Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   2   3   4   5   6   7   8   9   ...   24

 

17

can atır. Digər Xəzəryanı blkələrdən fərqli olaraq bu ölkədə qayıqların sayı-hesabı 



yoxdur və genişmiqyaslı qanunsuz balıq ovu baş alıb gedir. 

Rusiyanın  cənub  dənizlərində  qanunsuz  balıq  ovunun  artmasını  sübut  edən 

faktlardan biri də Krasnodar diyarının nisbətən əlverişli hesab olunan Azov dənizi 

sahillərindəki  vəziyyətidir.  Son  bir  il  ərzində  qanunsuz  balıq  ovu  nəticəsində 

nərəkimilərinin  həcmi  burada  10  dəfə  azalmışdır.  Xəzər  dənizinin  Rusiyaya  aid 

olan hissəsində vəziyyət daha acınacaqlıdır. Müxtəlif mənbələrə görə, burada hər il 

qanunsuz olaraq bir neçə min ton nərəkimilər ovlanır. Əlbəttə, qanunsuz balıq ovu 

Xəzərin  digər  bölgələrində  də  müşahidə  olunur.  Lakin  onun  həcmi  Rusiya 

bölgəsində aparılan qanunsuz ovdan xeyli azdır. 

Nərəkimilər  qədim  və  nadir  balıq  növlərindən  olduğu  üçün  və  bu 

populyasiyanın sayının azalması beynəlxalq təşkilatları da  narahat edir. Yox olma 

həddinə çatmış nərəkimilərinin sayına nəzarət və onların  mühafizəsi üçün Xəzərin 

fauna və florasını daim diqqət mərkəzində saxlayan xüsusi beynəlxalq konvensiya 

(CİTES)  mövcuddur.  Onlar  Xəzəryanı  dövlətlərə  hər  ildə  nərəkimilərin 

ovlanmasına  və  kürünün  eksportuna  kvotalar  müəyyən  edir.  Hər  bir  Xəzəryanı 

ölkəyə  kvotanın  həcmi  müəyyən  edildikdə  başlıca  olaraq  bu  ölkənin  süni 

balıqartırma  məntəqələrindən  dənizə  buraxılan  balıq  körpələrinin  sayı  və  dəniz 

sahili ərazidərin mühafizəsinin təmin edilmə səviyyəsi nəzərə alınır. 

Dənizə buraxılan körpə balıqların sayına görə Rusiya və İran xeyli irəlidədir. 

2013-cü  ildən  etibarən  Rusiya  bölgəsindən  dənizə  42,2  mln.  ədəd  balıq  körpəsi 

buraxılmışdır.  Rusiyanın  əsas  balıq  artımına  müəssisələri  Volqa  çayı  deltasında 

yerləşdirilmişdir. 

Qazaxıstanda nərəkimiləri artırma zavodları Atırau vilayətindədir. Burada 2 

iri  balıqartırma  zavodu  fəaliyyət  göstərir  ki,  onların  da  hər  biri  ildə  3  mln  körpə 

balıq yetişdirmə gücünə malikdir. 

2003-cü  ildə  Neftçalada  istifadəyə  verilmiş  yeni  balıqartırma  müəssisəsi 

buradan  dənizə  hər  il  15  mln.  körpə  balıq  buraxmağa  imkan  yaratmışdır.  Hazırda 

dənizə buraxılan körpə nərəkimilərin 15-20%-ni Azərbaycan bölgəsi təmin edir. 




 

18

Bunu  nəzərə  alaraq  CITES  2004-cü  ildən  ölkəmizə  ayrılan  qara  kürünün 



kvotasını  9  tona  qaldırmışdır.  Lakin  Xəzərdə  qanunsuz  balıq  ovlanmasının  həcmi 

artdığı  üçün  2006-cı  ildə  bu  göstərici  6,5  tona  endirilmiş  və  sonradan  (Rusiya, 

Qazaxıstan,  Türkmənistan  ölkələri  ilə  birlikdə)  buna  da  qadağa  qoyulmuşdur. 

Balıqların  ovlanmasına,  süni  artırılmasına  və  dənizə  buraxılmasına  uyğun  olaraq 

CITES  beynəlxalq  təşkilatı  qara  kürünün  eksportuna  2006-cı  ildə  yalnız  İran 

tərəfinə  (44,7  ton  həcmində)  icazə  vermişdir.  Qara  kürünün  eksport  həcmini 

tənzimləyən  CITES  beynəlxalq  təşkilatı  eyni  zamanda  nərəkimilərin  ovunu  da 

Xəzəryanı  dövlətlər  arasında  bölüşdürür.  Buna  uyğun  olaraq,  2006-cı  ildən 

nərəkimilərin  ovlanması,  müvafiq  şəkildə:  İrana    500  ton,  Rusiyaya    258  ton, 

Qazaxıstana  195 ton, Azərbaycana  92 ton icazə verilmişdir. 

 

Xəzəryanı dövlətlərə qara kürünün eksportu üzrə ayrılmış kvotalar 

(2003-2006-cı illərdə) 

 

Ölkələr 

2003 

2006 

Tonla 

%-lə 

Tonla 

%-lə 

İran 

75,7 

54 

50,5 

44,8 

Rusiya 

31,3 

22,3 

39,0 

34,6 

Qazaxıstan 

25 

17,9 

13,2 

11,7 

Azərbaycan 

4,5 

3,2 

6,5 

5,7 

Türkmənistan 

3,6 

2,6 

3,5 

3,2 

Cəmi 

140,1 

100 

112,7 

100 

 

2003-cü  ildə  İran  xaricə  65 ton qara kürü  ixrac etmişdir. Əgər  nəzərə alsaq 



ki, dünya bazarında 1 kq qara kürünün qiyməti 750 ABŞ dollarıdır, onda aydın olar 

ki, İranın qara kürü satışından gəliri 50 mln. ABŞ dollarına yaxın olmuşdur. Şimali 

Amerikada isə 1 kq bölgə (ağbalıq) kürüsünün qiyməti 3 min ABŞ dolarına çatır. 



 

19

Bütün bunlarla yanaşı, «qara bazar»da yüzlərcə ton qanunsuz ovlanmış nərə 



balıqlarının  və  qara  kürünün  alveri  davam  etməkdədir.  Bu  səbəbdən  də  bir  çox 

beynəlxalq  təşkilatlar  nərəkimilərin  yox  olması  təhlükəsini  gördükləri  üçün  bu 

balıqların  ovuna  müvəqqəti  qadağa  qoyulması  təklifini  irəli  sürmüşlər.  Belə  ki, 

ABŞ-ın «Təhlükə altında olan növləri aktı»na əsasən (US.Endangered Akt) ağbalıq 

da  yox  olmaqda  olan  balıqlar  siyahısına  daxil  edilib.  Eyni  zamanda,  müvafiq 

təşkilatlar  2004-cü  ildə  Xəzəryanı  ölkələrin  dünya  bazarına  qara  kürü 

çıxarmalarına məhdudiyyət qoymuşlar. 

CITES təşkilatının  məlumatlarına görə, hər il Xəzərdə tutulan nərəkimilərin 

70%-dən  çoxu  qanunsuz  ovlanır.  Məsələnin  ən  dəhşətli  cəhəti  ondan  ibarətdir  ki, 

qanunsuz  tutulan  balıqların  əsas  həcmi  nərəkimilərin  kürütökmə  dövrünə  düşür. 

Daha  çox  qara  kürü  əldə  etmək  üçün  «başabəla  balıqçılar»  minlərlə  dişi  balıqları 

məhv edir və beləliklə, dənizin bioloji aləminə bərpa olunmayacaq ziyan vururlar. 



 

Xəzəryanı dövlətlərə nərəkimilərin ovlanması üzrə 

ayrılmış kvotalar (2003-2006-cı illərdə) 

 

Ölkələr 

2003 

2006 

Tonla 

%-lə 

Tonla 

%-lə 

İran 

671 

45,2 

500 

45,9 

Rusiya 

417 

28,1 

258 

23,7 

Qazaxıstan 

226 

15,2 

195 

17,9 

Azərbaycan 

109 

7,3 

92 

8,4 

Türkmənistan 

63 

4,2 

44,4 

4,1 

Cəmi 

1486 

100 

1089,4 

100 

 

Yaranmış  gərgin  vəziyyəti  aradan  qaldırmaq  üçün    bütün  Xəzəryanı 



dövlətlər  dənizin  balıq  ehtiyatlarını  mühafizə  etmək  sahəsində  əməkdaşlığı 

gücləndirərək  müvafiq  tədbirlər  planı  həyata  keçirməlidirlər.  Yalnız  birgə  və 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə