Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   21   22   23   24   25   26   27   28   29

90 
miniatürlərin  qıraqlarındakı  xırda  dişçiklərdir.  Onlar 
zədələnəndə filatelistlər deyirlər ki, "dişlər xəstələnib..." 
– Aha! 
Poçtovik  Maksimkanın  üzündəki  təəccübü  görüb 
məmnun-məmnun  gülümsədi.  Maksimka  hər  düz 
cavabdan sonra hey xırdalaşırdı. Bir var kimdənsə öyrənib 
biləsən  ki,  adam  necə  balacalaşır,  bir  də  var  bu  səhnəni 
gözlərinlə  görəsən.  Nə  isə,  Maksimka  və  Poçtovik  bu 
çevrilmə prosesinə bir elə reaksiya göstərmədilər. 
–  İndi  görək  sənin  Təbiət  elmlərindən  biliyin 
necədir.  Ümidvaram  ki,  sən  əlaçısan  və  "Təbiəti  qoru" 
sənin  sevimli  fənnindir...  Amma  gəl  vaxt  itirməyək. 
Növbəti sual: Arılar necə danışırlar və ümumiyyətlə, onlar 
bir-birləri ilə razılığa gələ bilirlərmi? 
–  Qanadlarıyla!  Arılar  qanadlarıyla  danışırlar!-
Maksimka cəld cavab verdi. - Və onlar elə cəld danışırlar 
ki, təəccüb edirsən - bir-birini necə başa düşürlər? Arı bir 
saniyə  ərzində  300  dəfə  qanad  çalır.  Bu  hal  nektar  və 
tozcuq  daşıyarkən,  doğma  pətəyə  qayıdarkən  baş  verir. 
Lakin  əgər  arı  sərbəstdirsə,  hələ  öz  çiçəyini  axtarırsa  o 
zaman  saniyədə  440  dəfə  qanad  çalır.  Çərənçi  arılar  da 
var... onlar lap... 
 
Oğlan  lap  balacalaşdı.  Başladı  gözləriylə  açıqcanı 
aramağa.  "Birdən  tamam  itib  eləyərəm  e!"  –  deyə  oğlan 
öz-özünə  dedi.  -  Açıqcanın  küncünə  yapışmasam  heç 
Efiopiyaya da gedib çıxa bilməyəcəm..." 
– Maksim, görürəm, sən ciddi təbiətşünassan, özün 
də yaxşı oxuyursan. Sənə inanmaq olar, etibarlı oğlansan. 
Amma  bizim  bir  sualımız  da  var:  bir  zamanlar  Kubada 
çoxlu  kaktus  ağacı  əkirdilər.  O  qədər  idi  ki,  kaktuslar 
bütün  sahələri,  hətta  məhsuldar  əkin  sahələrini  də  basdı. 
Xoşbəxtlikdən kubalılar çıxış yolunu tapdılar. O, nə idi? 


91 
Maksimka  fikrə  getdi.  Əgər  kompüter  qarşısında 
otursaydı  dərhal  professor  Rodriqeslə  əlaqə  yaradardı, 
şübhəsiz, o, bunun cavabını bilərdi, düzgün cavab verərdi. 
Lakin...  artıq  həm  kompüter,  həm  də  klaviatura  oğlana 
çoxmərtəbəli binalar kimi görünürdü. Maksimka xatırladı 
ki,  "kaktus"  problemi  Avstraliya  fermerlərini  də  çoxdan 
narahat edib. Əvvəlcə bu tikanlı gülü sərhəd qıraqlarında 
sırayala  əkiblər,  onlardan  sərhəd  tirləri  kimi  istifadə 
ediblər  ki,  qoyun-quzu  biçənəklərə  girə  bilıməsin, 
kenqurular  bostan  təsərrüfatlarını  tapdalayıb  dağıtmasın. 
Lakin kaktuslar bir müddətdən sonra nəzarətdən çıxıblar, 
başlayıblar  qarşıqa  kimi  artmağa.  Kaktuslar  özləri 
sərhədləri pozmağa başlayıb. O zaman entomoloqlar belə 
bir  çıxış  yolu  tapıblar:  kaktusun  vətəni  olan  Cənubi 
Amerikadan  onun  düşmənini-ipəksaçlı  koktotablosisi 
gətirsinlər.  Bu  kəpənəyi  gətirib  onun  iki  milyon 
yumurtasından  canlı  "tikanlı  məftil"düzəldiblər.  Və 
tezliklə  Avstraliya  kaktusdan  canını  qurtarıb.  Avstraliya 
poçtu isə buna dair marka da buraxıb... "Aha, tapdım! Axı 
məndə  həmin  Avstraliya  markasının  yanında  Kuba 
markası  da  var.  Eyni  məzmunludur.  Bir-birlərinə 
oxşayırlar...Hər  ikisinin  üstündə  kaktus  təsviri 
var...Ziyanverici  kaktusun  üstündə  isə  soxulcan  və 
kəpənək oturub..."-Maksimka cavab verməyi qərara aldı. 
–  Əziz  Poçtovik,  kaktusa  kəpənəklər  qalib  gəldi,- 
sonuncu sözləri elə yavaşdan dedi ki, onları artıq heç kəs 
eşidə  bilmədi.  Maksimka  özü  isə  düz  poçt  kartoçkasının 
üstünə  düşdü.  Lap  xırdalaşdı,  nöqtə  boyda  oldu,  oğlan 
yeni  həyata  başladı.  Qarşıda  onu  uzun  yol  və  səyahət 
gözləyirdi. Maksimka üstündə Qara Leylək olan markanın 
küncünə yapışmışdı və bu, onu göstərirdi ki, Poçtovik onu 
eşitmişdi... 


92 
 
 
  
Bilici Babanın söylədikləri 
 
Avstraliya Yer kürəsinin ən kiçik materikidir. Ərazisi 7,7 mln. 
kvadrat kilometrdir. Materikdə bircə ölkə yerləşir-
Avstraliya İttifaqı. Avstraliya materiki Yer kürəsinin 
okean hissəsinin düz mərkəzində yerləşir, bütünlüklə 
Cənub və Şərq yarımdairəsi boyunca uzanır. Avstraliya 
materiklər arasında ən düzəngahıdır. Relyefi əsasən 
düzənlikdir. Kontinentin orta hündürlüyü dəniz 
səviyyəsindən 215 metrdir. Ən uca nöqtəsi Kostyuşko 
dağıdır (2228 metr), Avstraliya Alplarında yerləşir. 
Avstraliya faydalı qazıntılarla zəngin ölkədir, burada 
mədən yataqları üstünlük təşkil edir. 
Belovejsk meşəsi- ən iri meşə qoruqlarından biridir, alimlərə 
görə, hələ eramızdan qabaq mövcud olub. Meşəni 
tədricən qırıblar, lakin əsas toxunulmamış hissəsi müasir 
Belarus ərazisindəki Belovejsk rayonunda qorunub 
saxlanmışdır. Belovejsk meşəsini ekoloji regiona- 
"sarmatların
1
 qarışıq meşəsinə" də aid edirlər. 
Hələ 1992-ci ildə Belovejsk meşəsinə YUNESKO-nun qərarıyla 
biosfer qoruğu statusu verilib, 1997-ci ildə isə "Belovejsk 
meşəsi" milli parkı Avropa Şurasının diplomuna layiq 
görülüb. Onun adı Kamençdəki qarovul qülləsindən 
götürülüb, ona "Ağ qüllə" deyirlər. Qalın meşənin 
ortasında Belovejye yaşayış məntəqəsi (Polşanın 
ərazisindədir) də var. Qalın meşə zolağında ağacların 
orta yaşı 80 ildən çoxdur. Mindən çox nəhəng ağac qeydə 
alınıb. (Çar Palıd ağacı və digərlərinin yaşı 400-600 ildir, 
yalançı yay çinarları və şamlarının yaşı 250-300 ildir, 
yay küknarlarının 200-250 il yaşı var). Küknar- 
meşəlikdə ən hündür ağaclardan hesab olunur. 50 metrə 
                                                 
1
 sарматlar: miladdan 2-3 əsr əvvəl Qara dəniz sahili çöllərində yaşamış 
qədim tayfa. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə