Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

41

əhəmiyyət  verilir.  Belə  ki,  qısa  müddət  ərzində  Aktau  limanında  yenidənqurma 



işlərinin aparılması nəticəsində onun yükötürmə gücü iki dəfə artaraq ildə 12 mln. 

tona  çatmışdır.  2015-ci  ildən  sonra  Qazaxıstanın  ildə  150  mln.  tondan  çox  neft 

hasil  edəcəyini  nəzərə  alsaq,  onda  Aktau  limanında  Bakı,  Mahaçqala  və  Neka 

istiqamətində də neftdaşımaların həcminin kifayət qədər artacağını gözləmək olar. 

Odur  ki,  Azərbaycan  tərəfi  hələ  qabaqcadan  Rusiyada  yeni  tankerlərin  tikintisini 

sifariş  vermişdir.  Tankerlərin  hər  biri  ayda  orta  hesabla  7  dəfə  Aktau  limanından 

neft daşımasını təmin edəcəkdir. Məlumdur ki, Qazaxıstanın sahil ərazilərində neft 

hasilatının  artımı  əsasən  Tengiz  yatağı  hesabınadır.  Elə  bu  səbəbdən  də  Tengiz 

yatağında  ekoloji  monitorinqin  aparılması  bölgənin  ən  mühüm  məsələlərindən 

biridir. 

Qeyd  etdiyimiz  kimi,  Xəzərin  Qazaxıstan  sektorunda  zəngin  neft 

ehtiyatlarının  aşkarlanması  bu  bölgədən  müxtəlif  istiqamətlərdə  və  bir  neçə 

nəqliyyat  növündən  istifadə  edərək  xammal  ixracına  imkan  verir.  Qazaxıstan 

Xəzəryanı  dövlətlərə  nefti  Aktau  limanından  tankerlər  vasitəsilə  daşıyır.  Yalnız 

2004-cü  il  ərzində  Aktau  limanından  6,5  mln.  ton  neft  və  1  mln.  ton  guru  yüklər 

danışmışdır. 

Qazaxıstanda  neft  hasilatının  kifayət  qədər  artması  digər  Xəzəryanı 

dövlətlərə də dəniz nəqliyyatı ilə neft daşımağa imkan vermişdir. Belə ki, 1996-cı 

ildən  başlayaraq  Qazaxıstandan  Aktau-Dübəndi  marşrutu  üzrə  Azərbaycana  xam 

neft  daşınır.  Bu  müddət  ərzində  nəql  edilən  neftin  həcmi  10  mln.  tona  çatmışdır. 

Lakin  son  illər  neftdaşımalar  bu  istiqamətdə  azalmışdır.  Əgər  2001-ci  ildə  həmin 

marşrut  üzrə  2,04  mln.  ton  neft  daşınmışdısa,  2002-ci  ildə  bu  göstərici  cəmi  0,5 

mln.  ton  olmuşdur.  Bunun  əsas  səbəbi  Tengiz  Novorossiysk  neft  borusu  üzrə 

ixracın təmin edilməsi zəruriyyətindən irəli gəlmişdir. Ehtimal etmək olar ki, yaxın 

gələcəkdə  həmin  istiqamətdə  neftdaşımalar  yenidən  artacaqdır.  Çünki  bu 

istiaqəmətdə  əlaqəlarin  inkişafı  «Qazaxıstanın  2030-cu  ilə  qədər  strateji  inkişaf 

proqramı»nda açıq göstərilmişdir. 



 

42

Artıq  2004-cü  ildə  Azərbaycan  dövləti  tərəfindən  Orta  Asiya  regionundan 



Qara  dəniz  sahillərinə  Azərbaycan  ərazisi  ilə  keçən  nəqliyyat  dəhlizinin  inkişafı 

istiqamətində  də  mühüm  işlər  görülüb.  Xəzər  Dəniz  Gəmiçiliyi  tərəfindən  müasir 

neft  tankerləri  alınıb,  mövcud  olanları  isə  təmir  edilib.  Azərbaycan  Dövlət  Dəmir 

Yolu  İdarəsi  də  bu  yaxınlarda  ölkənin  qərb  hissəsində    Böyük  Kəsik  stansiyası 

istiqamətində  dəmir  yol  xəttinin,  bundan  başqa,  dartıcı  lokomotivlərin  əsaslı 

təmirini  başa  çatdırılıb,  müasir  rabitə  və  monitorinq  vasitələrini  istifadəyə  verib. 

Görülən  tədbirlər  hesabına  daşınma  imkanları  xeyli  artmışdır.  Respublikamızın 

coğrafi  və  infrastruktur  imkanlarının  genişlənməsi  ölkəmizin  nəqliyyat  dəhlizi 

statusunu bir daha önə çəkib. Bu  istiqamətdə aparılan  işlərdən biri də  «Səngəçal» 

neftaşırma  terminalının  genişləndirilməsi  və  beynəlxalq  nəqliyyat  vasitələrinin 

inkişafı sahəsində həyata keçirilən layihələrə qoşulmasıdır. Terminalın neft və neft 

məhsullarının  birdəfəlik  tutum  qabiliyyətinin  320  min  tona  çatdırması  üçün  əlavə 

120  min  ton  tutumu  olan  4  ədəd  reservuar  alınaraq  quraşdırılacaq  sahəyə  nəqli 

başlanıb.  Artıq    Sahil  qəsəbəsi  yaxınlığında  yeni  dəniz  limanı  istifadəyə 

verilmişdir.  

Bunlardan  əlavə,  dəmir  yolu  vaqonlarının  yüklənməsi  və  boşaldılması 

obyektləri  yeniləşdirilib,  Qərb  modellərinə  və  beynəlxalq  standartlara  əsaslanan 

təhlükəsizliyin və ətraf mühitin idarə olunması proqramları yaradılıb. 

Qazaxıstan  neftinin öz ərazisindən keçməsi  məqsədi  ilə Rusiya tərəfi 2002-

ci  ildə  Qazaxıstanla  razılaşma  əldə  edərək  Aktau-Mahaçqala-Novorossiysk  neft 

marşrutu  üzrə neftin  ixracını təmin etməyi öhdəsinə  götürmüşdür. Bu razılaşmaya 

görə,  neft  tankerləri  vasitəsilə  Aktaudan  Mahaçqalaya  ildə  2,5  mln.ton  neft 

daşınması  nəzərdə  tutulmuşdur.  Gətirilən  neft  Bakı-Novorossiysk  neft  kəmərinin 

Mahaçqala Novorossiysk hissəsində əlavə neftlə doldurulmasını təmin edəcəkdir. 

Artıq  bir  neçə  ildir  Qazaxıstan  neftinin  Xəzərin  qərb  sahilinə  çatdırılması 

üçün  dənizin  dibi  ilə  neft  kəmərinin  salınması  ideyası  müzakirə  olunur.  Bu 

Transxəzər  neft  kəmərinin  uzunluğu  618  km  təşkil  edəcəkdir.  Aktau-Bakı 

istiqamətində  salınacaq  sualtı  kəmər  yalnız  ildə  20  mln.  ton  neft  daşıdığı  halda 




 

43

səmərəli  hesab  oluna  bilər.  Bu  kəmərlə  yanaşı,  Aktau  Mahaçqala  və  Aktau-



Türkmənbaşı  kəmərlərinin  inşa  edilməsi  varinatları  da  vardır.  2001-ci  ilin  mart 

ayında  Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  layihəsinə  qoşulmaq  məqsədi  ilə 

Qazaxıstan  neft  şirkətləri  qrupu  yaradıldı  və  bir  ay  sonra  Qazaxıstan  və  ABŞ 

arasında «Subsidiyalar haqqında razılaşma» imzalanaraq Aktau-Bakı-Ceyhan ixrac 

neft kəmərinin marşurutu üzrə maliyyələşdirmə məsələləri həll olundu. Artıq 2001-

ci  ilin  sonunda  ABŞ  Bakı-Ceyhan  neft  marşrutu  xəttinin  Aktau-Ceyhan  xəttinə 

çevrilməsini mümkün hesab etdi. 

Xəzər  regionunda  ixrac  neft  kəmərlərinin  yeni  coğrafiyası,  təbii  ki, 

Rusiyanın və İranın qısqanclığına səbəb olmuşdur. Bu ölkələr Xəzər dənizində neft 

və  qaz  kəmərlərinin  inşasının  əleyhinə  çıxaraq  əsasən  ekosistemin  ekoloji 

kövrəkliyini  və  dənizin  geodinamik  fəallığını  bəhanə  gətirdilər.  Heç  şübhəsiz,  bu 

ölkələrinin  geosiyasi  maraqlarını  ört-basdır  etmək  istəyirdilər.  Belə  ki,  artıq  bir 

müddət  sonra  Rusiya  tərəfi  maraqları  güdüldüyü  təqdirdə  Aktau-Bakı  neft 

kəmərinin inşasına etirazı olmadığını bayan etdi. 

2003-cü  ilin  əvvəlində  Qazaxıstanla  anlaşma  əldə  edən  Azərbaycan  Bakı-

Tbilisi-Ceyhan  neft  kəmərinə  Aktaudan  neftin  gətiriləcəyi  haqqında  açıqlama 

verdi.  Anlaşmaya  əsasən,  Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  istifadəyə  verildikdən 

bir ay sonra Aktaudan Dübəndiyə tankerlərlə neft gətirilərək Sangaçal terminalına 

doldurulacaq.  Sonrakı  mərhələdə  çıxarılacaq  neftin  həcmindən  asılı  olaraq 

Transxəzər boru kəmərinin  inşası  məsələsi həll ediləcək. Qeyd etmək  lazımdır ki, 

Azərbaycan  Xəzər  Dəniz  Cəmiçiliyi  Tankerlərlə  ildə  10  mln.  ton  neftdaşıma 

imkanına  malikdir.  İxrac  olunan  neftin  həcmi  artırıldıqda  neftdaşıyan  tankerlərin 

sayının çoxalması problemini yaradacaq. 2003-cü ildə Xəzər dənizində «Merkuri» 

gəmisinin qəza nəticəsində batması tankerlə daşınmaların ekoloji cəhətcə təhlükəli 

olduğunu  göstərir.  Əgər  tankerlər  neftdaşımaları  digər  Xəzəryanı  ölkələrin  də 

artıracağını nəzərə alsaq, onda Xəzər dənizində ekoloji təhlükəsizliyin həllinin ağır 

bir probleimə çevriləcəyi şübhə doğurmur. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə