Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   16   17   18   19   20   21   22   23   24

 

71

məcburiyyətindədir.  Xəzəryanı  regionda  belə  vəziyyətdə  olan  ikinci  bir  dövlət 



yoxdur. 

Xəzərin  hüquqi  statusu  probleminin  həllində  Qazaxıstan  tərəfinin  mövqeyi 

Azərbaycan  tərəfinin  mövqeyi  ilə  əsasən  üst-üstə  düşür.  Xəzər  dənizinin  orta  xətt 

prinsipi  üzrə    bölünməsində  Qazaxıstan  tərəfi  hamıdan  çox  maraqlıdır.  Çünki  bu 

halda Qazaxıstanın payı Xəzərdə başqa ölkələrin hər birindən çox, 29% təşkil edir. 

Qazaxıstan yeganə ölkədir ki, özü ilə hər üç həmsərhəd Xəzəryanı dövlətlə dənizdə 

sektorların sərhədlərini  müəyyən etmiş  və  Azərbaycan, Rusiya  və  Türkmənistanla 

müvafiq razılaşmalar imzalanmışdır. 

Dənizdə orta  xətt üzrə sərhədlərin müəyyən edilməsi Qazaxıstan tərəfini öz 

sektorunu  və ərazi sularını  mühafizə  məqsədi  ilə  hərbi dəniz donanması  yaratmaq 

məcburiyyəti qarşısında qoymuşdur. Qazaxıstanın bu istiqamətdə apardığı işlər ilk 

növbədə Rusiyanı qıcıqlandırır. 

Rusiya  Xəzər  dənizində  güclü  hərbi  dəniz  donanmasına  malik  olaraq  digər 

Xəzəryanı dövlətlərin  hərbi dəniz qüvvələrinin artmasına  mənfi  yanaşır. Özlərinin 

dominantlıq  etdiyi  dənizdə  yeni  yaranmış  Xəzəryanı  dövlətlərin  hərbi  dəniz 

qüvvələrinin  formalaşması  təbii  bir  proses  kimi  qəbul  olunmalıdır.  Qeyd  etmək 

lazımdır  ki,  hələ  1998-ci  ildə  Azərbaycan  rəhbərliyinin  irəli  sürdüyü  Xəzər 

dənizinin  hərbiləşmədən  azad  olunması  təklifini  həm  Rusiya,  həm  də  digər 

Xəzəryanı dövlətlər cavabsız qoydu. 

Xəzəryanı  ölkələrdən    Azərbaycan,  Rusiya  və  Qazaxıstan  Xəzər  dənizinin 

hüquqi statusu məsələsində kifayət qədər irəliləyiş əldə edərək qarşılıqlı anlaşmalar 

imzalamışlar.  Beynəlxalq  müşahidəçilərin  fikrincə,  Türkmənistanın  mövqeyi  bəzi 

hallarda anlaşılmazlığı ilə fərqlənir. 

Türkmənistanın  rəhbərliyi  hərdən  qısa  müddət  ərzində  bir-birinə  zidd 

bəyanatlarla  çıxış  etmişdir.  Bunun  əsas  səbəbi  isə  Xəzərin  hüquqi  statusu 

məsələsində  Türkmənistanın  ardıcıl  siyasətinin  olmamasıdır.  Bütövlükdə  isə  son 

illər  Türkmənistan  da  Xəzərin  orta  xətt  prinsipinə  uyğun  sektorlara  bölünməsi 

tərəfdarıdır.  Lakin  Türkmənistanın  əsas  iddiaları  orta  xəttin  müəyyən  edilməsi 




 

72

prinsiplərinədir.  Bu  səbəbdən  Türkmənistanla  Azərbaycan  arasında  münasibətlər 



soyuqlaşmışdır. Belə ki, Türkmənistanın baxışına görə, orta xətt üzərində yerləşən 

Kəpəz yatağı onun sektoruna aiddir. Eyni dərəcədə iddialar Azərbaycanın Azəri və 

Günəşli yataqları ilə bağlıdır. Əlbəttə, belə mübahisəli məsələlər yalnız beynəlxalq 

hüquq normalarına uyğun və qarşılıqlı anlaşma əsasında həll oluna bilər. 

Türkmənistanın  digər  mübahisəli  sahəsi  dənizdə  İranla  həmsərhəd  Zarit 

strukturudur.  Türkmənistan  və  Rusiya  arasında  əldə  olunmuş  razılaşmaya  əsasən, 

Cənubi  Xəzərdə  perspektivli  Zarit  yatağında  birgə  kəşfiyyat  işlərinin  aparılması 

nəzərdə  tutulmuşdur.  Lakin  İran  tərəfi  bu  yatağın  Türkmənistana  aid  olmasını 

mübahisəli  hesab  edir.  Rusiya  və  Türkmənistanın  İran  tərəfinə  bu  yatağı  birgə 

istifadə etmək təklifinə sonuncu rədd cavabı vermişdir. 

Xəzərin  hüquqi  statusu  problemi  ilə  bağlı  İran  tərəfi,  yuxarıda  qeyd 

olunduğu kimi, əksər hallarda heç bir kompromisə getmir. Uzun müddət İran tərəfi 

Rusiyanın  müttəfiqi  kimi  Xəzər  dənizinin  sektorlara  bölünməsinin  əleyhinə  çıxış 

edirdi.  Lakin  Rusiyanın  Qazaxıstan  və  Azərbaycanla  dənizin  dibinin  sektorlara 

bölünməsi  haqda  müqavilələr  imzalaması  İranın  bu  məsələdə  tək  qalması  ilə 

nəticələndi.  Bu  müqavilələrin  imzalanmasını  İran  narazılıqla  qarşıladı,  hətta 

onların tanınmaması haqda bəyanat da verdi. 

Beynəlxalq  müqaviləyə  əsasən,  BP  şirkəti  2001-ci  iln  iyul  ayında  Alov-

Şərq-Araz  yataqları  blokunda  kəşfiyyat  işlərinin  aparılması  üçün  «Geofizika-3 

Azərbaycan gəmisindən istifadə edirdi. Azərbaycan sektorunda yerləşən sözügedən 

yataqları  İran  öz  iddiasını  təsdiqləyərək  hərbi  hava  qüvvələrini  bu  sahəyə 

yönəltmiş və gəminin buradan  getməsini tələb etmişdi, əks halda silahdan istifadə 

edəcəyi ilə hədələmişdi. 

İran  tərəfinin  bölgədə  özünün  hərbi  gücünü  «nümayiş»  etdirməsi,  əlbəttə, 

regionda  gərginliyin  artmasına  səbəb  oldu.  Rəsmi  Bakı  Azərbaycanın  hava 

məkanını pozan İran hərbi təyyarələrinə qarşı lazımi cavab veriləcəyini bəyan etdi. 

Eyni  zamanda,  İranın  Azərbaycana  təzyiqi  digər  dövlətlər  tərəfindən  də  cavabsız 

qalmadı. 




 

73

Son illər İran tərəfi Xəzərin 5 bərabər hissəyə bölünməsi təklifi ilə çıxış edir. 



Digər  Xəzəryanı  ölkələr  bu  fikirlə  razı  deyillər.  Bu  halda  Türkmənistan 

Cənubi  Xəzərdəki  perspektivli  yataqlarını  «itirir».  İran  tərəfi  öz  təklifinin 

absurdluğunu  anlayaraq  şüurlu  surətdə  belə  iddialarla  çıxış  edir.  Məqsəd   

gələcək kompromislərdən kifayət qədər güzəştlər əldə etməkdir. 

İran  tərəfinin  təklif  etdiyi  «hər  Xəzəryanı  ölkəyə  dənizin  20%-i  ayrılsın» 

prinsipinin həm metodoloji, həm də texniki cəhətdən həlli, demək olar ki, mümkün 

deyil.  Çünki  dəniz  səviyyəsinin  mütəmadi  dəyişməsi  və  sahil  xətlərinin  xeyli 

girintili-çıxıntılı  olması  hövzəsinin  bərabər  bölünməsi  üçün  akvatoriyada  mərkəzi 

nöqtənin  tapılmasını  mümkünsüz  edir.  Təbii  ki,  Xəzərin  hüquqi  statusunda 

irəliləyiş  əldə  olunması  üçün  tərəflər  siyasətini  reallığa  və  yaranmış  vəziyyətə 

uyğun  qurmalıdır. Belə ki, bu  məsələdə Türkmənistan digər Xəzəryanı dövlətlərlə 

razılaşma  əldə  etsə,  İran  tərəfi  təcrid  olunmuş  vəziyyətdə  qala  bilər.  Dörd  keçmiş 

SSRİ  dövlətinin  isə  Xəzərin  hüquqi  statusu  ilə  bağlı  ümumi  fikrə  gəlməsi,  çox 

güman  ki,  İranın  mövqeyində  dəyişikliklərə  səbəb  ola  bilər.  Hər  halda,  böyük 

ehtimalla  qeyd  etmək  olar  ki,  bu  şərait  bütövlükdə  Xəzəryanı  dövlətlər  arasında 

konsensusa nail olmaq üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. 




 

74

Nəticə və təkliflər 

 

1.  Xəzərin  mineral  resursları,  onların  mənimsənilməsi  tarixi,  perspektivli 



neft-qaz  yataqları,  onların  xarici  investorlarla  birlikdə  hasilatının  sosial-iqtisadi 

aspektləri, həmçinin hasilat prosesində ətraf mühitə vurulan real mənfi təsirlər (su 

hövzəsinə,  torpaq,  örtüyünə,  təbii  göllərə).  Xəzəryanı  ölkələr  üzrə  ayrılıqda  təhlil 

olunmuş  və  Xəzər  ekosisteminin  mühafizəsi  üzrə  dövlətlərarası  əməkdaşlığın 

genişləndirilməsi təklif edilmişdir. 

2.  Xəzər  dənizinin  bioresursları  qiymətləndirilmiş,  onun  1839  növü 

heyvanat, 733 növü  isə bitki aləminə aid olduğu  müəyyənləşdirilmişdir. Heyvanat 

aləmində  əsas  iqtisadi  əhəmiyyət  daşıyanları  nərə  cinsli  balıqlar,  xulkimilər, 

çəkikimilər, siyənəkkimilər, suitilər olduğu və onların da 46%-nin endemik olduğu 

aşkarlanmışdır.  Xəzərin  kilkə  balıq  növünün  ilbəil  azalması  və  bunun  səbəbinin 

əsasən  tənzimlənməyən  qanunsuz  ovun  və  Qara  dənizdən  Xəzərə  daxil  olmuş 

mneopsisin  olduğu  müəyyənləşmişdir.  Xəzərin  neft  və  neft  məhsulları,  digər 

sənaye  çirkab  suları  ilə  çirklənməsi,  iri  çaylar  üzərində  bəndlərin  tikilməsi  və 

qanunsuz  ovlar  nərəkimilərin  kəskin  azalmasına  səbəb  olmuşdur.  Çirklənmə  və 

qanunsuz  ovlar  suitilərin  də  ilbəil  azalması  səbəblərindəndir.  Xəzərin  gərgin 

ekoloji  durumunu  sağlamlaşdırmaq,  mneopsislərlə  mübarizə  aparmaq,  süni 

balıqyetişdirmə  müəssisələrini  artırmaq  və  balıq  ovunu  tənzimləmək  məqsədi  ilə 

Xəzəryanı  ölkələr  birgə  əməkdaşlığı  Beynəlxalq  hüquq  normaları  çərçivəsində 

aparılması məqsədəuyğun hesab olunur. 

3. Xəzər sahillərinin müxtəlif təbii iqlim şəraiti, çöl, yarımsəhra, səhra, quru 

və  rütubətli  landşaftları,  səviyyə  tərəddüdü,  ərazinin  rekreasiya  ehtiyatlarının 

mənimsənilməsini  çətinləşdirsə  də  Xəzərin  qumlu  sahilləri,  sahilə  yaxın 

ərazilərdəki  meşələr,  10-dan  çox  karbonatlı,  hidrokarbonatlı,  hidrogen-  sulfidli, 

natrium-xlorlu  mineral  və  termal  sular,  vulkan  palçıqları,  qoruq  və  milli  parklar, 

tarixi  abidələr,  dağ  landşaftları  və  s.  Xəzəryanı  ölkələrdə  ekoturrizmin,  sağlamlıq 

turizminin, məcarə və tarixi turizmin, kənd yaşıl turizmin,alpinizmin inkişafı üçün 




 

75

böyük  imkanlar  yaradır.  Həmin  imkanlardan  xarici  təcrübə  nəzərə  alınmaqla 



istifadə  olunması  region  ölkələrinə  turist  axınını  gücləndirəcək  ki,  bu  da  kurort-

rekreasiya  imkanlarından  daha  səmərəli  istifadə  və  əhalinin  sosial-iqtisadi 

vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradacaqdır. 

4.  «Böyük  İpək  Yolu»nun  üzərində  yerləşən  Xəzər  regionunun  təbii-resurs 

potensialının  mənimsənilməsində  nəqliyyat  şəbəkəsinin  əhəmiyyəti  araşdırılmış, 

onun 


yenidən 

qurulması 

və 

inkişafının 



ekoloji-iqtisadi 

aspektləri 

qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, Avropa-Qafqaz-Mərkəzi Asiya nəqliyyat 

dəhlizi (TRACECA) vasitəsilə əsasən neft və neft məhsulları, pambıq, metal filizi, 

xalq  istehlakı  malları  və  s.  daşınır  ki,  bu  yolun  gələcəkdə  Avropadan  Çin  və 

Yaponiyaya  qədər  uzadılması  nəzərdə  tutulur.  Yük  daşımalarının  iqtisadi 

əhəmiyyəti  ilə  yanaşı  ərazidə  ekoloji  gərginliyin  yaranma  səbəblərindən  biri 

olduğu  da  müəyyənləşmişdir.  Dəniz,  boru  kəmər,  dəmir  yolu  və  avtomobil 

nəqliyyatı  ilə  yükdaşımaların  artması  baş  verən  qəzaların  sayını  da  artırmışdır  ki, 

bu  da  ekosistemə  mənfi  təsirlərdən  biri  kimi  qeyd  olunmuşdur.  Bunun  aradan 

qaldırılması  üçün  ekoloji  məsələlərin  həllində  ekoloji  nəzarət  və  normativlərə,  bu 

sahədə birgə əməkdaşlığa fikir verilməsi təklif edilir. 

5.  Tarixi  mənbələrin  araşdırılması  Xəzər  regionunda  qədim  sivilizasiya 

ocaqlarının  olmasını  təsdiq  etmişdir.  Müasir  dövrdə  Xəzər  regionunda 

məskunlaşmış  xalqlar  içərisində  türkdilli  xalqların  üstünlüyü  qeyd  edilmişdir. 

Xəzər sahillərində əhali məskunlaşmasında təbii resursların, xüsusən də neft və qaz 

ehtiyatlarının,  digər  təbii  şərait  amillərinin  əhəmiyyətli  rolu  göstərilmişdir. 

Sahilyanı  ərazilərdə  əsas  təsərrüfat  sahələri  kimi  neft  sənayesi,  rekreasiya,  liman 

təsərrüfatı  və  balıqçılıq  inkişaf  etmişdir  ki,  bu  da  yerli  əhalinin  əsas  məşğuliyyət 

sahələridir. 

    Xəzər  dənizinin  sahil  ərazilərində  əhalinin  sayının  və  sıxlığının  ilbə-il 

artması  ətraf  mühitə  antropogen  təsirin  güclənməsinə  səbəb  olur  ki,  bunun  da 

başlığa  səbəbi  dənizə  axıdılan  çirkab  sularının  tam  təmizlənməməsi  və  sənaye-

məişət tullantılarının utilizasiya vəziyyəti ilə bağlıdır. Yalnız ətraf mühiti mühafizə 




 

76

edəcək  rekultivasiya  tədbirlərini  həyata  keçirməklə  sahil  boyu  ərazilərdə  ekoloji 



tarazlığı təmin etmək mümkündür. 

6.  Xəzər  sahillərində  səhralaşma  prosesinin  artmasının  həm  təbii  proseslər 

(iqlim  dəyişmələri),  həm  də  insanın  təsərrüfat  fəaliyyətinin  təsiri  ilə  baş  verdiyi 

müəyyənləşmişdir.  Səhralaşma  prosesinin  qarşısının  alınması  üçün  ən  mühüm 

tədbirlər kimi həm təsərrüfat sahələrində ekoloji normativlərə əməl etmək, həm də 

fitomeliorativ tədbirlərin həyata keçirilməsi təklif edilmişdir. 

7.  Xəzəryanı  ölkələr  regionda  ətraf  mühitin  mühafihzəsi  və  ekoloji  durumu 

yaxşılaşdırmaq  məqsədi  ilə  aşağıdakı  istiqamətlərdə  əmkdaşlığı  həyata 

keçirməlidirlər:  neft-qaz  ehtiyatlarının,  balıq,  rekreasiya  ehtiyatlarının,  nəqliyyat-

iqtisadi  ədaqələrin  inkişafı,  istifadəsi  və  mühafizəsi,  həmçinin  dənizə  axıdılan 

çirkab  sularının  və  digər  tullantıların  azaldılması  istiqamətində  birgə  əməkdaşlıq. 

Bütün  bu  tədbirlərin  həyata  keçirilməsi  üçün  Xəzərin  hüquqi  statusu  məsələsi 

Beynəlxalq normalar əsasında həll olunmalıdır. 



 

77

Ədəbiyyat siyahısı 

 

1. Əliyev İlham. Azərbaycanın neft strategiyası. Bakı, 2004. 



2. Abbasov C.R. Xəzər dənizinin iqtisadi problemləri. Bakı, 2002. 

3. Babaxanov N.F. Təbii fəlakətləri ram etmək olarmı? Bakı, 2006. 

4.  Budaqov  B.Ə.  Xəzər  dənizinin  müasir  problemlərinə  dair.  Xəzər 

dənizinin müasir problemlərinə həsr olunmuş konfrans. Bakı, 1993, s.3-9. 

5. Qasımov Ə.H. Xəzər dənizinin planktonlarının ekologiyası. Bakı, 2004. 

6.  Çoyçaylı  Ş.Y.  Coğrafiyanın  və  coğrafi  ekologiyanın  problemləri.  Bakı, 

2004.  

7. Müseyibov  M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı, 1998. 



8. Nadirov A.A. Neft strategiyası uğurlu davam edir  Dirçəliş, 2004, 73. 

9. Rəsulzadə E.Ə. və b. Xəzər və neft. Bakı, 1999. 

10. Şirinov N.Ş. və b. Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası. Bakı, 

1998. 


11.  Əfəndiyev  V.Ə.  Urbanizasiya  və  Azərbaycanın  şəhər  yaşayış 

məskənləri. Bakı, 2002. 

12.  Алиев  И.,  Мурадвердиев  А.  Азербайджанская  нефть  в  политике 

мира. Баку, 1997. 

13.  Алиев  Н.К.  и  др.  Экологические  проблемы  бассейна  Каспия. 

Махачкала, 1997. 

14. Актауский морской торговый порт – Вестник Каспия, июль-август, 

2003. 


15.  Борликов  Т.М.  и  др.  Опустывание  засушливых  земель 

Прикаспийского региона. Ростов-на-Дону, 2000. 

16. Гумилев Л.Н. Тысячелетие вокруг Каспия. М., 1994. 

17. Гюль А.К. Проблемы зягрязнения Каспицского моря. Баку, 2003. 

18.  Ергин  Д.  Добыча.  Всемирная  история  борьбы  за  нефть,  деньги  и 

власть. М., 2001. 




 

78

19.  Зонн  И.С.,  Жильцов  С.С.  Каспийский  регион:  география, 



экономика, политика, сотрудничество. М., 2004. 

20. Зонн И.С. Очерки по истории изучения Каспийского моря. М., 2005. 

21. Иванов В.П. Биологические ресурсы Каспийского моря. Астрахань, 

2000. 


22.  Исмаилов  Ч.Н.  Развитие  производственной  инфраструктуры 

нефтяной  индустрии  в  Прикаспийском  регионе  –  Материалы  III  Междунар. 

науч.конф. «Россия и Восток». Астрахань, 2005, с.398-402. 

23.  Исмаилов  Ч.Н.  Нефтной  комплекс  Прикаспийского  региона: 

проблемы функционирования и развития. Баку, 2000. 

24. Касымов А.Г. Экология Каспицского моря. Баку, 1994. 

25.  Леонтьев  О.К.  и  др.  Геоморфология  берегов  и  дна  Каспийского 

моря. М., 1977. 

26. 

Лымарев 


М.А. 

Береговое 

природопользование 

вопросы 


методологии, теории, практики. Санкт-Петербург, 2000. 

27. 


Мамедов 

Р.М. 


Изменчивость 

гидрофизических 

полей 

и 

распространение загразнителей в каспийском море. Баку, 2000. 



28.  Мамедов  Р.Ф.  Междунородно-правовая  делимитация  Каспийского  

моря. Баку, 2001. 

29.  Мехтиев  А.Ш.,  Гюль  А.К.  Заграязнение  грунтоф  азербайджанской 

акватории Каспия. Баку, 1999. 

30.  Панин  Г.Н.,  Мамедов  Р.М.,  Митрофанов  И.В.  Современое 

состояние Каспицского моря. М., 2005. 

31.  Рзаев  Р.Ш.  Обеспечение  безопастности  мореплавания  в  Мировом 

океане и в Каспийском море. Баку, 2003. 

32. Эйгенсон М.С. Будущее Каспийского моря. Проблемы Каспийского 

моря. Баку, 1963. 

 

 



 

79

РЕЗЮМЕ 



 

В  диссертации  исследуются  современное  состояние  освоения  и 

использования  природных  ресурсов  Каспийского  моря.  Особенности 

размещения  населения  в  прибрежной  зоне,  отрицательное  воздействие  на 

окружающую  среду  и  здоровье  населения  интенсивно  развивающегося 

транспорта,  приводятся  мероприятия,  направленные  против  процессов 

опустынивания  прибрежных  территорий,  а  также,  оценка  их  социально  – 

экономической и экологической эффективности. 

Большое внимание уделяется освоению нефтегазовых, биологических и 

рекреационных 

ресурсов 

Каспия 


и 

прибрежных 

территорий, 

межгосударственным  соглашениям  в  этой  области,  юридическому  статусу 

Каспия и решению экологических проблем. 

В  диссертации 

рассматриваются  оценка 

ущерба,  нанесенного 

природным  объектам  в  результате  использования  природных  ресурсов 

Каспия,  трудности,  связанные  с  использованием  рекреационных  ресурсов 

Каспия и окружающей территории. 

 

 



SUMMARY 

 

The  thesis  examines  the  current  state  of  development  and  utilization  of 

natural  resources of the Caspian Sea.  Features of the  distribution of  population  in 

the coastal zone, the negative impact on the environment and human health rapidly 

developing  transport  activities  are  directed  against  the  desertification  of  coastal 

areas,  as  well  as  an  assessment  of  their  socio  -  economic  and  environmental 

efficiency. 

More  attention  is  paid  to  the  development  of  oil  and  gas,  biological  and 

recreational  resources  of  the  Caspian  Sea  and  the  coastal  areas,  inter-state 

agreements  in  this  area,  the  legal  status  of  the  Caspian  Sea  and  the  solution  of 

environmental problems. 

The dissertation discusses damage assessment of natural objects to the use of 

natural  resources  of  the  Caspian  Sea,  the  difficulties  associated  with  the  use  of 

recreational resources of the Caspian Sea and surrounding area. 



 

 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə