Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar



Yüklə 300,1 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix26.05.2018
ölçüsü300,1 Kb.
#46394
1   2   3   4   5   6   7   8   9   10

 

Conceptual Framework 

 

©

 IFRS Foundation 



5

 

Məqsəd və



 status 

Bu Konseptual əsaslar kənar istifadəçilər üçün maliyyə hesabatlarının hazırlanması və təqdim olunmasının əsasında 

duran konsepsiyaları müəyyən edir. Konseptual əsasların məqsədi aşağıdakılardır: 

 

(a) 



G

ələcək  Muhasibat  Uçotunun  Beynəlxalq  Standartlarının  işlənib  hazırlanmasında  və  mövcud Muhasibat 

Uçotunun Beynəlxalq Standartlarının yenidən nəzərdən keçirilməsində Şuraya kömək etmək; 

(b) 


Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarının  icazə  veridyi  alternativ  mühasibat  uçtou  metodlarının 

sayının azaldılması üzrə əsas yaratmaqla maliyyə hesabatlarının təqdimatı ilə əlaqədar qaydalarda, mühasibat 

uçotu standartlarında və prosedurlarda uyğunluğun təmin edilməsində Şuraya kömək etmək; 

(c) 


milli standartların işlənib hazırlanmasında standartları hazırlayan orqanlara kömək etmək; 

(d) 


Maliyy

ə  Hesabatlarnın  Beynəlxalq  Standartlarının  tətbiq  olunmasında  və  hələ  də  Maliyyə  Hesabatlarnın 

Beynəlxalq  Standartlarının  predmetini  təşkil  edən  mövzularla  bağlı  maliyyə  hesabatlarını  tərtib  edənlərə 

kömək etmək; 

(e) 

maliyyə  hesabatlarının  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarına  uyğun  olub-olmaması  ilə  bağlı 



rəylərin hazırlanmasında auditorlara kömək etmək; 

(f) 


Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarına  uyğun  olaraq  hazırlanmış  maliyyə  hesabatlarında  olan 

məlumatların şərh olunmasında maliyyə hesabatı istifadəçilərinə kömək etmək; və 

(g) 

MUBSK-


nın fəaliyyətində marağı olan şəxsləri Maliyyə Hesabatlarnın Beynəlxalq Standartlarının işlənib 

hazırlanmasına yanaşması barədə informasiya ilə təmin etmək. 

 

Bu  Konseptual  əsaslar  MHBS  deyil  və  buna  görə  də  hər  hansı  konkret  qiymətləndirmə  məsələsi  və  ya  məlumat 



açıqlanması üzrə standartlar müəyyən etmir. Bu Konseptual Əsaslarda heç nə hər hansı konkret MUBS-ı ləğv etmir. 

Şura qəbul edir ki, çox az hallarda Konseptual Əsaslar ilə MHBS-ları arasında ziddiyyət ola bilər. Ziddiyyətin mövcud 

olduğu hallarda, MUBS-nın tələbləri Konseptual Əsasların tələbləri üzərində üstünlük təşkil edir. Bununla belə, Şura 

tərəfindən  gələcək  standartların  işlənib  hazırlanmasında  və  mövcud  standartların  yenidən  nəzərdən  keçirilməsində 

Konseptual  Əsaslar  rəhbər  tutulacağına  görə  Konseptual  əsaslar  ilə  MUBS  arasındakı  mövcud  ziddiyətlər  zaman 

keçdikcə azalacaq. 



Konseptual 

Əsaslara İdarə  heyətinin onun üzərindəki iş təcrübəsinə əsasən zaman keçdikcə düzəliş ediləcək. 

Tətbiq sahəsi 

 

Konseptual Əsaslar aşağıdakı məsələləri əhatə edir: 

(a) 

maliyyə hesabatlarının məqsədi; 



(b) 

maliyyə hesabatlarındakı məumatların faydalılığını müəyyən edən keyfiyyət xüsusiyyətləri; 

(c) 

maliyyə hesabatlarının təşkil olunduğu elementlərin anlayışı, tanınması və qiymətləndirilməsi; və 



(d) 

kapital və kapitalın saxlanılması üzrə konsepsiyalar. 

 



Conceptual Framework

 



©

 IFRS Foundation 

 

M

ÜNDƏRİCAT



 

maddələr

 

 



 

MÖVZU 1: 

ÜMUMİ MƏQSƏDLİ MALİYYƏ HESABATLARININ 

HAZIRLANMASININ MƏQSƏDİ 

 

   

 

GİRİŞ

 

OB1   

 

ÜMUMİ MƏQSƏDLİ MALİYYƏ HESABATLARININ HAZIRLANMASININ MƏQSƏDİ, 

FAYDASI VƏ ÇATIŞMAZLIQIARI 

 

OB2   

 

HESABAT VERƏN MÜƏSSİSƏNİN İQTİSADİ RESURSLARI, MÜƏSSİSƏYƏ QARŞI 

İDDİALAR VƏ RESURSLAR VƏ İDDİALARDA DƏYİŞİKLİKLƏR HAQQINDA 

MƏLUMAT

 

OB12   

 

İqtisadi resurslar və iddialar

 

OB13   

 

İqtisadi resurslarda və iddialarda dəyişikliklər 

 

OB15   

 

 



Hesablama metodu ilə göstərilmiş maliyyə fəaliyyəti

 

OB17   



 

 

Keçmiş pul vəsaitləri axınları ilə göstərilmiş maliyyə fəaliyyəti



  

OB20   


 

 

İqtisadi resurslarda və iddialarda maliyyə fəaliyyətindən yaranmayan dəyişikliklər 



 

OB21   


 

 



 

Conceptual Framework 

 

©

 IFRS Foundation 



7

 

Mövzu1: 



Ümumi təyinatlı maliyyə hesabatlarının hazırlanmasının 

məqsədi

 

Giriş

 

OB1 


Ümumi təyinatlı maliyyə hesabatlarının hazırlanmasının məqsədi Konseptual Əsasların təməlini təşkil edir. 

Konseptual  Əsasların  digər  aspektləri  –  hesabat  verən  müəssisə  anlayışı,  faydalı  maliyyə  məlumatının 

keyfiyyət xüsusiyyətləri və məhdudiyyətləri, maliyyə hesabatlarının elementləri, tanınma, qiymətləndirmə, 

təqdimat və açıqlama – məntiqi olaraq bu məqsəddən irəli gəlir.   

Ümumi təyinatlı maliyyə hesabatları

n

ı

n haz

ırlanmasının məqsədi, faydası

 

və məhdudiyyətləri

  

OB2 


Ümumi təyinatlı maliyyə hesabatlarının

1

 



hazırlanmasının məqsədi, hesabat verən müəssisə haqqında mövcud 

və potensial investorlara, borc verənlərə və digər kreditorlara müəssisəni resurslarla təmin etmək barədə qərar 

verməkdə faydalı olan məlumatı təmin etməkdir. Bu qərarlara kapital və ya borc alətlərini almaq, satmaq və 

ya saxlamaq və borc və ya digər kredit formalarının verilməsi və ya qaytarılması daxildir. 

OB3 

Kapital və ya borc alətlərini almaq, satmaq və ya saxlamaq barədə mövcud və potensial investorların qərarları, 



onların  o  alətlərə  investisiyadan  gözlədikləri  gəlirdən  asılıdır,  məsələn,  dividentlər,  əsas  məbləğ  və  faiz 

ödənişləri və ya bazar qiymətlərinin artımı. Buna oxşar olaraq, borc və ya digər kredit formalarının verilməsi 

və ya qaytarılması barədə mövcud və ya potensial borc verənlər və digər kreditorların qərarları əsas məbləğ 

və  faiz  ödənişləri  və  ya  onların  gözlədikləri  digər  gəlirlərdən  asılıdır.  İnvestorlar,  borc  verənlər  və  digər 

kreditorların gəlirlərlə bağlı gözləntiləri, onların gələcəkdə müəssisəyə daxil olacaq xalis pul vəsaitlərinin 

məbləğinin,  vaxtının  və  qeyri-müəyyənliyinin  (perspektivləri)  qiymətləndirilməsindən  asılıdır.  Öz 

növbəsində mövcud və potensial investorlar, borc verənlər və digər kreditorların, müəssisəyə daxil olacaq 

gələcək  xalis  pul  vəsaitlərinin  perspektivlərini  qiymətləndirməyə  kömək  etmək  üçün  məlumata  ehtiyacı 

vardır. 

OB4 


M

üəssisənin  gələcəkdə  xalis  pul  vəsaitlərinin  daxil  olması  üzrə  perspektivlərini  qiymətləndirmək  üçün 

mövcud və potensial investorların, borc verənlər və digər kreditorların müəssisənin resursları barədə, ona 

qarşı iddialar barədə və müəssisənin rəhbərliyi və idarə heyətinin

2

 

müəssisənin resurslarından istifadə etmək 



üçün öz vəzifələrini nə dərəcədə effektiv və səmərəli icra etdikləri barədə məlumata ehtiyacları var. Belə 

vəzifələrə müəssisənin resurslarını qiymət və texnoloji dəyişiklik kimi iqtisadi faktorların mənfi təsirindən 

qorumaq və müəssisənin müvafiq qanunlara, qaydalara və müqavilə üzrə öhdəliklərə əməl etməsini təmin 

etmək daxildir. Rəhbərliyin öz vəzifələrini icra etməsi barədə məlumat həmçinin, rəhbərliyin fəaliyyəti üzrə 

səsvermə hüququ olan və ya ona təsir edə bilən mövcud və potensial investorların, borc verənlər və digər 

kreditorların qərarları üçün də yararlıdır. 

OB5 

Bir çox mövcud v



ə potensial investorlar, borc verənlər və digər kreditorlar hesabat verən müəssisələrdən 

birbaşa  olaraq  onları  məlumatla  təmin  etməyi  tələb  edə  bilməzlər  və  ehtiyacları  olan  bir  çox  maliyyə 

məlumatları üçün ümumi təyinatlı maliyyə hesabatları ilə kifayətlənməlidirlər. Nəticə etibarilə, onlar ümumi 

təyinatlı maliyyə hesabatlarının yönləndirildiyi əsas istifadəçilərdir. 

OB6 

Bununla belə, ümumi təyinatlı maliyyə hesabatları mövcud və potensial investorlar, borc verənlər və digər 



kreditorlara 

lazım olan bütün informasiyanı təmin etmir və edə bilmir. Bu istifadəçilər müvafiq məlumatları 

digər mənbələrdən, məsələn, ümumi iqtisadi şərtlər və gözləntilər, siyasi hadisələr və siyasi iqlim və sənaye 

və müəssisə üzrə baxışlar. 

OB7 

Ümumi  təyinatlı  maliyyə  hesabatları  hesabat  verən  müəssisənin  dəyərini  göstərmək  üçün  tərtib  edilmir. 



Lakin, onlar 

mövcud və potensial investorları, borc verənləri və digər kreditorları hesabat verən müəssisənin 

dəyərini qiymətləndirməyə kömək edən məlumatla təmin edir. 

OB8 


Ayrı-ayrı əsas istifadəçilərin, fərqli və çox güman ki, bir-birinə ziddiyyətli məlumat ehtiyacları və istəkləri 

vardır.  Maliyyə  hesabatı  standartlarını  inkişaf  etdirərkən  Şura,  elə  bir  məlumat  dəstini  təmin  etməyə 

                                                 

 

1



 

Bu Kons



eptual Əsaslardamaliyyə hesabatları və maliyyə üzrə hesabat vermə dedikdə, əgər xüsusi olaraq başqa cür qeyd 

edilməmişdirsə, ümumi təyinatlı maliyyə hesabatları və ümumi məqsədli maliyyə üzrə hesabat vermə başa düşülür.

 

2

 



Bu Kons

eptual Əsaslardarəhbərlik termini, əgər xüsusi olaraq başqa cür qeyd edilməmişdirsə, müəssisənin rəhbərliyi və 

idarəedici orqanına aid edilir.

 



Yüklə 300,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə