Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
  1   2   3   4   5   6   7   8   9   ...   24


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

MAGISTRATURA MƏRKƏZI 

Əlyazması hüququnda 

 

 

Mehdiyeva Ellada Elşən qızı 

 

“Xəzər dənizinin və sahil ərazilərinin təbii resurs potensialının 

mənimsənilməsi və istifadəsinin ekoloji – cografi və sosial – iqtisadi 

qiymətləndirilməsi” 

mövzusunda 

 

MAGİSTR DISSERTASIYASI 

 

İstiqamətin şifri və adı     060404                İqtisadiyyat 

          İxtisasın adı                                                      Ətraf mühitin iqtisadiyyatı 

Elmi rəhbər                                                       Magistr proqramının rəhbəri  

(A.S.A., elmi dərəcə və elmi ad)                         (A.S.A., elmi dərəcə və elmi ad) 

 c.e.n. дос. Xəlilov İ.B.                                       f.r.е.n. dos. F.M.Novruzova  

 

 



Kafedra müdiri  

(A.S.A., elmi dərəcə və elmi ad)                            c.e.n. dos. Mehdiyeva V.Z. 

 

 

 



 BAKI – 2016 

 


 

2

Mündəricat 

 

Giriş…………………………………………………………………………3 

Fəsil 1. Xəzər dənizinin və sahil ərazilərinin təbii-resurs potensialının  

             ekocoğrafi və sosial-iqtisadi qiymətləndirilməsi…………………6 

     1.1. Xəzərin mineral resursları, onların mənimsənilməsinin ekocoğrafi  

             və iqtisadi aspektlərinin qiymətlənlirilməsi………………………...6 

     1.2. Xəzərin bioloji resurslarının ekocoğrafi və iqtisadi  

            qiymətləndirilməsi………………………………………………….14 

     1.3. Xəzərin və sahil ərazilərinin rekreasiya ehtiyatlarının ekocoğrafi  

             və sosial-iqtisadi qiymətləndirilməsi………………………………20 

 

Fəsil II. Xəzər dənizinin təbii-resurs potensialının mənimsənilməsində  



              nəqliyyatın rolunun və inkişafının ekoloji-iqtisadi aspektlərinin  

              qiymətləndirilməsi……………………………………………….35 

 

Fəsil III. Xəzər dənizinin və sahil ərazilərinin mənimsənilməsinin 

               ekoloji və hüquqi aspektlərinin qiymətləndirilməsi…………..47 

       3.1. Xəzərin sahil ərazilərinin məskunlaşmasının ekocoğrafi  

              xüsusiyyətləri və səhralaşma proseslərinin ekoloji nəticələri…….47 

       3.2. Xəzərin ekoloji durumunun sağlamlaşdırılmasında onun hüquqi  

              statusunun razılaşdırılmasının əhəmiyyəti………………………..63 

 

Nəticə və təkliflər………………………………………………………….74 

 

Ədəbiyyat………………………………………………………………….77 



 

3

Giriş 

 

Mövzunun  aktuallığı.  Respublika  əhalisinin  və  sənaye  potensialının  əsas 

hissəsinin cəmləşdiyi Xəzər sahillərində yaranmış ekoloji problemlərin həlli keçid 

dövrü  ilə  əlaqədar  bir  qədər  də  çətinləşmişdir.  Ona  görə  də  bu  bölgədə  ətraf 

mühitin  qorunması  və  sağlamlaşdırıdması,  ümumilikdə  ölkənin  ekoloji 

təhlükəsizliyi  və  dayanıqlı  inkişafını  təmin  etmək  üçün  fövqəladə  əhəmiyyətə 

malikdir. Bu baxımdan Azərbaycan Respublikasının ucqar şərq hissəsində yerləşən 

Xəzər sahilləri və hövzəsi həm təbii resursların hasilatı zamanı, həm də əsasən neft 

və  neft-kimya  sənayesinin  tullantıları  və  məişət  çirkab  suları  ilə  əhəmiyyətli 

dərəcədə  çirklənmiş  və  onların  tənzimlənərək  yenidən  ekoloji  təmiz  vəziyyətə 

gətirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.Xəzər  dənizi  sahillərində  və  xüsusən  də 

Abşeronda  nəqliyyatın  intensiv  inkişafı  ətraf  mühitə  olan  mənfi  ekoloji  təsirləri 

daha da artırmışdır. Ekoloji problemlər mövcud təsərrüfatın quruluşundan, həm də 

uzun  illər  boyu  ətraf  mühitin  mühafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə 

olunması məsələlərinə lazımi dərəcədə fikir verilməməsi nəticəsində yaranmışdır. 

Abşeron  yarımadasında  və  sahil  boyu  ərazilərdə  son  20-30  ildə  qrunt 

sularının  səviyyəsinin  qalxması  da  mövcud  infrastruktura  mənfi  təsir  göstərən 

amillərdən  hesab  olunur.  Həm  Xəzər  dənizinin  səviyyəsinin  qalxması,  həm  də 

mövcud kanalizasiya sisteminin yararsız olması, sənaye və  məişət çirkab sularının 

ətraf  ərazilərə  nəzarətsiz  axıdılması,  iqlim  və  demoqrafik  amillər  və  s.  də  qrunt 

sularının  səviyyəsinin  qalxmasına  təkan  verir  ki,  bütün  bunlar  da    ayrı-ayrı  sahil 

ərazilərində  yeni  gölməçələrin  yaranmasına  və  mövcud  infrastrukturun  sıradan 

çıxmasına səbəb olur. 

Xəzəryanı  ərazilər  təbii    sərvətlərin  müxtəlifliyi  və  zənginliyi  ilə  də 

fərqlənir. Xəzərin neft-qaz, bioloji və rekreasiya ehtiyatlarının mənimsənilməsi, bu 

sahədə  dövlətlərarası  anlaşmalar,  Xəzərin  hüquqi  statusu  və  ekoloji  problemlərin 

həlli  sahəsindəki  əlaqələrin  genişlənməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

səbəbdən  resursların  mənimsənilməsi  daim  yerli  əhalinin  maraq  çərçivəsində 



 

4

olmuşdur. Nəticə etibarilə sahil ərazilərində yerləşən yaşayış məntəqələri bügünkü 



inkişaf səviyyəsinə çatmışdır. 

Xəzər  sahili  boyu  1000  km-lik  bir  ərazidə,  xüsusən  də  Abşeron 

yarımadasında  hələ  də  bir  çox  yaşayış  məntəqələri  və  sənaye  müəssislərinin 

yerləşməsi,  təbii  resurslardan  istifadə  nəticəsində  ətraf  təbii  mühit  obyektlərinə 

dəyən  ziyanlar,  onların  faktiki  fiziki    kimyəvi  tərkibinin  dəyişilməsinə,  fauna  və 

flora  növlərinə  öldürücü  təsir  göstərir,  Xəzərdən  və  onun  ətrafından  rekreasiya 

məqsədi  üçün  istifadəyə çətinlik  yaradır ki,  məhz  həmin  məsələlərin araşdırılması 

və  çıxışı  yollarının  tapılması  üçün  təkliflərin  verilməsi  mövzunun  aktuallığını 

artırır. 

Tədqiqatın  məqsədi  –  Xəzər  dənizinin  və  sahil  ərazilərinin  mövcud  təbii 

resurslarının  mənimsənilməsi  prosesində  yaranan  mənfi  ekoloji  durumu,  onların 

baş  vermə  səbəblərini  araşdırmaqla,  sağlamlaşdırma  tədbirləri  və  onlardan 

gələcəkdə  rekreasiya  məqsədləri  üçün  istifadənin  texniki-texnoloji  və  ekoloji-

iqtisadi  aspektlərini,  Xəzərin  hüquqi  statusunu  müəyyən  etməkdir.  Tədqiqatın  bü 

məqsədinə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələr  irəli  sürülmüş  və  əsasən  yerinə 

yetirilmişdir: 

  Xəzər  dənizinin  və  sahil  ərazilərinin  təbii  resurs  potensialından 

istifadənin  müasir  vəziyyəti  təhlil  edilmiş,  onların  sosial-iqtisadi  və  ekoloji 

aspektləri aydınlaşdırılmışdır. 

  Xəzər  dənizinin  və  sahil  ərazilərinin  başlıca  çirklənmə  mənbələri 

müəyyən  edilmiş,  çirklənmənin  bu  gün  də  davam  etdiyi  və  onun  bioloji  və 

rekreasiya ehtiyatlarına mənfi təsiri göstərilmişdir. 

 Xəzər dənizinin və sahil ərazilərinin başlıca çirkləndiricilərinin kəmiyyət 

və  keyfiyyət  göstəriciləri,  çirkab  sularının  təmizlənməsinin  müasir  vəziyyətinin 

təhlili aparılmışdır. 

  Xəzər  dənizinin  təbii  sərvətlərinin  mənimsənilməsi,  nəqliyyatın  inkişafı 

və  ekoloji  vəziyyətin  yaxşılaşdırılmasında  dövlətlərarası  anlaşmanın  və  Xəzərin 

hüquqi statusunun müəyyənləşdirilməsinin əhəmiyyəti göstərilmişdir. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə