Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə57/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
218
İndidən təşəkkür edirəm. Hörmətlə: E.A./ İstanbul
*
 
Hörmətli Harun Yəhya, mən fəlsəfə ilə çox maraqlanıram. Buna görə, 
maddənin  ardındakı  sirr  mövzusunu  böyük  maraqla  oxudum.  Maddənin 
xəyal  olması  dünya  tarixində  bir  çox  dəfə  açıqlanmışdır.  Ancaq  insanları 
maddənin əslini gördüklərinə dair inandırıcı hisslərin aydınlığı qarşısında bir 
az çox düşünməyə vaxt ayırmadıqlarına görə, yəqin ki, bu açıq-aydın həqiqəti 
anlaya  bilməmişlər.  Ancaq  dövrümüzdə  bu  asan  həqiqəti  çox  asan  anlaya 
biləcəkləri  imkanlara  qovuşmuşlar.  Gözün  ümumi  quruluşu,  görüntünü 
beynə ötürən sinirlər, beyindəki görmə mərkəzi və buna bənzər elmi detalların 
mikro səviyyədə tədqiq edilməsi və açıqlanması bu mövzunun açıqlanmasını 
asanlaşdırmışdır. Bundan başqa izafi fizikanın inkişaf etməsi, üç ölçülü filmlər
televiziya, radio və s. texniki imkanlar da bu mövzunu aydınlaşdırma asanlığı 
verir. Mənim qənaətimə görə, bu əsrdə bu mövzu bütün elm dünyasına hakim 
olacaq. Sizin də bildiyiniz kimi, kvant fizikası artıq səs-küylə bu həqiqəti xəbər 
verir. Təbii ki, bəzi insanlar bu böyük həqiqət qarşısında uşaq kimi qorxmasalar 
və  dünyaya  olan  sevgilərinin  məcburən  yox  olmasını  qəbul  etsələr,  bunun 
daha asan olacağını ümid edirəm. Lakin belə açıq həqiqətdən qaçmağın, başını 
quma soxmağın, özünü bilməməzliyə qoymağın insanın şəxsiyyətinə yaraşan 
davranış olmadığını düşünürəm. Yazmaq istədiyim çox şey var, ancaq vaxtınızı 
almaq istəmirəm. Sağlam, gözəl günlər diləyirəm. Sağ olun. T.E. /Richmond
*
 
Maddənin beynimizdəki halı ilə, yəni elektrik siqnallarının şərh edilməsilə 
meydana gələn surətlərilə təmasda olduğumuzu televiziya, radio və qəzetlər 
insanlara nə üçün açıqlamır? Bu, qəti həqiqətdir, bir TV proqramında və ya böyük 
tolk-şou proqramlarından birində bu mövzu Türkiyənin qabaqcıl elm adamları 
tərəfindən dəyərləndirilməlidir. Əksini iddia edən şəxs çıxsa, çox maraqlıdır, 
görəsən, nə deyər? Bu mövzunu heç anlaya bilməyən bir neçə insanın izahını 
eşitmiş və təəccüblənmişdim. O yaşda insanlar bu qədər açıq-aydın mövzunu 
necə qavramırlar? Yenə belə vəziyyət meydana gələ bilər. Ancaq bunu millət 
dəyərləndirər. Həm ibrət alar, həm də bu mövzunu qavramayanların məntiqini 
də, daha doğrusu, məntiqsizliyini də öyrənər. Mənim qənaətim budur ki, bu 
mövzu İslam dinində çox vacibdir. Əhəmiyyətinin qarşıdakı günlərdə daha çox 
başa düşüləcəyinə ümid edirəm... K.İ. / Samsun
*
 
Maddəni tərif etməyiniz mənə çox təsir etdi. Bu mövzu insan ağlının 
hüdudlarını aşır. Tam başa düşüləcək bir şey deyil. Elə qəribədir ki, məsələn, 
bu yazdığım bir görüntüdür. Görüntü görüntü ilə görüşür və danışır. Əslində 
həqiqətdən çox təəccüblü vəziyyətdir. Məncə, bu mövzunu oxuyan hər kəs bu 


Maddənin Sirrini Öyrənənlər Böyük Həyəcan Yaşayır
219
möhtəşəm həqiqəti anlayır... W.B.F./ İngiltərə
*
   
Kitabınızın arxasındakı maddənin sirri ilə bağlı bölməni oxuduqdan 
bəri həyata baxışım dəyişdi. Məsələn, ötən gün birisinə əsəbiləşib qışqıracaqdım, 
sonra ağlıma gəldi ki, hər şeyi beynimin içində görürəm. Dərhal sakitləşdim, 
əsəbiliyim də keçdi. Bu mənə türk filmi seyr edən yaşlı bir qadının mənfi roldakı 
aktyora  əsəbləşməsi  kimi  gəlir.  Məndə  belə  dərin  dəyişiklik  əmələ  gətirən 
həqiqətləri, məncə, daha geniş kütlələrə izah etməli və bunun üçün ayrıca kitab 
nəşr etməlisiniz. Əgər belə bir kitab yazsanız, zəhmət olmasa, mənə də xəbər 
verərsiniz. M.V./ Aydın

“Maddənin ardındakı sirr” yazınızı oxudum. Hər şey həqiqətən beynimin 
içində əmələ gəlir? Elə isə beynim də bir görüntü deyil? Əslində anlamadığım 
budur, bu məktəbdə, televizorda, hər yerdə insanlara izah edilməlidir. Mən bu 
mövzu ilə bağlı daha çox şey öyrənmək istəyirəm. Bunun üçün nə edə bilərəm? 
Mənə kömək etsəniz, çox sevinərəm. K.B./ Antalya
*
 
Mən göz həkimiyəm. Ötən gün bir xəstəm necə gördüyümüz ilə bağlı 
suallar  verdi.  Əvvəlcə,  sualları  texniki  xarakter  daşıyırdı,  ancaq  daha  sonra 
həqiqətən  məni  düşündürən  suallar  verdi:  beynimizin  içində  əmələ  gələn 
görüntünü  görən  kimdir?  Açığını  deyim  ki,  çox  təsirləndim.  Mən  Allaha 
və ruhun varlığına inanan bir insanam, ancaq ruhun varlığını bu qədər elmi 
və  açıq  bir  yolla  açıqlamaq  mənim  ixtisasım  olmasına  baxmayaraq,  ağlıma 
gəlməmişdi. İnternet səhifənizdən bu mövzu haqqındakı yazınızı oxudum. Bu 
barədə məsləhət gördüyünüz başqa mənbələr və ya sizin başqa əsəriniz var? 
Xarici mənbə də ola bilər. Həqiqətən öyrənməyə, araşdırmağa və düşünməyə 
dəyən çox vacib mövzu olduğunu düşünürəm. İzah edilənlər insanın düşüncə 
tərzini təkcə genişləndirmir, həm də həyatındakı bir çox şey barədə sorğu-sual 
etməsinə səbəb olur. Həqiqətən, vacibdir. F.N.G./Eskişehir

Dünən  “MADDƏNİN  ARDINDAKI  SİRR”  CD-sini  seyr  etdim.  Öz 
ağlımla anlamağa çalışdım və ya anladığımı zənn etdim. Cavab axtardığım bəzi 
suallar var. Xahiş edirəm, mənə kömək edin. M.H./İzmir


Maddənin  ardındakı  sirr”  adlı  yazını  oxuduqda  hər  şeyin  mənim 
üçün hazırlanmış  ssenari olduğunu düşündüm. Mövzunun aydın olması üçün 
özümü “Truman Show” və ya “Matrix” adlı filmdəki kimi hiss etdim. Mənə 
mənim üçün hazırlanmış bir maşının içində yaşayıram kimi gəldi. Mövzunu 
bu şəkildə inanaraq düşündükdə özümdə fərqli hallar hiss etdim. Bu mövzunu 


XƏYALIN DİGƏR ADI: MADDƏ
220
indiyə  qədər  heç  kimin  izah  etmədiyi  qədər  dərindən  izah  etmisiniz.  E.H./
Toronto
*
... “Maddənin ardındakı sirr” adlı video kassetinizin bir hissəsini seyr 
etdim. Mövzu olduqca gözəl şəkildə açıqlanmış, lakin bu həqiqəti izah edərkən 
düşünürəm ki, daha çox misallara ehtiyacımız olacaq. Sənədli filmdə verilən 
nümunələr kifayətdir, ancaq xüsusilə gündəlik həyatdan bir az da nümunlər 
yeni nüsxələrdə yer alarsa, öz tərəfimizdən bu həqiqətin başa düşülməsinin və 
izah edilməsinin daha asan olacağını düşünürəm. Çünki bu mövzunu insanlar 
lazım  olduğu  kimi  şərh  edə  bilmirlər  və  səhv  fikirlər  irəli  sürürlər.  Bunun 
qarşısını  almaq  üçün  mövcud  nümunələrə  daha  bəsit  nümunələrin  əlavə 
edilməsi, mənim fikrimcə, daha faydalı olar. Ş.G./İstanbul
*
 
Maddi dünyaya və həyata baxışımı kökündən dəyişdirdi. Həyat, ətrafım 
və insanlar artıq mənim üçün heç də əvvəlki kimi deyil. Həqiqətləri öyrəndikcə 
bəzi  şeylərdən  soyumağa  başladım,  bir  az  da  özüm  düşünməyə  başladım. 
Bilmirəm, bu, doğrudurmu? Amma bir tərəfdən də özümü daha rahat, təhlükəsiz 
və  xoşbəxt  hiss  edirəm.  İnsanların  etdikləri,  sözləri  mənə  çox  bəsit  gəlir.  Bu 
yaşadıqlarımı anlaya biləcək və dinləyə biləcək insanlar axtarıram. Sizlərdən 
mənə hər zamankı kimi bu çox vacib mövzuda da kömək etməyinizi istəyirəm. 
Çünki  boş  yerə  yaşamaq,  boş  yerə  hadisələrə  kədərlənmək  istəmirəm.  K.U./
Tekirdağ
Maddənin  həqiqəti  mövzusunda  suallar  ünvanlanan  elm  adamlarının 
bəzi şərhləri
*
 
Email  mesajınız  və  çox  maraqlı  mövzusu  üçün  təşəkkür  edirəm. 
Suallarınız çox maraqlı gəldi və bunu deməliyəm ki, onları oxumaqla çox şey 
öyrəndim.  Mənə  yazdığınız  üçün  təşəkkür  edirəm  və  suallarınızı  bu  sahədə 
fəaliyyətləri olan elm adamı dostlarımla bölüşəcəyəm. Onların cavablarının nə 
olacağı mənə maraqlıdır. Ən yaxşı arzularımla və mənə yazdığınız üçün təkrar 
təşəkkür edirəm. Kofi Opoku
*
 
Bütün  suallarınız  və  müşahidələriniz  son  dərəcə  dərindir  və  məhz 
hədəfə yönəlmişdir! Bunlar, tarix boyu verilmiş suallardır, ancaq hələ tamamilə 
cavablandırılmamışdır.  Əslində  əgər  tədqiqatçılar  sizin  qədər  bu  sualların 
cavablarını  axtarmaq  üçün  çalışsaydılar,  nevrologiya  və  psixologiya,  hətta 
fəlsəfə  elmi    böyük  irəliləyişlər  əldə  edərdi.  13-cu  sualınızda  bəzi  insanların 
bu  həqiqətin  üzə  çıxarılmasından  qorxduqlarını  bildirmişsiniz.  Bu  fikrinizdə 
haqlısınız. Dünyanı ən doğru şəklində gördüyünüz halda, onun tərif etdiyiniz 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə