Maksimkanin vətəndə və digər ölkələrdə


Bilici Babanın söylədikləri



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

75 
 
 
  
Bilici Babanın söylədikləri 
 
Kubanın quşları kifayət qədər çoxdur. Onun milli rəmzi Kuba 
traqonudur. Bu quş qırqovullar ailəsinə mənsubdur. 
Əsasən qırmızı, göy və ağ rəngdə olurlar; Kubanın dövlət 
bayrağının rəngləri də belədir.Traqon belə oxuyur: "tok-
koro" yaxud "tok-ko-loro". Kubada sunsusit yetişdirilir, 
bu quş-milçəkdir, planetdə ən xırda quş hesab olunur. 
Azadlıq adasında həm də meşə flaminqolarının 
(qızılqazlar) nəhəng dəstələri yuva salıb, onların sayı 70 
minə yaxındır... 
 


76 
 
Poçt markalarının səyahəti 
 
Efiopiyanın vəliəhdi şahzadə Mekonın 
Menslikoviç Zerıxun Belarus filatelistləri ilə 
dostluq etməyə razılıq verir. 
Efiopiyadan gələn filatelist yazışmaları. 
Efiopiyanın kralı və onun oğlu hansı markaları 
toplayır? 
 
 
dətən, Maksimka məktəbdən çıxanda əl telefonu ilə 
anasına zəng vururdu – neçə dəqiqədən sonra evdə 
olacağaı  barədə  məlumat  verirdi.  Alesya 
Mixaylovna  oğlunun  əhval-ruhiyyəsi  ilə  maraqlanır; 
soruşurdu  ki,  bu  dərs  günü  nə  ilə  yadda  qaldı.  Həm  də 
oğluna  deyirdi  ki,  onu  nahara  gözləyir.  Sonuncu  nahaq 
yerə  deyildi.  Elə  olurdu  ki,  Maksimka  mətbəxə  girməyi 
unudurdu.  Axı  adətən  istirahət  vaxtı  o,  atasının  poçtunu 
yoxlayırdı. Atasına, hədsiz dərəcədə həvəskar filatelistə az 
qala  dünyanın  hər  tərəfindən  məktublar  gəlirdi.  Kubalı 
professor Ernesto Rodriqes daha tez-tez yazırdı. Bir ildən 
çox  idi  ki,  atasının  məktublaşdığı  adamlar  arasında 
Maksimkanın  bir  həmyaşıdı  da  vardı-bu,  Efiopiyanın 
prezidentinin oğlu Menelika Zerıxun idi. Məsələ bunda idi 
ki,  Efiopiyanın  hökmdarı  və  onun  vəliəhdi  poçt  markası 
həvəskarlarıydı.  Maksimkanın  atası  cənab  prezidentlə 
marka miniatürləri mübadiləsi edirdi; bunlar arxitekturaya, 
idman  və  kosmos  mövzularına  həsr  edilmiş  markalar 
olurdu.  Lakin  Maksim  filatelist  faunasına  həsr  olunmuş 
kolleksiya  toplamaq  arzusunu  bildirəndə  atası  başladı 
dünyadakı  və  ölkəsindəki  dostlarından  soruşmağa  ki,  bəs 
onların hansı birinin uşaqları dünyanın heyvanat aləmi və 
müxtəlif  quşları  ilə  maraqlanır.  Axı  uşaqlar  bir-biriylə 


77 
daha  asan  ünsiyyət  qururlar.  Elə  oldu  ki,  gənc 
filatelistlərin sayı bir o qədər çox olmadı. Havanadan olan 
professor Ernesto Rodriqes subay adam idi. Polşalı fermer 
Konstantin  Alexnik  mənşəcə  belarusdur,  Belostokda 
yaşayır,  iki  nəvəsi  var-Vaçlav  və  Yaroslav.  Lakin  onlar 
hələ  uşaqdılar.  Pan  Alexnik  hələ  arzulayır  ki,  oğlanları 
böyüsün, sonra da marka toplasınlar, özü də idmana dair 
markalar.  Daha  çox  futbol  və  xokkey  markaları 
toplasınlar.  Bəlkə  elə  onlar  Uruqvayın  poçt  idarəsinin 
1924-cü  ildə  Paris  Olimpiadasında  öz  futbolçularının 
sensasiyalı  qələbəsinə  həsr  etdiyi  sarı-qəhvəyi  seriyadan 
olan  markalarını  tapa  biləcəklər.  O  zaman  həmin 
markadan  cəmi  500  nüsxə  çap  olunub.  Onun  üstündən 
təxminən  iki  yüz  il  ötüb,  indi  həmin  markalar  Olimpiya 
medalları dəyərində olar. 
Atası  onu  o  biri  filatelist  dostlarının  uşaqları  ilə  də 
tanış  etməyə  çalışırdı.  Nəsə  alınmırdı.  Lakin  bir 
müddətdən  sonra  Efiopiyanın  vəliəhdi,  şahzadə  Mekonın 
Mensilkoviç  Zerıxundan  cavab  gəldi.  O,  Efiopiya 
Prezidentinin və kralının oğluydu (tez-tez belə şeylər olur-
iki  taxt-tac  bir  şəxsin  əlinə  düşür).  Onun  göndərdiyi 
məktub  qəşəng  konfet  qutusu  ölçüsündə  idi.  Hətta  paket 
də  deyildi,  daha  doğrusu,  yumşaq  karton  bağlaması  idi. 
Həmin  gün  Maksimka  və  atası  evdə  idilər.  Dərhal 
bağlamanı  açdılar.  Təəccübləndilər-  bağlamanın  içində 
cəmi bir vərəqdən ibarət kağız vardı. Doğrudur, süd kimi 
ağ  vərəqdə  qızıl  hərflərlə  nəsə  yazılmışdı.  Vərəqin 
yuxarısına  işldayan  şüşə  daşlarla  bərkidilmiş  Efiopiyanın 
sadə  gerbi  vardı:  göy  rəngli  kürədə  sarı  budaqcıqlarla 
işlənmiş  ulduz.  Məktub  ingilis  dilində  yazılmışdı; 
Maksimkanın  ailəsi  də  ingilis  dilini  belarus  dili  kimi 
bilirdi. Maksimka indi də həmin məktubun hər bir sətrini 
yaxşı xatırlayır, çünki məktub onu heyrətə gətirmişdi: 


78 
"Hörmətli cənab Belarus Filatelisti! 
Bizi,  xüsusilə  Efiopiyanın  Vəliəhdi  Şahzadə 
Mekonın Mensilkoviç Zerıxunu Sizin faunaya dair marka 
mübadiləsi  təklifiniz  maraqlandırdı.  Bizi,  Vəliəhd 
Şahzadəni sizin ölkənizdə yaşayan çoxlu heyvan və quşlar 
maraqlandırır.  Biz  xahiş  edirik  ki,  Belarusda  tapa 
bildiyiniz miniatürləri bizə göndərəsiz. Öz növbəmizdə biz 
də  sizi  Afrikanın,  Efiopiyanın,  qonşu  ölkələrin  unikal, 
zəngin  heyvanat  aləmi  və  sərvətləri  ilə  tanış  edəcəyik. 
Bunlar  dünyanın  digər  ölkələrindəki  sərvətlərlə 
müqayisəyə belə gəlməz. 
Biz  bundan  əlavə  Sizə  xatırlatmaq  istəyirik  ki, 
Vəliəhd Şahzadə Prezidentin və ailəsinin xidməti etiketinə 
görə,  həmçinin  Şahzadənin  davranışı  haqqında 
Konstitusiya  müddəalarına  görə  qeyri-rəsmi  şəxslərlə 
dostluq  münasibətləri  qura  bilməz.  Lakin  artıq  dördüncü 
onillikdir ki, həm Kral, həm də Prezident vəzifəsini tutan 
şəxs tərəfindən Sizə xüsusi böyük hörmət var, buna görə 
də  Siz  istisna  sayılırsız  və  biz  Sizinlə  yazışacağıq. 
Belarusdan  Sizin  məktublarınızı  və  markalarınızı 
gözləyirik... " 
Sonra  məktubda  vəliəhdin  və  prezident  oğlunun 
uzun  bir  imzası,  altında  da  onun  icra  etdiyi  ictimai  və 
dövlət  vəzifələrinin  siyahısı  gedirdi.  Maksimka  birini 
yadda  saxladı:  Efiopiyanın  Təbiət  üzrə  Baş  Filatelisti. 
Bunu yadda saxladı və görünür, həm də təəccübləndi:"Gör 
ha, uşaq olasan, özü də Baş Filatelist!.." Maksimka həmin 
məktuba görə də çox incidi. İşə bax da! O, atasıyla özünə 
filatelist  dost  axtarır,  cavabında  da  belə  bir  təhqir! 
Doğrudur, Maksimin atası məsələyə başqa cür yanaşdı: 
–  Bilirsən,  oğlum,  öz  arşınınla  özgənin  qayğısını 
ölçmək  çox  çətin  məsələdir.  Görünür,  bu  böyük  Afrika 
ölkəsində  qaydadır:  onlar  rəhbərliklə  sadə  adamlar 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə