Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

20

razılaşdırılmış tədbirlər keçirməklə olduqca qiymətli və bənzərsiz Xəzər dənizinin 



və onun balıq ehtiyatlarını gələcək nəsillər üçün qoruyub-saxlamaq mümkündür. 

 

1.3. Xəzərin və sahil ərazilərinin rekreasiya ehtiyatlarının  



ekocoğrafi və sosial-iqtisadi qiymətləndirilməsi 

 

Xəzər  dənizinin  sahil  ərazilərində  təbii  iqlim  şəraitinin  müxtəlif  və 



rekreasiya  ehtiyatlarının  zəngin  olması  kurort  istirahətinin  təşkili  üçün  çox 

əlverişlidir.  Lakin  hər  bir  konkret  sahil  ərazisinin  coğrafi  mövqeyindən  və 

mənimsənilmə  səviyyəsindən    asılı  olaraq  mövcud  imkanlardan  fərqli  dərəcədə 

istifadə  edilmişdir.  Belə  ki,  çöl,  yarımsəhra,  səhra,  quru  və  rütubətli  landşaftlar 

müxtəlif 

istiqamətdə 

ixtisaslaşmış 

istirahət 

mərkəzlərinin 

yaradılmasını 

müəyyənləşdirmişdir.  Heç  şübhəsiz,  fəaliyyətdə  olan  istirahət  mərkəzlərinin 

cazibədarlığına  bir  çox  amillər  təsir  edir.  Məhz  bununla  əlaqədar  Xəzər  dənizinin 

və  onu  əhatə  edən  ərazilərin  rekreasiya    ehtiyatlarının  mənimsənilmə  səviyyəsi 

kifayət qədər fərqlidir. 

Azərbaycanın  nadir  təbii  iqlim  şəraiti  və  ərazisində  müalicə  əhəmiyyətli 

zəngin  təbii  ehtiyatları  sahil  ərazilərində  rekreasiya  təsərrüfatının  inkişafı  üçün 

yaxşı  imkanlar  yaradır.  Bildiyimiz  kimi,  rekreasiya  təsərrüfatı  üçün  ən  əlıverişli 

şərait  əsasən  dağ,  dağətəyi  və  sahil    əraziləridir.  Elə  bu  mənada  şimaldan  cənuba 

uzanan  825  km  sahilyanı  zona  ölkəmizdə  rekreasiya  təsərrüfatının  səmərəli 

yerləşdirilməsini çox gözəl təmin edə bilər. 

Sahil  ərazilərinin  çox  hissəsi  yarımsəhra  landşaftlardan  ibarətdir.  Lakin 

şimal  sahili  üçün  enliyarpaqlıların  üstünlük  təşkil  etdiyi  meşələr,  cənub  üçünsə 

subtropik  bitkilər  daha  xarakterikdir.  Sahilin  30%-dən  çoxu  narın  qum 

çimərliklərindən ibarətdir. İlin günləri burada qat-qat çox olur, günəşsiz günlər isə 

təxminən  70-ə  çatır.  Bütövlükdə  isə  kütləvi  istirahət  üçün  burada  ilin  7-8  ayı 

əlverişli hesab olunur. 




 

21

Dəniz  suyu  kifayət  qədər    qızdığı  üçün  çimərlik  mövsümü  4-5  ay  davam 



edir.  Əlverişli  iqlim  şəraiti  çimərliklərin  müalicəvi  əhəmiyyəti  sahil  rekreasiya 

dəyərliliyini  xeyli artırır. Bu səbəbə görə  Azərbaycanın sahil ərazilərindəki kurort 

mərkəzləri Abşeron yarımadasında yerləşdirilmişdir. 

Azərbaycanın dənizsahili zonasında 10-dan çox müalicə əhəmiyyətli mineral 

və  termal  bulaq  var.  Müalicə    əhəmiyyətli  karbonatlı  və  hidrokarbonatlı  mineral 

sular  əsasən  Siyəzən-Dəvəçi  ərazisində  yayılmışdır.  Buradakı  mineral  su 

bulaqlarının  ümumi  debiti  sutkada  5  min  litrdən  çox  olur.  Qalaaltı  müalicə 

mərkəzində  çıxan  bu  sular  başlıca  olaraq  uroloji,  revmatizm  və  digər  xəstəliklər 

zamanı əvəzsiz hesab edilir. 

Abşeronun  kurort  ocaqlarındakı  hidrogen-sulfidli  termal  sular  isə  ürək-

damar,  ginekoloji  və  revmatizm  xəstəliklərinin  müalicəsində  tətbiq  edilir.  Burada 

həm  də  müalicə  əhəmiyyətli  palçıqlardan  da  istifadə  olunur.  Bu  cür  palçıqlar 

əsasən  Masazır  və  Böyük  Şor  göllərində  mövcuddur.  Eyni  zamanda,  müalicə 

əhəmiyyətli palçıqlar Şıxov, Suraxanı və Qobustan ərazilərində yayılmışdır. Lakin 

onların  ehtiyatları  çox  azdır  və  ona  görə  də  kurort  təsərrüfatında  geniş  miqyasda 

istifadəsi mümkün deyil. 

Abşeron yarımadasından cənuba doğru getdikcə mineral suların temperaturu 

artır.  Belə  ki,  natrium-xlorlu  suların  temperaturu  45

0

C-yə  çatır.  Belə  termal  sular 



əsasən Lənkəran zonasında aşkar edilmişdir. Buradakı kurort mərkəzlərində həmin 

sulardan  hərəkət  orqanlarının,  ürək-damar  sisteminin,  əsəb  sistemi  xəstəliklərinin 

müalicəsində istifadə olunur. 

Azərbaycanın  sahilyanı  zonalarında  müalicə  əhəmiyyətli  termal  sular  geniş 

yayılsa  da,  onların  istifadəsi  qənaətbəxş  sayıla  bilməz.  Buradakı  9  iri  istirahət 

kurort mərkəzinin potensial rekreant qəbul etmək imkanından hazırda yalnız 29%-

ə qədər istifadə olunur. 

Azərbaycanın  sahilyanı  əraziləri,  dediyimiz  kimi,  iqlim-landşaft  etibarilə 

çox  rəngarəngdir.  Belə  ki,  yarımsəhra  Abşeron  yarımadasının  əksinə  olaraq 

cənubda  (Lənkəran-Astara  bölgəsi)  və  şimalda  (Yalama  Nabran  bölgəsi)  meşə 




 

22

sahələri  yaşıllığı  və  sıxlığı  ilə  nəzəri  cəlb  edir.  Relikt  ağac  sayılan  eldar  şamı 



hesabına  son  30  il  ərzində  Abşeronda    xeyli  yaşıllıq  salınmışdır.  Bunun  əksinə 

olaraq  şimal  və  cənub  bölgələrində  enerji  çatışmazlığı  səbəbindən  və  istehsalat 

məqsədi  ilə  meşələrdə  ağaclar  kütləvi  surətdə  qırılmış  və  nəticədə  seyrək  meşə 

zolaqları  əmələ  gəlmişdir.  Belə  xoşagəlməz  dəyişiklik  xüsusən  Lənkəran  Astara 

bölgəsində  aydın  nəzərə  çarpır.  Belə  ki,  Azərbaycanın  Astara  şəhərindən  İran 

Astarasına  keçəndə  Talış  dağlarının  yamaclarındakı  ağac  sıxlığının  fərqi  qabarıq 

şəkildə  özünü  büruzə  verir.  Əlbəttə,  regionda  meşələrin  qırılmasının  qarşısını 

almaq üçün ilk növbədə yerli əhalini qazla təmin etmək lazımdır. 

Ümumiyyətlə,  Azərbaycanın  Xəzər  sahili  zonasındakı  meşəlik  sahəsi  830 

km

2



-dir.  Onun  əsas  hissəsi  meşə-parkların  payına  düşür.  Meşələrin  və  digər  təbii 

abidələrin mühafizəsi məqsədi ilə Xəzər sahili zonada 113 min hektar sahəni əhatə 

edən  2  dövlət  qoruğu  (Qobustan  və  Qızılağac)  və  3  yasaqlıq  (Abşeron,  Gil  adası, 

Bəndovan)  yaradılmışdır.  Dövlət  Qoruq  və  yasaqları  sahil  ərazilərinin  çox  həssas 

hissələrində təbii mühitin mühafizəsini bilavasitə təmin edirlər. 

Dünya  təcrübəsindən  bəhrələnməklə  son  illər  respublikamızda  milli 

parkların  yaradılması  ideyası  geniş  müzakirə  edilərək  bəyənilmişdir.  Artıq 

respublika  prezidentinin  fərmanı  ilə  Bakının  sahil  bağına  milli  park  statusu 

verilmişdir.  Şirvan  və  Hirkan  qoruqları  müvafiq  olaraq  2003  və  2004-cü  illərdə 

milli  park  statusu  almışlar.  Bununla  yanaşı,  sahəsi  130,5  min  hektar  olan  Şahdağ 

milli parkının yaradılması ilə bağlı müvafiq proqram tərtib edilmiş və 2006-cı ildə 

həyata  keçirilmişdir.  Növbəti  milli  park  2012-ci  ildə  Samur-Yalama  rayonunda 

yaradılmışdır. 

Sahil ərazilərində  rekreasiya sisteminin  inkişafına əsas təsiredici amillərdən 

biri xidmət sahələri ilə təminat səviyyəsidir. Xəzərin Azərbaycan sahilində turistlər 

üçün əhəmiyyət  kəsb edən  mehmanxana təsərrufatı  kifayət  qədər  inkişaf etmişdir. 

Xüsusən,  Bakı  şəhərində  olan  yüksək  keyfiyyətli  mexmanxanaların  sayı 

bütövlükdə Xəzərsahili regionla olan mehmanxanaların ümumi sayından çoxdur. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə