Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

Conceptual Framework 

16 


©

 IFRS Foundation 

 

M

ÜNDƏRİCAT



 

maddər

  

 

  MÖVZU 4: 

ƏSASLAR

 (1989-cu il): 

MƏTNİN QALAN HİSSƏSİ

 

   

 

STANDARTLARIN ƏSASLANDIĞI EHTİMALLAR

 

4.1   

 

Müəssisənin fəaliyyətinin fasiləsizliyi

 

4.1   

 

MALİYYƏ HESABATLARININ ELEMENTLƏRİ

 

4.2   

 

Maliyyə vəziyyəti

 

4.4   

 

A

ktivlər

 

4.8   

 

Öhdəliklər

 

4.15   

 

Kapital 

4.20   

 

Fəaliyyətin nəticələri

 

4.24   

 

Gəlir

 

4.29   

 

Xərclər

 

4.33   

 

Kapitalın saxlanılmasını təmin edən düzəlişlər

 

4.36   

 

MALİYYƏ HESABATLARI ELEMENTLƏRİNİN TANINMASI

 

4.37   

 

Gələcək iqtisadi səmərənin mümkünlüyü

 

4.40   

 

Ölçülmənin ehtibarlılığı

 

4.41   

 

Aktivlərin tanınması

 

4.44   

 

Öhdəliklərin tanınması

 

4.46   

 

Gəlirin tanınması

 

4.47   

 

Xərclərin tanınması

 

4.49   

 

MALİYYƏ HESABATLARI ELEMENTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

 

4.54   

 

KAPİTAL VƏ KAPİTALIN SAXLANILMASI KONSEPSİYALARI

 

4.57   

 

Kapital konsepsiyaları

 

4.57   

 

Kapitalın saxlanılması və mənfəətin müəyyən edilməsi üzrə konsepsiyalar

 

4.59   

 



 

 

 



©

 IFRS Foundation 

17

 

MÖVZU 4: 



Əsaslar

 (1989-

cu il): mətnin qalan hissəsi

 

 

Maliyyə Hesabatlarının Hazırlanması və Təqdim Olunması üzrə Əsasların (1989-cu il) mətninin qalan hissəsi 1 №-li 



Maliyyə Hesabatlarının Təqdim Olunması adlı MUBS (2007-ci ildə yenilənmiş) tərəfindən edilən dəyişikliklərin əks 

olunması üzrə düzəlişlər edilməmişdir

Həmçinin, mətnin qalan hissəsi, Şura tərəfindən maliyyə hesabatlarının elementləri və onların qiymətləndirilməsi üzrə 

əsaslar nəzərə alındıqda yenilənəcəkdir. 

 

 



Standartların əsaslandığı e

htimallar 

Müəssisənin fəaliyyətinin fasiləsizliyi

 

4.1 


Maliyyə  hesabatları  adətən  qurumun  fəaliyyətinin  davam  etməsi  və  müşahidə  edilə  bilən  gələcəkdə 

fəaliyyətini davam etdirəcəyi ehtimalına əsasən hazırlanır. Beləliklə qəbul edilir ki, qurumun öz fəaliyyət 

həcmini ləğv etməyə və ya əhəmiyyətli dərəcədə azaltmağa nə niyyəti, nə də ehtiyacı vardır; əgər belə bir 

niyyət və  ya ehtiyac mövcuddursa, maliyyə hesabatları digər əsaslarla hazırlanmalıdır və belə olan halda 

istifadə olunan əsaslar açıqlanmalıdır. 

Mal

iyyə hesabatlarının elementləri

 

4.2 


Maliyyə hesabatları əməliyyatların və digər hadisələrin maliyyə təsirlərini onları iqtisadi xüsusiyyətlərinə 

uyğun olaraq geniş kateqoriyalarda qruplaşdırmaqla əks etdirir. Bu geniş kateqoriyalar maliyyə hesabatlarının 

e

lementləri adlandırılır. Birbaşa mühasibat balansında maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar 



olan elementlər aktivlər, öhdəliklər və kapitaldır. Birbaşa mənfəət və zərər haqqında hesabatda fəaliyyətin 

nəticələrinin  qiymətləndirilməsi  ilə  əlaqədar  olan  elementlər  gəlirlər  və  xərclərdir.  Maliyyə  vəziyyətində 

dəyişikliklər barədə hesabat adətən mənfəət və zərər haqqında hesabatın elementlərini və mühasibat balansı 

elementlərindəki dəyişiklikləri əks etdirir; müvafiq olaraq, bu Konseptual Əsaslar sözügedən hesabat üçün 

xüsusi elementləri müəyyən etmir. 

4.3 


Mühasibat  balansında  və  mənfəət  və  zərər  haqqında  hesabatda  bu  elementlərin  təqdimatı  özündə  alt 

təsnifatlaşdırma prosesini ehtiva edir. Məsələn, istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsi üçün 

informasiyanın daha yararlı olması məqsədilə aktivlər və öhdəliklər qurumun fəaliyyətindəki xarakterinə və 

ya funksiyalarına görə təsnifatlaşdırıla bilər. 



Maliyyə vəziyyəti

 

4.4 


Birbaşa mühasibat balansında maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar olan elementlər aktivlər, 

öhdəliklər və kapitaldır. Bunlar aşağıdakı kimi müəyyən edilir: 

(a) 

Aktiv  - 



keçmiş  hadisələrin  nəticəsi  kimi  qurum  tərəfindən  idarə  olunan  və  quruma  gələcəkdə 

iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur. 

(b) 

Öhdəlik  –  qurumun  kеçmiş  hadisələrdən  yaranmış  və  ödənilməsi  özündə  iqtisadi  səmərəni 



təcəssüm etdirən resurslarının qurumdan kənara ахını ilə nəticələnən mövcud borcudur. 

(c) 


Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, qurumun xalis aktivlərinin dəyəridir. 

4.5 


Aktiv  və  öhdəliklərin  anlayışları  onların  əsas  xüsusiyyətlərini  göstərir,  lakin  mühasibat  balansında 

tanınmazdan əvvəl cavab verməli olduqları meyarları xüsusi olaraq göstərməyə cəhd etmir. Buna görə də, 

anlayışlar  4.37  və  4.53-cü  maddələrdə  müzakirə  edilən  tanınma  meyarlarına  cavab  vermədiyinə  görə 

mühasibat  balansında  aktiv  və  öhdəlik  kimi  tanınmayan  maddələri  əhatə  edir.  Xüsusilə  gələcək  iqtisadi 

səmərələrin quruma daxil olması və ya ondan xaric olması gözləntisi aktiv və öhdəlik tanınmazdan əvvəl, 

4.38-ci 


maddədəki mümkünlük meyarına cavab vermək üçün kifayət qədər yəqin olmalıdır. 

4.6 


Maddənin  aktiv,  öhdəlik  və  ya  kapital  anlayışına  cavab  verib-vermədiyini  müəyyən  edərkən,  əsas diqqət 

sadəcə  olaraq  onun  hüquqi  formasına  deyil,  onun  əsasını  təşkil  edən  mahiyyətə  və  iqtisadi  reallığa 




Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə