Maddenin sirri indd



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə61/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   55   56   57   58   59   60   61   62   63

XƏYALIN DİGƏR ADI: MADDƏ
232
yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 
4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları 
arasında  bəzi  “ara  nümunə”lərin  yaşadığı  iddia  edilir.  Həqiqətdə  tamamilə 
xəyali olan bu ssenaridə dörd təməl “kateqoriya” sayılır:
1-Australopithecus
2-Homo habilis
3-Homo erectus
4-Homo sapiens
Təkamülçülər  insanların  sözdə  ilk  meymunabənzər  atalarına  “cənub 
meymunu” mənasını verən australopithecus adını verirlər. Bu canlılar həqiqətdə 
soyu tükənmiş bir meymun növündən  başqa bir şey deyil. Məşhur ingilis və 
amerikalı  iki  anatomiyaçı  Lord  Solly  Zuckerman  və  prof.  Charles  Oxnardın 
australopithecus  nümunələri  üzərində  apardığı  çox  geniş  əhatəli  tədqiqat  bu 
canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla 
heç bir bənzərliklərinin olmadığını göstərmişdir.
65
 
Təkamülçülər  insan  təkamülünün  bir  sonrakı  mərhələsini  də  “homo”, 
yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, “homo” ardıcıllığındakı canlılar 
australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara 
aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu 
sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin 
olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki 
ən  əhəmiyyətli  müdafiəçilərindən  biri  olan  Ernst  Mayr  ““Homo  sapiens”ə 
uzanan zəncir həqiqətdə itmişdir”, -deyərək bunu qəbul edir.
66
 
Təkamülçülər  “australopithecus  >  homo  habilis  >  homo  erectus  >  homo 
sapiens”  sıralamasını  yazarkən  bu  növlərin  hər  birinin  bir  sonrakının  atası 
olduğu  təəssüratını  verirlər.  Halbuki  paleoantropoloqların  son  tapıntıları 
australopithecushomo habilis və homo erectusun dünyanın fərqli bölgələrində eyni 
dövrlərdə yaşadıqlarını göstərir.
67
 
Bundan başqahomo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir 
dövrlərə  qədər  yaşamış,  homo  sapiens,  neandertalensis  və  homo  sapiens  sapiens 
(müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar.
68
Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını 
açıq  şəkildə  ortaya  qoyur.  Harvard  Universitetinin  paleontoloqlarından 
Stephen Jay Gould özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist 
nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:


Təkamül Yalanı
233
Əgər bir-birilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti 
varsa, o halda, bizim soy ağacımıza nə oldu? 
Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri 
ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər.
69
 
Qısa  olaraq,  mediya  və  ya    dərs  kitablarında  yer  alan  xəyali  bəzi 
“yarı  meymun,  yarı  insan”  canlıların  şəkilləri  ilə,  yəni  sırf  təbliğat  yolu  ilə 
dəstəklənməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi təməli olmayan 
bir nağıldan ibarətdir. 
Bu mövzunu uzun illər araşdıran, xüsusilə australopithecus fosilləri üzərində 
15  il  tədqiqat  aparan  İngiltərənin  ən  məşhur  və  hörmətli  alimlərindən  Lord 
Solly Zuckerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər 
canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.
Zuckerman bir də maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi olaraq qəbul 
etdiyi bilik sahələrindən elmdən kənar  qəbul etdiyi bilik sahələrinə qədər bir 
yelpik hazırlamışdır. Zuckermanın bu cədvəlinə görə, ən “elmi” (yəni konkret 
məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan 
sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, 
yəni  ən  “elmdən  kənar”  sayılan  hissəsində  isə  Zuckermana  görə  telepatiya, 
altıncı  hiss  kimi  “duyğu  sonrası  qəbul  etmə”    anlayışları  və  bir  də  “insanın 
təkamülü” vardır! Zuckerman yelpiyin bu yerini belə açıqlayır:
Obyektiv  həqiqətin  sahəsindən  çıxıb    bioloji  elm  olaraq  fərz  edilən  bu 
sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh 
olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün 
hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan 
bu  adamların  ziddiyyətli  bəzi  qərarların  eyni  anda  qəbul  etmələri  belə 
mümkündür.
70
 
  
Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi 
insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.
Darvin düsturu!
İndiyədək  araşdırdığımız  bütün  texniki  dəlillərlə  yanaşı,  istəyirsinizsə, 
təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya 
biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.
Təkamül  nəzəriyyəsi  həyatın  təsadüfən  meydana  gəldiyini  iddia  edir. 
Dolayısilə, bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə 
hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və 


XƏYALIN DİGƏR ADI: MADDƏ
234
insanı meydana gətirmişlər. İndi düşünək: həyatın elementi olan karbon, fosfor, 
azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. 
Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə 
bilməz. İstəyirsinizsə, bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin 
əslində müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar 
adına “Darvin düsturu” adı ilə arşdıraq:
Təkamülçülər çoxlu sayda böyük bir qabın içinə həyatın quruluşundakı 
fosfor,  azot,  karbon,  oksigen,  dəmir,  maqnezium  kimi  elementlərdən  bol 
miqdarda  qoysunlar.  Hətta  normal  şərtlərdə  olan  ancaq  bu  qarışığın  içində 
olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların 
içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi 
meydana gəlmə ehtimalı 10
-950
 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri 
nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla 
qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. 
Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla, 
hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana 
gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısından 
istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı 
çıxara  bilməzlər.  Zürafələri,  aslanları,  arıları,  bülbülləri,  tutuquşuları,  atları, 
delfinləri,  gülləri,  zanbaqları,  qərənfilləri,  bananları,  portağalları,  almaları, 
xurmaları,  pomidorları,  qovunları,  qarpızları,  əncirləri,  zeytunları,  üzümləri, 
şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla 
canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini 
saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə 
bilməzlər.
Qısası,  şüursuz  atomlar  bir  yerə  gələrək  hüceyrəni  meydana  gətirə 
bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda 
başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu 
bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə 
ancaq Allahın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül 
nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya 
atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, 
bu həqiqəti açıq şəkildə göstərər. 
Göz  və qulaqdakı texnologiya
Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilmədiyi bir başqa mövzu isə 
göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə