Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 

26

Xəzər  dənizinin  Azərbaycan  sahilində  təbii  şəraitin  və  təbii  ehtiyatların 



müxtəlifliyi  onu  digər  dəniz  sahili  bölgələrdən  fərqləndirir.  Sahilyanı  ərazilərdə 

fəaliyyət  göstərən  istehsal  müəssisələrindən  fərqli  olaraq  rekreasiya  təsərrüfatı 

əsasən məişət tullantıları mənbəyi kimi narahatlıq doğurur. Odur ki, regionda ətraf 

mühitin mühafizəsi üçün minimum tullantıların toplanması məsələsi həll olunmalı, 

onların  təkrar  emalı  təmin  edilməli  və  çirkab  sularının  axıdımaması  məqsədi  ilə 

istirahət yerlərində kanalizasiya sistemi qurulmalıdır. 

Subtropik iqlim şəraiti ilə fərqlənən cənub sahilləri rekreasiya təsərrüfatının 

inkişafı  üçün  çox  əlverişlidir.  Lakin  mövcud  imkanlardan  hələ  də  tam  istifadə 

olunmur.  Buna  baxmayaraq  İranın  sahil  əraziləri  həm  Xəzər  regionu,  həm  də 

bütövlükdə ölkə üzrə ən vacib və əhəmiyyətli istirahət zonalarınlan biridir. 

Xəzər regionunu digər sahil ərazilərinlən fərqli olaraq çoxsaylı kiçik və orta 

istirahət  mərkəzlərinin  sıxlığı  İran  sahilinin  rekreasiya  təsərrüfatı  üçün  əsas 

səciyyəvi cəhətdir. Yaz-yay mövsümündə on minlərlə iranlının ölkə daxilində əsas 

istirahət məkanı məhz Xəzər sahilidir. 

Rəsmi məlumatlara görə, yay mövsümü ərzində yalnız Gilan və Mazandaran 

ostanların  sahil  ərazilərində  əhalinin  sayı  2-3  dəfə  artır.  Təbii  ki,  bu  axın  xidmət 

sahələrinin və ümumiyyətlə, rekreasiya təsərrüfatının inkişafına təkan verir. 

Gilan  ostanında  füsunkar  təbii  iqlim  şəraiti  ilk  öncə  onun  fiziki-coğrafi 

mövqeyindən  irəli  gəlir.  Bu diyarın  bir  tərəfi dəniz sahili, digər tərəfi  isə Talış  və 

Əlburus  dağı  və  dağətəyi  sahələrdir.  Nisbətən  yığcam  ərazidə  (sahəsi  14,7  min 

km

2

)  müxtəlif  istiqamətdə  ixtisaslaşmış  rekreasiya  təsərrüfatı  sahələrinin  təşkili 



üçün  hər  cür  imkan  vardır.  Bu  bölgənin  təbii  gözəlliyi,  yumşaq  iqlimi  insanları 

özünə  cəlb  edir.  Odur  ki,  Gilan  ostanı  (Tehran  istisna  olmaqla)  İran  əhalisinin  ən 

sıx məskunlaşdığı bölgədir. Burada əhalinin orta sıxlığı 1 km2-də 170 nəfərə çatır. 

Ostanın mərkəzi şəhəri sayılan Rəştdə əhalinin sıxlığı 330 nəfər təşkil edir. 

Rekreasiya  təsərrüfatının  inkişaf  etmiş  servis  sahələrinə  başlıca  olaraq 

sahilboyu  salınmış  10-dan  çox  şəhərdə  rast  gəlmək  mümkündür.  Lakin  son  illər 

burada  qısamüddətli  («week-end»)  kütləvi  istirahətlərin  təşkili  dəbdədir.  Xəzər 



 

27

regionunun  digər  sahil  ərazilərində  bunu  müşahidə  etmək  mümkün  deyil.  Yay 



mövsümündə  dağətəyi  sahələrdə  sahil  boyunca  uzanan  magistral  şose  ətrafında 

çoxsaylı  rekreant  «təbiətdə  istirahət»  təşkil  edərək  böyük  həcmdə  məişət 

tullantıları  ilə  ətraf  mühiti  çirkləndirir.  Eyni  zamanda,  vətəndaşların  birbaşa 

avtomagistral  kənarında  qısa-müddətli  də  olsa  istirahət  etməsi,  təbii  ki,  narahatlıq 

yaradır. 

Məlumdur  ki,  havanın  çirklənməsində  avtomobillərin  xüsusi  çəkisi  çox 

böyükdür.  Əlbəttə,  avtomagistrallar  boyunca  uzanan  sahələrin  ekoloji  vəziyyəti 

heç  də  əlverişli  sayıla  bilməz.  Belə  ki,  magistral  yol  kənarında  istirahət  edənlər  

burada  keçirdikləri  vaxt  ərzində  kifayət  qədər  zərərli  maddələrlə  «qidalanırlar». 

Yaranmış  vəziyyətin aradan qaldırılması  üçün  ilk  növbədə ekoloji  maarifləndirmə 

istiqamətində təbliğat işlərini gücləndirmək lazımdır. 

Dağətəyi  landşaftların  dəniz  sahilinə  «yaxınlaşdığı»  zonalarda  insanın 

buranın  həddən  artıq  kövrək  təbii  mühitinə  təsiri  daha  da  güclənir.  Digər 

Xəzərsahili  ərazilərdə  olduğu  kimi,  İranda  da  dağətəyinin  sahillə  qovuşduğu 

zonada  meşələrə  divan  tutulması  prosesi  daha  intensiv  gedir.  Buna  nümunə  kimi 

İran-Azərbaycan  sərhədinin  Astara  sahəsini  göstərmək  olar.  Sərhədin  hər  iki 

tərəfində  vaxtilə  sıx  olan  meşələr  tədricən  seyrək  ağaclı  meşələrə  çevrilməkdədir. 

Meşələrin  qırılmasına  bir  neçə  amil  təsir  edir.  Onlardan  ən  əsasları:  yanacaq 

problemi,  sellüloz-kağız  istehsalı  və  digər  ağac  emalı  sahələrinin  inkişafı, 

rekreasiya obyektlərinin yerləşdirilməsi və kommunikasiya sistemlərinin inşasıdır. 

İranın  sahil  ərazilərində  qrunt  sularının  qalxması  çəltik  əkini    təsərrüfatına 

böyük ziyan vurmuşdur. Gilan ostanında onsuz da geniş olmayan sahil ərazilərində  

torpaqların məhsuldarlığının aşağı düşməsinə meşələrin qırılması da təsir etmişdir. 

Bölgədə  çox  həcmində  yağıntıların  düşməsi  (ildə  1800-2000  mm)  gilli  süxurların 

yayıldığı  yerlərdə  sürüşmə  təhlükəsini  artırır.  Yağıntılarla  yanaşı,  sürüşmələrə 

zəlzələlər  də  təsir  göstərir.  Seysmik  cəhətdən  fəal  olan  bu  bölgədə  hər  il  çoxsaylı 

zəif və orta güclü zəlzələ müşahidə etmək olar. 



 

28

Rekreasiya  təsərrüfatı  daha  çox  Rəşt-Ənzəli  və  Rudsar-Lanjerud-Lahican 



sahələrində  inkişaf  etmişdir.  Rəşt  Gilan  ostanının  paytaxtıdır  və  əhalinin  ən  çox 

məskunlaşdığı  şəhərdir  (800  min  nəfərə  yaxın).  Burada  qədim  tarixi-mədəni 

abidələr  də  çoxdur.  Rəştin  coğrafi  mövqeyinə  uğyun  olaraq  buradan  bütün 

istiqamətlərə  magistral  avtomobil  yolları  uzanır.  Şəhərdə  lazımi  səviyyədə  servis 

sahələri inkişaf edib və turistlər üçün müxtəlif gəzinti marşrutları da məhz buradan 

təşkil olunur. 

Birbaşa  sahil  zolağında  yerləşmiş  ən  cazibədar  şəhərlərdən  biri  Ənzəlidir 

(iranlılar  onu  Bəndə-Ənzəli  adlandırırlar).  Ənzəli  Rəştdən  40  km  şimal  qərb 

istiqamətində  yerləşir.  Əhalisi  150  min  nəfərə  çatan  bu  şəhər  İranın  Xəzər 

sahilində ən iri ticarət limanı hesab olunur. Nadir təbiəti, zəngin subtropik bitki və 

heyvanat  aləmi  ilə  fərqlənən  Ənzəli  laqunası  hər  il  minlərlə  turisti,  həvəslər  ovçu 

və  balıqçını  bura  cəlb  edir.  Ənzəli  laqunasının  eni  10  km,  uzunluğu  30  km  və 

sahəsi 320 km

2

 təşkil edir. Burada hər il 1000 dən çox köçəri quş olur. Laqunanın 



dərinliyi 1-4 metr olsa da, burada hələ ki 37 balıq növünə rast gəlmək mümkündür. 

Bütövlükdə  Xəzərin  sahil  regionunda  analoqu  olmayan  Ənzəli  laqunasının  20%-

dən çoxu qamışlıq sahələrdən ibarətdir. Belə təbii şərait köçəri  quşları cəlb edir və 

nəticədə biosenozun zənginləşməsinə səbəb olur. 

Rudsar-Langerud-Lahican zonası bir xətt üzrə şərq-qərb istiqamətində sahilə 

paralel  uzanmışdır.  Rudsar  və  Lahicanda  əhalinin  sayı  təxminən  eynidir:  240-250 

min nəfər. Langerudda bu göstərici 850 min nəfərə çatır. Burada dağlardan dənizə 

axan  Çaboksar,  Qalaçay  və  Amlaş  kimi  kiçik  çaylar  bölgədə  təbii  şəraiti  daha  da 

zənginləşdirir.  Gözəl  təbiəti  ilə  turistləri  cəlb  edən  Sefidabad  və  Sarvat  kəndləri 

Çaboksar  və  Amlaş  çaylarının  dağətəyi  sahəsində  yerləşir.  Lakin  xidmət 

sahələrinin nisbətən aşağı səviyyədə olması rekreasiya ehtiyatlarından tam istifadə 

edilməsinə maneçilik törədir. Langeruddan 15 km aralıda, dəniz sahilində turistləri 

özünə cəlb edən gözəl bir istirahət mərkəzi yerləşir. Çamxaledan qərb istiqamətinə 

hərəkət  etdikdə  sahildə  gəlib  Kiaşəhr  yaşayış  məntəqəsinə  və  eyniadlı  limana 

çatırsan. Liman təsərrüfatı əsasən balıqçılıq istiqamətində fəaliyyə göstərir. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə