Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə1/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
  1   2   3   4   5   6   7   8   9   ...   63



MÜƏLLİF HAQQINDA
Harun Yahya təxəllüsündən istifadə edən  Adnan Oktar 1956-cı 
ildə anadan olmuşdur. 1980-ci ildən bəri imani, elmi və siyasi 
mövzularda bir cox əsər yazmışdır. Bundan əlavə, müəllifin 
təkamülçülərin saxtakarlıqlarını, iddialarının  əsassızlığını və 
darvinizmin  qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini 
üzə çıxaran cox mühüm əsərləri var. 
Müəllifin bütün əsərlərindəki ortaq hədəf Quranın təbliğini 
dünyaya  çatdırmaq,  beləliklə,  insanları  Allahın  varlığı, 
birliyi  və  axirət  kimi  imani  mövzular  üzərində  düşünməyə 
sövq etmək və inkarçı sistemlərin çürük təməllərini və batil 
fəlsəfələrini  ifşa etməkdir. Belə ki, bu gunə qədər 57 fərqli 
dilə  tərcümə  edilən  250-yə  yaxın  əsəri  dünya  səviyyəsində 
güniş oxucu kütləsi tərəfindən oxunur. Harun Yahya Külliyatı,  
Allahın  izniylə  XXI  əsrdə  insanları  Quranda  tərif  edilən 
rahatlıq və sülhə, düzgünlük və ədalətə, 
gözəllik və xoşbəxtliyə çatdırmağa vəsilə 
olacaqdır.
 


1


2


3


4
OXUCUYA
Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer 
ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini 
meydana gətirməsidir. Yaradılışı və dolayısilə, Allahın varlığını inkar edən darvinizm 
150  ildir  ki,  bir  çox  insanın  imanını  itirməsinə  və  ya  şübhəyə  düşməsinə  səbəb 
olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək 
əhəmiyyətli  imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması 
isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa 
bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun 
hesab edilmişdir.
Qeyd  edilməsi  lazım  olan    başqa  bir  xüsus  da  bu  kitabların  məzmunu  ilə 
əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə 
izah  edilir  və  insanlar  Allahın  ayələrini  öyrənməyə  və  yaşamağa  dəvət  edilirlər. 
Allahın  ayələri  ilə  əlaqədar  bütün  mövzular  oxucuda  heç  bir  şübhə  və  ya  sual 
buraxmayacaq şəkildə açıqlanmışdır. 
Bu  mövzuda  istifadə  edilən  səmimi,  sadə  və  səlis  üslub  isə  kitabların  hamı 
tərəfindən  rahat  başa  düşülməsini  təmin  edir.  Bu  təsirli  və  sadə  izah  sayəsində 
kitablar “bir nəfəslə oxunan kitablar” ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd 
edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların 
doğruluğunu inkar edə bilmirlər.
Bu  kitab  və  yazıçının  digər  əsərləri  oxucular  tərəfindən  şəxsən  oxuna  biləcəyi 
kimi, qarşılıqlı  söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək 
istəyən  bir  qrup  oxucunun  kitabları  bir  yerdə  oxumaları  mövzu  ilə  əlaqədar  öz 
təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.
Bununla  belə,  yalnız Allahın  razılığı  üçün  yazılan  bu  kitabların  tanınmasında 
və  oxunmasında  iştirak  etmək  də  böyük  bir  xidmətdir.  Çünki  yazıçının  bütün 
kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək 
istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının 
təşviq edilməsidir.
Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri 
vardır.  Bu  sayədə  kitabı  nəzərdən  keçirən  şəxs  yuxarıda  yazılan  xüsusiyyətləri 
daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə 
sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana 
biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.
Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli 
qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət 
yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.


5
XƏYALIN 
DİGƏR ADI: 
MADDƏ


6
YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA 
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan 
Oktar  1956-cı  ildə  Ankarada  anadan  olmuşdur.  İbtidai 
və  orta    təhsilini Ankarada  almışdır.  Daha  sonra  İstanbul 
Memar  Sinan  Universitetinin  İncəsənət  fakültəsində  və 
İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 
1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda 
bir  çox  əsər  hazırlamışdır.  Bununla  yanaşı,  yazıçının 
təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və 
darvinizmin  qanlı  ideologiyalarla  olan  qaranlıq  əlaqələrini 
ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun  Yəhyanın  əsərləri  təxminən  30.000  şəklin  olduğu 
cəmi 45.000 səhifəlik  külliyyatdır və bu külliyyat 60 fərqli dilə 
tərcümə edilmişdir.
Yazıçının  təxəllüsü  inkarçı  düşüncəyə  qarşı  mübarizə 
aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad 
etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı 
tərəfindən  kitabların  üz  qabığında  Rəsulullahın  möhürünün 
olmasının  simvolik  mənası  isə  kitabların  məzmunu  ilə 
əlaqədardır.  Bu  möhür  Qurani-kərimin  Allahın  son  kitabı  və 
son  sözü,                            Peyğəmbərimizin  (s.ə.v.)  xatəmül-ənbiya 
olduğunun  rəmzidir.  Yazıçı  bütün  yayınlarında  Quranı  və 
Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı 
düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan 
qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq 
“son  söz”ü  söyləməyi  hədəfləmişdir.  Böyük  hikmət 
və  kamal  sahibi  olan  Rəsulullahın  möhüründən 
bu  son  sözü  söyləmək  niyyətinin  duası  olaraq 
istifadə edilmişdir. 
Yazıçının  bütün  işlərindəki  ortaq  hədəf 
Quranın  təbliğini  dünyaya  çatdırmaq, 
beləliklə, insanları Allahın varlığı, birliyi 
və  axirət  kimi  təməl  imani  mövzular 
üzərində  düşünməyə  sövq  etmək 
və  inkarçı  sistemlərin  əsassız 
təməllərini və azğın tətbiqlərini 
gözlər önünə çəkməkdir.
Necə 
ki, 
Harun 
Yəhyanın əsərləri 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə