Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   21   22   23   24   25   26   27   28   29

97 
sadə  xalq  əziyyət  çəkib.  Dünyanın  başqa  ölkələrinə 
nisbətən  burada  quldarlıq  daha  çox  davam  edib.  Xarici 
müstəmləkəçilər  –  gah  ingilislər,  gah  almanlar,  gah  da 
italyanlar hökmran olub, onları idarə ediblər... Efiopiyada 
çoxlu xalq, millət var... Lakin hər xalqın öz dili, öz yazısı 
var...  Buna  görə  də,  ümumi  razılığa  gəlmək  üçün  iradə 
lazımdır, ümumi istək lazımdır və bir də qarşılıqlı ehtiram 
və xeyirxahlıq... 
Görünür,  anlaşılmazlığın  bir  səbəbi  də  Efiopiya 
şahzadəsinin  həddən  artıq  qürurlu  olmasıdır.  Axı  o,  öz 
doğma  tərəfini  müdafiə  edir.  Əgər  səhv  buraxsa,  ya  da 
artıq-əskik  bir  şey  eləsə,  yəqin  ki,  düzəldə  bilər,  və 
düzəltsə  hər  şey  yoluna  düşər.  Buna  görə  də  professor 
Rodriqes  belə  hesab  edir:  "Maksimka,  məsələ  mübahisə 
etməkdə,  yaxud  nəyisə  sübut  etməkdə  deyil.  Gərək 
şahzadəyə  sakitcə  və  aydın  başa  salasan  ki,  Qara  Leylək 
Belarusun  sərt  qışından  qorxaraq  Efiopiyaya  uçur,  yalnız 
müvəqqəti  olaraq...  Əgər  onlar,  bu  gözəl  və  heyranedici 
ölkənin  sakinləri,  hesab  edirlər  ki,  belarus  meşəsindən 
olan bu quş onlarınkıdır, onda bu, çox yaxşıdır; buna görə 
onlara  təşəkkür  düşür  və  demək  lazımdır  ki,  onlar 
Belarusun ən yüksək mükafatına layiqdir..."  
 
  
Bilici Babanın söylədikləri 
 
Efiopiyada dillər. Efiopiyada müxtəlif zəngin və gözəl dillər 
mövcuddur. Təkcə bu dillərin adları nəyə desən dəyər! 
Diqqət edin: aar dili, ahav dili, amxar dili, afar dili, 
anuak dili, bosket dili, berta, valama, kaffa, kvama, 
kaman, mela, mursi, aroma, sidama, somali, tiqran, şabo 
dilləri...Onların bəzilərində milyonlarla adam danışır, 
bəzi dillərdə isə cəmi-cümlətanı bir neçə on min adam 
danışır... Elə dillər də var ki, cəmi 600 nəfər danışır, 


98 
məsələn şabo dilində. Efiopiyanın rəsmi dövlət dili amxar 
dilidir. 
Məşhur Efiopiyalılar. Onların sayı çoxdur. Bir neçəsinin adını 
çəkək. Şübhəsiz onlardan bir çoxu poçt markalarının 
personajı olmağa layiqdir. Bir çoxları isə elə poçt 
markalarına görə dünya filatelistlərinə tanışdır. Amxar 
ədəbiyyatının inkişafı üçün çox iş görmüş insanlardan 
biri Afevork Hebre İesusdur (1868-1947). O, "Abissiniyə 
səyahət" (Abissini Efiopiyanın keçmiş adıdır), "Menelik 
11, Efiopiya İmperatoru" kitablarının müəllifidir. Hayle 
Qebreselasis qaçış üzrə 5000 və 10000 metr məsafəyə 
olimpiya çempionudur, o, 20 dəfə dünya rekordunu 
təzələyib. Qadınlar arasında isə Çiruneş Dzibaba 
Olimpiya çempionu olub. Olimpiya çempionu Kenenis 
Bekele də məşhurlardan biridir. Efiopiyada Hərbi-Hava 
qüvvələrinin Baş komandanı ilk dəfə rus familiyalı şəxs 
olub:Mixail Babiçev. O, Adis-Abebada doğulub boya başa 
çatsa da, mənşəcə rus idi. Qaçış üzrə daha bir Olimpiya 
çempionu, dünyaca məşhur qadın idmançı Abeba 
Areqavidir. O, 1990-cı ildə Efiopiyanın Addi-Qrate 
şəhərində doğulub. İsveç olimpiya yığma komandasının 
tərkibində çıxış edib. Məşhur yunan kino rejissoru Nikas 
Paptakis də (1918-ci il) öz uşaqlığını Adis-Abebada 
keçirib. Rus hərbi mühəndisi, 1756-cı ildən rus 
ordusunun baş mühəndisi, Aleksandr Puşkinin ulu babası 
Abram Petroviç Hannibal da Efiopiyalıdır; o, Efiopiya 
knyazının oğlu olub. 
 
 


99 
 
*** 
 
Açıqca Maksimkayla birlikdə Adis-Abebada Kral 
sarayına düşür. Baş Filatelist Alim Şahzadəni 
Belarus açıqcasının məzmunu ilə tanış edir. 
Şahzadənin əsas reaksiyası. Maksimka özünü 
büruzə verir. 
 
 
cazə  verin,  Zati-Aliləri...-deyə  açıq  qapı  arasından 
Alim  Filatelistin  başı  göründü.  Qoca  ağsaçlı  zənci 
hələ  Vəliəhd  Şahzadənin  atasının  yeniyetmə 
çağlarından  bu  vəzifədə  çalışırdı.  İndi  həmin  Şahzadə 
Efiopiyanın kralı idi. 
Qocanın müxtəlif vəzifələri vardı. Əsas vəzifəsi isə 
poçtanı  gətirmək,  ayırıb  qruplaşdırmaq  idi.  Ayrı-ayrı 
məktub  və  bağlamalarda  markalar  olanda  Nilomudren 
Ereteyanski  (qocanı  belə  çağırırdılar)  öz  gənc  sahibinə 
poçt  miniatürlərini  qablaşdırmaqda  və  onları  mövzular 
üzrə  klyasserlərə  yığmaqda  kömək  edirdi.  Doğrudur,  son 
vaxtlar  Şahzadə  bütün  işləri  özü  görməyə  çalışırdı. 
Markalarla əlləşmək, görünür, ona misilsiz zövq verirdi. 
Vəliəhd  Şahzadə  başını  tərpətdi.  Alim  Filatelist  iri 
palıd  stola  yaxınlaşdı.  Başını  əyib  təzim  elədi.  Stolun 
qırağına bir topa məktub qoydu. 
– Nəsə maraqlı bir şey var? – deyə Vəliəhd Şahzadə 
soyuqqanlı soruşdu. 
Alim  Filatelist  bir  addım  qabağa  gəlib  poçt 
topasından ona tanış olan açıqcanı götürdü. 
–  Bu  açıqcaya  diqqət  edin,-  qoca  poçt  kartoçkasını 
şahzadəyə uzatdı. -O, Sizə ünvanlanıb, Zati-Aliləri! Lakin 
açıq  poçt  vasitəsiylə  gəldiyindən  mən  mətni  oxumalı 
oldum və ingilis dilindən amxar dilinə tərcümə etdim... Bu 


100 
kartoçka  Minskdən,  Sizin  filatelist  dostlarınızdan  gəlib... 
Yenə  Qara  Leylək  məsələsindən  danışırlar,  yeri 
gəlmişkən,  açıqca  bizə  bir  neçə  ölkəni  gəzib-dolaşandan 
sonra  gəlib  çıxıb.  Üstünə  də  bizə  çox  əziz  olan  nadir 
quşumuzun  şəkli  olan  marka  yapışdırılıb.  Zatİ-Aliləri, 
icazə verin oxuyum... Doğrudur, məni narahart edən budur 
ki, onlar əsas şeyi heç cür başa düşmürlər - bu məşhur və 
gözəl  quş  bizə  məxsusdur,  bizim  dövlətin,  bizim 
təbiətindir... 
– Qəribə adamlardı... qəribə ölkədi... Biz gözləyirik 
ki, üzr istəsinlər, amma onlar yenə sübut etməyə çalışırlar 
ki...İndi  necə  münaqişəyə  girməyəsən?  Onlar  özləri 
müharibə istəyirlər?! Noolar, oxu görüm!.. 
Alim  Filatelist  sinəsindən  asılmış  gözəl  dəri 
çantadan  nazik  qızılı  eynəyini  çıxartdı.  Onları  burnunun 
üstündə yerləşdirib oxumağa başladı: 
–  Çox  hörmətli  Vəliəhd  Şahzadə  Tekonın 
Menslikoviç  Zerıxun!  Mən  və  atam  Sizi  qarşıdan  gələn 
Yeni il münasibətilə təbrik edirik! Sizə və ölkənizə, bütün 
Efiopiya  xalqına  firavanlıq,  əmin-amanlıq  və  rahatlıq 
arzulayırıq.  Qoy  bundan  sonra  heç  vaxt  Sizi  müharibələr 
və təbii fəlakətlər yaxalamasın! 
Sizə üstündə Qara  Leylək olan markanı  göndəririk. 
Onun  taleyi  xüsusilə  bizim  Belarus  ölkəsinin 
təbiəıtşünaslıq  və  təbiəti  mühafizə  xidmətlərini  narahat 
edir.  Biz  qeyd  etmək  istərdik  ki,  bu  quşun  isti  ölkələrə 
uçuş  yolu  da  asan  deyil.  Açıqca  o  şəhər  və  ölkələrdən 
uçub  gəlib  ki,  bizim  Qara  Leylək  də  payız  və  qış 
fəsillərində  bu  istiqamətlərdə  uçub  gəlir.  Bu  barədə  elə 
açıqcanın üstündə müvafiq möhürlər var: müxtəlif ünvanlı 
poçt  möhürləri.  Onları  diqqətlə  oxuyun.  Bütün  qalan 
şeyləri  isə  Sizə  Belarusdan  göndərdiyimiz  elçi  izah 
edəcək..." 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə