Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   2   3   4   5   6   7   8   9   ...   24

 

14

təsdiqləyərək  onun  dibi  ilə  inşa  olunacaq  neft-qaz  kəmərlərinin  ətraf  mühit  üçün 



təhlükə yaradacağını qeyd edirlər. 

Xəzər regionunda neft-qaz hasilatının getdikcə artması, təbii ki, ətraf mühitə 

texnogen  təsirin  güclənməsinə  səbəb  olacaqdır.  İmkan  daxilində  bunun  qarşısını 

almaq  üçün  bu  gün  ən  vacib  məsələlərdən  biri  kimi  bu  sahədə  dövlətlərarası 

əməkdaşlığı  genişləndirmək  lazımdır.  Yalnız  bu  istiqamətdə  aparılan  praktik 

fəaliyyət Xəzər dənizinin ekosisteminin mühafizəsində səmərə verə bilər. 



 

1.2. Xəzərin bioloji resurslarının ekocoğrafi və iqtisadi  

qiymətləndirilməsi 

 

Karbohidrogen  ehtiyatları  ilə  yanaşı,  Xəzər  bitki  və  heyvanat  aləmi 



təsərrufatları  baxımından  da  mühüm  əhəmiyyət  kəsb  edir.  Bioloji  ehtiyatların 

dənizdə  yayılmasını  dənizin  hidroloji  xüsusiyyətləri,  qida  maddələrinin  qeyri-

bərabər paylanması və üzvi maddələrin minerallaşma səviyyəsi müəyyən edir. 

Xəzər  dənizində  heyvanat  aləminin  1839  növü  mövcuddur.  Onlardan 

təxminən 78%-ni onurğasızlar təşkil edir. Bitki aləmi isə dənizdə, əgər belə demək 

mümkünsə, 733  növlə təmsil olunur. Onların da böyük əksəriyyəti,  yəni 99%-dən 

çoxu yosunlardır. 

Sözsüz  ki,  Xəzər  dənizi  ilk  növbədə  özünün  balıq  ehtiyatları  ilə  zəngindir. 

Mütəxəssislərin  fikrincə,  Xəzər  dənizində  124-dən  156-dək  balıq  növü  var.  Qara 

və Aralıq dənizləri ilə müqayisədə Xəzərin ixtiofaunası müxtəliflik baxımından bir 

o  qədər  də  zəngin  deyil.  Bununla  belə,  Xəzər  dənizi  ixtiofaunanın  yüksək 

məhsuldarlığı  ilə  Cənubi  Avropa  dənizlərindən  fərqlənir.  Növ  və  yarımnövlər 

arasında  Xəzər  dənizində  başlıca  yeri  xulkimilər  (35,6%),  çəkikimilər  (22,7%)  və 

siyənəkkimilər  (17,8%)  tutur.  Onların  payına  dənizdə  olan  ixtiofaunanın 

fərqləndirici  cəhətlərindən  biri  də  onların  təxminən  46%-nin  endemik  şəkildə 

olmasıdır. 




 

15

Daha  çoxsaylı  endemik  formalar  siyənəkkimilər  qrupunda  yayılmışdır. 



Endemik canlı orqanizm  kimi suiti Xəzər  dənizində özünə  məxsus  yer tutur.  Belə 

ki, suiti ovunun burada təxminən üç yüz ilə qədər vətəgə ovu tarixi var. Hələ keçən 

əsrdə Xəzərdə ildə yüz minllərlə suiti ovlanırmış. Son onillikdə ekoloji vəziyyətin 

gərginləşməsi  ilə  bağlı  suitinin  sayı  xeyli  azalmışdır.  Eyni  zamanda,  suitinin 

akvatoriyada yayılma sahəsi də qısalaraq əsasən Şimali və Orta Xəzər bölgələri ilə 

məhdudlaşmışdır. 

Şimaldan  cənuba  doğru  suyun  duzluluğunun  dəyişilməsi  (artması)  və 

mineral  maddələrin  paylanma  xüsusiyyətləri  balıqların  qida  məhsullarının 

yaranmasına,  növünə  və  həcminə  birbaşa  təsir  göstərir.  Vətəgə  balıqlarının 

coğraftyası və buna uyğun olaraq müəyyən edilir. 

Xəzərdə balıqların əsas kütləsi sahilyanı zonalarda  məskən salmışdır. Onlar 

başlıca olaraq dənizin 50-75 metr dərinliklərində yaşayırlar. 

Vətəgə  balıqlarını  burada  əsasən  kilkə,  nərəkimilər  və  siyənkkimilər  təşkil 

edir. Nərəkimilərin yayılma sahəsi  Şimali Xəzərin şelf zonası, Orta Xəzərin qərb 

hissəsi və Cənubi Xəzərin şərq hissəsidir. Qız dövründə nərəkimilər əsasən Orta və 

Cənubi Xəzərə çəkildikləri halda, yazda su tədricən isindikcə şimala doğru hərəkət 

edirlər. 

Nərəkimilər kürü tökmək üçün başlıca olaraq Şimali Xəzər və Volqa çayına 

miqrasiya edirlər. Digər  iri çaylar  istiqamətlərində  nərəkimilərin  hərəkəti  nisbətən 

azdır.  Bütün  bunlara  uyğun  olaraq  nərəkimilərin  ovlanmasının  paylanma  dərəcəsi 

xeyli fərqlidir. Ən çox nərə ovu Xəzər-Volqa bölgəsinin payına düşür. Bu göstərici 

69%  təşkil  edir.  Digər  yerlərdə  nərəkimilərin  ovu  müvafiq  olaraq  Xəzər-Uralda 

21%, Xəzər-Kürdə isə 0,9% təşkil edir. 

Nərəkimilərin ovunun ildən-ilə azaldığını və dünya üzrə onun ovunun 95%-

nin  Xəzər dənizinin payına düşdüyünü  nəzərə alsaq, onda bu  nadir balıq  növünün 

mühafizəsinin  necə böyük əhəmiyyət daşıdığı aydın olar. Yalnız son on  il ərzində 

nərəkimilərinin  ovu  təxminən  10  dəfə,  o  cümlədən  son  5  ildə  2  dəfə  azalmışdır. 



 

16

Əgər 1985-ci ildə nərəkimilərinin ovu 28,5 min ton olmuşdursa, artıq 2013-cü ildə 



1,5 min tona qədər azalmışdır. 

Son  25  ildə  balıq  ovunun  əsasını  kilkə  təşkil  edir.  1980-ci  illərdən 

başlayaraq  onun  xüsusi  çəkisi  ümumi  balıq  ovunda  75%  ötmüş  və  hal  hazırda 

96%-ə  çatmışdır.  Bununla  belə,  digər  balıq  növləri  kimi,  kilkə  ovunun  həcmi  də 

son 10 il ərzində 2 dəfədən çox azalmışdır. Azərbaycan bölgəsində son 4 il ərzində 

kilkə ovu 5 dəfə azalmışdır. 

 

Xəzər dənizində əsas balıq növlərinin ovunun dəyişməsi (1980-2005-cü 

illər ərzində, min ton) 

 

Balıq növləri 

1980 

1985 

1995 

2005 

Nərəkimilər  

25,0 

28,5 

2,9 

1,5 

Kilkə 

304,7 

400,0 

107,8 

50,0 

İri pulcuqlular 

23,0 

35,0 

41,2 

- 

 

Kilkə  balığı  ovunun  kəskin  azalmasının  əsas  səbəbi  tənzimlənməyən 



qanunsuz  ov  və  Qara  dənizdən  Xəzərə  daxil  olmuş  mneopsisdir.  Bu  sadə  canlı 

orqanizm  kilkənin  əsas  qida  mənəbəyi  olan  canlılarla  qidalandığından  onun 

həcminin  azalmasına  səbəb  olmuşdur.  Qısa  müddət  ərzində  intensiv  surətdə  artan 

və dənizin hər tərəfinə yayılan mneopsis Xəzərin bioloji aləmi üçün böyük təhlükə 

yaratmışdır.  Kilkənin  sayının  bərpası  üçün  kifayət  qədər  qida  mənbəyi  tələb 

olunur.  Deməli,  kilkənin  qida  mənbəyinə  ortaq  çıxmış  mneopsislə  mübarizə 

aparmaq  lazımdır. Bu  məqsədlə  məhz  mneopsislə  qidalanan berol adlı digər canlı 

orqanizmin Xəzər dənizinə gətirilməsi nəzərdə tutulmuşdur. 

Kilkədən  fərqli  olaraq  nərəkimilərin  həcminin  azalmasına  əsas  səbəb 

qanunsuz  balıq  ovu  və  böyük  həcmdə  qiymətli  qida  sayılan  kürü  əldə  edərək, 

demək olar ki, mümkün artımın qarşısının alınmasıdır. Qismən İran istisna olmaqla 

nərəkimilərin böyük həcmdə qanunsuz ovu ilə bütün Xəzəryanı dövlətlərdə məşğul 

olurlar. Nərəkimilərin əsas hissəsi kürü tökmək üçün Rusiya sahillərinə, şirin suya 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə