Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə24/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   21   22   23   24   25   26   27   28   29

86 
 
Köməyə Poçtovik
1
 gəlir 
 
Kolyadnik dibçəyində yaşayan Poçtovikin 
dərsləri. Maksimka Adis-Abebaya getməyə qərar 
verir. Səyahətdən qabaq Təbiətdən və 
Filateliyadan imtahan verir. 
 
 
lə hey öz "quş klyasserini" vərəqləyən Maksimka tə-
əssüf  hissi  ilə  düşünürdü:  afrikalı  yaşıdının  başına 
ağıl  qoymaq  üçün  nə  etmək  olar?  Bəlkə  elə  oturub 
atasının işdən qayıtmasını gözləsin? Lakin qəflətən ona elə 
gəldi  ki,  otaqda  kimsə  var.  O  tərəf  bu  tərəfə  boylandı, 
amma heç kimi görmədi. 
–  ...Məni  axtarma,  Maksim,-  boğuq  bir  səs  eşitdi.- 
Onsuz  da  görməyəcəksən.  Linzanı  götürüb  Kolyadaya 
yaxınlaş.  Mən  burdayam,  küncdəki  dibçəkdə  özümə  ev 
qurmuşam və burda da yaşayıram. 
Maksimka  anasının  ən  çox  sevdiyi  ev  dibçəyi 
çiçəyinin  iri  yarpaqlarına  baxdı.  Ailədə  həmişə  xüsusi 
intizarla Kolyadanı gözləyirdilər-çünki dibçəkdəki çiçəyin 
gövdələrində qəşəng qırmızı qönçələr açılırdı. 
–  ...Mənim  adım  Poçtovikdir,-  yenə  naməlum  səs 
gəldi.-Evdə  heç  kim  olmayanda  mən  markaları 
qoruyuram.  Sizə  elə  gəlir  ki,  hər  şey  rəvan  gedir,  iri 
kolleksiyada  sakitlikdir.  Bir  düşünün-bir  klyasserdə 
müxtəlif  ölkələrin  markaları  yola  gedə  bilərmi?..Özü  də 
bir  səhifədə:  təsəvvür  eləyin  ki,  Uzaq  Şərqin  pələngi  ilə 
bizim Belarusun dovşanı bir səhifədə olsun! Görün nə olar 
da!..  Yaxud  tülküylə  vəhşi  buğanı  götür...  Sizin 
                                                 
1
 Poçtovik: poçt işçisi deməkdir. Əsərdəki bəzi obrazların adları, o cümlədən 
bu ad da orijinaldakı kimi saxlanılıb (tərcüməçi).  


87 
klyasserlərdə  bilirsiniz  nə  qədər  dalaşma  və  müharibələr 
olur? 
–  Hə,  mən  bilirəm  tülküylə  buğa  hansı  markalarda 
yan-yana  təsvir  olunub,  –  deyə  Maksimka  Poçtovikin 
sözünü ağzında qoydu. 
–  Bu  marka  Askaniya-Novo  qoruğuna  dair 
seriyadandır.  Bu  markalar  yalnız  1963-cü  ildə  işıq  üzü 
görüb,- Poçtovik dəqiqləşdirdi.-Maksim, mənə elə gəlir ki, 
sən  Efiopiya  şahzadəsini  necə  yola  gətirmək  barədə 
düşünürsən...Elə deyilmi? 
–  Əziz  Poçtovik,  sən  sadəcə  mənim  ürəyimdən 
keçənləri oxuyursan. Mənə bir şey aydındır: bizim poçtun 
Qara  Leyləyə  diqqət  göstərməsi  sadəcə  heç  bir 
münaqişəyə səbəb ola bilməz. Əminəm ki, əgər Belavejsk 
meşəsinə,  ya  da  Beryozin  biosfer  qoruğuna  Afrika 
marabusu (leyləyi) uçub gəlsə Belarusda buna  yalnız şad 
olarlar. 
– Amma bunu zati-aliləri vəliəhd Şahzadəyə demə. 
Yoxsa qiyamət qopar. 
–  Heç  bilmirəm  nə  edim...  Bir  şey  məlumdur  ki, 
Adis-Abebaya  mümkün  qədər  tez  gedib  çatım, 
Efiopiyanın Yeni ilinə qədər ora çatıb izah edim ki... 
–  Amma  mənə  elə  gəlir  ki,  bunları  çox  sadəcə 
yoluna  qoymaq  olar...-Poçtovik  öskürdü,  ətrafa  boylanıb 
baxdı,  çalışdı  ki,  Kolyadnikin  bitdiyi  dibçəyin  qırağına 
toxunsun.  Lakin  alınmadı.  Poçtovik  daha  bərkdən 
danışmağa  başladı:  –  Qara  Leylək  təsvir  olunan 
markalardan  birini  götürmək  lazımdır,  onu  poçt 
kartoçkasının üstünə yapışdırıb Efiopiyaya səfərə göndər, 
qoy o, bizim quşun uçub getdiyi isti ölkələri keçib getsin 
Afrikaya.  Hər  bir  şəhərdə,  hər  bir  ölkədə  olanda 
dayanacaqlarda  həmin  yerlərin  poçt  möhürü  üstünə 
vurulacaq. Bax belə bir kartoçka Ades-Abebaya çatacaq, o 


88 
zaman Vəliəhd Şahzadə anlayacaq ki, ya da başa düşməli 
olacaq ki, Qara Leyləyin müxtəlif ölkələrə səyahət etmək, 
hətta  oralarda  yaşamaq  hüququ  da  var.  Axı  açıqca  və 
marka kimi o da çoxlu ölkələrə səyahət edir. 
Maksimka Poçtoviki diqqətlə dinlədi. Doğurdan da, 
bunu niyə də eləməsin?.. Lakin Maksimka özü də bu uzaq 
ölkəyə  getmək  istəyirdi.  Amma...  Poçtovik  yenə  onun 
ürəyindəkiləri oxudu. Dedi: 
–  Maksimka,  çıxış  yolu  var.  Müvəqqəti  olaraq  sən 
mənim kimi xırda, gözəgörünməz ola bilərsən, yəni mənə 
çevrilə bilərsən. O zaman heç kim sənə mane olmayacaq, 
sən  açıqcanın  küncünə  bir  damçı  yapışqan  kimi 
yapışacaqsan.  Bu  halda  gedib  Efiopiyaya  çıxa  bilərsən. 
Əgər  istəsən  lap  Adis-Abebada  Şahzadə  ilə  danışa 
bilərsən, sonra da özünə qayıda bilərsən. Doğrudur, bunun 
üçün  gərək  imtahan  verəsən.  Hər  dəfə  imtahan  sualına 
düzgün  cavab  versən,  çevrilmə  prosesi  baş  verəcək... 
Amma bircə şeyi də deyim: dərslərini yaxşı oxuyanlar və 
təbiəti sevənləır üçün imtahan çətin deyil. 
–  Razıyam!  Axı  vəziyyəti  necə  olsa  dəyişmək 
lazımdır!-Maksimka dərhal cavab verdi. 
Poçtovik  gözgörəsi  böyüməyə  başladı,  heç  bir 
dəqiqə keçmədi ki, Maksimkanın boyuna çatdı. Və öz isti 
və yumşaq əlini oğlana uzatdı: 
–  Mən  də  razı!  İndi  isə  mənim  suallarıma  düzgün 
cavab  versən,  yavaş-yavaş  balacalaşacaqsan,  təbii  ki,  öz 
xırda  boyuna  görə  də  hərəkət  edəcəksən.  Bir  sözlə, 
səyahətə hazırlaş... 
Poçtovik  stolun  üstünə  poçt  kartoçkası  qoydu.  Öz 
şəxsi  klyasserindən  üstündə  Qara  Leyləyin  təsviri  olan 
marka  çıxartdı,  onu  kartoçkanın  sağ  küncünə  yapışdırdı. 
Çox  da  möhkəm  sıxmadı,  qıraqdan  bir  damçı  yapışqan 
saxladı. 


89 
– İndi isə, əzizim, suallara keçirəm. Cəmi dörd sual 
olacaq.  İkisi  filateliyaya  dair,  ikisi  də  təbiətşünaslığa 
dair...Bilmirəm onlara necə cavab verəcəksən, amma ümid 
edirəm  ki,  səndə  alınacaq.  Birinci  sual:  filatelistlər 
arasında  dənizçilər  çoxdur,  onlar  gəmilərə,  dəniz 
mənzərələrinə,  okeanlara  və  dənizlərə  dair  markalar 
toplayırlar.  Bir  əsrdən  çox  bundan  əvvəl,  iyirminci  əsrin 
axırlarında  Kubada  altı-yeddi  seriyadan  olan  markalar 
buraxılıb. Bu markaların üstündə qaleraların
1
, qaleonların 
və  karavellaların
2
  təsvirləri  vardı.  Markalardan  birinin 
üstündə ən baha qiymətə olan sovet atom buzqıran gəmisi 
vardı.  Çox  gözəl  və  nəhəng  gəmiydi.  Miniatürün  sağ 
küncündə  bir  dəstə  pinqvin  təsvir  olunmuşdu.  Bu  poçt 
markası  kolleksionerlər  və  dənizçilər  arasında  çoxlu  söz-
söhbətə səbəb oldu. Nə üçün? 
Poçtovik  qurtaran  kimi  Maksimka  məmnun-
məmnun gülümsədi. Oğlan bu tarixçəni bilirdi. Həm də bu 
Kuba  markası  və  buzqıran  gəmisi  barədə  atası  tez-tez 
danışardı... 
–  Əziz  Poçtovik,  şəkildə  "Lenin"  atom  buzqıran 
gəmisi  olub.  Bu  gəmi  heç vaxt  Antarktidaya  üzməyib
Şimal buzlu okeanında isə pinqvinlər üzmür və yaşamırlar. 
Belə çıxır ki, gözəl quşlarla atom buzqıran gəmisi heç vaxt 
görüşə bilməzlər. Markanın rəssamı isə sadəcə coğrafiyanı 
yaxşı bilmirmiş... 
– Əhsən, Maksim. İkinci suala qulaq as: Filatelistlər 
müxtəlif diş xəstəliklərindən söhbət edəndə "stomotoloji" 
mövzuda nə vaxt söhbət etməyə başlayırlar? 
– Bu lap asan sual oldu: "Xəstə dişlər"-sözün məcazi 
mənasındadır.  Markalarda  dəlməcik  sıraları  olur-  onlar 
                                                 
1
 qalera:qədimdə çoxavarlı qayıq. 
2
 каравелла: üç və ya dörd dorlu yelkənli gəmi. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə