Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   2   3   4   5   6   7   8   9   ...   24

 

11

Qeyd etmək  lazımdır ki, neftlə çıxan qazın tərkibi çox qarışıq və  mürəkkəb 



olduğu  üçün  onun  yandırılması  havanın  ekoloji  gərginliyini  artırır.  Elə  bu 

səbəbdəndir ki, neft mədənləri ərazilərində ekoloji şərait heç də qənaətbəxş deyil. 

Son  illər  neft  mədənləri  sahələrində  radiasiyanın  normadan  artıq  olması 

ekoloji  baxımdan  xüsusi  narahatlıq  yaradır.  Buradakı  neft  yataqlarının  buruq 

sularında böyük həcmdə radionukleidlər aşkar edilmişdir.  

Bütün  bunları  nəzərə  alaraq  belə  söylməyə  əsas  var  ki,  Qazaxıstanın  sahil 

zonası,  eyni  dərəcədə  Rusiyanın  sahil  əraziləri  Xəzərin  ən  təhlükəli  radiasion 

çirklənmiş sahəsi hesab oluna bilər. 

Digər  Xəzəryanı  ölkələr  kimi,  Türkmənistanda  da  neft  sənayesinə  xarici 

investorları cəlb etməyə çalışırlar. Lakin bu iş çox ləng getdiyi üçün burada yalnız 

üç xarici neft şirkəti fəaliyyət göstərir. Onlardan yalnız biri  ingilis-ərəb «Dragon 

Oil»  şirkəti,  «məhsulun  tən  bölünməsi»  şərti  ilə  fəaliyyət  göstərir,  yəni  konkret 

neft  çıxarır.  Danimarka  şirkəti  «Maersk  Oil»  və  Malaziya  şirkəti  «Petronas»  hələ 

ki  neft  kəşfiyyatı  işləri  ilə  məşğuldurlar.Türkmənistanın  Xəzər  sahili  perspektivli 

yataqları  olan  Qotutəpə,  Barsa-Gəlməz  və  Burun  strukturlarında  neft  4500-5000 

metr  dərinlikdə  yerləşən  məhsuldar  qatdadır.  Belə  artımı  təmin  etmək  üçün  neft 

sənayesinə  2020-ci  ilə  qədər  25  mlrd.  ABŞ  dolları  investisiyaların  cəlb  olunması 

nəzərdə tutulur. 

Dənizdə  neft  hasilatının  artması  ilk  öncə  yeni  perspektivli  yataqların 

istismara  verilməsindən  asılıdır.  Bu  baxımdan  Türkmənistan  tərəfi  dənizdə  aşkar 

edilmiş bir neçə yatağa xüsusi ümid bağlayır. Bunlardan biri Azərbaycan tərəfi ilə 

mübahisəli olan Kəpəz yatağıdır (türkmənlər bu yatağı Sərdar adlandırırlar). 

Kəpəz  yatağı  Azərbaycan  mütəxəssisləri  tərəfindən  kəşf  edildiyi  üçün 

beynəlxalq hüquq normalarına uyğun olaraq ona sahib məhz Azərbaycan olmalıdır. 

Lakin  Xəzərin  hüquqi  statusu  hələ  də  müəyyən  edilmədiyi  üçün  və  Kəpəz  yatağı 

dənizin orta xətt sahəsində yerləşdiyindən bu neft yatağı mübahisəli olaraq istismar 

edilmir. 

Sahil  ərazilərində  neft  hasilatı  və  emalı  həm  qurunun,  həm  də  suyun 




 

12

çirklənməsinə  səbəb  olmuşdur.  Uzun  illər  ərzində  Türkmənbaşı  neftayırma 



zavodunun  tullantıları    Saymanov  korfəzinə  axıdılırdı.  Yalnız  son  illərdə  körfəz 

təmizlənmiş  və  tullantıların  axıdılmasının  qarşısı  alınmışdır.  Eyni  zamanda,  dəniz 

akvatoriyasının çirklənməsində Ökərəm  və Çələkən  neft  doldurucu  limanları kimi 

yeni mənbələr meydana çıxmışdır. Bu limanların hər biri ayrılıqda ildə 3,6 mln.ton 

neft qəbul etmək imkanına malikdir. 

Xəzər  dənizinin  Türkmənistanın  sahil  sahələri  üçün  təhlükə  yaradan  digər 

mənbə  Qaraboğazgöl  korfəzini  əhatə    edən  duzla  örtülmüş  ərazilərdir.  Xəzər 

dənizinin  səviyyə  tərəddüdü  burada  uzun  illər  istismar  edilən  zəngin  duz 

ehtiyatlarının təsərrüfatına mənfi təsir göstərmişdir. Xəzər dənizin Rusiya ərazisinə 

aid  olan  sahil  bölgəsinin  bütün  yerləri  eyni  dərəcədə  mənimsənilməmişdir.  Bu 

səbəbdən də sahil ərazilərində ekoloji gərginliyin səviyyəsi xeyli fərqlənir. 

Təsərrüfat baxımdan inkişaf etmiş Həştərxan vilayətinin sahil əraziləri daha 

çox  mənimsənildiyi  və  Volqa  çayının  geniş  deltası  ilə  çirkab  sularının  dənizə 

axdıldığı  üçün  burada  ekoloji  vəziyyət  daha  gərgindir.  Məlumdur  ki,  Xəzər 

dənizinə çayla dətirilən suların 85%-i Volqa çayının payına düşür. Nəzərə alsaq ki 

Volqa çayı Rusiyanın sənaye baxımından inkişaf etmiş Avropa hissəsindən istehsal 

tullantılarını  dənizə  axıdır,  burada  təbii  şəraitin  kifayət  qədər  pozulması  heç  də 

təəccüb doğurmamalıdır. 

Rusiyanın  Xəzərdəki  şelf  bölməsində  karbohidrogen  ehtiyatları  təxminən 

1,2-1,5  mln.  ton  təşkil  edir.  Əsas  neft-qaz  ehtiyatları  Həştərxan  vilayəti  və 

Dağıstanda hələ keçən əsrin 70-ci illərində İnçxe dəniz neft yatağı istismar edilirdi. 

Lakin  sonrakı  illərdə  yataq  ətraf  mühit  üçün  təhlükəli  olduğundan  burada  bütün 

işlər dayandırılmışdı. Yalnız 1997-ci ildə yatağın yenidən istismara verilməsi üçün 

beynəlxalq  tender  elan  edilmiş  və  onun  qalibi  «İP  Kenni»  olmuşdur.  Beləliklə  də 

İnçxe dəniz yatağında neft hasilatının bərpası imkanı yaranmışdır. 

Rusiya  sahilinin  quru  hissəsində  neft  və  qaz  Dağıstanda  və  Həştərxan 

vilayətində aşkar olunmuşdur. Həhtərxandan şimal-şərq istiqamətində  80 km aralı 

eyniadlı  iri  qaz-kondensat  yatağı  artıq  neçə  illərdir  istismar  edilir.  Bütövlükdə 




 

13

Xəzərin şimal və şimal-şərq hissəsində olan neft və qaz yataqlarında olduğu kimi, 



Həştərxan strukturunda da böyük həcmdə kükürd toplanmışdır. Elə bu səbəbdən də 

qaz  hasilatı  ekoloji  baxımdan  bölgədə  və  hətta  ondan  kənarlarda  da  vəziyyətin 

gərginləşməsinə səbəb olmuşdur. 

Dağıstan  sahilində  əsas  neft  yataqdarı  sahilin  Mahaçqala-Dərbənd 

hissəsinlədir. Mütəxəsislərin fikrincə, burada neft və kondensat ehtiyatları 20 mln. 

ton, qaz ehtiyatları isə 80 mlrd. m

3

 həcmindədir. Bu bölgədə neft və qaz hasilatının 



maksimum göstəriciləri 1970-ci ildə  olmuşdur. Neft hasilatı həmin il 2,2 mln. ton, 

qaz 1,6  mlrd.  m

3

 təşkil etmişdir. Dəniz  yataqlarından İzberbaş  dəniz, Tyuleniy  və 



İnçxe  dəniz  daha  perspektivli  hesab  olunur.  İstismarda  olan  40-a  yaxın  quyudan 

2005-ci ildə 336 min ton neft və kondensat, 1 mlrd. m

3

 qaz hasil edilmişdir. Lakin 



neft  hasilatının  bu  bölgədə  hələ  nisbətən  az  olmasına  baxmayaraq,  yataqların 

istismarı  digər  təsərrüfat  sahələrinin  fəaliyyətinə  mənfi  təsir  göstərir.  Bu,  ilk 

növbədə  rekreasiya  sahəsində  özünü  büruzə  verir.  Onsuz  da  qeyri-stabil  region 

sayılan  Dağıstanda  ekoloji  gərginlik  bu  ərazinin  inkişafına  maneçilik  edən  əlavə 

amillərdən biri ola bilər.  

Xəzər  regionunda  yeni  geosiyasi  vəziyyətin  yaranması  və  nəticədə  bura  iri 

neft  şirkətlərinin  cəlb  olunması  dənizin  İran  bölgəsinə  marağın  artmasına  səbəb 

oldu.  «Lasmo»,  «Dutc/Shell»  və  Monument  Oil»  xarici  neft  şirkətləri  dənizdə   

Azərbaycanın İran sərhədinə yaxın ərazisində aşkar edilmiş Muğan-1, Muğan-2 və 

sahilin  şimal-şərq  hissəsində  olan  Qorqan  yataqlarına  maraq  göstərmişlər.  Bu 

layihələrlə eyni zamanda Yaponiya və Çin şirkətləri də maraqlanırlar. 

Xəzər  dənizindəki  iri  neft  yataqları  əsasən  seysmik  aktiv  zonlarda  yerləşir. 

Bununla  əlaqədar  kəşifyyat,  qazıma  və  neft  hasilatı  zamanı  burada  az  gücdə 

mütəmadi yeraltı təkanlar baş verir. 

Bəzi  hallarda  seysmoloji  amil  həddən  artıq  şişirdilir.  Bunun  səbəbi  başlıca 

olaraq maraqlı tərəflərin Xəzər regionuna iqtisadi və siyasi baxışlarından irəli gəlir. 

Belə  ki,  Rusiya  və  İran  mütəxəssisləri  Xəzərin  seysmik  fəal  sahədə  olduğunu 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə