Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə59/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   55   56   57   58   59   60   61   62   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
226
sahib  olduğunu  fərz  edirdi.  Orta  əsrlərdən  bəri 
insanların inandığı “öz-özünə törəyən nəsil” adlı 
nəzəriyyəyə  görə,  cansız  maddələrin  təsadüfən 
bir  yerə  gəlib  canlı  bir  varlıq  meydana  gətirə 
biləcəyinə  inanırdılar.  Bu  dövrdə  böcəklərin 
yemək  artıqlarından,  siçanların  da  buğdadan 
meydana  gəldiyi  məşhur  bir  düşüncə  idi.  Bunu 
isbat etmək üçün  maraqlı təcrübələr aparılmışdı. 
Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş 
və  bir  az  gözlədikdə  bu  qarışıqdan  siçanların 
meydana gələcəyi zənn edilmişdi.
Ətlərin  qurdlanması  da  həyatın  cansız 
maddələrdən  törəyə  bildiyinə  bir  dəlil  sayılırdı. 
Halbuki  daha  sonra  aydın  olacaqdı  ki,  ətlərin 
üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, 
ağcaqanadların gətirdiyi gözlə görünməyən sürfələrdən çıxırdılar.
Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların 
cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edildi. 
Halbuki  Darvinin  kitabının  nəşr  olunmasından  beş  il  sonra  məşhur 
fransız  bioloq  Luis  Pastor  təkamülə  əsas  təşkil  edən  bu  inancı  qəti  olaraq 
təkzib  etdi.  Pastor  apardığı  uzun  təcrübələr  nəticəsində  aldığı  nəticəni  belə 
yekunlaşdırmışdı: 
Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq 
tarixə basdırılmışdır.
53
 
Təkamül  nəzəriyyəsinin  müdafiəçiləri  Pastorun  tapıntılarına  qarşı  uzun 
müddət  müqavimət  göstərdilər.  Ancaq  inkişaf  edən  elm  canlı  hüceyrəsinin 
kompleks  quruluşunu  ortaya  çıxardıqca  həyatın  öz-özünə  meydana  gələ 
biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı. 
20-ci əsrdəki nəticəsiz səylər
20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur 
rus  bioloq Aleksandr  Oparin  oldu.  Oparin  1930-cu  illərdə  ortaya  atdığı  bəzi 
tezislərlə  canlı  hüceyrəsinin  təsadüfən  meydana  gələ  biləcəyini  isbat  etməyə 
çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı 
etmək məcburiyyətində qalacaqdı: 
Təəssüf  ki,  hüceyrənin  mənşəyi  təkamül  nəzəriyyəsinin  tamamını  əhatə 
Luis Pastor


Təkamül Yalanı
227
edən ən qaranlıq nöqtəni meydana gətirir.
54
Oparinin  yolunu  izləyən  təkamülçülər 
həyatın  mənşəyi  mövzusunu  həll  edəcək 
təcrübələr  aparmağa  çalışdılar.  Bu  təcrübələrin 
ən  məşhuru  amerikalı  kimyaçı  Stanley  Miller 
tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai 
Yer  atmosferində  olduğunu  iddia  etdiyi  qazları 
bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa 
enerji əlavə edib proteinlərin quruluşunda istifadə 
edilən bir neçə orqanik molekul (aminoasid) sintez 
etdi.
O  illərdə  təkamül  adına  əhəmiyyətli  bir 
mərhələ  kimi  tanıdılan  bu  təcrübənin  əsaslı 
olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox 
fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı.
55
Uzun  sürən  səssizlikdən  sonra  Millerin  özü  də  istifadə  etdiyi  atmosfer 
mühitinin həqiqi olmadığını etiraf etdi.
56
Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün 
təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San Diego 
Scripps  institutundan  məşhur  geokimyaçı  Jefrey  Bada  təkamülçü  “Earth” 
jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:
Bu  gün  20-ci  əsri  geridə  qoyarkən  hələ  20-ci  əsrə  girdiyimizdə  sahib 
olduğumuz  ən  böyük  həll  edilməmiş  problemlə  qarşı-qarşıyayıq:  Həyat  yer 
üzündə necə başladı.
57
Həyatın kompleks quruluşu 
Təkamül  nəzəriyyəsinin  həyatın  mənşəyi  mövzusunda  belə  böyük  
çətinliyə  düşməsinin  başlıca  səbəbi  ən  sadə  zənn  edilən  canlı  quruluşların 
inanılmaz  dərəcədə  kompleks  quruluşlara  sahib  olmasıdır.  Canlı  hüceyrəsi 
insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, 
bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir 
yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.
Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə 
açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi 
olan proteinlərin təsadüfi olaraq sintez edilmə ehtimalı 500 aminoasidlik orta 
hesabla  bir  protein  üçün  10950/1-dir.  Ancaq  riyaziyyatda  1050/1-dən  kiçik 
ehtimallar praktik olaraq qeyri-mümkün sayılır. Hüceyrənin nüvəsində yerləşən 
Aleksandr Oparin


XƏYALIN DİGƏR ADI: MADDƏ
228
və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. 
İnsan  DNT-sinin  ehtiva  etdiyi  məlumatın  kağıza  köçürüldüyü  təqdirdə  500 
səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.
Bu  nöqtədə  çox  maraqlı  bir  dilemma  əlavə  var:  DNT  yalnız  bəzi 
xüsusiləşmiş  proteinlərin  (fermentlərin)  köməyi  ilə  cütləşə  bilər.  Amma  bu 
fermentlərin  sintezi  də  ancaq  DNT-dəki  məlumatlar  yönündə    reallaşır.  Bir-
birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni 
anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini 
çarəsiz vəziyyətə salır. San Diego California universitetindən məşhur təkamülçü 
professor  Lesley  Orqel  “Scientific  american”  jurnalının  oktyabr,  1994  tarixli 
sayında bu həqiqəti belə etiraf edir:
Son  dərəcə  kompleks  quruluşlara  sahib  olan  proteinlərin  və  nuklein 
turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq 
meydana  gəlmələri  həddindən  artıq  ehtimaldan    kənardır.  Amma 
bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısilə, 
insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı 
nəticəsinə gəlmək məcburiyyətində qalır.
58
 
Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, 
bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə yaradıldığını qəbul etmək lazımdır. 
Bu həqiqət  əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq 
şəkildə əsassız edir. 
Təkamülün xəyali mexanizmləri
Darvin  nəzəriyyəsini  əsassız  edən  ikinci  böyük  nöqtə  nəzəriyyənin 
“təkamül mexanizmləri” olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir 
təkmilləşdirici  gücə  sahib  olmadığının  aydınlaşmasıdır.  Darvin  ortaya  atdığı 
təkamül  iddiasını  tamamilə  “təbii  seleksiya”  mexanizminə  bağlamışdı.  Bu 
mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: 
Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...
Təbii  seleksiya  təbii  seçmə  deməkdir.  Təbiətdəki  həyat  mübarizəsində 
təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. 
Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha 
sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən 
meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları 
başqa bir canlı növünə, məsələn, atlara çevirməz.
Dolayısilə,  təbii  seleksiya  mexanizmi  heç  bir  təkmilləşdirici  gücə  sahib 
deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” adlı kitabında: 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə