Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   21   22   23   24   25   26   27   28   29

101 
Alim  Filatelist  susdu.  Pauza  uzun  çəkdi.  Şahzadə 
dözmədi, soruşdu: 
– Elə bu?.. 
– Bəli, çox hörmətli Vəliəhd Şahzadə! Hətta imza və 
imzalar belə yoxdu. 
–  Bəs  hanı  o  elçi?  Yox,  təcili  təbətşünasların  və 
filatelistlərin  şurasını  çağırmaq  lazımdır!  Biz  təcili 
tədbirlər  görməliyik!  Heç  kəsin  haqqı  yoxdu  ki,  bizdən 
belə  bir  gözəl  və  ağıllı  quşu  alsın!  Mən  əmr  edəcəyəm: 
qoy bizdə də Qara Leyləyin şərəfinə markalar buraxsınlar, 
qoy  Tana  gölünün  sahilində  Qara  Leyləyə  abidə  də 
ucaltsınlar! Bəs o elçi hardadı?! Get, get, Alim Filatelist, 
şuranın iclasını hazırla! Həm də öyrən gör, o elçi hardadı! 
Maksimka  Şahzadənin  qəzəbli  monoloqunu  eşitdi. 
Çox istəyirdi ki, özünü büruzə versin. Lakin qorxurdu da. 
Özünə  görə  qorxmurdu;  qorxurdu  ki,  işləri  korlaya  bilər. 
Kim  bilir,  kralın  oğlu  Belarusdan  olan  gənc  filatelistin 
qəfil peyda olmasına nə cür reaksiya verəcək! 
Qapı örtüldü. Alim Filatelist öz sahibinin əmrini icra 
etməyə  tələsdi.  Hətta  etiket  normasını  belə  yaddan 
çıxartdı, çıxanda qapını dalınca tutub saxlamadı ki, ondan 
səs çıxmasın, yavaşca örtülsün. Maksimka bürkülü və isti 
havada yel əsdiyini hiss elədi və birdən asqırdı. Özü də elə 
asqırdı ki...  
 
  
Bilici Babanın söylədikləri 
 
Dünyada quşlara qoyulan abidələr çox azdır. Belarusda 
Baranoviçdə sərçəyə abidə qoyulub, Turovda isə 
cüllütlərin nadir növünə-mordunkaya abidə qoyulub. Bu 
quşlar Turovda yuva salırlar. Dünyada ən çox 
göyərçinlərə abidə qoyulub: əvvəlki müharibələr zamanı 


102 
bu quşlardan rabitəçi kimi istifadə ediblər. Yakutiyada 
Ağ durnalara abidə ucaldılıb. 
Efiopiyada tarixi abidələr daha çox maraq doğurur. Turistlərə 
adətən qala-şəhər Qonderi göstərirlər. Bu şəhər orta 
əsrlərdə paytaxt olub, sonra turistləri Aksuma aparırlar. 
Burada Müqəddəs Məryəm kilsəsi var, V1 əsrdə tikilib. 
Aksumda arxeoloji muzey də var. Mekeledə isə qədim 
Debre monastrı mövcuddur, o da V1 əsrdə tikilib. 
Aleksandr Sergeyeviç Puşkinə qoyulan abidə isə 
yenilərdəndir. Pyedestalda bu sözlər yazılıb: "Bizim 
şairə". 
 


103 
 
Şahzadənin Maksimlə tanış olması 
 
Belaruslu gənc filatelist Efiopiya səfərinin 
məqsədindən danışır. Vəliəhd Şahzadə əks 
imtahan mərasimi düzəldir. 
 
 
im var burda? – birdən Vəliəhd Şahzadə oturduğu 
yerdəcə  diksinib  atıldı.  –  Tez  olun  çıxın  ordan! 
Yoxsa karaul çağıraram! 
Maksimkanın  görünməkdən  başqa  yolu  yox  idi, 
buna  görə  də  Şahzadənin  iş  otağında  peyda  oldu.  Amma 
kim  bilir,  bəlkə  də  karaul  və  mühafizəçilər  istəsəydilər 
belə noxud dənəsi boyda olan bir adamı tapa bilməzdilər. 
Lakin  Maksimka  Adis-Abebaya  ona  görə  gəlməmişdi  ki, 
gizlənsin. Gəlmişdi ki, Efiopiyanın Vəliəhd Şahzadəsi ilə 
görüşsün, onunla danışıqlar aparsın. 
–  Hörmətli  Vəliəhd  Şahzadə!  –  deyə  Maksimka 
sürətlə  danışmağa  başladı,  qorxurdu  ki,  onun  sözünü 
ağzında  qoyalar,  axıradək  danışmağa  imkan  verməyələr.-
Mən  elçiyəm,  mən  burdayam,  sizin  qarşınızdayam. 
Bağışlayın  ki,  sizi  bu  formada  narahat  etməli  oldum. 
Danışıqlara  vaxt  yoxdur.  Bizim  Beryozin  biosferindəki 
qoruqda  Qara  Leyləklər  artıq  isti  ölkələrə  uçub  getmək 
üçün hazırlaşırlar. Mənzili dəyişmək vaxtı gəlib çatıb...Və 
bizə də qan-qaraçılıq və anlaşılmazlıq lazım deyil... 
– Bəs sən hardasan, elçi? 
–  Biz  məktub  vasitəsilə  tanış  olmuşuq.  Siz  mənim 
atamla  məktublaşır,  onunla  marka  mübadiləsi  aparırsız. 
Mən isə Maksimkayam, çox hörmətli Şahzadə, istərdim ki
Sizinlə  tanış  olub  dostlaşım.  Efiopiyaya  uçmaq  üçün  isə 


104 
nöqtə-adama  çevrildim,-  oğlan  istəyirdi  ki,  öz  niyyətini 
Şahzadəyə mümkün qədər tez və aydın şəkildə izah etsin. 
– Yaxşı, – deyə Efiopiya kralının vəliəhdi mülayim 
cavab verdi, - mən indi səninlə danışıqlar apara bilərdim, 
Belarus  tərəfinin  arzu  və  niyyətlərini  də  dinləyərdim. 
Bəlkə  də  elə  nəyisə  nəzərə  almaq  da  olardı  və  nəyəsə 
diqqət  yetirmək də olardı.  Lakin axı belə  yaxşı deyil, bu 
hal diplomatik qayda-qanuna uyğun gəlmir- axı mən səni 
görmürəm, ay Belaruslu Maksimka! 
Gənc  səyyah  Şahzadənin  Belarusa  bundan  əvvəlki 
məktubunu  xatırlayaraq  sevindi.  "Deməli,  vəliəhd  bir  o 
qədər də əlçatmaz adam deyilmiş", - düşündü. 
– Mən indi dönüb adi məktəbli ola bilərəm. O zaman 
söhbət eləmək bizim üçün daha asan olar. Lakin burda bir 
"əmma"  var...  Özü  də  çox  vacib  "əmma"dır:  yenidən 
əvvəlki  şəklə  qayıtmaq  üçün  gərək  filatiliya  və 
təbiətşünaslıqdan  imtahan  verəsən.  Əgər  dörd  imtahan 
sualına düzgün cavab versəm onda yenidən dönüb olacam 
məktəbli, özü də mütləq və dərhal. 
– Bəs yaxşı, bu sualları mən verə bilərəmmi? – deyə 
Şahzadənin  gözləri  parıldadı,  o,  atasının  taxtına  oxşayan 
kürsüsünə yayxındı. 
–  Gəlin  yoxlayaq.  Onsuz  da  başqa  yol  yoxdur. 
Vəliəhd Şahzadə, dinləyirəm sizi. 
Efiopiya  kralının  vəliəhdi  məmnun-məmnun 
gülümsədi.  Əvvəla,  filateliya  və  təbiətşünaslıq  sahəsində 
özünün  əsl  biliklərini  yoxlamaq  imkanı  yaranmışdı. 
Adətən  onun  ətrafındakı  bütün  dairələrdə  çalışanlar  onu 
daim  tərifləyirdilər  və  nə  deyirdi  onunla  razılaşırdılar. 
Hətta əgər səhər yuxudan durub desəydi ki, Saharada qar 
yağıb, ətrafındakılardan heç biri buna etiraz etməyəcəkdi. 
Məgər  Alim  Filatelistin  müstəqil  fikri  varmı,  yaxud  o, 
şahzadənin  səhvini  düzəltməyə  cürət  edərmi?  Lakin  belə 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə