlanılması üzrə konsepsiyaları əmələ gətirir: 

(a) 

Maliyyə kapitalının saxlanılması. Bu konsepsiyaya əsasən mənfəət o zaman qazanılmış olur ki, 

hesabat dövrü ərzində mülkiyyətçilərə edilən hər hansı bölüşdürmələr və onlar tərəfindən hər hansı 

pay  qoyuluşları  çıxılmaqla  hesabat  dövrünün  sonundakı  xalis  aktivlərin  maliyyə  (və  ya  pul) 

məbləği hesabat dövrünün əvvəlindəki xalis aktivlərin maliyyə (və ya pul) məbləğindən çox olsun. 

Maliyyə  kapitalının  saxlanılması  ya  nominal  pul  vahidləri  ilə  ya  da  sabit  alıcılıq  qabiliyyəti 

vahidləri ilə ölçülə bilər. 

(b) 

Fiziki kapitalın saxlanılması. Bu konsepsiyaya əsasən mənfəət o zaman qazanılmış olur ki, hesabat 

dövrü ərzində mülkiyyətçilərə edilən hər hansı bölüşdürmələr və onlar tərəfindən hər hansı pay 

qoyuluşları çıxılmaqla qurumun hesabat dövrünün sonundakı fiziki məhsuldarlıq (və ya əməliyyat) 

imkanları (və ya bu imkanlara nail olmaq üçün lazım olan resurslar və fondlar) hesabat dövrünün 

əvvəlindəki  fiziki imkanlarından çox olsun. 

4.60 


Kapitalın  saxlanılması  üzrə  konsepsiya  qurumun  saxlamaq  istədiyi  kapitalı  necə  müəyyən  etməsində 

maraqlıdır. Mənfəətin necə ölçülməsini göstərdiyi üçün, bu, kapital konsepsiyaları ilə mənfəət konsepsiyaları 

arasındakı əlaqəni təmin edir; bu, qurumun investisiya kapitalı üzrə mənfəəti ilə onun kapitalı qaytarması 

arasındakı fərqi müəyyən etmək üçün ilkin şərt kimi çıxış edir;  yalnız kapitalın saxlanılması üçün lazım olan 

məbləği aşan aktivlərin daxilolması mənfəət və buna görə də investisiya kapitalı üzrə mənfəət hesab edilə 

bilər. Deməli, mənfəət gəlirdən xərclər (o cümlədən, müvafiq olan yerdə  kapitalın saxlanılmasını təmin edən 

düzəlişlər) çıxıldıqdan sonra qalan  son qalıq məbləğdir. Xərclər gəlirdən artıqdırsa, son qalıq məbləğ itkidir. 

4.61 


Fiziki kapitalın saxlanılması konsepsiyası qiymətləndirmənin cari dəyər metodunun qəbul edilməsini tələb 

edir.  Maliyyə  kapitalının  saxlanılması  konsepsiyası  isə  qiymətləndirmənin  xüsusi  metodunun  istifadəsini 

tələb etmir. Bu konsepsiyaya uyğun olaraq metodun seçilməsi qurumun  saxlamaq istədiyi maliyyə kapitalının 

növündən asılıdır. 

4.62 

Kapitalın  saxlanılması  üzrə  iki  konsepsiya  arasında  prinsipial  fərq  qurumun  aktiv  və  öhdəliklərinin 



qiymətlərindəki dəyişikliklərin təsirinin uçotu qaydasıdır. Ümumi mənada, qurum o halda kapitalı saxlamış 

olur ki,  hesabat dövrünün sonunda onun kapitalı hesabat dövrünün əvvəlində olduğu qədər olsun. Dövrün 

əvvəlində kapitalın saxlanılması üçün tələb olunanın üzərindəki istənilən məbləğ mənfəət hesab edilir. 

4.63 


Kapitalın  nominal  pul  vahidləri  baxımından  müəyyən  edildiyi  maliyyə  kapitalının  saxlanılması 

konsepsiyasına  əsasən,  mənfəət  dövr  ərzində  nominal  pul  kapitalındakı  artımı  göstərir.  Beləliklə,  adətən 

sahiblikdən  gəlirlər  adlanan,  müəyyən  dövr  ərzində  saxlanılan  aktivin  qiymətindəki  artımlar,  konseptual 

baxımdan mənfəətdir. Lakin aktivlər mübadilə əməliyyatı nəticəsində xaric olmadıqcə, onlar  belə tanına 

bilməzlər.  Maliyyə  kapitalının  saxlanılması  konsepsiyası  sabit  alıcılıq  qabiliyyəti  vahidləri  baxımından 

müəyyən  edilərkən,  mənfəət  müəyyən  dövr  ərzində  investisiya  edilmiş  alıcılıq  qabiliyyətindəki  artımı 

göstərir. Beləliklə, aktivin qiymətindəki artımın yalnız qiymətlərin ümumi səviyyəsindəki artımı aşan həmin 

hissəsi, mənfəət hesab edilir. Artımın yerdə qalan hissəsi kapitalın saxlanılmasını təmin edən düzəlişlər və 

beləliklə kapitalın bir hissəsi sayılır. 

4.64 


Fiziki  məhsuldarlıq  baxımından  qiymətləndirilərkən  fiziki  kapitalın  saxlanılması  konsepsiyasına  əsasən, 

mənfəət  müəyyən  dövr  ərzində  həmin  kapitaldakı  artımı  göstərir.  Qurumun  aktiv  və  öhdəliklərinə  təsir 




 

 

 



©

 IFRS Foundation 

25

 

göstərən  bütün  qiymət  dəyişikliklərinə  qurumun  fiziki  məhsuldarlığının  ölçülməsində  dəyişikliklər  kimi 



baxılır; beləliklə, onlara mənfəət kimi deyil, xüsusi kapitalın bir hissəsi olan kapitalın saxlanılmasını təmin 

edən düzəlişlər kimi baxılır. 

4.65 

Qiymətləndirmə metodlarının və kapitalın saxlanılması üzrə konsepsiyaların seçilməsi maliyyə hesabatlarının 



hazırlanmasında istifadə edilən uçotu modelini müəyyən edəcək. Müxtəlif uçotu modelləri fərqli münasiblik 

və etibarlılıq dərəcəsi nümayiş etdirir və başqa sahələrdə olduğu kimi  rəhbərlik  münasiblik və etibarlılıq 

arasında tarazlıq axtarmalıdır. Bu Konseptual Əsaslar bir çox uçot modellərinə tətbiq edilə bilir və seçilmiş 

model  əsasında  maliyyə  hesabatlarının  hazırlanması  və  təqdim  edilməsində  göstəriş  rolu  oynayır. 

Hiperinflasiya  iqtisadiyyatı  şəraitində  olan  valyutada  hesabat  verən  qurumlar  üçün  olanlar  kimi  xüsusi 

vəziyyətlər istisna olmaqla, hazırda MUBS-un İdarə heyətinin konkret modeli təyin etmək niyyəti yoxdur. 



Lakin belə bir niyyət dünyada baş verən dəyişikliklər fonunda  nəzərdən keçiriləcəkdir. 

Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə