Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   2   3   4   5   6   7   8   9   ...   24

 

5

  Xəzər  dənizinin  və  sahil  ərazilərinin  çirklənməsinin  insan  sağlamlığına 

təsiri  və  tullantı  sularının  tənzimlənməsi  üzrə  zəruri  olan  sosial-iqtisadi  tədbirlər 

araşdırılmışdır. 



 Toplanmış statistik  materiallar, aparılan tədqiqatların  nəticələrinin təhlili 

əsasında müvafiq təklif və tövsiyyələr hazırlanmışdır 



Tədqiqatın obyekti və predmeti. Xəzər dənizinin və sahil ərazilərinin təbii 

resurslardan  istifadənin  sosial-iqtisadi  və  ekoloji  aspektləri,  su  hövzələrinin  və 

sahilboyu ərazilərin  fiziki-kimyəvi  və ekoloji  vəziyyəti,  habelə sağlamlaşdırılması 

imkanları,  onlardan  gələcəkdə  rekreasiya  məqsədi  ilə  səmərəli  istifadənin  sosial-

iqtisadi və ekoloji səmərəliliyidir. 

Tədqiqatın  informasiya  bazası  və  işlənmə  metodları.  Tədqiqat  zamanı 

Dövlət  Statistika  Komitəsi,  Ekologiya  və  Təbii  Sərvəitlər  Nazirliyi,  MEA-nın 

Coğrafiya İnstitutunun statistik materialları və tədqiqat metodları, çoxsaylı ədəbiy-

yat  mənbələrinlən  istifadə  edilmişdir.  Tədqiqat  metodları  kimi  kamerial,  analitik, 

statistik, müşahidə, ümumiləşdirmə, kartoqrafik və s. üsullar tətbiq edilmişdir. 

Tədqiqatın  elmi  yeniliyi.  Xəzər  dənizinin  və  sahil  ərazilərinin  təbii 

resurslarından  istifadənin  sosial-iqtisadi  aspektləri  və  müasir  ekoloji  vəziyyəti 

kompleks tədqiq edilmişdir. Xəzər dənizinin təbii sərvətlərinin mənimsənilməsinin 

müasir  vəziyyəti,  sahilboyu  ərazilərdə  əhalinin  məskunlaşma  xüsusiyyətləri, 

nəqliyyatın  intensiv  inkişafının  ətraf  mühitə  və  əhali  sağlamlığına  mənfi  təsirləri 

araşdırılmış,  sahilyanı  ərazilərdə  səhralaşma  prosesinə  qarşı  tədbirlər,  sosial-

iqtisadi və ekoloji səmərəliliyin qiymətləndirilməsi işlənmişdir. 

İşin təcrübi əhəmiyyəti. Xəzər dənizinin  təbii sərvətlərindən  istifadənin  və 

mənimsənilmənin  tədqiqi,  Xəzərin  mineral  yanacaq  ehtiyatlarından  istifadədə 

ekoloji  durumun  kəskinləşməsinin  bioloji  və  rekreasiya  resurslarına  təsirinin 

optimallaşdırıldması  ətraf  sahilboyu  ərazilərdə  yaşayan  əhalinin  sağlamlığı  və 

istirahəti üçün geniş imkanlar yarada bilər. 

İşin  strukturu.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  təkliflər,  həmçinin  

ədəbiyyat siyahısından ibarətdir. 




 

6

Fəsil 1. Xəzər dənizinin və sahil ərazilərinin təbii-resurs  



potensialının ekocoğrafi və sosial-iqtisadi qiymətləndirilməsi. 

1.1. Xəzərin mineral resursları, onların mənimsənilməsinin  

ekocoğrafi və iqtisadi aspektlərinin qiymətlənlirilməsi 

 

Müasir dövrdə Xəzər regionunda insan fəaliyyətinin ən geniş yayıldığı sahə 



mineral  resurslardan  neft  hasilatına  əsaslanan  neft  sənayesidir.  Xüsusən  Xəzərin 

şelf zonasında ildən-ilə yeni zəngin neft yataqlarının aşkar edilməsi həm Xəzəryanı 

ölkələrin,  həm  də  digər  inkişaf  etmiş  ölkələrin  bu  regionun  təbii  sərvətlərinin 

mənimsənilməsinə  marağının  artmasına  səbəb  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki, 

Xəzəryanı  ölklərin  üçündə    Azərbaycan  ,  Türkmənistan  və  Qazaxıstanda 

sahilyanı ərazilərdə artıq 100  ildən çox bir  müddətdir  neft  və qaz  hasilatı aparılır. 

Azərbaycan sahilində  isə suyun  dayaz  yerində  hələ 1824-cü  ildə  ilk dəniz quyusu 

qazılmışdır. Bütün bunlar Xəzər regionunda neft sənayesinin inkişafının maraqlı və 

qədim tarixə malik olduğunu gösitərir. 

Bununla  belə,  heç  şübhəsiz,  dənizdən  sənaye  miqyaslı  neft-qaz  hasilatı 

1949-cü  ilə  aiddir  və  Abşeron  yarımadasından  təxminən  100  km  aralıda  kəşf 

olunmuş  Neft  Daşları  yatağından  başlanmışdır.  Sonrakı  dövrdə  dənizin  bu 

sahəsində daha yeni yataqlar kəşf olunaraq istismara verilir. Artıq keçən əsrin 60-cı 

illərindən etibarən Xəzərin Türkmənistan sahəsində də neft hasilatına başlanılır. 

Xəzərin  digər  şelf  sahələrində  kəşfiyyat  və  qazıma  işləri  uzun  müddət 

müsbət  nəticə  vermirdi.  Yalnız  80-cı  illərdə  Xəzərin  Rusiya  hissəsində  (Dağıstan 

sahilində) perspektivli neft-qaz yataqları aşkar olunaraq istifadəyə verilir.  

Azərbaycanda  yeni  neft  renessansının  başlanğıcı  sayılan  və  1994-cü  il 

sentyabrın  20-də  bağlanmış  «Əsrin  müqaviləsi»  Azəri-Çıraq-Günəşli  dəniz  neft 

yataqlarının  mənimsənilməsini  nəzərdə tuturdu. Bu  müqaviləni  Azərbaycanın  neft 

şirkəti  ilə  yanaşı  dünyanın  ən  iri  bir  neçə  neft  şirkəti  imzalanmışdır.  Müqaviləyə 

əsasən,s  üç  hissədən  ibarət  olan  bu  yataqdan  30  il  ərzində  511  mln.  ton  neft 

çıxarmaq nəzərdə tutulmuşdur. Yataqda aparılan qazma işləri burada hasil ediləcək 



 

7

neft  ehtiyatlarının  həcminin  900  mln.  ton  olduğunu  göstərmişdir  (nəzərdə 



tutulduğundan  xeyli artıq). Ümumiyyətlə,  kəşf edilmiş  neft ehtiyatları dənizin 80-

350 metr dərinliyi olan sahələrdədir. 

2014-cü  ilin  sonuna  Azərbaycan  Dövlət  Neft  Şirkəti  ilə  20-dən  çox 

beynəlxalq  müqavilə  imzalanmışdır  ki,  onların  da  yarısınlan  çoxu  dəniz  neft 

yataqları  ilə  bağlıdır.  Bu  yataqların  əksəriyyətində  hələ  ki  kəşfiyyat  və    qazıma 

işləri aparılır. 



Xarici şirkətlərin Azərbaycanın neft və qaz layihələrinə yatırdığı 

investisiyalar 

 

Şirkətlər 

Ölkə 

İllər 

Layihələr 

İnvestisiya 

(mlrd.$) 

BP 

Böyük 

Britaniya 



1992-

2005 

«Azeri-Çiraq-Günəşli» 

Şahdəniz», «İnam»,  

«Alov», BTC Co. 

5,5 

ExxonMobil 

ABŞ 

1995-

2005 



«Naxçıvan», 

«Abşeron», 

«Azeri-Çıraq-Günəşli», 

«Oğuz», «Alov»,  

«Zəfər/Məşəl» 

 

2,9 



Statoil 

Norveç 

1992-

2005 



«Azeri-Çıraq-Günəşli», 

BTC CO, «Şahdəniz» 

 

2,2 



TPAO 

Türkiyə 

1992-

2005 



«Azeri-Çıraq-Günəşli», 

BTC  Co,  «Şahdəniz», 

«Alov», «Kürdaşı» 

 

1,8 



Chevron 

Texaco 

ABŞ 

1997-


2004 

«Abşeron» 

0,09 

Total 

Fransa 

1996-


2005 

BTC  Co,  «Şahdəniz» 

«Lənkaran/Talış 

0,8 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə