Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   21   22   23   24   25   26   27   28   29

93 
qədər hündürlüyü var. Qoruqda 59 növdə vəhşi heyvan, 
227 növ quş, 24 növ balıq var. Heyvanlar arasında 
meşənin ən gözəl və baş heyvanı-vəhşi buğadır. 
Kaktuslar təxminən 40 milyon ildi mövcuddur. Onlar Cənubi 
Amerika ilə Afrika bir-birindən ayrılandan sonra 
əkilməyə başlamışlar. O zamanlar Şimali Amerika da 
Cənubi Amerikaya hələ birləşməmişdi. Kaktusların 
tikanları və saçaqları olur. Kaktus ağaclarına da, kaktus 
kollarına da rast gəlmək olar. Əlbəttə, kaktusların çox 
növləri var, ev kaktusları da olur. Bəzi kaktus 
ağaclarının hündürlüyü 10 metrə, bir qədər də çox olur
çəkisi tonlarla ölçülür. Amerika kontinentində kaktuslar 
müxtəlif illərdə qida rasionu, dərman preparatı, boya 
materialı kimi də istifadə edilmişdir. Məlumdur ki, 
kaktusun bir nümunəsi Rusiyaya 200 dollara satılmışdır. 
Bu 1843-cü ildə baş verib. Yəni o zaman bu məbləğə 
kaktusun özündən daha çox qızıl almaq olardı. 
 


94 
 
Poçt kartoçkasının üstündə səyahət 
başlanır 
 
Poçtamta gedən yolda Poçtovik Maksimkanı 
sınayır. Açıqca Kiyevə gəlir. Professor Rodriqes 
Maksimkanın valideynlərini sakitləşdirir. 
 
 
fiopiyalı  yaşıdı  ilə  görüşə  can  atması  və  inadkarlıq 
göstərməsi Maksimkaya bir-birinin ardınca baş verən 
xoşagəlməz  hallara  əhəmiyyət  verməməyə  kömək 
etdi.  Çünki  o,  gənc  filatelist  kimi  artıq  ən  çətin 
imtahanlardan çıxmışdı. 
Poçtovik kartoçkanı Baş Poçtamt İdarəsinə aparanda 
Maksimka  özünü  kosmonavt  kimi  hiss  elədi,  elə  bil  o, 
fəzada  uçurdu.  Əlbəttə,  çəkisizlik  yox  idi,  lakin  o 
açıqcanın üstündə bir neçə dəfə gah  yuxarı, gah da aşağı 
atılıb-düşdü.  Nəyə  görəsə  Poçtovik  kartoçkalı  paketi  çox 
yellədirdi:  guya  o,  oğlanın  markanın  üstündə  oturduğunu 
bilmirdi.  Yaxşı  ki,  yapışqan  möhkəm  idi,  onu  qopmağa 
qoymadı.  Qarşıda  isə  uzun  yol  vardı,  hələ  çox  ölkələr 
dolaşmalıydı.  Poçt  kartoçkası  və  markayla  birlikdə 
Maksimka  Belarusdan  Ukraynaya  uçmalıydı.  Ordan 
Rumıniyaya.  Sonra  da  Bolqariyaya.  Növbəti  ölkə 
Yunanıstan  olmalıydı,  daha  sonra  Misir.  Misirdən  sonra 
Sudan  gəlirdi.  Nəhayət,  Efiopiya,  Adis-Abeba  şəhəri 
olacaqdı. 
Maksimka  bu  tanış  olmayan  qoxular  axınında, 
qəribə gurultu və uğultu aləmində özünü narahat hiss edir, 
qeyri-adi  hal  yaşayırdı.  Adətən  o  həmişə  özüylə  netbuk 
gəzdirərdi. Amma indi... "Axı netbuk mənim cibimə necə 
yerləşə bilər?"-oğlan düşündü.-Yerləşsəydi bu gecə özümü 


95 
çox rahat hiss edərdim. Kompüterin işığı da yaxşıdı. Saatı 
bilsəydim elektron poçta ilə evə məktub yollayardım. Həm 
də Efiopiya ilə görüşə İnternet vasitəsiylə hazırlaşardım... 
Eeee, bu cibimdəki nədi belə tərpənir? Görəsən kompüter 
deyil ki? Ah, doğurdan a, mənim sevimli netbukumdu! O 
da  balacadır,  görünür,  mənim  kimi  o  da  arıqlayıb  çöpə 
dönüb",-  Maksim  düyməni  basdı.  Ekran  dərhal  işıqlandı. 
Həmin  Yandeks  peyda  oldu.  Həmin  hərflər,  həmin 
saytlar...Elə  vaxt  da  həminki  vaxtdı...  Yeddinin  yarısıdı. 
Evdə  olsaydım,  yarımca  saat  da  yatardım.  Sonra  durub 
idmanla  məşğul  olardım,  amma  burda...Maksimka 
İnternetdə  saytları  axtardı,  Efiopiya  haqqında  məlumatlar 
hardasa  olmalıydı,  onun  poçtu  barədə  də  nəsə  olmalıydı. 
Lakin  fərli-başlı  bir  şey  tapa  bilmədi,  qəflətən  hansısa 
tərpəniş hiss elədi. Əvvəlcə cingiltili bir səs eşitdi, dalınca 
gurultu  gəldi...Aaaaa...  Hə,  deyirəm  də,  poçt  vaqonudur, 
Minskdən Kiyevə gəldi. Bizim balaca səyyahın da olduğu 
açıqca  və  digər  məktub  dolu  kisəni  perrona  daşıdılar. 
Burdan  da  balaca  maşınlara  doldurub  apardılar  poçt 
şöbəsinə...Bir  dəqiqənin  içində  meşə  bataqlığına  diqqətlə 
baxan  Qara  Leylək  təsvirli  markanı,  onun  küncündən 
boylanan  xırda  oğlanı  qablaşdırma  bölməsinə  gətirdilər. 
Kisəni  açan  kimi  Maksimkanın  gözləri  gün  işığından 
qamaşdı, sonra qorxa-qorxa ətrafa göz gəzdirdi. Gözlərini 
uzun müddət açıq saxlaya bilmədi, gah yumdu, gah açdı. 
Buna görə də yaxşı baxıb ayırd edə bilmirdi ki, açıqcaya 
necə  iri  möhür  vururlar.  Üstündəki  yazıları  oxumaq 
üçünsə  gərək  xeyli  yol  gedəydin.  Həm  də  axı  öz  rahat 
yerindən  qoparılmaq  da  təhlükəlidir.  Maksimka  əlləriylə 
netbukundan yapışıb sakitcə ətrafı seyr etməyə başladı. O, 
səs-küydən, gurultudan, uğultu və küt zərbələrdən, şaqqıltı 
və cingiltidən başını itirmişdi, bilmirdi ki, bütün bu səslər 
hardan  gəlir.  İstəyirdi  yuxuya  getsin,  sonra  da  Efiopiya 


96 
şahzadəsinin  otağında  ayılsın,  ya  da  elə  kral 
dəftərxanasında  yuxudan  dursun.  Ayılıb  görsün  ki,  daha 
heç hara uçmaq lazım gəlməyəcək. 
Maksimka  bir  neçə  gün  zülmətdə  qaldı,  çox  nadir 
hallarda  işıq  üzü  görürdü.  Ətrafdakı  guruldayan, 
şaqqıldayan,  qaynayan  atmosferdən  (daha  doğrusu,  dolu 
və  qalın  kətan  parçalı  kisənin  kənarındakı  havacatdan) 
məlum olurdu ki, onun açıqcasını bir qatardan o biri qatara 
tullayırlar.  Onun  səyahəti  zamanı  təyyarə,  gəmi,  yenə 
təyyarə  nəqliyyat  vasitəsindən  də  istifadə  edildi.  Məsələ 
bunda idi ki, açıqca stolların üstünə atılır, markanın üstünə 
sanki  yastı  bir  gilyotin  kimi  nəhəng  möhür  çırpılırdı.  Bu 
möhür də özündən sonra göl böyüklüyündə ya qırmızı, ya 
da qara bir dairə qoyub gedirdi. 
Səs-küyə  öyrəşib  Maksimka  gözlənilməz  güclü 
təkanlara sakitcə reaksiya verirdi və vaxtını da kompüterin 
arxasında  keçirirdi.  Doğrudur,  kompüterlə  oynamırdı, 
dünya  beynəlxalq  şəbəkələrində  özünə  lazım  olan 
məlumatları  axtarırdı,  qiyabi  dostu  professor  Ernesto 
Rodriqeslə  məktublaşırdı.  Kubalı  filatelist  gənc  səyyahın 
valideynlərini  sakitləşdirməyi  öz  öhdəsinə  götürmüşdü. 
Görünür,  Maksimkanın  ata-anasına  bir-iki  lazımi  söz 
demişdi və buna görə də onlar evdə sakitcə oturmuşdular. 
Yoxsa üstündə Qara Leylək şəkli olan açıqcanı (onlar lap 
yüzlərlə  olsaydı  belə!)  Minskdən  ta  Adis-Abebaya  qədər 
olan bütün yollarda mütləq axtarardılar. 
...Professor  Rodriqes  hər  gün  oğlana  bir  neçə 
məktub  yollayırdı.  Onun  köməkliyi  ilə  Maksimka  tarixi 
hadisələrlə  zəngin  olan  Efiopiya  barədə  təzə  şeylər 
öyrəndi. Belarus məktəblisi hətta vəliəhd Şahzadəyə də bir 
qədər  münasibətini  dəyişdi.  Kral  nəslinin  tarixi  keçmiş 
yüzilliklərdən gəlirdi. Efiopiyada kral da, sadə adamlar da 
çox sınaqlardan çıxıblar...Məşəqqətlər çox olub, daha çox 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə