Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

23

Bakı  nəqliyyat  qovşağı  respublikanın  ən  iri  nəqliyyat  mərkəzi  kimi  sahil 



ərazisində  müxtəlif  nəqliyyat  növlərinin  yerləşdirilməsi  üçün  əlverişli  şərait 

yaratmışdır.  Sahil  ərazisinə  paralel  Astara-Yalama  dəmiryol  və  şose  xətləri 

potensial  rekreantların  sahil  ərazilərinin  istənilən  yerində  istirahət  və  asudə  vaxt 

keçirmələrinə imkan yaradır. 

Quru  nəqliyyatından  fərqli  olaraq  dəniz  nəqliyyatı  rekreasiya  təsərrufatına 

hələ ki cəlb olunmamışdır. Dəniz nəqliyyatı başlıca olaraq yükdaşıma istiqamətinə 

yönəldilib.  Halbuki  Orta  və  Cənubi  Xəzərdə  dəniz  nəqliyyatı  vasitəsilə  turist 

kruizlərinin  təşkili,  zənnimizsə,  çox  cəlbedici  ola  bilər.  Təəccüb  doğuran  odur  ki, 

belə  sahilyanı  səyahətlər  nəinki  dövlətlərarası,  hətta  bir  dövlət  daxilinqdə  sahil 

akvatoriyası  üzrə  də  hələ  ki  yoxdur.  Bütün  Xəzərin  sahil  zonası  üzrə  dəniz 

kruizinin təşkili isə ilk növbədə region dövlətləri arasında əməkdaşlığın inkişafına 

təkan verər və qonşu bölgələr haqqında biliklərin artmasına yardımçı olar. 

Azərbaycanın  sahil  ərazilərinin  şərti  olaraq  üç  regiona  ayırmaq  olar. 

Respublikamızın  aparıcı  iqtisadi  rayonu  olan  Abşeron  eyni  zamanda  ölkəmizin 

əsas  kurort-istirahət  zonası  kimi  tanınır.  Abşeron  yarımadasının  sahəsi  2,1  min 

km

2



-dir.  Rekreasiya  məqsədi  ilə  istifadə  olunan  sahil  ərazilərinin  sahəsi  ildən-ilə 

artmaqdadır.  Uzunmüddətli  icarəyə  götürülən  sahil  ərazilərində  müasir  tələblərə 

cavab  verən  çimərlik  servisi  yaradılır.  Artıq  Abşeron  rayonu  ərazisində  istirahət 

mərkəzləri  sahəsinin  xüsusi  çəkisi  təxminən  30%  təşkil  edir.  Təəssüf  ki,  yeni 

yaradılan istirahət ocaqlarında bəzi hallarda ətraf mühitin mühafizəsi məsələlərinə 

lazımi  diqqət  vermirlər.  Belə  ki,  məişət  tullantıları  birbaşa  sahil  ərazilərinə 

tullanılır,  əmələ  gələn  çirkab  təmizlənmədən  dənizə  axıdılır.  Nəticədə  də  zahirən 

kifayət  qədər  müasir  görünən  istirahət  mərkəzləri  ekoloji  baxımdan  təhlükəli 

zonaya çevrilir. 

Abşeron  rayonunun  sahil  ərazilərində  əsas  kurort-istirahət  mərkəzləri 

Bilgəh,  Buzovna,  Mərdəkan  və  Pirşağıda  yerləşdirilmişdir.  Mütəxəssislərin 

fikrincə, bu zonada 800 min nəfərlik (o cümlədən, 200 min nəfərin uzun müddətli 




 

24

istirahəti  üçün)    iri  istirahət  zonası  yaradılması  mümkündür.  Lakin  bunun  həyata 



keçirilməsi üçün böyük həcmdə investisiyalar tələb olunur. 

Abşeron  rayonunda  rekreasiya  təsərrüfatının  geniş  inkişaf  imkanlarından 

tam istifadə olunmamasının əsas səbəblərindən biri xidmət sahələrinin bütövlükdə 

lazımi tələblərə cavab verməməyidir. Yalnız yeni yaradılan istirahət mərkəzlərində 

bu  problem,  demək  olar,  həll  edilmişdir.  Lakin  həttə  bu  mərkəzlərin  yerləşdiyi 

sahil  bölgələrində  dəniz  suyunun  vəziyyəti  də  əksər  hallarda  sanitar-gigiyenik 

tələblərə cavab vermir. 

Rekreasiya  baxımından  respublikanın  sahil  ərazilərində  əhəmiyyətcə  ikinci 

rayon  Yalama-Nabran  zonasıdır.  Sahəsi  665  km

2

  olan  bu  rayon  Samur-Dəvəçi  və 



Şollar  düzünü  əhatə  edir.  Meşə  zolağının  bəzi  yerlərdə  terras  üzərində  birbaşa 

dənizsahili qumluğa çıxması burada təkrarolunmaz landşaftlar yaradır. 

Rayonun əlverişli təbii iqlim şəraiti və zəngin rekreasiya ehtiyatları burada 5 

istirahət evinin, 2 turist bazasının və müxtəlif təşkilatların tabeliyində olan çoxsaylı 

istirahət  mərkəzlərinin  yaradılmasına  imkan  vermişdir.  Bunlardan  əlavə,  son  illər 

müasir tələblərə cavab verən özəl istirahət yerləri də istifadəyə verilmişdir. Onların 

sayı  artıq  15-i  örtmüşdür.  Məhz  belə  yerlərin  fəaliyyəti  sayəsində  Azərbaycanın 

digər  bölgələrindən  (əsasən  Bakıdan)  qısamüddətli  istirahət  üçün  Nabrana 

rekreantların axını artmışdır. 

Uzunluğu 24 km və eni 7-9 km olan Nabran sahil zonası nadir meşə və bitki  

örtüyü ilə fərqlənir. Belə təbii şərait bura hər il 100 min nəfərdən çox rekreantı cəlb 

edir.  Lakin  istirahət  mərkəzlərinin sahibləri ətraf  mühitin  mühafizəsi  məsələlərinə 

barmaqarası  baxırlar.  Tullantıların  yığılması  və  utilisə  edilməsi  təmin  olunmadığı 

üçün burada hər il 600-800 m

2

 çirkab suları Xəzərə axıdılır. Eyni zamanda, ildə 25 



min tondan çox bərk tullantıları meşələrə atılır və təbiətin bu gözəl guşələri ekoloji 

baxımdan yararsız vəziyyətə salınır. 

Azərbaycanın  sahil  ərazilərində  istirahət  üçün  çox  əlverişli  üçüncü  rayon 

Lənkəran-Astara zonasıdır. Ərazisi əsasən Lənkəran ovalığını əhatə edən bu bölgə 

özünəməxsus  landşaftı  ilə  digər  sahilyanı  zonalardan  fərqlənir.  Talış  dağları 



 

25

yamaclarının lap sahil zonasına kimi yaxınlaşması təbiətin rəngarəngliyini daha da 



artırır. Hirkan milli parkı, Xanbulançay, İstisu meşəlikləri və digər təbiət abidələri 

bura gələn turistləri heyran edir. 

Lənkəran-Astara  zonasının  sahil  zolağı  əsasən  qum  və  çaydaşlarından 

ibarətdir. Sahilin bəzi yerlərində subasma nəticəsində çimərlik sahələrinin eni 5-10 

metrə  qədər  azalmışdır.  Dəmiryol  xəttinin  dənizə  yaxınlaşdığı  yerlərdə  yolun 

mühafizəsi  üçün  iri  çağdaşları  düzülmüşdür.  Təəssüf  ki,  bu  cür  gözəl  yerlərdə 

servis  məsələsi arzu olunan səviyyədə  həll edilməyib.  Buna  görə bölgənin dəyərli 

çimərlikləri hələ ki tam istifadə olunmur. 

Turistlərin  regiona  cəlb  edilməsi  üçün  marketinq  işlərinin  də  böyük 

əhəmiyyəti  var.  Bu  məsələnin  həlli  üçün  Azərbaycan  hökuməti  BMT-nin  İnkişaf 

Proqramı  ilə  birgə  Bakıda  Turizm  İnformasiya  Mərkəzi  və  Turizmin  İnkişafına 

Dəstək İB yaradılmışdır. Layihəni həyata keçirmək üçün artıq 240 min ABŞ dolları 

ayrılmışdır.  Bakı  şəhəri  ilə  yanaşı,  turizm  informasiya  mərkəzləri  respublikanın 

daha  7  rayonunda  təşkil  olunacaq.  Xəzərin  sahil  zonasında  isə  belə  mərkəzlərin 

Lənkəran və Xaçmazda da yaradılması nəzərdə tutulmuşdur. 

2004-cü  ildən  bu  sahədə  həyata  keçirilən  tədbirlər  nəticəsində  ölkəmizə 

gələn  xarici  turistlərin  sayı  xeyli  artmışdır.  Həmin  il  respublikamızda  1,35  mln. 

nəfər turist,2014-cü ildə isə 2,5 mln.nəfər turist olmuşdur. Bu, 2003-cü ilə nisbətən 

33%  çoxdur.  Belə  artıma  ölkəmizdə  turizm  servisinin  intensiv  inkişafı  təsir 

etmişdir. Yalnız son üç il ərzində bu sahədə fəaliyyət göstərən kompaniyaların sayı 

yeddi  dəfə  artımşdır.  Eyni  zamanda,  respublikamızda  52  yeni  mehmanxana 

kompleksi istifadəyə verilmiş və 20-də tikinti işləri tamamlanmaq üzrədir. Əfsuslar 

olsun ki, bu mehmanxanaların çox hissəsi hələ də Abşeron rayonunda yerləşir. 

Abşerondan  kənarda,  sahil  ərazilərində  ekoturizmin  inkişafına  şərait  vardır. 

Belə  ki,  nisbətən  zəif  mənimsənilmiş  və  ekoloji  baxımdan  «təmiz»  olan  Dəvəçi 

Siyəzən və Qızılağac-Kürdili bölgələri ekoturizmin təşkili üçün yararlı hesab edilə 

bilər. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə