Ən uca heydəR ƏLİyev bir neçə cəsur insanın 2004-cü IL



Yüklə 79,26 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü79,26 Kb.
#54668

background image
ƏN UCA HEYDƏR ƏLİYEV 

Bir neçə cəsur insanın 2004-cü il  

Qafqazın ənböyük zirvəsindən birini – 

Heydər Əliyev zirvəsini 

ziyarət etməsi münasibətilə 

Şevçenko söyləyib öləndə məni, 

Basdırın ən uca, hündür məkanda. 

Baxanda görünsün gözəl yrdumuz

O gözəl Ukraynam elə o anda. 

 

Vəsiyyət etmədən,  anda vermədən



Zirvəyə yüksəldi dahi bir insan. 

Dağları boran, qar, çovğun alsa da, 

İşin avand olar nə zaman ansan. 

 

Heydər zirvəsinə olmazdı çatmaq, 



Ruhu kömək oldu alpinistlərə. 

Qoca Qafqazın o, başında durub, 

Hey baxır ən yaxın , uzaq ellərə. 

 

Yerlə asimanın tən ortasında, 



Dayanan bir insan nə bəxtiyardır. 

Bir üzü Tanrıya, bir üzü xalqa, 

Yönələn bir insan nə bəxtiyardır. 

 

Çox şükür, Tanrının mərhəmətinə, 



Dağlar onu almış bu gün qoynuna. 

Yaxşı ki, hər yerdən görünür Qafqaz

Bütün dünya rəhmət diləyir ona. 

 

Ən yüksək, ən uca Heydər Əliyev



Qərar tutub başı qarlı zirvədə. 

Həmişə vüqarlı, əzəmətlidi, 

Üz tutub yanına getsək nə vədə. 

 


background image


Vahid, əziz qardaş, sənə min alqış, 

Nə yaxşı sən oldun uca zirvədə. 

Qafqazın ən yüksək Heydər zirvəsin, 

Gözlərin olaydım, görəydim mən də. 



 

13 yanvar 2004. 

Kamal Fərhadoğlu 

Dağlarda nisgilli bir ağım qaldı. – B. : E.L. , 2008. – S.12-13. 

Yüklə 79,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə