Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə62/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   55   56   57   58   59   60   61   62   63

Təkamül Yalanı
235
Gözlə əlaqədar mövzuya keçməzdən əvvəl, “necə görürük?” sualına qısa 
cavab  verək.  Bir  cisimdən  gələn  şüalar  gözdə  retinaya  tərs  düşür.  Bu  şüalar 
buradakı  hüceyrələr  tərəfindən  elektrik  siqnallarına  çevrilir  və  beynin  arxa 
hissəsindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları 
bir silsilə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss olunur. 
Bu məlumatdan sonra indi düşünək:
Beyin  işığa  bağlıdır.  Yəni  beynin  içi  tamamilə  qaranlıqdır,  işıq  beynin 
olduğu  yerə  girə  bilməz.  Görüntü  mərkəzi  deyilən  yer  qaranlıq,  işığın  əsla 
çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz 
bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirsiniz.
Üstəlik,  bu  o  qədər  dəqiq  və  keyfiyyətli  bir  görüntüdür  ki,  21-ci  əsr 
texnologiyası  belə  hər  cür  imkana  baxmayaraq,  bu  dəqiqliyi  təmin  edə 
bilməmişdir.  Məsələn,  bu  anda  oxuduğunuz  kitaba,  kitabı  tutan  əllərinizə 
baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu anda gördüyünüz dəqiqlik 
və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə gördünüzmü? Bu qədər dəqiq 
bir  görüntünü  sizə  dünyanın  bir  nömrəli  televizor  şirkətinin  çıxardığı  ən 
inkişaf etmiş televizor ekranı da verə bilməz. 100 ildir ki, minlərlə mühəndis bu 
dəqiqliyə çatmağa çalışırlar. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, 
araşdırmalar  aparılır,  plan  və  dizaynlar  inkişaf  etdirilir.  Yeni  bir  televizor 
ekranına baxın, bir də bu anda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük bir 
dəqiqlik və keyfiyyət fərqinin olduğunu görəcəksiniz. Üstəlik, televizor ekranı 
sizə iki ölçülü bir görüntü göstərir, halbuki siz üç ölçülü, dərin bir perspektivi 
izləyirsiniz.
Uzun  illərdir  ki,  on  minlərlə  mühəndis  üç  ölçülü  ekran  düzəltməyə, 
gözün görmə keyfiyyətinə çatmağa çalışırlar. Bəli, üç ölçülü bir ekran sistemi 
düzəldə bildilər, amma onu da eynək taxmadan üç ölçülü görmək mümkün 
deyil,  qaldı  ki,  bu  süni  bir  üç  ölçüdür. Arxa  tərəf  daha  bulanıq,  ön  tərəf  isə 
kağız dekorasiyası kimi durur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və 
keyfiyyətli bir görüntü meydana gəlməz. Kamerada da, televizorda da mütləq 
görüntü itkisi meydana gəlir.
Təkamülçülər  bu  keyfiyyətli  və  dəqiq  görüntünü  meydana  gətirən 
mexanizmin  təsadüfən  meydana  gəldiyini  iddia  edirlər.  İndi  biri  sizə 
“otağınızdakı  televizor  təsadüflər  nəticəsində  meydana  gəldi,  atomlar  bir 
yerə  gəlib  bu  görüntünü  meydana  gətirən  aləti  meydana  gətirdi”,  -desə,  nə 
düşünərsiniz? Minlərlə adamın bir yerə gəlib edə bilmədiyini şüursuz atomlar 
necə etsin?


XƏYALIN DİGƏR ADI: MADDƏ
236
Gözün gördüyündən daha primitiv olan bir görüntünü meydana gətirən 
alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görüntünün 
də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulaq üçün 
də etibarlıdır. Xarici qulaq ətrafdakı səsləri qulaq çanağı vasitəsilə qəbul edib 
orta qulağa çatdırır; orta qulaq aldığı səs titrəyişlərini gücləndirib daxili qulağa 
ötürür; daxili qulaq da bu titrəyişləri beyindəki eşitmə mərkəzinə verir.
Gözdəki vəziyyət qulaq üçün də etibarlıdır, yəni beyin işıq kimi səsə də 
bağlıdır, səs keçirməz. Dolayısilə, çölü nə qədər gurultulu olsa da, beynin içi 
tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs 
keçirməyən  beyninizdə  bir  orkestrin  simfoniyalarını  dinləyirsiniz,  izdihamlı 
bir  mühitin  bütün  səs-küyünü  eşidirsiniz.  Amma  o  anda  həssas  bir  cihazla 
beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada iti bir səssizliyin hakim olduğu 
görüləcək. Dəqiq bir görüntü əldə edə bilmək  ümidi ilə texnologiya necə istifadə 
edilirsə, səs üçün də eyni səylər on illərdir davam etdirilir. Səs yazma cihazları, 
musiqi  mərkəzləri,  bir  çox  elektronik  alət,  səs  qəbul  edən  musiqi  sistemləri 
bu işlərdən bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan 
minlərlə  mühəndisə  və  mütəxəssisə  baxmayaraq,  qulağın  meydana  gətirdiyi 
dəqiqlik və keyfiyyətdə bir səs əldə edilməmişdir.
Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi 
mərkəzini    düşünün.  Səsi  yazdıqda  mütləq  səsin  bir  qismi  itir  və  ya  az  da 
olsa,  mütləq  əngəl  meydana  gələr  və  ya  musiqi  mərkəzini  açdığınızda  hələ 
musiqi  başlamadan  bir  xışıltı  mütləq  eşidərsiniz.  Ancaq  insan  bədənindəki 
texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan 
qulağı heç vaxt musiqi setində olduğu kimi, xışıltı və ya əngəl qəbul etməz; səs 
necədirsə, tam və dəqiq bir şəkildə onu qəbul edir. Bu vəziyyət insan yaradıldığı 
gündən indiyədək belədir. İndiyə qədər insanların düzəltdiyi heç bir görüntü 
və  səs  cihazı,  göz  və  qulaq  qədər  həssas  və  müvəffəqiyyətli  bir  qəbul  edici 
olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa böyük 
bir həqiqət yenə vardır.
B
eynin içində görən və eşidən şüur kimə aiddir?
Beynin içində rəngli dünyanı seyr edən, simfoniyaları, quşların civiltisini 
dinləyən, gülü iyləyən kimdir?
İnsanın  gözlərindən,  qulaqlarından,  burnundan  gələn  xəbərdarlıqlar 
elektrik  siqnalı  olaraq  beynə  gedir.  Biologiya,  fiziologiya  və  ya  biokimya 
kitablarında  bu  görüntünün  beyində  necə  meydana  gəldiyinə  dair  bir  çox 
məlumat oxuyubsunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə 


Təkamül Yalanı
237
heç bir yerdə rast gələ bilməzsiniz: Beyində bu elektrik siqnallarını görüntü, səs, 
qoxu və hiss hesab edən kimdir? Beynin içində gözə, qulağa, buruna ehtiyac 
duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?
Əlbəttə,  bu  şüur  beyni  meydana  gətirən  sinirlər,  yağ  təbəqəsi  və  sinir 
hüceyrələrinə aid deyil. Buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn 
edən darvinist-materialistlər bu suallara cavab verə bilmirlər. Çünki bu şüur 
Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, qulağa, buruna 
ehtiyac duymaz. Bunlardan əlavə düşünmək üçün beynə ehtiyac duymaz.
Bu açıq və elmi həqiqəti oxuyan hər insanın beynin içindəki bir neçə kub 
santimetirlik qaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı 
olaraq sığdıran uca Allahı düşünməli, Ondan qorxmalı, Ona sığınmalıdır.
Materialist bir inanc
Bura  qədər  araşdırdıqlarımız  təkamül  nəzəriyyəsinin  elmi  tapıntılarla 
açıq  şəkildə  ziddiyyət  təşkil  edən  bir  iddia  olduğunu  göstərir.  Nəzəriyyənin 
həyatın  mənşəyi  haqqındakı  iddiası  elmə  ziddir,  qarşıya  qoyduğu  təkamül 
mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin 
tələb  etdiyi  ara  formaların  yaşamadığını  göstərir.  Bu  vəziyyətdə,  əlbəttə, 
təkamül  nəzəriyyəsinin  elmə  zidd  bir  düşüncə  olaraq  bir  kənara  atmaq 
lazımdır.  Necə  ki,  tarix  boyu  dünya  mərkəzli  kainat  modeli  kimi  bir  çox 
düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsi israrla 
elmin  gündəmində  tutulmaqdadır.  Hətta  bəzi  insanlar  nəzəriyyənin  tənqid 
olunmasını “elmə hücum” kimi göstərməyə belə çalışırlar. Yaxşı, bəs niyə?...
Bu vəziyyətin səbəbi təkamül nəzəriyyəsinin bəzi çevrələr üçün özündən 
əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu çevrələr materialist 
fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə gətirilə biləcək yeganə 
materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da 
edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda öndə 
gələn bir təkamülçü  Richard Lewontin “əvvəl materialist, sonra alim” olduğunu 
belə etiraf edir:
Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, 
doğru  fərz  edilmiş)  bir  inancdır  bu.  Bizi  dünyaya  materialist  bir  izah 
gətirməyə  məcbur  edən  şey  elmin  üsulları  və  qaydaları  deyil.  Əksinə, 
materializmə olan “a priori”yə bağlılığımız səbəbi ilə dünyaya materialist 
bir izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm 
mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə 
verə bilmərik.
71


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə