Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə22/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

79 
arasındakı  münasibətlərə  xüsusi  diqqət  yetirirlər.  Biz  də 
diplomatik  etiket  qaydalarını  poza  bilmərik...Eybi  yox, 
mən  özüm  Vəliəhd  Şahzadə  ilə  məktublaşaram,  burda 
qəbahətli  heç  nə  yoxdur.  Və  razılaş  ki,  bizə  markalara 
birlikdə  baxmağa  və  onları  öyrənməyə  heç  kim  mane 
olmayacaq... 
 
Beləcə də qərar verdilər...  
 
  
Bilici Babanın söylədikləri 
 
Efiopiya. Ölkənin rəsmi adı Efiopiya Federativ Demokratik 
Respublikasıdır. Şərqi Afrikada dövlətdir. Dənizə çıxışı 
yoxdur- 1993-cü ilin mayında Eritriya Efiopiyadan 
ayrılandan sonra olub. Efiopiya əhalinin sayına görə 
Afrikada ikinci ölkədir (burada 100 milyona yaxın əhali 
yaşayır). Ərazisinə görə dünyada 27-ci ölkədir. Rəsmi 
dövlət dili amxar dilidir. 
Efiopiyanın markaları. Efiopiyada ilk markalar 1894-cü ildə 
çap olunub. Daha dəqiq: Efiopiya üçün poçt markalarını 
Fransada, Parisdə çap ediblər. Dörd nominal üzrə 
markalarda kral 11 Menelikin təsviri olub. 1980-ci ildə 
Sosialist Efiopiyasının poçtu Moskvada keçirilən XX11 
Olimpiya oyunlarına həsr olunmuş xüsusi serial 
markalar buraxıb. 
 


80 
 
Gözlənilməz münaqişə 
 
Adis-Abebadan yeni məktub. Efiopiyanın Təbiət 
üzrə Baş Filatelistinin hiddətli qəzəbi. Quşları 
bölmək olarmı? 
 
 
ugünkü poct arasında da gözəl, iri bir məktub vardı, 
Efiopiyadan  gəlmişdi.  Maksim  məktubun  üstünü 
diqqətlə oxudu, əmin oldu ki, bu şahzadədən gəlib, 
onun  atasından  yox!  Yalnız  bu  zaman  məktubun  sağ 
qırağını ehmalca kəsdi. Ordan atasına müraciətlə yazılmış 
kağız  vərəqi  çıxartdı.  Kağıza  əlavə  olunmuş  klyasser 
vərəqini  də  gördü.  Onun  üstünə  Efiopiyanın  beş  rəngli 
markası  yapışdırlmışdı.  Bütün  markalar  quşlara  aid  idi. 
Markaların  üstündəki  yazılar  naməlum  dildə  idi. 
Maksimka bu dilin adını bilirdi: amxar diliydi, Efiopiyanın 
rəsmi  dövlət  dili.  Ancaq  oxumaq  mümkün  deyildi... 
Doğrudur,  markalardakı  bəzi  quşları  dərhal  tanıdı.  Bax, 
yeri  gəlmişkən,  ən  ucuz  markanın  üstündə  qırmızıpapaq 
alaçəhrə quşu. Sərçəyə daha çox oxşayır. İkinci markanın 
üstündəki  isə  hind  leyləyinə  daha  çox  oxşayırdı.  Bu  quş 
axı  təkcə  nağıllarda  olmur;  bu  quş  çox  gözəldir,  onun 
rəngli,  əlvan  qanadları  olur.  Hind  leyləyi  gözəllikdə 
əfsanəvi simurq quşundan heç də geri qalmır... 
Poçt  miniatürlərinə  doyunca  baxdıqdan  sonra 
Maksimka  klyasseri  kənara  qoydu.  Və  anasının  sözləri 
yadına  düşdü.  Atası  oğluyla  uzun-uzadı  markalara 
baxanda 
anası 
həmişə 
deyərdi:"Mənim 
dalğın 
filatelistlərim, nədir, kitab-zad oxuyursuz belə? " Atası isə 
cavab  verərdi:"Bu,  kitabdan  da  artıqdır.  Biz  indicə  filan 
ölkədən  qayıdıb  gəlmişik..."  Və  atası  markalarına 
baxdıqları həmin ölkənin adını çəkərdi. Poçt markalarının 


81 
həsr  olunduğu  ölkənin,  ya  da  şəhərin  adını  deyərdi...İndi 
isə bu anda Efiopiya şahzadəsinin yeni məktubunu oxuya 
bilmədi. Yaxşı, onda görək ingilis dilində nə yazır belə... 
"Əziz cənab Belarus Filatelisti!" 
Şahzadə 
Mekonın 
Menslikoviç 
Zerıxun 
Maksimkanın atasının adını və familyasını yaxşı bilsə də, 
ona  belə  müraciət  edirdi.  Onlar  artıq  bir  ilə  yaxın  idi  ki, 
məktublaşırdılar. Müraciətdə dəyişən bircə şey vardı-o da 
"əziz"  sözüydü.  Şahzadə  son  vaxtlar  "hörmətli"  əvəzinə 
atasına  bu  sözlə  müraciət  edirdi.  Hə,  məktubun  ardını 
oxuyaq: 
"Biz  sizin  yeni  markalarınıza  sevinirik.  Doğrudur, 
qeyd  etmək  istərdim  ki,  ""Belovejsk  cəngəlliyi" 
seriyasından  olan  markalar  bizi  heyvanat  aləmi  ilə  tanış 
edir; bu heyvanların təsviri olan markaları Efiopiyada da 
çap  edirlər.  Bizim  vəzifəmiz,  yəni  Təbiət  üzrə  Baş 
Filatelist  vəzifəsi  çoxmilyonlu  Efiopiya  xalqını 
maarifləndirməkdir.  Buna  görə  də  atamın-prezidentin 
dəstəyinə arxalanaraq Biz ölkənin Poçt idarəsinə əmr etdik 
ki,  "Qərib  ölkə  heyvanları"  seriyasından  olan  markalar 
buraxsın. Hələ xüsusi "təmizləmə" işləri aparılmayıb. Biz 
Adis-Abebanın Baş Poçtamtında bu işi Yeni il ərəfəsində 
təşkil  edəcəyik.  Sonra  Biz  də  sizə  üstündə  vəhşi  buğa, 
qunduz,  ağ  ayı,  suiti,  həmçinin  sincab  olan  miniatürlər 
göndərəcəyik. Ümid edirik ki, bu markalar təkcə Afrikada 
olan çoxsaylı ölkələrin marağına səbəb olmayacaq, habelə 
Belarusa yaxın ölkələrin də diqqətini çəkəcək. Lakin etiraf 
etməliyəm  ki,  Sizin  bizə  bundan  qabaq  göndərdiyiniz 
"Belarus quşları" seriyasından olan markalar təkcə Bizim 
yox, həm də Efiopiyanın bütün Poçt Şurasının təəccübünə 
səbəb oldu. Markaların birinin üstündə Qara Leylək təsviri 
vardı. Axı bu quş nə üçün Sizinki olsun? Biz bu insidenti 
beləcə  diqqətsiz  buraxa  bilmərik.  Bizə  ölkənin  sakinləri 
müraciətlə  tələb  edirlər  ki,  etiraz  notası  ilə  çıxış  edək. 


82 
Onlar  artıq  bilirlər  ki,  Efiopiyanın  əsas  quşunu  Sizin  az 
qala  mənimsəmək  niyyətiniz  var.  Mən  belə  qərara 
almışam  ki,  Yeni  il  bayramından  dərhal  sonra  Poçt  və 
Təbiət  Şuralarının  birgə  iclasını  çağırım.  Şurada  Sizin 
poçtun  səhvi  barədə  də  qərar  qəbul  olunacaq.  Bizim 
şəxsən  Sizə  hörmətimiz  var,  məktublaşma  vasitəsilə 
öyrəndik  ki,  Sizin  Belarus  xalqı  çox  yaxşı  və  həssas 
xalqdır. Bununla belə, Sizin Poçt bizi təhqir edib..." 
–  Leyləyin  sadəcə  bir  quş  olduğunu  başa  düşmək 
üçün  mütləq  deyil  şahzadə  olasan!  –  deyə  Maksim 
məktubu axıra qədər oxumadı və ucadan söyləndi.-Quşun 
yeri-yurdu,  ölkəsi  torpaq  deyil,  səmadır...  Yazda,  yayda, 
payızın  əvvəllərində  bu  quş  Belarusda  yaşayır.  Qışda  isə 
Afrikaya və Hindistana  uçur...İşə bir bax, görəsən onlara 
məktəbdə nə öyrədirlər?!. 
 
Maksimka  İnternetə  girib  Efiopiya  məktəbi  barədə 
məlumat  ələdə  etmək  də  istədi.  Lakin  anası  ona  demişdi 
ki,  dünya  elektron  "toru"ndan  yalnız  bircə  saat  istifadə 
eləsin,  özü  də  dərslərini  oxyub  qurtarandan  sonra. O da 
anasına  söz  vermişdi.  Buna  görə  də  fikrindən  daşındı. 
Həm də axı bu müddət ərzində digər suallar da yaranarsa 
və  o  suallara  lüğət  və  ensiklopediyalarda  cavab  tapmaq 
mümkün  olmazsa,  bax  o  zaman  İnternetə  girər.  İndi 
Maksimka  məktubun  təsiri  altındaydı,  özündə  deyildi. 
İnternetlə  işləmək  ona  daha  asan  göründü.  Onu 
təəccübləndirən  bu  idi  ki,  valideynləri  özləri  internet 
əsrinin  uşaqları  olsalar  da,  özlərini  lap  qoca  təqaüdçülər 
kimi aparırlar. Hər halda, Maksimka anasına söz vermişdi 
və  sözünün  üstündə  durdu,  İnternetə  girmədi,  kitab 
rəflərinə  sarı  addımladı.  Cild-cild  karton  üzlü  kitablarla 
yanaşı  kompakt-disklərlə  dolu  elektron  kitabxanadan  da 
istifadə  etmək  olardı.  Əsas  məsələ  bu  idi  ki,  İnternetdə 
vaxt itirməyəsən. Əvvəllər kitabları oxumaq, elsiklopedik 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə