Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   2   3   4   5   6   7   8   9   ...   32


 
əmlaka külli miqdarda investisiya qoydular. Nəticə isə gözləniləndən fərqli 
oldu.  Belə  ki,  1928-ci  ilin  sentyabrında  Nyu-Orleans  ştatından  başlayan 
“Katrina”  qasırğası  ştatın  80%-ni  su  altında  qoydu.  Qasırğanın  təsiri 
Luizana,  Missisipi,  Alabama,  Florida  və  digər  ştatlarda  da  hiss  olundu. 
Qasırğa  1836  nəfərin  ölümünə  səbəb  olmuş,  minlərlə  ev  ziyan  görmüş, 
ümumilikdə ABŞ büdcəsinə 81.2 milyard dollar ziyan dəymişdi. Baş vermiş 
hadisədən  sonra  insanlar  böyük  məbləğlərlə  aldıqları  daşınmaz  əmlakları 
dəyərindən aşağı qiymətə satmağa başladılar; 
-
 
Avropalı sahibkarların böyük hissəsinin sərmayələrinin dəyərləndirilməsində 
ABŞ  banklarına  üstünlük  verməsi.  Beləliklə,  ABŞ-a  axan  Avropa  pulu  ilə 
birlikdə  birjada  süni  yüksəliş  baş  verdi.  Qısa  müddətdə  zəngin  olmaq 
xəyalının  yaratdığı  “sərmayə  çılğınlığı”  1929-cu  ilin  24  oktyabrı-“Qara 
cümə axşamı”-na kimi davam etdi. 
       1929-cu  il  24  oktyabr  tarixində  isə  “Nyu-York  Fond  Birjası”-nın  səhm 
dəyərlərində  rekord  enmə  qeydə  alındı.  Məhz  həmin  gecə  1929-cu  il 
qiymətləndirilməsi ilə desək, 4.2 milyard dollar yox oldu. İlin sonuna kimi isə bu 
rəqəm  təxminən  30  milyard  dollar  oldu.  4.000  bank  iflas  etdi.  Bankların  sürətli 
iflası banklara olan etimadın itməsinə gətirib çıxardı. 1929-cu il 29 oktyabrda isə 
Nyu-York Fond Birjası tamamilə çökdü. Vəziyyət xərclərin, təlabatın və istehsalın 
ən  aşağı  səviyyəsinin  qeydə  alınması  ilə  nəticələndi.  Böhran  qısa  bir  müddət 
ərzində  “domino”  təsiri  yaradaraq  başda  sənayeləşmiş  ölkələr  olmaqla,  bir  çox 
ölkələrin iqtisadiyyatına mənfi təsir etdi. Beləliklə, ABŞ-da başlayan lokal maliyyə 
böhranı miqyasına görə bütün dünya ölkələrini əhatə edən qlobal maliyyə böhranı 
ilə əvəz olundu.
2
 
       Böhranı  fərqləndirən  digər  cəhət  böhranın  istehsal  azlığından  deyil,  istehsal 
artıqlığı  səbəbindən  yaranmasıdır.  Məlum  məsələdir  ki,  qıtlıq  böhranı  kütləvi 
kasıblıq yaradırsa, artıqlıq böhranı sahibkarları müflisləşdirir.  
                                                 
2
 
K. Soylu 1929 Ekonomik buhranı: 
http://akademikperspektif.com/2014/10/23/1929-ekonomik-buhrani/
  (son baxılma tarixi: 05.02.2015)
 



 
        I  Dünya  Müharibəsindən  sonra  isə  bütün  dünyada  müharibənin  mənfi 
nəticələrini aradan qaldırmaq və dövlətlər arasında münasibətləri inkişaf etdirmək 
siyasəti  həyata  keçirildi.  Əsas  diqqət  yetirilən  sahələrdən  biri  ticarət  sahəsi  idi. 
Yeni  texnologiyaların  sənayeyə  tətbiqi  nəticəsində  məhsuldarlıqda  rekord  artım 
müşahidə olundu. Təlabatdan artıq məhsul istehsalı ehtiyatları artırdı və qiymətlər 
sürətlə aşağı düşdü. Vəziyyətdən çıxış yolu kimi artıq məhsullar yandırılaraq məhv 
edildi,  məhsul  istehsalı  azaldıldı.  Avtomobil  sənayesinin  inkişaf  etdiyi  ABŞ-da 
yüzlərlə  yeni  istehsal  olunmuş  və  istifadə  edilməmiş  satılmayan  avtomobillər 
dənizə  atılaraq  məhv  edildi.  Nəticədə  bir  çox  iş  yerləri  bağlandı,  kütləvi  işsizlik 
yarandı. 
                                                               
0,00%
5,00%
10,00%
15,00%
20,00%
25,00%
%-lə
3,30%
8,90%
15,90% 23,60% 24,90%
1929
1930
1931
1932
1933
 
Şəkil 1. 1. 1929-33-cü illərdə dünyada işsizliyin göstəricisi.
3
  
 
                     
 
       Böhranın  ilkin  təsiri  ABŞ-la  yanaşı,  ABŞ-a  külli  miqdarda  borcu  olan 
Almaniya  və  Böyük  Britaniyada  qeydə  alındı.  I  Dünya  Müharibəsindən  böyük 
zərbələr  almış  Almaniyada  işsizlərin  sayı  1929-cu  ilin  sonunda  6.000.000  nəfərə 
çatdı. Böyük Britaniya isə Almaniyaya nisbətən böhrandan daha az təsir gördü və 
bu təsir sənaye və ixracat sektorlarında daha çox hiss olundu.  
       
İqtisadi  böhranın  doğurduğu  çətinliklər  1931-ci  ildən  etibarən  Fransa 
iqtisadiyyatında  da  özünü  göstərdi.  Sənaye  məhsulları  iki  dəfə  azaldı.  İşsizlərin 
                                                 
3
 
http://www.doctorhousingbubble.com/finance-economy-part-time-employment-government-spending-
investing-history-japan-and-united-states/
  
(son baxılma tarixi: 07.02.2014) 
 


10 
 
sayı  ölkə  əhalisinin  14.1%-ni  təşkil  etdi.  Bütün  bunlar  1931-1933-cü  illərdə 
Fransada bir neçə hökumət kabinetinin dəyişilməsinə səbəb oldu.  
       Yaranmış durğun vəziyyət Latın Amerikası ölkələrində-Argentina, Avstraliya, 
Uruqvay  və  Braziliyada  da  müşahidə  olundu.  Belə  ki,  iqtisadiyyatlarını  kənd 
təsərrüfatı  məhsullarının  ixracı  hesabına  inkişaf  etdirən  Latın  Amerikası  ABŞ  və 
Avropa ölkələrindən aldıqları borcları geri qaytara bilmədilər, nəticədə bu ölkələr 
kredit verməyi dayandırdılar. 
4
 
       Böhran nəticəsində: 
-
 
Dünya  ölkələrində  sənaye  istehsalı  30  il  öncəki  səviyyəyə-20-ci  əsrin 
əvvəllərinə endi. (ABŞ-da 46%, Böyük Britaniyada 24%, Almaniyada 41%, 
Fransada 32%);  
-
 
Səhmlərin  qiymətləri  kəskin  şəkildə  düşdü.  (ABŞ-da  87%,  Böyük 
Britaniyada 48%, Almaniyada 64%, Fransada 60%); 
-
 
 32 ölkədə işsizlərin sayı 30 milyona yüksəldi. Ən yüksək hədd ABŞ-da (14 
milyon) qeydə alındı.
5
 
       Beynəlxalq  ticarətdə  pul  və  maliyyə  siyasətlərinin  düzgün  qurulmaması,  bir 
çox  ölkələrin  vahid  valyuta  sistemini  seçməsi,  qlobal  iqtisadi  tarazlığın  lazımi 
səviyyədə  saxlanıla  bilməməsi  2008-ci  ildə  yeni  qlobal  maliyyə  böhranının  baş 
verməsi  ilə  nəticələndi.  Analitiklərin  fikrincə,  2008-ci  il  maliyyə  böhranı  əhatə 
dairəsi və təsirləri baxımından1929-33-cü il böhranından sonra dünyada  ikinci ən 
dəhşətli qlobal maliyyə böhranıdır. 
        2007-ci  ilin  ortalarından  etibarən  gizli  formada  ABŞ-ın  mənzil  bazarında 
problemlərlə  özünü  göstərən  böhran  15  sentyabr  2008-ci  ildən  ABŞ-ın  158  illik 
tarixi olan IV böyük investisiya bankı “Lehman Brozers”-in iflas etməsiylə başladı. 
Həmin gün amerikanlar tərəfindən “Qara bazar ertəsi” adlandırıldı. İlkin mərhələdə 
ABŞ-da  daşınmaz  əmlak  sektorunda  yaranan  və  yalnız  ABŞ  iqtisadiyyatına  təsir 
edəcək  “problem”  kimi  qiymətləndirilən  maliyyə  böhranı  qısa  zamanda  başda 
                                                 
4
 
Ç.Kindlberqer, R.Aliber “Dünya maliyyə böhranları. İflas, təftiş və maniyalar” Bakı-2010, səh [ 176 ] 
5
 S.Bağırov “Dünya maliyyə böhranı kapitalizm böhranıdır” Bakı 2013, səh. [ 10 ]
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə