Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

Conceptual Framework

 



©

 IFRS Foundation 

çalışmalıdır  ki,  o,  maksimum  sayda  əsas  istifadəçilərin  ehtiyaclarını  ödəsin.  Lakin,  ümumi  məlumat 

ehtiyacları  üzrə  fikirini  cəmləmək,  hesabat  verən  müəssisələri,  daha  çox  əsas  istifadəçilərin  xüsusi 

nümayəndələri üçün  faydalı olan əlavə məlumatın daxil edilməsinə mane olmur. 

OB9 


Hesabat  verən  müəssisənin  rəhbərliyinə  həmçinin  müəssisənin  maliyyə  məlumatı  da  maraqlıdır.  Lakin, 

rəhbərlik ehtiyacı olan maliyyə məlumatını daxili olaraq əldə edə bildiyi üçün onun ümumi təyinatlı maliyyə 

hesabatlarına etibar etməsinə ehtiyac yoxdur. 

OB10 


Ümumi təyinatlı maliyyə hesabatları tənzimləyici orqanlar və ictimaiyyətin investor olmayan digər üzvləri, 

borc verənlər və digər kreditorlar üçün də faydalı ola bilər. Lakin, bu hesabatlar ilk növbədə həmin digər 

qruplar üçün nəzərdə tutulmamışdır. 

OB11 


Maliyyə hesabatları böyük nisbətlə, dəqiq təsvirlərə deyil, qiymətləndirmələr,  mühakimələr  və  modellərə 

əsaslanır.  Konseptual  Əsaslar  bu  qiymətləndirmələr,  mühakimələr  və  modellərin  əsasını  təşkil  edən 

konsepsiyaları  yaradır.  Konsepsiyalar,  Şuranın  və  maliyyə  hesabatları  hazırlayanların  nail olmaq üçün 

çalışdığı  hədəfdir.  Bir  çox  hədəflərdə  olduğu  kimi,  Konseptual  Əsasların  ideal  maliyə  hesabatlığına,  ən 

azından qısa müddət ərzində tam nail olunması gözlənilmir, çünki əməliyyatları və digər hadisələri təhlil 

etməyin yeni üsullarını anlamaq, qəbul etmək və həyata keçirmək vaxt alır. Maliyyə hesabatlarının daha da 

faydalı olmasının təmin edilməsi lazım olan məqsədin əldə edilməsi üçün əsasdır. 

Hesabat verən müəssisənin iqtisadi resursları və həmin 

müəssisəyə qarşı olan iddialar, habelə bu resurslar və iddialarda 

dəyişikliklər

  

OB12 


Ümumi təyinatlı maliyyə hesabatları hesabat verən müəssisənin maliyyə vəziyyəti haqqında məlumat verir. 

Bu  məlumat  müəssisənin  iqtisadi  resursları  və  hesabat  verən  müəssisəyə  qarşı  olan  iddialardan  ibarətdir. 

Maliyyə  hesabatları  həmçinin  hesabat  verən  müəssisənin  iqtisadi  resurslarını  və  ona  qarşı  olan  iddiaları 

dəyişən əməliyyatların və digər hadisələrin təsiri barədə də məlumat verir. Hər iki növ məlumat müəssisəyə 

resursların təqdim edilməsi barədə qərarlar üçün faydalıdır. 

İqtisadi resurslar və iddialar

 

OB13 


H

esabat verən müəssisənin iqtisadi resurslarının və ona qarşı olan iddiaların xarakteri və  məbləği barədə 

məlumat istifadəçilərə hesabat verən müəssisənin maliyyə gücünü və zəif nöqtələrini müəyyən etməyə kömək 

edir. 


Bu  məlumat  istifadəçilərə,  hesaba  verən  müəssisənin  likvidlik  və  ödəmə  qabiliyyətini,  onun  əlavə 

maliyyələşdirməyə  ehtiyacını  və  bu  maliyyələşdirməni  əldə  etməyə  nə  dərəcədə  nail  ola  biləcəyini 

qiymətləndirməyə  kömək  edə  bilər.  Prioritetlər  və  mövcud  iddiaların  ödəniş  tələbləri  barədə  məlumat 

istifadəçilərə,  gələcək  pul  axınlarının  onlar  və  hesabat  verən  müəssisəyə  qarşı  iddialar  arasında  necə 

bölüşdürüləcəyini proqnozlaşdırmağa kömək edir.  

OB14 


Müxtəlif  növ  iqtisadi  resurlar,  istifadəçinin,  hesabat  verən  müəssisənin  gələcək  pul  axınları  üzrə 

perspektivlərini qiymətləndirməsinə müxtəlif cür təsir edir. Debitor hesabları kimi bəzi gələcək pul axınları 

birbaşa  olaraq,  mövcud  iqtisadi  resurslardan  yaranır.  Digər  pul  axınları,  istehsal  etmək  və  mal  və  ya 

xidmətlərin müştərilərlə ticarətini aparmaq üçün bir neçə iqtisadi resursların birləşməsindən yaranır. O pul 

axınlarının  ayrı-ayrı  iqtisadi  resurslar  (və  ya  iddialar)  üzrə  müəyyən  edilməsi  mümkünsüz  olmasına 

baxmayaraq, maliyyə hesabatlarının istifadəçilərinin, hesabat verən müəssisənin əməliyyatları üçün mövcud 

olan resu

rsların xarakteri və məbləğini bilməyə ehtiyacları vardır.  



İqtisadi resurslar və iddialar dəyişikliklər

 

OB15 


Hesabat verən müəssisənin iqtisadi resursları və iddiaları üzrə dəyişikliklər müəssisənin maliyyə fəaliyyəti 

(OB17–


OB20 saylı paraqraflara bax) və borc və ya kapital alətlərinin (OB21 saylı paraqrafa bax) buraxılması 

kimi digər hadisə və əməliyyatlar nəticəsində yaranır. Hesabat verən müəssisədən gələcək pul axınlarının 

perspektivlərini düzgün qiymətləndirmək üçün istifadəçilər bu iki dəyişikliyi fərqləndirməyi bacarmalıdır.   

OB16 


Hesabat  verən  müəssisənin  maliyyə  fəaliyyəti  haqqında  məlumat  istifadəçilərə  müəssisənin  öz  iqtisadi 

resursları üzrə qazandığı gəliri anlamağa kömək edir. Müəssisənin qazandığı gəliri barədə məlumat, hesabat 

verən  müəssisənin  resurslarından  effektiv  və  səmərəli  istifadə  etmək  üçün,  rəhbərliyin  öz  vəzifələrini  nə 

dərəcədə yaxşı icra etməsinin göstəricisidir. Bu gəlirin dəyişkənliyi və komponentləri barədə məlumat da 

vacibdir,  əsasən  də  gələcək  pul  axınlarının  qeyri-müəyyənliyini  qiymətləndirərkən.  Hesabat  verən 

müəssisənin keçmiş maliyyə fəaliyyəti barədə və rəhbərliyin öz vəzifələrini necə icra etməsi barədə məlumat 

adətən müəssisənin öz iqtisadi resursları üzrə gələcək gəlirlərini proqnozlaşdırmaq üçün yararlıdır.  



 

Conceptual Framework 

 

©

 IFRS Foundation 



9

 

Hesablama metodu ilə əks olunmuş maliyyə məlumatı



 

OB17 


Hesablama  metodu,  əməliyyatların  və  digər  hadisələrin  və  halların  hesabat  verən  müəssisənin  iqtisadi 

resursları və iddialarına təsirini, hətta yaranan pul daxilolmaları və ödənişlər müxtəlif dövrlərdə baş verdikdə 

belə,  bu  təsirlərin  baş  verdiyi  dövrlərdə  göstərir.  Bu  çox  vacibdir,  çünki  hər  hansı dövrdə hesabat  verən 

müəssisənin resursları və iddiaları və  onlarda dəyişikliklər haqqında məlumat müəssisənin keçmiş və gələcək 

fəaliyyətini qiymətləndirmək üçün, yalnız pul vəsaitlərinin daxilolmaları və ödənişləri haqqında məlumata 

nisbətən daha yaxşı əsas verir.  

OB18 

Hesabat verən müəssisənin hansısa dövr ərzində, birbaşa olaraq investorlardan və kreditorlardan (OB21 saylı 



paraqrafa bax) 

əlavə  resursların  əldə  edilməsindən  başqa,  iqtisadi  resurslar  və  iddialarda  dəyişikliklər 

vasitəsilə əks olunmuş maliyyə fəaliyyəti haqqında məlumatı, müəssisənin keçmişdə və gələcəkdə xalis pul 

daxilolmalarını təmin etmək qabiliyyətini qiymətləndirməkdə faydalıdır. Bu məlumat müəssisənin mövcud 

iqtisadi  resurslarını  nə  dərəcədə  yüksəltdiyini  və  beləliklə  onun,  birbaşa  olaraq  investorlardan  və 

kreditorlardan əlavə resursların əldə edilməsindən başqa, öz əməliyyatları vasitəsilə xalis pul daxilolmalarını 

təmin etmək gücünü göstərir.  

OB19 


Hesabat verən müəssisənin hansısa dövr ərzində maliyyə fəaliyyəti haqqında məlumatı, bazar qiymətləri və 

ya faiz dərəcələrindəki dəyişikliklərin müəssisənin iqtisadi resurslar və iddialarını nə dərəcədə artırıb və ya 

azaltmasını və beləliklə müəssisənin  xalis pul daxilolmalarını təmin etmək bacarığına təsirini göstərə bilər. 

Pul vəsaitlərinin keçmişdəki hərəkəti vasitəsilə göstərilmiş maliyyə fəaliyyəti

 

OB20 


Hesabat  verən  müəssisənin  hansısa  dövr  ərzindəki  pul  vəsaitlərinin  hərəkəti  barədə  məlumatı,  həmçinin, 

istifadəçilərə müəssisənin  xalis pul daxilolmalarını təmin etmək bacarığını qiymətləndirməyə kömək edir. O, 

borc və onun geri qaytarılması, investorlara pul dividentləri və ya digər pul bölüşdürmələri və müəssisənin 

likvidliyinə və ya ödəmə qabiliyyətinə təsir edən digər faktorlar barədə məlumat daxil olmaqla, hesabat verən 

müəssisənin  pulu  necə  əldə  etməsi  və  xərcləməsini  göstərir.  Pul  vəsaitlərinin  hərəkəti  barədə  məlumat,  

hes


abat verən müəssisənin əməliyyatlarını başa düşmək, onun maliyyəşmə və investisiya üzrə fəaliyyətini 

qiymətləndirmək, likvidliyini və ya ödəmə qabiliyyətini qiymətləndirmək üçün və maliyyə fəaliyyəti barədə 

digər məlumatları şərh etmək üçün istifadəçilərə kömək edir. 

Maliyyə fəaliyyəti nəticəsində



yaranmayan iqtisadi resurslar və iddialardakı 

dəyişikliklər

 

OB21 


Hesabat verən müəssisənin iqtisadi resursları və iddiaları maliyyə fəaliyyətindən başqa, həmçinin mülkiyyət 

üzrə əlavə səhmlərin buraxılışı kimi digər səbəblərə görə də dəyişə bilər. Bu cür dəyişiklik barədə məlumat, 

istifadəçilərə, müəssisənin iqtisadi resursları və iddialarının nə üçün dəyişməsi və bu dəyişikliklərin onun 

gələcək maliyyə fəaliyyətinə təsirləri barədə bütöv anlayış vermək üçün vacibdir. 

 



Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə