Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   2   3   4   5   6   7   8   9   ...   32

11 
 
ABŞ-ın  bank  və  maliyyə  sektoru  olmaqla,  bütün  dünyada  iqtisadi  tarazlığın 
pozulmasına gətirib çıxardı və maliyyə böhranı qlobal xarakter aldı.
6
        
 
       Böhranın baş vermə səbəbləri kimi aşağıda qeyd olunmuş faktorlar göstərilir:
 
-
 
ABŞ-ın  XXI  əsrin  əvvəllərində  həyata  keçirdiyi  hərbi  əməliyyatlara  külli 
miqdarda  vəsait  xəcləməsi.  ABŞ  Konqresi  tərəfindən  hazırlanan  hesabata 
əsasən  ABŞ-ın  Əfqanıstan  və  İraq  anti-terror  əməliyyatlarında  xərcləri 
1.6trilyon  dollar  təşkil  etmişdir.  Təbii  ki,  bu  maliyyə  itkisi  özünü 
iqtisadiyyatda göstərməyə bilməzdi.  
-
 
Qızılın  qiymətinin ən yüksək həddə çatması. 2008-ci ilin dekabr ayının ilk 
günlərində qramı 25,6 dollardan satılan qızıl bir il sonra 38,5 dollara satıldı. 
-
 
ABŞ dollarının məzənnəsinin kəskin aşağı düşməsi; 
-
 
ABŞ-da  həyata  keçirilən  səmərəsiz  “ipoteka  kreditləri”  siyasəti.  Belə  ki, 
1920-ci illərdə olduğu kimi 2000-ci illərdə də əksəriyyətin marağı gəlirlərini 
ABŞ-da daşınmaz əmlak sektorunda dəyərləndirmək oldu. Nəticədə ABŞ-da 
mənzil  qiymətləri  2  dəfə  artdı  və  ölkə  büdcəsinə  650.000.000$  əlavə  gəlir 
daxil oldu. Digər tərəfdən, “İctimai İnvestisiya Aktı”-na əsasən orta və aşağı 
gəlirli əhalinin ev və digər istehlak kreditləri almasına şərait yaradılmalı idi. 
Bununla  da  kredit  verən  qurumlar  öz  tələblərini  yumşaltdılar.  Akta  edilən 
digər  dəyişikliklər  dövlət  tərəfindən  öhdəliklərinə  zəmanət  verilən  və 
dövlətdən limitsiz kredit ala bilən açıq səhmdar cəmiyyətlərinin həmin aşağı 
və  orta  gəlirlilər  qrupuna  da  investisiya  yönəltməsinə  imkan  yaratdı.  Bu 
əslində kredit qabiliyyəti olmayan qrupa kredit vermə prosesinin başlanması 
demək  idi
.
  2007-ci  ilin  sonlarından  etibarən  isə  mənzil  bazarında  mövcud 
qiymət  artımı  sürətli  enmə  ilə  əvəz  olundu.  Beləliklə,  kredit  bazarı  çökdü, 
kredit  borclarını  ödəyə  bilməyənlər  iflas  etdi,  alınan  mənzillər  isə 
ödənilməyən borc səbəbindən istehsalçı şirkətlərə geri qaytarıldı. Müsadirə 
                                                 
6
 
R.Blackburn “The Suprime Crisis” (2008), pg. [ 96 ] : 
htttp://faculty .washington.dc/sparke/blackburn.pdf  (son baxılma tarixi: 09.02.2014)
 


12 
 
edilmiş  çoxlu  sayda  evlər  bir  anda  bazara  çıxarıldıqda  isə  bazardakı 
daşınmaz əmlakın qiyməti kəskin şəkildə aşağı düşdü.
 
6
 
-
 
Külli  miqdarda  kreditlərin  verilməsi  ilə  bankların  iflası.  Verilən  kreditlər 
əsasən  banklardan  götürüldüyü  üçün  banklar  kredit  riski
8
 ilə  üzləşdilər. 
Kredit  riski  isə  “Bank  Amerika”,  “UBS”,  “HSBC”  kimi  bank  sektorunda 
böyük nüfuza malik onlarla banklarda ümümilikdə 260.000.000.000.000$-ın 
itirilməsi  ilə  nəticələndi.  Bundan  başqa,  bank  sektorundakı  yaranmış 
problemlər  xəbər  insanlar  arasında  banklara  inamı  azaltdı  və  onlarda 
banklardakı  depozitlərini
9
 itirmək  qorxusu  yaratdı.  Bunun  nəticəsində  isə 
hətta  sağlam  bankların  müştəriləri  də  depozit  hesablarındakı  pulları  geri 
götürməyə başladılar.
7
 
-
 
Neftin qiymətində gözlənilməyən artım. 1 barel neft qiymətinin147$-a qədər 
gözlənilməyən  artımı  Federal  Ehtiyatlar  Sisteminin  faizləri  yüksəltməsinə 
səbəb  oldu.  Bu  da  vətəndaşların  kredit  və  onun  faizlərinin  ödəmə 
qabiliyyətini aşağı saldı.
8
 
         Beləliklə,  yuxarıda  göstərilmiş  səbəblər  ABŞ-da  maliyyə  böhranının 
başlanmasına  səbəb  oldu.  Nəticədə  maliyyə  institutları  böyük  risklə  üzləşdilər. 
Böhran zamanı ABŞ-ın öndə gələn 13 ən böyük maliyyə qurumunun 12-si bir-iki 
həftə ərzində iflas təhlükəsi ilə qarşı-qarşıya qaldı.  
       Böhranın  ilkin  təsirləri  ABŞ  maliyyə  bazarının  əsas  donorları  -  Çin  və 
Rusiyada  qeydə  alındı.  Belə  ki,  Çin  ABŞ  hökumətini  maliyyəşlədirən  ən  böyük 
kreditordur.  Asiya  nəhənginin  653  milyard  dolları  ABŞ-ın  xəzinə  veksellərinə 
qoyulub, 400 mlrd. dollarına isə ABŞ şirkətlərinin uzunmüddətli öhdəlikləri alınıb. 
                                                 
6
 
C. Sönmez “Küresel krizin çıkış kaynağı: Mortgage kredileri” (2009), sayfa [ 88-90 ]
 
7
 
Z. Turan “Dünyadakı krizlerin ortaya çıkış nedenleri ve ekonomik kalkınmaya etkisi” (2009), sayfa  
 [ c.4, 56-80 ] 
8
 http://jurnal.meclis.gov.az/news.php?id=24 (son baxılma tarixi: 11.02.2014 ) 
____________________________ 
 
8
  
Kredit riski alınan kreditin və onun faiz dərəcəsinin ödənilməsinin yerinə yetirilə bilməsidir.
  
9
 Depozit fiziki və hüquqi şəxslərin bankda saxlanılan pul vəsaitləridir. 
 
 
 


13 
 
Çinin  qızıl-valyuta  ehtiyatlarının  da  təxminən  70%-i  ABŞ-dadır.  Deməli,  bu 
ölkələr  iqtisadi  fəlakətdən  ya  birgə  xilas  olmalı,  ya  da  birgə  çökməli  idilər. 
Rusiyanın isə ABŞ-dakı ehtiyatlarının həcmi 150 milyard dollardan çoxdur. 
       Böhranın  təsiri  2008-ci  ilin  oktyabr  ayından  Avropada  da  hiss  olunmağa 
başladı.  Avropadakı  maliyyə  böhranının  başlıca  səbəbi  kimi  Avropa  ölkələri  ilə 
ABŞ  arasındakı  maliyyə  və  sahibkarlıq  baxımından  sıx  bağlılığı  göstərmək  olar. 
Belə ki, ABŞ və Avropada fəaliyyət göstərən beynəlxalq şirkətlər və banklar ABŞ-
dakı fəaliyyətlərindən güclü zərər çəkməyə başlayınca ümumi gəlirləri də azalmış 
oldu. Bundan başqa, bir sıra Avropa şirkətləri var ki, yalnız ABŞ-a ixrac edilməsi 
üçün məhsul istehsal edir. Bu hal ABŞ ilə Avropa ölkələri arasındakı bağlılığı daha 
da  artırır  və  birinə  zərər  dəydiyi  halda,  hər  iki  tərəfdə  milyonlarla  iş  yerlərinin 
bağlanmasına  gətirib  çıxarır.  Əlavə  olaraq,  bir  çox  Avropa  şirkətinin  və  adi 
vətəndaşlarının  ABŞ-dakı  şirkətlərin  səhmlərinə  sahib  olduqlarından,  ABŞ-dakı 
şirkətlərin  müflisləşməsindən  bilavasitə  zərər  çəkməyə  başladılar.  Böhrandan 
zamanı hadisələrin inkişafı Avropa ölkələri üzrə aşağıdakı kimi olmuşdur: 
        Yunanıstan:  ABŞ-dakı  böhran  Avropada ilk olaraq  Yunanıstana  zərər vurdu, 
çünki  Yunanıstan  iqtisadiyyatının  əsas  sahələri  olan yükdaşıma və turizm ABŞ-
dakı iqtisadi vəziyyətdən asılı idi. ABŞ-la aparılan ticarət dövriyyəsinin azalması 
yükdaşımaya təsir etdi. ABŞ-dakı böhran, eyni zamanda, oradan və digər Avropa 
ölkələrindən  Yunanıstana  gələn  turistlərin  sayını  hiss  olunacaq  dərəcədə  azaltdı. 
Yunanıstanın  büdcə  defisiti
10
 getdikcə  dərinləşməyə  başladı,  yəni  büdcə  gəlirləri 
getdikcə  azaldığına  görə  xərclə  gəlirin  arasındakı  fərq  getdikcə  böyüdü.  Nəticədə 
Yunanıstanın  iqtisadiyyatı  böhrana  dücar  oldu  və  ölkə  xaricindən  maliyyə 
dəstəyinə ehtiyac yarandı. 
        İrlandiya: İrlandiya dövləti isə ölkədə fəaliyyət göstərən altı ən böyük bankına 
zamin  durmuşdu,  yəni  həmin  altı  bankdan  hər  hansının  çətinlik  çəkdiyi  halda, 
dövlət  ona  maliyyə  yardım  etmək  öhdəliyini  öz  üzərinə  götürmüşdü.  Bu  cür 
öhdəliklər  nadir  hal  deyil.  Böyük  bankların  müflisləşməsi  iqtisadiyyata  böyük 
ziyan vurduğu üçün dünyadakı əksər ölkələrin dövlətləri böyük bankları qorumaq 
                                                 
10
 
Defisit büdcə xərci ilə büdcə gəliri arasındakı fərqdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə