Nəticə: Həqiqətlərdən Qaçmaq Olmaz
213
İ
nsanların fikirlərini kökündən dəyişdirən, insanları Allaha qəti iman
etdirən, Quranda bəhs edilən bütün gözəl əxlaq xüsusiyyətlərinin
sevərək və istəyərək yaşanmasını təmin edən, insanlardakı həvəs,
rəqabət, kin, düşmənçilik, paxıllıq hisslərini aradan qaldıraraq sevgi,
mərhəmət, şəfqət, təvazökarlığı hakim edən bu qeyri-adi vacib həqiqəti, yəni
maddənin xəyal olması həqiqətini öyrənən və anlayan insanların sayı sürətlə
artır. “Bu qədər açıq həqiqəti necə olub ki, bu günə qədər anlamamışam”,
-deyən insanlar çoxluq təşkil edir.
İnsanların qədər, zaman, ölüm, dirilmə, cənnət, cəhənnəm kimi mövzuları
qəti şəkildə başa düşmələrini təmin edən bu böyük sirri qavrayan hər insanın
digərlərini də bu mühüm məlumatdan xəbərdar etməsi çox vacibdir. Bunu edən
insan bu sayədə həm insanların Quranı daha yaxşı və asan anlamalarını təmin
edəcək, həm də insanların sürətlə hidayətlərinə səbəb olacaqdır.
Allah Ona gizli və açıq şəkildə şirk qoşulmadıqda, yalnız Ona ibadət
edildikdə, tək İlah və tək güc kimi Allah qəbul edildikdə Quran əxlaqını dünyaya
hakim edəcəyini müjdələyir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət
edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər
kimi yer üzünün varisləri edəcəyini, onlar üçün bəyəndiyi dinini
möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz
edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki,
əsl fasiqlərdir! (Nur surəsi, 55)
Quran əxlaqının dünyaya hakim olması üçün ən mühüm məsələ olan
şirkdən, yəni Allahdan başqa güclərin olduğuna inanmaqdan çəkinmək
lazımdır. Allahdan başqa maddənin mütləq olduğunu iddia etmək, Allahın
maddəni ancaq xəyal kimi əhatə edəcəyini düşünmək, Allahı ağıl kimi mücərrəd
varlıq kimi görmək, Allahdan başqa gücdən qorxmaq, insanın istədikdə
qədərini dəyişdirə biləcəyini düşünmək (hamısından Allahı tənzih edirik),
zamanı, məkanı mütləq zənn etmək kim şirk olan inanclardan qurtulmaq
üçün bu kitabda izah edilən mövzular yaxşı başa düşülməlidir. Bu səbəbdən:
“Bu mövzunun nə əhəmiyyəti var? Nə üçün hər fürsətdə, hər kitabınızda bu
mövzuya yer verirsiniz?” -deyənlər bu vacib həqiqəti yenidən düşünməlidirlər.
Tək mütləq varlıq Allahdır və Allah biz bu kitabı yazarkən də, oxuyarkən
də, bu kitab haqqında düşünərkən də bizi seyr edir, görür, eşidir, gizlimizin
gizlisini bilir. Allah bizi hər tərəfdən əhatə etmişdir. Gerçək mütləq varlıq olan
NƏTİCƏ: HƏQİQƏTLƏRDƏN
QAÇMAQ OLMAZ
XƏYALIN DİGƏR ADI: MADDƏ
214
Allahdır, ağıl kimi görünməyən və mücərrəd olan isə biz qullarıq. Bu həqiqət
Allahı sevən və Allaha qul olduğunu dərk edən biri üçün böyük şərəf və
gözəllikdir. Bu həqiqətdən müsəlmanların qaçması doğru olmaz. Müsəlmanlar
haqq olanı könüldən qəbul etməli, görməməzliyə vurmağa çalışaraq Allah
qatında alçalmamalıdırlar. Allah inanan qullarını Quranda belə xəbərdar edir:
Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin! (Bəqərə
surəsi, 42)
Bunu da unutmaq olmaz ki, bu həqiqətin açıqlanması materializmin süqut
etməsinə və bütün dünyada mənəviyyatın və gözəl əxlaqın hakim olmasına vəsilə
olacaqdır. Bunu anlayan materialist kütlələr bu həqiqətin açıqlanmasından çox
narahat olur, fəlsəfələrini kökündən məhv edəcəyini anladıqları bu həqiqətin
insanlara açıqlanmasına mane olmaq üçün son dərəcə gülünc və çarəsizliklərini
göstərən yollara əl atırlar. Ancaq bu gün maddənin həqiqəti mövzusu bütün
açıqlığı ilə üzə çıxmışdır. Keçmişdə sadəcə bir
fəlsəfə kimi qalan,
elmi kəşflərin
dəstəkləyə bilmədiyi bu həqiqət dövrümüzdə elm tərəfindən açıq şəkildə ortaya
qoyulmuşdur. Frederick Vester bu həqiqəti qavramış biri kimi bu mövzuda belə
deyir:
Bəzi mütəfəkkirlərin “insan xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır,
bu kainat kölgədir” kimi sözləri günümüzdə elmi cəhətdən sübut edilir.
52
Materialistlərin səyləri artıq boş yerədir. Məlumatın böyük sürətlə bütün
dünyaya qısa zamanda ötürülə bildiyi dövrümüzdə əsrlərdir gözdən qaçırmağa
çalışdıqları bu böyük həqiqət bu gün Qayanadan İngiltərəyə, Amerikadan
İndoneziyaya, Sinqapurdan İsveçə, materialistlərin qalaları olan Rusiyadan
Çinə, Kubadan Albaniyaya qədər hər yerdə oxunur, öyrənilir və izah edilir.
Materializm böyük gurultu ilə süqut edir. Çünki bu gün başa düşülmüşdür
ki, maddənin əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə ilə təmasda ola
bilmədiyimizə və ola bilməyəcəyimizə görə materializm də yoxdur.
Quranın bəzi ayələrində işarə edilən və bir çox mövzunun başa düşülməsini
daha da asanlaşdıran bu vacib həqiqətin materializm kimi batil və din əleyhinə
olan bir fəlsəfəni məhv etməsi çox mühüm irəliləyişdir. Quranda Allah belə
bildirir:
Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb
görərsiniz ki) o yox olub getmişdir. (Allaha) isnad etdiyiniz sifətlərə görə vay
halınıza! (Ənbiya surəsi, 18)
Ayədə də xəbər verildiyi kimi, doğru olan batilin üstünə atıldıqda batil
bir
inanc olan materializmin beyni maddə də yox olub gedər. Hər hansı bir materialistin
bu həqiqətin qarşısını almaq və ya dəyişdirmək imkanı da qətiyyən yoxdur.