Mövzu: Avstraliya və Okeaniya xalqları Plan



Yüklə 40,37 Kb.
səhifə1/2
tarix30.12.2023
ölçüsü40,37 Kb.
#164456
növüDərs
  1   2
movzu3


MÖVZU: Avstraliya və Okeaniya xalqları
Plan:
1.Bölgənin ümumi etnoqrafik səciyyəsi.
2.Avropalıların bu regionalla ilkin tanışlığı.
3.Avstraliya və Tasmaniya xalqları.
3.Okeaniya xalqları (Papauslar, Meloaneziya, Polineziya, Mikroneziya xalqları).

Ədəbiyyat.


1.Adil Sadiqov-Həvil Həvilov. “Etnoqrafiya əsasları”.ADU-1974.Dərs vəsaiti.
2.H.A.Həvilov. “Dünya xalqları etnoqrafiyası”. Bakı-1999.506 s. Dərslik.
3.Nərgiz Quliyeva. “Etnoqrafiya və etnologiya”. Dərs vəsaiti. Bakı-2009. 157 s.
4.Токарев С.А. «Основы этнографии». Москва-1968 г.
5.Чебоксаров Н.Н, Чебоксарова И.А. Народы, расы и культуры. Москва-1985 г.
6.Пучков П.И. Население океании. Москва-1967 г.


  1. Bölgənin ümumi etnoqrafik səciyyəsi

Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf olunan Avstraliya və Okeaniyanin sahəsi 9 mln kv.km-dır. Bunun 7,7 mln kv. km-i Avstraliya materikinin payina düşür.
Geoloji baximdan Avstraliya materiki dünyanin ən qədim kontinentidir. Kaynazoy erasının tektonik hərəkəti materikə çox az təsir göstərmişdir . Odur ki, başqa materiklərdən fərqli olaraq burada demək olarki yoxdur. Materikin iqlimi də onun yerləşdiyi coğrafi qurşaqdan asilidir. O bütünlüklə tropik və subtropik zonada yerləşdiyi üçün gur çayları və dənizləri demək olar ki,yoxdur.
Avstraliyanın faunası da yoxsuldur. Avropalılarin gəlişinə qədər burada kenquru, ayı, qarışqa yeyən, dələ, köstəbək, ördəkburun, yexidna, siçovul və dinqo tipli vəhşi itlər yayılmışdı.Burada qanadlı quşlardan qara rəngli ququşu və digər ov quşlarina ,dəvəquşuna rast gəlinir.
Avstraliyanın faunasına nisbətən florası rəngarəngdir. Materikin şimalında tropik meşə örtüyü, şimal-şərq hissəsində isə evkalipt meşələri vardır.Qalan ərazi isə müxtəlif növ ot bitkiləri və xirda tikanlı kolluqlarla örtülmüşdür.
Avstraliya və Okeaniya çoxdan bəridir ki, dünya alimlərinin diqqətini özünə cəlb etmişdir. Bu maraq ilk növbədə onunla əlaqədardir ki, burada təsərrüfatın ictimai məişət və mədəniyyətin arxaik ünsürləri hələ də aradan çıxmamişdir. Dünyanın başqa yerlərində isə burada müşahidə olunan ibtidai icma qayda-qanunlarina rast gəlinmir.
Məlum olduğu kimi Avstraliya yerlilərinin avtoxton olması barədə heç bir sübut yoxdur. Bəs Avstraliyanin ilkin sakinləri nə vaxt və haradan buraya gəlmişdir? Elmin müasir inkişaf səviyyəsi bu suala hələlik qənaətləndirici cavab verə bilmir.
Avstraliya və Okeaniyanin əhalisinin mənşəyi barədə bir çox alimlər çoxdan bəridir ki, müxtəlif fikirlər söyləyir. Lakin son 20-25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı materiallarına və bu bölgədəki mövcud dillərin dərin etnolinqvistik təhlilinə əsaslanaraq tam elmi bünövrə üzərinə qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır.
Avstraliyanın şərqində Manqo gölü rayonunda aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş daş alətlərin 32 min illik yaşı vardır.Burada habelə 25 min illik yaşı olan və xüsusən fiziki əlamətlərinə görə müasir Avstraliya yerlilərinə oxşayan insan qalıqları da tapılmışdır.
Miqrantların Yeni Qvineyaya axını Cənub-şərqi Asiyadan 25-30 min il bundan əvvəl başlanmışdır. Onlar da avstraliyalılar kimi avstroloid irqi tipinə mənsub idilər. Onların başlıca əmək alətləri hər iki ucu yonulub nazikləşdirilmiş daş baltalar idi.
Sonralar, təxminən 10 min il bundan əvvəl Yeni Qvineyaya əhali axınının daha bir dalğası gəldi.Onlar cilalanmış daş baltalardan istifadə edirdilər. Tədqiqatçılar belə güman edirlər ki, bu cür baltalar ibtidai əkinçilər tərəfindən meşələrin qırılması zamanı istifadə olunurdu. Əgər bu fərziyyə təsdiq olunarsa Yeni Qvineyalılar yer kürəsinin ən qədim əkinçilərindən biri sayılacaqdır.
Yeni Qvineyada məskunlaşan bu köçkünlərin bütün sonrakı nəsilləri papuaslar adlandırılırdılar.Okeaniyaya daha bir miqrasiya, təxminən 5 min il bundan əvvəl gəlmiş və bunlar artıq papuas dillərində deyil, avstroneziya dillərində danışanlar idi.
Sonuncu gəlmələrin ayrı-ayrı hissələri Bismark, Solomon, Yeni Gebrid, Yeni Kaledoniya və Luayote adalarında məskunlaşdılar.
Fici adalarında assimilyasiyaya az məruz qalmış bir qrup şərqi okeanyalılar e. ə. 1200-cü ildə Tonqa adasına çıxaraq, təxminən 200 ildən sonra Samoa adalarına köçüb getdilər.Burada təcrid olunmuş vəziyyətdə yaşayan gəlmələr yeni bir mədəniyyət-polineziya mədəniyyəti yaratdılar.
Bizim eranın əvvəllərindən başlayaraq polineziyalılar Samoadan Markiz adalarına, daha sonra Şərqi Polineziyanın başqa adalarına Yeni Zellandiyaya getdilər.
Müasir elmi məlumatlar əsasında polineziyalıların məskunlaşması barədə iki nəzəriyyə formalaşmışdır: Asiya və Amerika nəzəriyyələri.
Okeaniya xalqları üzrə ən görkəmli mütəxəsis Te Rangi Xiroanın fikirləri geniş yayılmışdır.O, polineziyalıların Asiya mənşəli olduğunu yeni faktlar əsasında bir daha təsdiqləmişdir. Xiroa yerli əhalinin həyat və məişəti ilə yaxından tanış idi. Onun 1950-ci ildə rus dilinə tərcümə edilmiş “Günəşli şərqin dənizçiləri” adlı əsərində, külli miqdarda mənbələr əsasında aşağıdakı nəticələrə gəlinmişdir:
1.Polineziyalıların əcdadları əvvəlcə Hindistanda yaşamış, sonralar İndoneziyaya keçmiş və dənizçi xalqa çevrilmişdilər. Onlar azacıq monqoloid qan qarışığına malik olan avropoid irqinə mənsub idilər.
2. Monqoloid xalqların, çox guman ki, malayların təsiri altında onlar şərqə doğru üz tutaraq Mikroneziya vasitəsi ilə Taiti arxipelağına gəldilər və V əsrdə orada məskunlaşdılar.
3. Sakit okeanın ürəyi olan Taitidə polineziya mədəniyyəti formalaşdı.Bundan sonra buradakı əhali artım üzündən Markiz adalarına, Tuamotu, Havay, Kuka, Tonqa, Yeni Zellandiya adalarına köçüb məskunlaşmişdılar.
Avstraliya və Okeaniya dörd tarixi-etnoqrafik əyalətə bölünür:

  1. Avstraliya

  2. Melaneziya

  3. Mikroneziya

  4. Polineziya

Bu ənənəvi tarixi-mədəni əyalətlər bölgüsü etnoqrafik və coğrafi ədəbiyyatda özünə möhkəm yer tutmuşdur. Həqiqətdə isə son dövr tədqiqatlarının təsdiq etdiyi kimi, yuxarıda adı çəkilən etnoqrafik əyalətlərin heç də hamısında tarixi mədəni otnolinqvistik birlik müşahidə olunmur.
Mikroneziyada da belə mədəni müxtəliflik nəzərə çarpır. Burada da qərb və şərq olmaqla iki mədəni rayon bir birindən kəskin şəkildə fərqlənir.
Bütün bunları, habelə etno-linqvistik xüsusiyyətləri nəzərə alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə almaq mümkündür:

  1. Papuasiya (Yeni Qivineya)

  2. Meloneziya

  3. Avstromeloneziya

  4. Melano-Polineziya

  5. Hind-Mikroneziya

  6. Mikroneziya

  7. Polineziya

Avropalıların Okeaniyada görünməsi və məskunlaşmasından sonra bu vilayətlərin əksəriyyəti ciddi dəyişikliklərə məruz qalmışdır.

Yüklə 40,37 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə